Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə18/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   14   15   16   17   18   19   20   21   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



38

öz eşik ixtiyarlığını  (21 a) ona vermişdi.  Əxlaqı  və xasiyyəti qəribə bir 

adammış. Haqqında qəribə rəvayətlər var. Məsələn, Səmərqənd hakimi ikən 

özbəklərdən bir elçi gəlibmiş. Bu elçi özbək ulusunda gücü-qüvvəti ilə məş-

hur imiş. Özbəklər qüvvətli adama bükə deyirlər. Cani bəy ona «Bükəsən? 

Əgər bükəsənsə, gəl güləşək» deyibmiş. Elçi nə qədər eləsə də, Cani bəy əl 

çəkməyibmiş. Nəhayət, güləşiblərmiş və Cani bəy onu yıxıbmış. Cəsur bir 

adam idi. 

Başqa bir əmiri Əhməd Hacı bəy idi. O, Sultan Məlik Kaşğarinin oğ-

lu idi. Sultan Əbu Səid Mirzə Heratın idarəsini bir müddət ona vermişdi. 

Əmisi Cani bəy öldükdən sonra onun payəsini də verib Səmərqəndə göndər-

di. Xoş təbiətli və cəsur bir adam idı. Təxəllüsü Vəfai idi. Divanı var, şeir-

ləri pis deyil. Bu beyt onundur: 

Məstəm, ey möhtəsib

1

, imruz zi mən dəst bidar, 



Ehtisabəm biqun an ruz ki, yabi huşyar. 

Ey möhtəsib, sərxoşam, bugün məndən əl çək, 

Məni ayıq vaxtımda sorğuya çək. 

Mir  Əlişir Nəvai Heratdan Səmərqəndə  gələndə  Əhməd Hacı  bəylə 

bərabər olurdu. Sultan Hüseyn [Bayqara] Mirzə padşah olduqdan sonra o, 

Herata getdi və orada böyük iltifat gördü. Əhməd Hacı bəy gözəl cins atlar 

bəsləyir (21 b) və minirdi. Bu atlar əsasən özünün yetişdirdiyi atlar idi. Cə-

sur bir adamdı, ancaq komandanlığı cəsarəti kimi deyildi. Qayğısızdı. İşini-

gücünü adamları idarə edirdi. Baysunqur Mirzə Buxarada Sultan Əli Mirzə 

ilə vuruşub məğlub olanda Əhməd Hacı  bəy də  əsir düşdü və  Dərviş  Mə-

həmməd Tarxanı öldürməkdə ittiham edilərək şərəfsiz bir şəkildə qətlə yeti-

rildu. 


Başqa bir əmiri Dərviş Məhəmməd Tarxan Orda Buğa Tarxanın oğ-

lu və Sultan Əhməd Mirzə ilə Sultan Mahmud Mirzənin doğmaca dayısı idi. 

Mirzənin hüzurunda bütün bəylərin ən böyüyü və etibarlısı o idi. Müsəlman, 

həlim və  dərviş bir adam idi. Daima Quran  yazırdı,  şahmatı çox və yaxşı 

oynayırdı. Quşçuluq elmini gözəl bilir və yaxşı quş ovlayırdı. Axırda Bay-

sunqur Mirzə ilə Sultan Əli Mirzənin qovğasında qoca yaşında bədnamlıqla 

öldü. 

Başqa bir əmiri  Əbdüləli Tarxan idi. O, Dərviş Məhəmməd Tarxanın 



yaxın qohumlarından idi. Baqi Tarxanın anası olan Dərviş Məhəmməd Tar-

xanın kiçık bacısı onun arvadı idi. Dərviş Məhəmməd Tarxan törə və rütbə 

baxımından ondan böyük olsa da, bu firon onu nəzərə almırdı. Buxaranın 

idarəsi bir neçə il (22 a) onun əlində qaldı. Adamlarının sayı üç minə çat-

                                                           

1

 Möhtəsib: o dövrün əxlaq polisi, yaxud bələdiyyə işlərinə baxan məmur. O, köməkçi-



ləri ilə birlikdə küçədə-bazarda gəzərək tacirlərin alıcıları aldatmamasına diqqət edir, özünü 

yaxşı aparmayan adamları yerindəcə şallaqla cəzalandırırdı.  

