Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə15/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   11   12   13   14   15   16   17   18   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



32

Buna görə  də ona culdu [mükafat] olaraq Bəngiş vilayətini verdim. Sonra 



(14 b) Kabilə  gəlincə, onu Hümayuna bəy-atəkə  təyin etdim. Zəmindavər 

alındığı zaman [=1522] Allahın rəhmətinə qovuşdu. 

Müsəlman, dindar, günahdan və haramdan qorxan bir adamdı. Şübhəli 

yeməkləri yeməzdi. Düşüncəli və tədbirli idi. Çox zarafatcıl idi. Savadsız ol-

duğu halda çox xoş nüktələr söyləyirdi. 

Başqa bir əmiri Babaqulu bəy Babaəli bəy oğlu  idi. O, Şeyx Əli Ba-

hadırın nəslindəndir. Şeyx Məzid bəy öləndən sonra onu mənə bəy-atəkə tə-

yin etdilər. [Baburun əmisi] Sultan Əhməd Mirzə Əndicana qoşun çəkəndə 

Ura-Təpəni ona təslim edərək Əhməd Mirzəyə qoşuldu. [Baburun digər bir 

əmisi] Sultan Mahmud Mirzənin ölümündən sonra Səmərqənddən qaçıb gə-

lərkən qarşısına Ura-Təpədən [Sultan Mahmud Mirzənin oğlu] Sultan Əli 

Mirzə çıxdı və müharibədə məğlub olaraq öldürüldü. İdarəsi və yarağı yaxşı 

idi. Əsgərinə yaxşı baxırdı. Namaz qılmaz, oruc tutmazdı. Zalım və kafirsa-

yaq bir adamdı. 

Başqa bir əmiri olan Əli Dost Tağayi sağarıçı tümən bəylərindən idi. 

Mənim anamın anası İsən Dövlət bəyimlə qohum idi. Ona Ömər Şeyx Mirzə 

zamanındakından daha çox iltifat etdim. Dedilər ki, bacarıqlı adamdır, an-

caq neçə illər yanımda qaldığı halda əməlli-başlı bir işini görmədim desəm, 



(15 a) doğrudur. Sultan Əbu Səid Mirzənin xidmətində olduğu zamanlarda 

yada daşı

1

 ilə yağış yağdırdığını iddia edirdi. Quşbazdı. Əxlaqı və xasiyyəti 



pis idi. Paxıl, fitnəkar, namussuz, münafıq, özündən razı, sərt sözlü, soyuq 

üzlü bir adam idi. 



Veys Lağari Səmərqəndin toxçu tayfasından idi. Ömər Şeyx Mirzənin 

son dövrlərində  ən yaxın adamlarından olmuşdu. Mənimlə birlikdə qazax-

lıqlarda oldu. Fikri və tədbiri çox yaxşı idi, ancaq bir az fitnəkar idi. 

Mir Qiyas Tağayi Əli Dostun kiçık qardaşı idi. Moğolun soylu ailə-

ləri arasında Sultan Əbu Səid Mirzənin qapısında ondan daha irəli adam yox 

idi. Sultan Əbu Səid Mirzənin böyük möhürü onda idi. Ömər Şeyx Mirzənin 

son dövrlərində  ən yaxın adamlarından biri olmuşdu. Veys Lağarinin çox 

yaxın dostu idi. Kasan Sultan Mahmud xana veriləndən sonra ömrünün so-

nuna qədər xanın xidmətində oldu. Xan da ona çox iltifat etmişdi. Gülərüz 

və zarafatçı bir adamdı. Fisqdən çəkinməzdi. 

Başqa bir əmiri  Əli Dərviş  xorasanlıydı. Sultan Əbu Səid Mirzənin 

yanında Xorasan gənclər bölüyündə xidmət edirdi. Xorasan və  Səmərqənd 

Sultan Əbu Səid Mirzənin idarəsinə (15 b) keçəndə bu iki paytaxtın işə ya-

rayan igidlərini xassə bölüklərinə ayıraraq bunlara Xorasan çöhrə bölüyü və 

                                                           

1

 Yadaçılıq:  yağış, qar yağdırmaq, külək qoparmaq üçün yada daşından istifadə edil-



məsi. Mahmud Kaşğari bu barədə geniş  məlumat vermişdir (bax: Divanü lüğat-it-türk. 

Tərcümə edən və  nəşrə hazırlayan: Ramiz Əskər. Bakı, Ozan, 2006, III cild, s. 11; 159; 

276). 



BABURNAMƏ 

 

33



Səmərqənd çöhrə bölüyü adlarını vermişdi. 

Mənim yanımda Səmərqənd önündə yaxşı çarpışdı. Cəsur bir adam idi. 

Nəstəliq yazısını əla yazırdı. Məddahlıq edirdi, təbiətcə həsədçi idi.  

Başqa bir əmiri Qənbər Əli moğoldu və axtaçılardan idi

1

. Atası vila-



yətə girib bir neçə dəfə sallaxlıq etdiyi üçün Qənbər Əli Sallax da deyirdilər. 

Yunus xanın yanında əvvəlcə avtafaçı, sonra da bəy olmuşdu. 

Ona mənim hüzurumda da çox iltifat göstərilmişdi. İşə başlayana qə-

dər çox inamlı idi, ancaq işə başladığı vaxt yersiz qorxulara qapılırdı. Gəvə-

zə idi, dağınıq danışırdı. Məlumdur ki, gəvəzələr hətərən-pətərən danışırlar. 

Kəmhövsələ və beyinsiz bir adam idi. 

Ömər  Şeyx Mirzə  vəfat etəndə  mən  Əndicanda, çarbağda

2

 idim.  Bu 



xəbər  Əndicana ramazan ayının beşində, çərşənbə axşamı günü [=10 iyun 

1494] mənə çatdı. Çox mütəəssir oldum. Ata minib yanımdakı adamlarımla 

kurqana hərəkət etdim. Mirzə qapısına çatanda Şirim Tağayi atımın cilovu-

nu tutub namazgah

311

  tərəfinə  çəkdi. Hər halda belə düşünmüş olmalı idi: 



«Sultan Əhməd Mirzə böyük (16 a) bir padşahdır. Əgər çox əsgərlə gəlsə, 

bəylər məni və vilayəti ona təslim edərlər. Bu görə də onu [məni] Özgənd 

və Ala-Tağ ətəyinə doğru götürüm. Əgər vilayəti təslim etsələr, barı o, ələ 

keçmədən dayılarının yanına, Alaca xanın və ya Sultan Mahmud xanın ya-

nına getsin». 

Xoca Mövlana qazı (o, Sultan Əhməd qazının oğlu olub Şeyx Bürha-

nəddin Qılınc nəslindəndir; ana tərəfi isə Sultan İlig Maziyə gedib çıxır. 

Bunlar nəsillikcə o vilayətə müfti və şeyxülislam olmuşlar və daha sonra on-

lardan yenə  bəhs ediləcək) və kurqanın içindəki bəylər bu xəbəri alınca, 

Ömər Şeyx Mirzənin yaxın adamı və bir qızının tərbiyəçisi olan Xoca Mə-

həmməd Dərzini yanımıza göndərdilər. Biz namazgaha yaxınlaşanda gəldi, 

könüllərdəki vəsvəsəni aldı və məni geri apardı. Ərkə endim. Xoca Mövlana 

qazı və bəylər gəlib vəziyyəti müzakirə etdilər. Kurqanın bürc və divarları-

nın gücləndirilməsiylə məşğul oldular. Mərginana və ətraf yerlərə göndəril-

miş olan Həsən Yaqub, Qasım Koçin və digər bəzi bəylər bir-iki gün sonra 

gələrək bizə qoşuldular. Hamısı birlikdə qalanın mühafizəsi üçün böyük 

qeyrət (16 b) və enerji ilə çalışdılar. 

Sultan Əhməd Mirzə Ura-Təpə, Xocənd və Mərginanı aldıqdan sonra 

Əndicandan dörd ağac məsafədə olan Kubaya gəldi. Bu zaman Əndicanın 

məşhur adamlarından Dərviş Gav adlı biri münasibətsiz sözlər söylədiyi 

üçün öldürüldü. Bu şiddətli hərəkətdən sonra bütün əhali yatışdırıldı. 

                                                           

1

 Axtaçı: hökmdarın atları ilə məşğul olanlar üçün işlənən bir termindir.  



2

  Çarbağ: "çahar bağ, dörd bağça". Bu sözlə bir qismi park, bir qismi üzümlük, bir qis-

mi meyvə ağacı, bir qismi də bostan olan hovuzlu bağlar nəzərdə tutulur. Babur öz haki-

miyyəti dövründə çoxlu bağ saldırmışdır.  

3

 Namazgah: əskidən şəhər kənarında düzəldilən və xalqın toplu halda namaz qıla bil-



diyi açıq bir meydan. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə