Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə20/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   16   17   18   19   20   21   22   23   ...   189

BABURNAMƏ 

 

43



adamlarının oxu Həsən Yaqubun kürəyinə saplandı və qaça bilmədən əməli-

nin cəzasını çəkdi. 

Çü bəd kərdi məbaş əmin zi afat 

Ki vacib şod təbiətra mükafat.  



Pislik edəndə bəladan qurtulacağını sanma, 

Çünki təbiətdə qarşılıq vacibdir.  

Bu il şübhəli yeməklərdən özümü qorumağa başladım. Bıçaqdan, qa-

şıqdan masa örtüsünə  qədər hər  şeyə qarşı  tədbirli davranırdım. Gecə na-

mazlarını da daha az (25 b) buraxırdım. 

Rəbiülaxır ayında [=30 dekabr 1494-27 yanvar 1495] Sultan Mahmud 

Mirzə ağır bir xəstəliyə tutularaq altı gün içində vəfat etdi, qırx üç yaşında 

idi. 

 

SULTAN MAHMUD MİRZƏ 



 

Doğumu və nəsəbi: 857-ci ildə [=1453] doğulmuşdu. Sultan Əbu Sə-

id Mirzənin üçüncü oğlu və Sultan Əhməd Mirzənin doğma qardaşı idi. 



Xarici görkəmi: qısa boylu, seyrək saqqallı, şişman və bir az da yön-

dəmsiz bir adam idi. 



Əxlaqı  və xasiyyəti:  əxlaqı və xasiyyəti yaxşı idi. Namazını boş ke-

çirməzdi. İdarəsi və intizamı fövqəladə dərəcədə yaxşı idi. Maliyyə hesab-

larını çox əla bilirdi. Vilayətində onun xəbəri olmadan bir dirhəm və ya bir 

dinar belə  sərf edilə bilməzdi. Adamlarının iaşəsi heç bir zaman əskik ol-

mazdı. Məclisi, bəxşişi, ziyafət və süfrəsi fövqəladə yaxşı idi. Hamısı da 

qaydalı və nizamlı olurdu. Tərtib və düzəni o qədər gözəl təmin eləmişdi ki

nə əsgəri,  nə də təbəəsi buna heç bir zaman təcavüz edə bilməzdi. 

Əvvəlcə quş ovuyla çox məşğul olurmuş. Sonralar da şahınlə çox ov 

edirdi. Zülm və fəsada çox düşkün idi, durmadan şərab içir və çoxlu çöhrə 

saxlayırdı. Hökmü altındakı yerlərdə gözəl və üzü tüksüz bir oğlan olsa, ne-

cə olursa-olsun, gətirdib özünə çöhrə edirdi. Bəylərinin oğullarını və oğulla-

rının (26 a) bəylərini, hətta süd qardaşlarını özünə çöhrə eləmişdi. Bu işdə 

öz süd qardaşının xidmətçisindən də istifadə edirdi. Bu uğursuz adət onun 

zamanında o qədər yayılmışdı ki, çöhrəsi olmayan adam bəlkə də heç yoxdu. 

Çöhrə bəsləməyi bir hünər sayır və çöhrəsi olmayanı qınayırdılar. Bu zülm 

və fəsadın uğursuzluğundan bütün uşaqları gənc yaşda öldülər. 

Şeir söyləyir, divan tərtib edirdi, ancaq şeiri çox zəif və dadsızdı. Elə 

şeir söyləməkdənsə, söyləməmək daha yaxşıdır. 

Zəif etiqadlı bir adamdı. Xoca Übeydullah həzrətlərinə ehtiram bəslə-

mirdi. Ürəksiz və həyasız bir adamdı. Ətrafında bir neçə masqara və üzsüz 

vardı, divan başında və xalq önündə çirkin və alçaq hərəkətlər edirdilər. 