 



BABURNAMƏ 

 

39



mışdı. Onları yaxşı saxlayır, qayğı göstərirdi. Bəxşişi, hədiyyələri, divan və 

iş yerləri, ziyafətləri və məclisləri padşahlarınkı kimiydi, idarədə müqtədir, 

ancaq zalım, fasiq və kibrli bir adam idi. Şeybani xan onun adamı deyildi, 

ancaq çox zaman onunla oturub-dururdu. Kiçık sultanzadələrin çoxu onun 

adamı olmuşdu.  Şeybani xanın bu dərəcədə inkişafına və  əski sülalələrin 

batmasına Əbdüləli Tarxan səbəb oldu. 

Başqa bir əmiri Seyid Yusif Oğlaqçı idi. Babası moğoldan gəlmə idi. 

Atasını Uluğ  bəy Mirzə yüksəltmişdi. Fikir və  tədbiri olduqça yaxşı idi. 

Cəsarəti də vardı. Yaxşı qopuz çalırdı. Mən Kabilə  gələndə, o mənim ya-

nımdaydı. Ona iltifat göstərmişdim, gerçəkdən də buna layiq idi. Hindistan 

səfərinə çıxdığım ilk il Seyid Yusif bəyi Kabildə qoymuşdum. O zaman Al-

lahın rəhmətinə qovuşdu. 

Bir əmiri də Dərviş bəy idi. Teymur bəyin iltifat göstərdiyi İgü Tey-

mur bəyin nəslindəndir. Xoca [Übeydullah] həzrətlərinin müridi idi. Musiqi 

elmini bilir, saz çalır və şeir (22 b) yazırdı. Sultan Əhməd Mirzə Çir çayı sa-

hilində məğlub olanda Çir çayında boğuldu. 

Başqa bir əmiri  Məhəmməd Məzid Tarxan idi. O, Dərviş  Məhəm-

məd Tarxanın doğma və kiçık qardaşı idi. Bir neçə il Türküstan [şəhərinin] 

hakimi oldu. Şeybani xan Türküstanı ondan aldı. Fikir və tədbiri yaxşı idi. 

Heç bir şeydən qorxmayan, fasiq bir adamdı. Səmərqəndi ikinci və üçüncü 

dəfə alanda mənim yanıma gəlmişdi. Mən də ona çox iltifat göstərmişdim. 

Göl-Məlik müharibəsində öldü. 

Bir əmiri də Baqi Tarxan idi. Əbdüləli Tarxanın oğlu və Sultan Əh-

məd Mirzənin  əmisi oğlu idi. Atasından sonra Buxaranı ona vermişdilər. 

Sultan Əli Mirzə zamanında çox yüksəlmiş, adamlarının sayı beş-altı minə 

çatmışdı. Sultan Əli Mirzəyə o qədər bağlı deyildi. Şeybani xan ilə Qaleyi-

Dəbusidə vuruşaraq yenildi və Şeybani xan bu qələbədən sonra Buxara üzə-

rinə hücuma keçərək oranı tutdu. 

Quş ovuna çox müştaq idi. Yeddi yüz ov quşu olduğu söylənir. Diqqə-

təlayiq bir əxlaqı və xasiyyəti yoxdu. Bir zadəgan olaraq nemət içində böyü-

müşdü. Atasının Şeybani xana çox yaxşılığı dəymişdi, buna güvənərək onun 

hüzuruna getmişdi. Ancaq o haqq itirən və mürvətsiz adam bu yaxşılıqların 

əvəzində  (23 a) ona heç nə etmədi, hörmət və iltifat göstərmədi. Həqir və 

etibarsız bir vəziyyətdə Axsi vilayətində vəfat etdi. 

Başqa bir əmiri olan Sultan Hüseyn Arğun bir neçə dəfə Qaragöl ha-

kimi olduğu üçün Sultan Hüseyn Qaragöli deyə anılırdı. Fikir və tədbiri çox 

yaxşı idi. Mənim yanımda da uzun müddət olmuşdu. 

Qul Məhəmməd Buğda koçin idi, cəsarətli bir adamdı. 

Başqa bir əmiri olan Əbdülkərim Eşrit uyğur idi. Sultan Əhməd Mir-

zənin yanında eşik ağası idi. Cömərd və cəsur bir adam idi. 

Sultan  Əhməd Mirzənin ölümündən sonra bəyləri ittifaq edərək dağ 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə