Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

 

 

36



MƏNSUR ŞEİR 

 

Lirik növ haqqında danışarkən belə  nəticə  çıxarmaq 



olmaz ki, bu növdə yaranan əsərlər yalnız nəzmlə yazıla 

bilər. Ədəbi prosesin inkişafı göstərir ki, çağdaş Azərbaycan 

nəsri bədii-poetik strukturu baxımından daha da zənginləşir. 

Bu  ədəbi inkişaf bəlkə  də rus və Avropa bədii nəsrində 

özünü daha çox göstərmişdir. İndi ədəbiyyat nəzəriyyəçiləri, 

ədəbi tənqidçilər lirik nəsr anlayışından tez-tez istifadə 

edirlər. Bu isə ondan irəli gəlir ki, yazıçılar təsvir olunan 

obyektiv gerçəkliyə daha emosional münasibət bəsləyir, 

insanın daxili-mənəvi aləminin dəruni hisslərini, 

həyəcanlarını  nəsr dilində daha obrazlı  şəkildə,  şairanə 

surətdə  təsvir edirlər. Belə  təsvirlərdə  bəzən hətta təsvir və 

tərənnümün sərhəddini müəyyən etmək olmur. Beləliklə  də 

nəsr dili şeirləşir və təhkiyənin bədii strukturuna qüvvətli bir 

lirizm nüfuz edir. Bu isə yazıçıdan fövqəladə  sənətkarlıq, 

hadisələrə, varlığa obrazlı, şairanə münasibət tələb edir. 

Lirik və epik elementlərin müştərək xüsusiyyətləri zə-

minində yaranan yeni bədii formalardan biri məhz mənsur 

şeirdir. Görkəmli ədəbiyyat nəzəriyyəçisi C.Xəndan yazırdı: 

«Nasirlər bədii həyəcanı daha artıq vermək, janr sahəsində 

yenilik yaratmaq üçün lirik nəsr yaratmağa başlayırlar. 

Beləliklə, nəsrlə  şeir arasında bir növ yaxınlıq  əmələ  gəlir. 

Mənsur  şeir deyilən yeni növ nəsrin inkişafı ilə  əlaqədar 

olaraq yaranır ki, buna ahəngdar (ritmik) nəsr də deyirlər. 

Mənsur  şeir hiss və  həyəcanın yüksək ifadəsini vermək üçün 

nəsrə lirik xüsusiyyət gətirir»

1



                                                           

1

 Ъ.Х.Щаъыйев. Ядябиййат нязяриййяси, Бакы, Азярняшр, 1958, сящ. 



251.  

 

 



37

Əlbəttə, bu deyilənlər  şeirlə  nəsri heç vaxt 

eyniləşdirmir. Çünki şeirin və  nəsrin öz texniki qanunları, 

poetik dil sistemi var. Lakin yuxarıda deyildiyi kimi, mənsur 

şeirin dili öz təsirliliyi, emosionallığı, səs sistemi, müəyyən 

poetik tələblərə cavab verməsi, onu lirik şeirə bənzədir. Həm 

də demək lazımdır ki, mənsur  şeirdə hiss-həyəcanın, lirik 

qəhrəmanın romantik hisslərinin tərənnümü üstünlük təşkil 

edir. Qeyd etmək lazımdır ki, mənsur şeirlər həcmi etibarı ilə 

də çox yığcam və lakonik olurlar. Çünki mənsur  şeirlərdə 

təhkiyə genişliyi,  əhvalatçılıq yox, lirik tərənnüm hissi 

əsasdır. Burada nitqin emosionallığı,  şeir dilinə  məxsus 

rəngarəng ritm mənsur  şeiri daha çox şeirə yaxınlaşdırır. 

Mənsur şeirlərdə hadisə və əhvalatların təhkiyə dili ilə  nəql 

olunması yox, hisslərin ekspressiv-emosional tərənnümü 

əsas götürülür. 

Əslində  mənsur  şeirlər lirik xarakterli çox da böyük 

olmayan nəsr  əsərlərinə deyilir. Orada, yəni mənsur  şeirdə 

təhkiyə faktoru, əhvalat olsa da, lirik subyektiv 

qiymətləndirmə, buna uyğun olaraq əsərin ritmik-

intonasiyalı strukturu əsas tutulur. Mənsur  şeiri həqiqi lirik 

şeirdən fərqləndirən  ən xarakterik cəhətlərdən biri də budur 

ki, belə  şeirlərin səs quruluşu, poetik konbinasiyaları lirik 

şeirdə olduğu kimi, ardıcıl və sistemli səciyyə daşımır

1

.  


Beləliklə  də «Lirik və epik xüsusiyyətlərin müştərək 

birgə halında iştirak etdiyi, həm də insanın daxili, hissi 

aləmini qələmə alan, vəzn, qafiyə, bölgü kimi nəzm 

şərtlərindən uzaq, təbii ritmik nəsr dili ilə  yığcam yazılan 

əsərlərə mənsur şeir adı verirlər»

2

.  



                                                           

1

 Словарь литературоведческих терминов. Москва, 1974, сящ. 386. 



2

  Мир  Ъялал,  П.Хялилов.  Ядябиййатшцнаслыьын  ясаслары,  Бакы, 




 

 

38



Mənsur şeir janrına aid nəzəri axtarışlar göstərir ki, rus 

ədəbiyyatında  İ.Turgenev, fransız  ədəbiyyatında R.Rollan, 

hind  ədəbiyyatında R.Taqor və başqaları bu formanın  ən 

yaxşı nümunələrini yaratmışlar.  

Azərbaycan  ədəbiyyatında da mənsur  şeir janrında 

yazıb-yaradan sənətkarlar olmuşdur. Lakin Azərbaycan 

ədəbiyyatında mənsur  şeir janrının  ən böyük nümayəndəsi, 

ardıcıl yazanı Gülhüseyn Hüseynoğludur. Görkəmli yazıçı-

nın çox da böyük olmayan mənsur  şeirlərinin məzmun və 

mündəricəsində müxtəlif mövzuların emosional, şairanə 

bədii həlli verilir. G.Hüseynoğlunun yığcam, lakonik mənsur 

şeirlərində yazıçının gerçəkliyə sözlə ekspressiv münasibəti, 

bədii obyektin mediativ təsvir və tərənnümü xüsusi yer tutur, 

diqqəti xüsusi olaraq cəlb edir.  

Düzdür, müasir Azərbaycan ədəbiyyatında mənsur şeir 

janrında yazan başqa sənətkarlara da rast gəlinir. Lakin 

cəsarətlə demək mümkündür ki, G.Hüseynoğlu bu janrın ən 

professional yaradıcısı olan mahir qələm sahibidir. Onun 

mənsur şeirləri nəinki öz mövzularına görə, həm də obyektiv 

gerçəkliyi bədii dil ekvivalentinə çevirmək baxımından oriji-

nal sənət nümunələridir. Müəllifin öz oxucusuna çatdırmaq 

istədiyi ideya sözün bədii plastikasında özünəməxsus üslubi 

çalarlarla çatdırılır ki, bu mühüm cəhət G.Hüseynoğlunun 

mənsur  şeirlərinin müəllif atribusiyasını müəyyən etməkdə 

əsas rol oynayır. Bir sözlə, onun mənsur  şeir yaradıcılığı 

ardıcıl olaraq, heç kimə  bənzəməyən bir inkişaf yolu keçir. 

Sənətkarın yaradıcılığı üçün xarakterik olan cəhətlərdən biri 

də budur ki, Azərbaycan  ədəbiyyatşünaslığında mənsur  şeir 

janrından, onun bədii xüsusiyyətlərindən bəhs edən bütün 

                                                                                                                            

«Маариф», 1988, сящ. 101. 

 

 



39

tədqiqatçılar birmənalı  şəkildə G.Hüseynoğlunu mənsur 

şeirin  əsas nümayəndəsi hesab edir, onun mənsur  şeirlərini 

bu janrın  ən dəyərli nümunələri kimi göstərir və  təqdir 

edirlər. 

G.Hüseynoğlunun mənsur 

şeirləri haqqında 

deyilənlərdə bir həqiqət vardır. Çünki o, yuxarıda dediyimiz 

kimi, geniş epik süjetə malik ola bilən mövzuları belə, kiçik 

həcmli mənsur şeirin məzmununda əridə bilir. Yazıçının ilk 

mənsur şeiri - «Bənövşə əfsanəsi» əsəri məhz bu sənətkarlıq 

cəhəti ilə yadda qalır. Adından da göründüyü kimi, Bənövşə 

əfsanəsi – bu sevgili qızın başına gələn qədim və  ən qədim 

əfsanə geniş təfsilat, nağıletmə və təhkiyə tələb edir. Müəllif 

bu  əfsanədən istifadə etməklə bu kontekstə yaxın olan 

naxırçı  oğlu Baharın nakam məhəbbətini təsvir edir. Lakin 

bu  əhvalatın özü də sanki yaxın keçmişdə baş verən 

əhvalatlar fonunda bir əfsanəyə çevrilir. Sonrakı gənc nəsil, 

bütün el-oba, insanlar həm Bənövşənin, həm də naxırçı oğlu 

Baharın yarımçıq qalmış, nakam məhəbbət  əfsanəsini 

kədərlə, hüzn və təəssüflə qarşılayırlar.  

Əsərdə həm Bənövşənin, həm naxırçı oğlu Baharın və 

həm də «məsum çiçəyin» - bənövşənin  əfsanəsi qədim bir 

bayatının hüznlü məzmunu fonunda təsvir və  tərənnüm 

olunur. 

Əzizim bağda dara,  

Zülfünü bağda dara. 

Bülbülü güldən ötrü 

Çəkdilər bağda dara!  

 

Bu bayatının kədərli notları  mənsur  şeirdəki 



əhvalatların təsirli, elegiya məzmunu ilə çulğaşaraq  əsərin 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə