Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə27/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

 

 

118



 

Qoşmanın qoşayarpaq forması  sənətkardan ikiqat 

ustalıq, məharət tələb edir. Burada qafiyələri seçmək, ardıcıl-

paralel həmqafiyə sözlər tapmaq, həmin sözləri ahəngdarlığı, 

axıcılığı ilə vermək qayətdən böyük sənətkarlıqdır. Belə 

qoşmalarda ritm, intonasiya, musiqililik əsasdır. Paralel 

qafiyələr tapmaq, misradaxili bölümlərdə  həmqafiyə sözləri 

yerində, poetik məntiqlə vermək sənətkarın dildən, sözün 

məna qatlarından, bədii enerjisindən, semantik tutumundan 

istifadə etmək qabiliyyətini göstərir.  

Lakin sonralar qoşmanın qafiyələnmə sistemində 

müəyyən bir dəyişiklik baş vermişdir. Belə ki, sonralar ya-

ranan qoşmaların əsasən birinci bəndinin ikinci və dördüncü 

misraları  həmqafiyə olmuşdur. Digər bəndlərdə birinci, 

ikinci və üçüncü misralar həmqafiyə, dördüncü misra isə ilk 

bəndin son misrası ilə qafiyələnir. Qoşmanın ayaqlı qoşma, 

müstəzad qoşma, cığalı qoşma, cinas qafiyəli qoşma və 

yuxarıda dediyimiz kimi, qoşayarpaq kimi şəkilləri vardır.  

Aşıq  Ələsgərin qoşmaları  sənətkarlıq baxımından 

diqqəti xüsusilə cəlb edir. Aşıq şeirinin inkişafında və eləcə 

də qoşma janrının çeşidli formalarının yaranmasında Aşıq 

Ələsgərin müstəsna xidməti vardır.  



Səhər-səhər bağda gəzər nazənin,  

/a/ 

Dəstinlə qönçəni üz, qadan alım!  

/b/ 

Süsəndən, sünbüldən, lalə, nərgizdən, /v/ 

Siyah tellərinə düz, qadan alım   /b/ 

 

Sallanıb, sallanıb, özünü öymə.   /q/ 

Elə süzgün baxıb qəlbimə dəymə.  

/q/ 

Yaralı bağrıma, gözəl, daş döymə,  

/q/ 

 

 



119

Qoyma sinəm üstə köz, qadan alım.  

/v/ 

 

Göyərçinsən, eyvanıma qonasan, 

 

/d/ 

Ərz eliyəm, dərdi-dilim qanasan. 

 

/d/ 

Əyri telli, yaşılbaşsız sonasan, 

 

/d/ 

Gəl bizim göllərdə üz, qadan alım!  

/b/ 

 

Durub hüsnün kitabına baxıram,   /e/ 

Yazıq canım ataşına yaxıram,  

/e/ 

Şövqə gəlib, şirin-şirin oxuram, 

 

/e/ 

Çatmır tərifinə söz, qadan alım!   /b/ 

 


 

 

120



Aşıq Ələsgərin dərdini bilsən, 

  /z/ 

Ağladıb, çeşminin yaşını silsin. 

 

/z/ 

Əgər qədəm qoyub, bir bizə gəlsin,  

/z/ 

Yerin var: göz üstə, gəz, qadan alım! /b/ 

 

Aşıq  Ələsgərin qoşmalarında 5+6, 6+5, 4+4+3 kimi 



bölgülərdən istifadə edilmişdir.  

Səni gördüm, əl götürdüm dünyadan, 4+4+3 

Ala gözlü, qələm qaşdı Güləndam!  

4+4+3 

Alma yanağına, bal dodağına 

  6+5 

Baxan kimi ağlım çaşdı, Güləndam!  

4+4+3 

 

Tovuz kimi şux bəzənib durubsan, 

 

4+4+3 

Ala gözə siyah sürmə vurubsan. 

 

4+4+3 

Sağ ol səni, yaxşı dövran qurubsan,   

4+4+3 

Bu dünyanın sonu puşdu, Güləndam!  

4+4+3 

 

Heç demirsən, Ələsgərim hardadı?  

4+4+3 

Səbəb nədi gülün meyli xardadı?   4+4+3 

Mənim gözüm qoynundakı nardadı,  

4+4+3 

Aşığa lütf etsən, xoşdu, Güləndam!  

6+5 

 

Aşıq  Ələsgərin daxili qafiyələrdən ibarət qoşayarpaq 



qoşması sənətkarlıq baxımından diqqəti xüsusilə cəlb edir: 

Sallan qələm qaşdı, yanı yoldaşdı,  

Qalmışam ataşdı, mən başı daşdı,  

Huş başımdan çaşdı, dilim dolaşdı, 

Gözlərim sataşdı, buxağa düşdü. 

 

Ətlazdan qəbalı, belində şalı, 

 

 



121

Gövhərdən bahalı üzündə xalı, 

Geydi yaşıl-alı, yaxdı mahalı, 

Əyri tellər ayna qabağa düşdü. 

 

Yeriyirdi sana yaşılbaş, sona,  

Yaraşır canana ağ nazik cuna, 

Tellərində şana, əlində həna. 

Yəmən, yaqut əhmər dodağa düşdü. 

 

Çox çəkmişəm cəfa, gəl bir insafa

And olsun müsafa, olmam bivəfa. 

Gəlmişəm təvafa, verəsən şəfa, 

Ələsgər xəstədi, ocağa düşdü.  

 

Bütün bunlardan başqa qoşmanın dodaqdəyməz, dil-



dönməz, qıfılbənd, bağlama, təcnis, cığalı  təcnis, müstəzad 

qoşma, müstəzad təcnis kimi formaları vardır.  Əlbəttə bu 

qoşmalar bir-birindən yalnız formal cəhətlərinə görə 

fərqlənirlər. Xalq şeirinin dərinliklərinə yaxından bələd olan 

Aşıq  Ələsgər qoşmanın  ən müxtəlif, çeşidli formalarını 

yaratmışdır.  

Dodaqdəyməz, adından da məlum olduğu kimi, burada 

sözlərin tələffüzü zamanı dodaqlar bir-birinə dəymir. Bunun 

üçün gərək elə sözlər tapasan ki, orada dodaq və qoşa dodaq 

samitləri olan p, b, m, f, v kimi dodaqlanan samitlər 

işlənilməsin. Sənətkar bu formal tələblərə  əməl etməklə 

yanaşı, məna və məzmunun da saxlanmasına maksimum səy 

göstərməlidir.  

El yeridi, yalqız qaldın səhrada, 

Çək əstərin, çal çatığın çata-çat! 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə