114
yozumu ayrı-ayrı janrlarda açıq hiss olunur.
Uşaq folkloruna
daxil olan lirik janrlarda struktur, poetik ahəng, ritm,
alliterasiya kimi sənətkarlıq xüsusiyyətləri diqqəti xüsusi
olaraq cəlb edir.
Folklorun ayrı-ayrı lirik janrlarında mövzuların, mo-
tivlərin və süjetlərin bir-biri ilə müştərək əlaqəsi, qarşılıqlı
təsiri, kontominasiyası çox güclüdür. Odur ki, folklor
janrlarının mətnlərinin təhlili zamanı poetik strukturda
funksionallıq qazanan sözlərin, anlamların şərhinə xüsusi
əhəmiyyət vermək lazımdır
1
.
Qoşma – Azərbaycan şifahi xalq şeirinin ən geniş
yayılmış şəkillərindən biri də qoşmadır. Qoşma həm də aşıq
şeirində yaranan və kütləvi olaraq yayılan şeir janrlarından
biri hesab olunur. Düzdür, qoşma əsasən şifahi lirikamızın
şeir şəkli olsa da, o sonralar Azərbaycan yazılı ədəbiyyatına
da keçmişdir. M.P.Vaqif, Q.Zakir, S.Ə.Nəbati, sonralar
S.Vurğun, Ə.Cəmil, O.Sarıvəlli, H.Arif və müasir
dövrümüzdə yazıb yaradan bir sıra şairlər qoşma janrının
məzmunca və formaca zənginləşməsində böyük rol
oynamışlar. İndi demək olar, heca vəznində və xalq şeiri
üslubunda yazan şairlərimizin əksəriyyəti öz duyğularını,
hisslərini, dövrə münasibətlərini qoşma şeir şəkli vasitəsi ilə
ifadə edirlər.
Qoşma şeir şəkli daha çox aşıq ədəbiyyatında yaranıb
inkişaf etmişdir. Ta qədim zamanlardan əməkçi, istismar
olunan, sadə xalq təbəqələrinə ən yaxın olan aşıqlar
olmuşlar. Odur ki, sadə, zəhmətkeş xalqın ən ulu arzuları,
idealları, istəkləri, mübarizəsi qoşma şeirində əks
1
Бах: Баба Бабайев. Ушаг фолклорунун поетикасы. «Ядябиййат»
гязети, 25 май, 2001-ъи ил.
115
olunmuşdur. Qoşma şeirinin xalqın ruhuna, yaşantılarına,
mənəvi aləminə yaxınlığı, hər şeydən əvvəl, aşıqların özünün
xalqa yaxınlığı, onların xalq mənafeyini qorumaqları ilə
bağlı olmuşdur.
1
Qoşma şeir şəklinin oynaqlığı, ahəngdarlığı nəzərə
alınaraq dastan yaradıcıları, aşıqlar ondan geniş istifadə
etmişlər. «Koroğlu» dastanında qəhrəmanların müxtəlif
situasiyalardakı ovqatı, daxili hiss-həyəcanları, düşmənə
qarşı mübarizə, qələbə əzmi qoşmalar vasitəsilə verilmişdir.
Bu isə xalq dastanlarmıza bir poetik çeviklik, canlılıq
gətirmişdir. Şübhəsiz ki, Koroğlunun qocalıqdan şikayətini
vermək üçün aşıqlar – dastan yaradıcıları qoşma şeir şəklini
ən münasib hesab etmişlər ki, bu da epos qəhrəmanının
ömrünün sonunda yaşadığı hissləri bədii-poetik şəkildə əks
etdirməyə tam imkan vermişdir.
Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dəhanda söhbətim sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Tutulur məclisdə igidin yaşı,
Kar görmür qılıncı, polad libası,
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?
Belə zaman hara, qoç igid hara?
Mərdləri çəkirlər namərdlər dara,
Baş əyir laçınlar, tərlanlar sara,
1
Ятрафлы бах: Баба Бабазадя. Ашыг йарадыъылыьынын нязяри вя
естетик мясяляляри. «Ядябиййат» гязети, 11 март, 2005-ъи ил.
116
Mənmi qocalmışam, ya zəmanəmi?
Axır əcəl gəldi, yetdi hay, haray!..
Çəkdiyim qovğalar bitdi hay, haray!..
Tüfəng çıxdı, mərdlik getdi hay, haray!
Mənmi qocalmışam, ya zəmanəmi?
Koroğluyam, Qırat üstə gəzərdim,
Müxənnətlər başın vurub əzərdim,
Nərələr çəkərdim, səflər pozardım,
Mənmi qocalmışam, ya zəmanəmi?
Qoşma şeir şəklindən ümumiyyətlə, türkdilli xalqların
poeziyasında geniş istifadə edilmişdir. İnsanın hiss-
həyəcanları, sevgi, məhəbbət, kədər hissləri, ayrı-ayrı
adamlar, hadisələr, fəlsəfi hisslər qoşmaların əsas mövzusu
ola bilər.
Qoşmalar ən azı üç bənddən ibarət olur. Hər bəndi dörd
misradan və hər misrası on bir hecadan təşkil edilir.
Qoşmanın misradaxili bölgüsü 6+5, 5+6 və ya 4+4+3
şəklində olur. Bu cəhət bütün qoşmalar üçün qəbul edilən
sabit poetexniki tələbdir.
Qoşmanın birinci bəndi ab-ab kimi qafiyələnərsə, belə
qoşmalara çarpaz qafiyəli qoşma deyilir. Çarpaz qafiyəli
qoşmanın ilk bəndində birinci misra ilə üçüncü misra, ikinci
misra ilə dördüncü misra həmqafiyə olur.
Aşıq Molla Cümənin (1854-1920) şeirlərində çarpaz
qafiyəli qoşmalara tez-tez rast gəlirik.
Ay ağalar, əqlim təmiz itirrəm. /a/
Qələm qaşlı, ay qabaqlı görəndə.
/b/
Qaf dağını darağıma götürrəm, /a/
117
Şirin dilli, bal dodaqlı görəndə. /b/
Mən özüm deyirəm səfil özümə, /v/
Dəli könlüm, neylim, baxmır sözümə,
/v/
Ha bu dünya görünməyir gözümə,
/v/
İnci dişli, gül yanaqlı görəndə
/b/
Eyb etməyin eşq əhlinin işinə,
/q/
Dünya-ügba əsla girməz guşinə, /q/
Molla Cümə daşı salsın başına, /q/
Yumru çənə, ağ buxağı görəndə /b/
Molla Cümənin yaradıcılığında qoşmanın daha oynaq,
çevik forması olan daxili qafiyəli qoşmadan da istifadə
edilmişdir. Belə qoşmalara qoşa yarpaq, yəni daxili
qafiyələrdən istifadə edilən qoşma deyilir:
Bir zülfü ənbərə, qaşı peykərə,
Bir gözü xumara canım peşkəşdir.
Bir yanaq əhmərə, üzü qəmərə,
Bir dişi qövhərə canım peşkəşdir.
Bir ləbi sükkərə, dili şəkkərə,
Bir sinə mərmərə, bəxti əxtərə,
Bir qəddi ər-ərə, təzə nügbərə,
Bir belə dilbərə canım peşkəşdir.
Bir ismi əzbərə, əndamı tərə,
Bir cavan bəşərə, gözəl düxtərə,
Bir eşqi əxkərə, çox zülümkarə,
Cüməyəm aşkara canım peşkəşdir.