Nitqi aydın deyildi və sözünü dərhal anlamaq qeyri-mümkündü. 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



44

Meydan müharibələri:  hər ikisi Sultan Hüseyn [Bayqara] Mirzə ilə 

olmaq üzrə iki meydan müharibəsi elədi. Birincisi Əstərabadda, ikincisi Ən-

dəxud civarında Çikmən deyilən yerdə oldu. İkisində də məğlubiyyətə uğ-

radı. İki kərə də Bədəxşanın cənubunda Kafiristana gedərək savaşdı, ona gö-

rə də  (26 b) fərmanlarının tuğrasında «Sultan Mahmud Qazi»

1

 yazırdı. 



Torpaqları:  [atası] Sultan Əbu Səid Mirzə ona Əstərabadı vermişdi. 

İraq hadisəsində

2

 Xorasana  gəldi. O zaman Hisar hakimi Qənbər  Əli bəy 



Sultan Əbu Səid Mirzənin əmrilə Hindistan əsgərini alaraq Mirzənin arxa-

sından  İraqa getməkdə idi və Xorasana gələndə Sultan Mahmud Mirzəyə 

qoşuldu. Sultan Hüseyn [Bayqara] Mirzənin yaxınlaşdığını eşidən Xorasan 

əhalisi hücuma keçərək Sultan Mahmud Mirzəni Xorasandan çıxardı. Sultan 

Mahmud Mirzə  də bu üzdən Səmərqəndə Sultan Əhməd Mirzənin yanına 

getdi. 


Bir neçə ay sonra isə  Əhməd Müştaq komandanlığında Seyid Bədr, 

Xosrov şah və digər bəzi igidlər Sultan Mahmud Mirzə ilə birlikdə qaçaraq 

Qənbər Əli bəyin yanına Hisara gəldilər. O gündən sonra da Kuhqa və Kuh-

tən dağlarının cənubundakı Termiz, Çağanyan, Hisar, Xutlan, Qunduz və 

Bədəxşan kimi vilayətlər Hinduquş dağına qədər Sultan Mahmud Mirzənin 

idarəsində idi. Böyük qardaşı Sultan Əhməd Mirzə öldükdən sonra onun vi-

layəti də Mahmud Mirzənin əlinə  keçmişdi. 

Uşaqları:  Sultan Mahmud Mirzənin beş  oğlu və on bir qızı vardı. 

Oğullarının  ən böyüyü Sultan Məsud Mirzə idi, anası  (27 a) Mir Büzürg 

Termizinin qızı idi. 

İkinci oğlu Baysunqur Mirzənin anası Pəşşə bəyim di. 

Üçüncü oğlu Sultan Əli Mirzənin anası Zəhra Bikə ağa adlı özbək bir 

cariyə idi. 

Dördüncü oğlu Sultan Hüseyn Mirzənin anası Mir Büzürgün nəvəsi 

Xanzadə bəyim idi. O, on üç yaşında, atası həyatda ikən Allahın rəhmətinə 

qovuşdu. 

Sultan Veys Mirzənin anası Yunus xanın qızı və mənim anamın kiçık 

bacısı olan Sultan Nigar xanımdı. 

Bu dörd mirzənin vəqayeləri bu kitabda müvafiq illərin olayları içində 

nəql ediləcək. 

Üç qızı Baysunqur Mirzənin doğma bacısı idi və bunların ən böyüyü 

Sultan Mahmud Mirzənin  əmisi Mənuçöhr Mirzənin oğlu Məlik Məhəm-

                                                           

1

 O dövrdə müsəlman olmayan şəxslərin idarə etdiyi torpaqlara hərbi səfərlərdə və sa-



vaşlarda iştirak edən hökmdarlara "qazi" ünvanı verilirdi.  

2

 Qaraqoyunlu Cahan şahın ölümündən sonra Ağqoyunlu Uzun Həsən İraqda və Azər-



baycanda güclənmiş, Cahan şahın oğlu Hüseynəli Əbu Səiddən kömək istəmişdi. Əbu Səid 

Azərbaycana girdikdən sonra ordusuyla Qarabağda qışlarkən qıtlıq baş vermiş, Uzun Həsən 

onu yaxalayıb öldürmüşdü (rəcəb 873=1469-un əvvəli).  

  



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə