Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə12/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   8   9   10   11   12   13   14   15   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



26

ziyadə məcun atmağa başlamışdı, məcun atanda özündən gedirdi. Zəngin ol-

maqla birlikdə təvazökardı. Həmişə nərd, bəzən də qumar oynayırdı. 

Meydan müharibələri:  üç meydan müharibəsi elədi. Birincisi [öz 

qaynatası] Yunus xan ilə Əndicanın şimal (8 a) tərəfində və Seyhun çayı sa-

hilindəki Təkə-Səkritgü adlı yerdə elədiyi müharibədir. Bu çay dağ ətəyində 

çox dardır, rəvayətə görə, buradan bir təkə atlamış və bu ad da bunun üçün 

verilmişdir. Bu müharibədə yenildi və yaxalandı, ancaq Yunus xan yaxşılıq 

edib onu buraxdı. Müharibə burada olduğu üçün Təkə-Səkritgü müharibəsi 

bu vilayətdə bir tarix olmuşdur. 

İkincisi Türküstanda, Araş (Urs) çayının sahilində Səmərqənd ətrafını 

yağmalayan özbəklərlə elədiyi müharibədir. Araş çayını buz üzərindən ke-

çərək onları möhkəm əzişdirdi, əsirlərini və mallarını geri alıb hamısını sa-

hiblərinə qaytardı. Özü heç bir şeyə tamah salmadı. 

Üçüncüsü isə [böyük qardaşı] Sultan Əhməd Mirzə ilə Şahruxiyyə və 

Ura-Təpə arasındakı Xas adlı kənddə etdiyi və yenildiyi müharibədir. 

Torpaqları: atası ona Fərqanə vilayətini vermişdi. Bir müddət Daş-

kənd və Sayram da onun əlində idi. Buraları ona böyük qardaşı Sultan Əh-

məd Mirzə vermişdi. Şahruxiyyəni də hiylə ilə alaraq bir müddət əlində sax-

ladı. Son zamanlarında Daşkənd və  Şahruxiyyə  əlindən çıxmışdı. Fərqanə 

vilayəti, Xocənd və Ura-Təpə -əsil adı Usruşnadır, amma Usruş da deyirlər- 

əlində idi. Xocəndi bəziləri Fərqanə (8 b) hesab etmir. Sultan Əhməd Mirzə 

Daşkəndə moğol üzərinə qoşun çəkib Çir çayının sahilində məğlub olmuşdu 

və Ura-Təpədə Hafiz [Məhəmməd] bəy Dulday vardı, buranı Ömər  Şeyx 

Mirzəyə verdi və o zamandan bəri Usruşna onun idarəsində idi. 

Uşaqları: üç oğlu və beş qızı qalmışdı. Bütün oğullarının ən böyüyü 

mən Zəhirəddin Məhəmməd Baburam. Anam Qutlu(ğ) Nigar xanımdır. 

Digər bir oğlu, məndən iki yaş kiçık olan Cahangir Mirzədir, amma 

onun anası moğolların tümən bəylərindən Fatma Sultan [ağa]dır. 

Digər bir oğlu da məndən dörd yaş kiçık olan Nasir Mirzədir, anası 

əndicanlı Ümid adlı bir cariyədir. 

Qızlarının  ən böyüyü mənim doğma bacım olan Xanzadə  bəyimdir. 

Məndən beş yaş böyükdür. Səmərqəndi ikinci dəfə aldığım zaman [=1501] 

Sərpüldə yenilməyimə baxmayaraq gəlib qalanı beş ay müdafiə elədim. An-

caq ətrafdakı padşah və bəylərdən heç bir kömək gəlmədiyi üçün çarəsiz qa-

lıb çıxdım. O fətrətdə Xanzadə bəyim Məhəmməd Şeybani xanın əlinə düş-

müşdü. Ondan Xürrəm  şah adlı bir oğlu oldu. Yaxşı  oğlan idi. Atası  Mə-

həmməd Şeybani xan Bəlx vilayətini ona vermişdi. (9 a) Atası öldükdən bir-

iki il sonra o da Allahın rəhmətinə qovuşdu. Şah İsmayıl özbəkləri Mərvdə 

yenəndə Xanzadə bəyim də oradaydı. Mənim sayəmdə xoş rəftar edib gön-

dərdilər və Qunduzda gəlib mənə qoşuldu. Bir-birimizi görməyəli on il ol-

muşdu. Onları görməyə mən və Məhəmməd Göyəldaş getdik. [Xanzadə] bə-



BABURNAMƏ 

 

27



yim və yanındakılar məni tanımadılar, ancaq adımı söylədikdən sonra tanıya 

bildilər. Ömər Şeyx Mirzənin qızlarının ikincisi Nasir Mirzənin doğma ba-

cısı və məndən iki yaş böyük olan Mehribanu bəyimdir.  

Şəhribanu bəyim də Nasir Mirzənin doğma bacısıdır və məndən sək-

kiz yaş kiçıkdir. Digər bir qızı Yadigar Sultan bəyimdi, onun anası Ağa Sul-

tan adlı bir cariyədir. Digəri isə Qaragöz bəyim deyilən Ruqiyyə Sultan bə-

yimdir, onun anası Məxdumə Sultan bəyimdir. Hər ikisi Mirzənin ölümün-

dən sonra dünyaya gəlmişlər. Yadigar Sultan bəyimi nənəm İsən Dövlət bə-

yim böyütmüşdü. Şeybani xan Əndican və Axsini alanda Yadigar Sultan bə-

yim Həmzə Sultanın  Əbdüllətif Sultan adlı  oğlunun  əlinə düşmüşdü. Mən 

Həmzə Sultan komandanlığındakı sultanları Xutlan vilayətində yenərək Hi-

sarı alanda [=1511/12] mənə qoşuldu. Fətrət dövründə isə Ruqiyyə Sultan 

bəyim Canibəy Sultanın əlinə düşdü. (9 b) Bir-iki oğlu oldu, amma yaşama-

dılar. İndi özünün isə Allahın rəhmətinə qovuşduğu xəbəri gəldi.  



Qadınları  və cariyələri:  Qutlu Nigar xanım Yunus xanın ikinci qızı 

və Sultan Mahmud xanla Sultan Əhməd xanın böyük bacısıydı. Yunus xan 

isə Çingiz xanın ikinci oğlu Çağatay xanın nəslindəndir: Yunus xan, Veys 

xan, Şirəli Oğlan, Məhəmməd xan, Xızır Xoca xan, Tuğlu Teymur xan, İsən 

Buğa xan, Duva xan, Baraq xan, Yisün Təvə, Mötügən, Çağatay xan, Çingiz 

xan. Yeri gəlmişkən, xanların əhvalından da qısaca bəhs edək. 

 

ÇAĞATAY XANLARI HAQQINDA QISA MƏLUMAT 

 

Yunus xan və  İsən Buğa xan Veys xanın oğulları idi. Yunus xanın 



anası Türküstanlı qıpçaq bəylərindən olan və Teymur bəyin qoruduğu Şeyx 

Nurəddin bəyin qızı  və ya nəvəsidir. Veys xanın ölümündən sonra moğol 

ulusu bir qismi Yunus xan, əksəriyyəti İsən Buğa xan tərəfində olmaq üzrə 

ikiyə ayrıldı. 

Daha öncə [Teymur bəyin oğlu Şahrux Mirzənin oğlu] Uluğ bəy Mir-

zə Yunus xanın böyük bacısını [oğlu] Əbdüləziz Mirzəyə almışdı. Bu səbəb-

lə barin tüməninin bəylərindən  İrzen və  Çıras (Hırmas)  (10 a) tüməninin 

bəylərindən Mirək Türkmən üç-dörd min ailəlik moğol ulusuyla birlikdə 

Yunus xanı Uluğ bəy Mirzənin yanına gətirdilər; məqsədləri ondan kömək 

alıb moğol ulusunu təkrar ələ keçirmək idi. Amma Mirzə qəddarlıq göstərdi, 

onların bir qismini əsir etdi, digərlərini isə başqa vilayətlərə dağıtdı.  İrzen 

iğtişaşı moğol ulusunda bir tarix olmuşdur. 

Yunus xanı  İraq tərəfinə göndərdilər, xan oraya gedib bir ildən artıq 

Təbrizdə qaldı. O zamanlar Təbriz padşahı Qaraqoyunlu Cahan Şah Barani 

idi. Sonra Yunus xan oradan Şiraza keçdi. Şirazda Şahrux Mirzənin ikinci 

oğlu  İbrahim Sultan Mirzə hakim idi. Beş-altı ay sonra İbrahim Sultan 

Mirzə vəfat edincə yerinə [oğlu] Abdullah Mirzə keçdi. Abdullah Mirzənin 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə