Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə25/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

 

 

110



öz kiçik körpələri haqqında gələcək arzuları, idealları öz 

poetik əksini tapır. Doğru qeyd olunduğu kimi: «Burada ana 

körpəsinə  bəslədiyi məhəbbətlə yanaşı, onun gələcəkdə 

xoşbəxt olmasını arzulayır. Lakin çox hallarda ananın  şəxsi 

həyatı, iqtisadi vəziyyəti, ailə  səadəti onu xəyala daldırır, 

fikrini qanadlandırır, uyumuş körpənin beşiyi üstündə öz 

həyat kitabını vərəqləyir»

1



Analar laylalardan beşik başında öz körpələrini yuxuya 

vermək üçün istifadə edir. Odur ki, laylalar öz quruluşuna 

görə çevik, ahəngdar, musiqili və ritmik olmalıdır. Xalq 

ədəbiyyatı nümunələrini, xüsusilə  də  uşaq folklor 

nümunələrini yaradan xalq körpə və kiçik yaşlı nəslin bədii-

estetik tərbiyəsinə, onlarda zərif-estetik ruhun formalaşması 

məsələsinə xüsusi olaraq diqqətlə yanaşmışlar.  

Uşaqların yaş psixologiyasına uyğun olan laylalar 

müəyyən formal cəhətlərinə görə  də bayatılardan fərqlənir. 

Belə ki, laylalar bir qayda olaraq «lay-lay» sözü ilə başlayır. 

Bu söz ilk misrada balaya müraciət  şəklində  də verilir. Bu 

sözlər laylanın məzmununa uyğun olaraq sonda da iki dəfə 

nəqarət şəklində təkrar oluna bilər.  

Laylay əməyim bala, 

Duzum, çörəyim bala. 

Gözlərəm böyüyəsən, 

Görüm köməyin bala. 

*** 

A laylay, yenə laylay, 

Can deyim sənə laylay. 

Sənə gələn dərd, bəla, 

                                                           

1

  В.Вялийев.  Азярбайъан  фолклору. «Маариф»  няшриййаты,  Бакы, 



1985, сящ. 135. 

 

 



111

Qoy gəlsin mənə laylay. 

*** 

A laylay, quzum laylay, 

Ayım, ulduzum laylay. 

Sən hasilə çatınca, 

Hər dərdə dözüm laylay. 

*** 

Balama can demişəm, 

Ağlama, can demişəm. 

Balam dil açan günə, 

Quzu qurban demişəm. 

*** 

Laylay dedim biləsən

Düşməyəsən dilə sən. 

Boya buxuna çatıb, 

Oynayasan, güləsən.  

 

Ümumiyyətlə, Azərbaycan uşaq folkloru məzmun 



rəngarəngliyinə  və janr müxtəlifliyinə görə çox zəngindir. 

Oxşamalar, yanıltmaclar, sanamalar, düzgülər, açitmalar və 

s. uşaq folklorunun ən maraqlı janrlarıdır. Öz forma və 

məzmunu ilə  zəngin olan Azərbaycan  şifahi xalq 

ədəbiyyatının mühüm bir hissəsini uşaq folkloru təşkil edir. 

Folklor hər bir xalqın, o sıradan Azərbaycan xalqının milli 

etnopsixoloji varlığını, onun etnogenezisinin ən atributiv 

əlamətlərini müəyyən etmək baxımından qiymətlidir. Arxaik 

kollektivlər tarixin müxtəlif dönəmlərində baş verən olayları 

öz  şifahi təfəkküründə ümumiləşdirmiş, müxtəlif  şəkildə, 

müxtəlif janrlarda poetik inikas obyektinə çevirmişlər. Belə 

demək mümkünsə, arxaik kollektivlərin aksioloji 

göstəricisində  əsas rolu rituallar, mərasimlər və s. oynamış, 



 

 

112



çeşidli janrların yaranmasına ilkin təsir göstərmişdir. Uşaq 

folkloru janrlarının da yaranması mürəkkəb bədii-psixoloji 

inkişaf prosesi keçirmişdir.  

Yuxarıda qeyd etdiyimiz kimi, uşaq folklorunun lirik 

növünə aid müxtəlif janrları,  şəkilləri mövcuddur. Lakin 

bunlar hələ  gərəyincə elmi-nəzəri tədqiqata cəlb 

edilməmişdir. Lirik növün oxşamalar  şəklindən bəhs edən 

prof. P.Əfəndiyev yazır: «Oxşama janra verilən ümumi ad-

dır. Ancaq bunların içərisində məzmununa görə bir-birindən 

seçilən nümunələr var ki, onları arzulamalar, bəsləmələr, 

əyləndirmələr,  əzizləmələr və s. kimi adlandırmaq daha 

düzgün olardı»

 1



«Oxşamalar – mövzu və ifa tərzi etibarı ilə laylalara 



yaxın olan, bəzən bəsləmə, nazlamalarla eynilik təşkil edən 

xalq  şeiri  şəkillərindən biri. Bilavasitə improvizasiya 

prosesində yarandıqlarından oxşamaların sabitləşmiş forması 

yoxdur. Laylalardakı sakitləşdirici ruh oxşamalarda 

əyləndirmə, əzizləmə çalarları kəsb edir»

 2



Dağda meşəlik, 

Gül bənövşəlik, 

Mən həmişəlik, 

Bu balama qurban. 

Dağın maralı,  

Gözün qaralı, 

Dünyanın malı,  

Bu balama qurban. 

Mən çalım oyna, 

Qurban boyuna, 

El-oba gəlsin, 

Sənin toyuna. 

 

                                                           



1

 Паша Яфяндийев. Азярбайъан шифащи халг ядябиййаты, «Маариф» 

няшриййаты, Бакы, 1981, сящ. 164.  

2

 Елчин, В.Гулийев. Юзцмцз вя сюзцмцз, Бакы, Азярняшр, 1993, сящ. 



 

 

113



Uşaqların yaş psixologiyasına, təfəkkürünə uyğun olan 

bu lirik nümunələr onların həyat hadisələrini bədii dərk 

etməsində mühum funksiya daşıyır. Bu baxımdan, uşaq 

təfəkküründə, onların dünyagörüşündə  həyatın, gerçəkliyin, 

dünyanın bədii modeli kimi yaranan uşaq folklor nümunələri 

tərbiyənin ayrı-ayrı prinsiplərini aşılayır, praktik olaraq xalq 

pedaqogikası rolu oynayır.  

Yuxarıdakı nümunələrdən gördüyümüz kimi, bayatılar, 

laylalar, oxşamalar, nazlamalar, sanamalar, düzgülər və s. 

uşaq folkloru nümunələri kimi həqiqətən də «anaların 

yaratdığı poeziya» nümunələridir. Onlar analar tərəfindən 

yaranıb, müxtəlif məqsədlərlə, ayrı-ayrı  məqamlarda ifa 

olunan xalq ədəbiyyatı inciləridir.  

Müasir nəzəri-estetik fikrin mərkəzində olan 

məsələlərdən biri arxetipik obrazların, arxaik mövzuların 

sonrakı dövr ədəbiyyatına transformasiyasının 

araşdırılmasıdır. Zəngin folklor nümunələrinin mövzuları, 

obrazları ilə tanışlıq körpələrin, kiçik yaşlı  uşaqların sanki 

min bir dildə danışıb zənginləşməsinə imkan verir. Uşaq 

folklor nümunələrinin ilkin janrlarının yaranması ibtidai 

insanların, ulu əjdadlarımızın görüşləri, təsəvvürləri ilə 

bağlıdır. Zaman keçdikcə müxtəlif variantlarda formalaşan 

bu janrların bədii mətnindən süzülüb gələn görüşlər

təsəvvürlər, arzular yaddaşlara köçürülmüş, uşaqların şüurca 

yetkinləşməsində, kamilləşməsində müstəsna rol oynamışdır. 

Uşaq folklorunun janr və mövzuca zənginləşməsində əsas rol 

oynayan cəhətlərdən biri də arxaik mətnlərin müxtəlif 

şəkildə transferi məsələsidir. Bu üsulla yaranıb formalaşan 

sonrakı variantlarda bədii mətnin improvizasiyası, subyektiv 

                                                                                                                            

79.  



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə