Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə16/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

 
39
çevrildiyini xatırlatmaq və bunun səbəblərini müzakirə etmək faydalı olardı. 
Eukariot və prokariot orqanizmlər haqqında məlumat cədvəl şəklində verilə bilər: 
 
Orqanizmlər 
Eukariotlar Prokariotlar 
Hüceyrədə, adətən, bir və ya bir neçə 
nüvə olur 
Hüceyrədə formalaşmış nüvə 
olmur 
 
Tətbiq zamanı qeyd olunan terminlər hüceyrə quruluşu haqqında bilikləri for-
malaşdırır və tapşırıqları yerinə yetirmək üçün zəmin yaradır. 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif Orta 
Yüksək 
Mikroskopla müşahidə etdiyi 
bitki hüceyrəsinin hissələrini 
sadalayır,  təsvir etməkdə 
çətinlik çəkir.  
Mikroskopla müşahidə etdiyi 
bitki hüceyrəsinin hissələrini 
təsvir edərkən kiçik səhvlərə 
yol verir.  
Mikroskopla müşahidə etdiyi 
bitki hüceyrəsinin hissələrini 
ətraflı təsvir edir. 
 
 
 
 
 
Dərs 9 / Mövzu 8:
 PROKARİOT ORQANİZMLƏR 
 
 
 Müəllim dərsə verilmiş mətnlə tanışlıqdan və sonrakı sualın müzakirəsi ilə baş-
laya bilər. Dərsə “Klaster” üsulundan istifadə etməklə  də başlamaq olar. 
Şagirdlərin aşağı siniflərdə “Həyat bilgisi” dərslərində bakteriyalar aləminin nüma-
yəndələri haqqında aldıqları elementar bilikləri yada salmaq faydalı olardı. Bunun 
üçün müəllim şagirdlərə “Canlı təbiətdə neçə aləm mövcuddur?” sualı ilə müraciət 
edir. Sonra şagirdlərə  hər aləmin nümayəndələrinə aid 1-2 xüsusiyyət söyləmək 
təklif olunur.   
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.3. Bioloji proseslərə dair sadə  təcrübələr və hesablamalar 
aparır.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
 Prokariot orqanizmlərin xarakterik xüsusiyyətlərini təsvir edir.  
 Bakteriyaların quruluşunu təsvir edir. 
 Bakteriyaların çoxalmasına dair sadə hesablamalar aparır.
 
 
 


 
40
 “Fəaliyyət” blokundakı tapşırıqda bitki və bakteriya hüceyrələrini müqayisə 
edərkən  şagirdlər ötən dərsdə aldıqları biliklərdən istifadə etməlidirlər. Müqayisə 
nəticəsində belə nəticəyə gəlinir ki, bakteriya hüceyrəsində xloroplastlar, vakuollar, 
nüvə  qılafı yoxdur. Bakteriya hüceyrəsində qamçılar və s. vardır. Bunun üçün 
müəllim müvafiq suallarla şagirdləri istiqamətləndirə bilər. 
 
 
 
 Növbəti abzası  şagirdlər müstəqil öyrənir və müşahidələrinin nə  dərəcədə 
doğru olduğu barədə nəticə çıxarırlar. 
 Bakteriya hüceyrəsinin  əsas hissəciklərinin adlarını yazarkən  şagirdlər nəzəri 
materialdan istifadə edirlər. Müstəqil işin sonunda frontal sorğu keçirilə bilər.  
 Müəllim  şagirdləri bakteriyaların çoxalması, sporun yaranması, bakteriyaların 
müxtəlifliyi haqqında  məlumatlarla tanış edir. Bakteriyaların formaları haqqında 
məlumatı verərkən müəllimin dərsliklə yanaşı, plakat, prezentasiya, videomaterial 
və digər əyani vəsaitlərdən istifadə etməsi məqsədəuyğundur.  
 “Tətbiq” blokundakı tapşırıqda bakteriyaların bölünmə sürəti barədə mühüm 
məlumat verilir.
 
Məsələnin həlli zamanı şagirdlərdə bakteriyaların yayılmasının və 
dözümlülüyünün səbəbi barədə fikir formalaşır. Bu fakt növbəti paraqrafda verilən 
materialın qavranması üçün zəmin yaradır

   
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Hesablama 
Zəif
 
Orta
 
Yüksək
 
Prokariot orqanizmlərin 
xarakterik xüsusiyyətlərini 
təsvir etməkdə çətinlik çəkir.  
Prokariot orqanizmlərin 
xarakterik xüsusiyyətlərini 
əsasən təsvir edir. 
Prokariot orqanizmlərin 
xarakterik xüsusiyyətlərini 
düzgün təsvir edir. 
Bakteriyaların çoxalmasına 
dair sadə hesablamalarda tez-
tez səhvlərə yol verir.  
Bakteriyaların çoxalmasına 
dair sadə hesablamalarda 
bəzən qeyri-dəqiqliyə yol 
verir.  
Bakteriyaların çoxalmasına 
dair sadə hesablamaları dəqiq  
aparır.
 
 
 


 
41
Dərs 10 / Mövzu 9:
  BAKTERİYALARIN YAYILMASI VƏ  TƏBİƏT-
DƏ ROLU. XƏSTƏLİKTÖRƏDƏN BAKTERİ-
YALAR. VİRUSLAR 
 
 
 
 
 Müəllim  şagirdlərlə birlikdə  dərslikdəki mətnlə tanış olub uyğun sualları 
müzakirə edə bilər.  Şagirdlər  əvvəl qazandıqları biliklərə  əsasən, bakteriyaların 
həm mənfi, həm də müsbət təsirini qeyd edə bilərlər. Sonra “İnsan xəstəliktörədən 
bakteriyalarla hansı şəraitdə yoluxa bilir?” sualına birlikdə cavab axtarılması daha 
faydalıdır.  
 Dərslikdəki laboratoriya işini başqa preparatlarla da aparmaq olar. Bunun üçün 
müəllim bakteriya preparatlarını 5 – 7 gün əvvəldən hazırlaya bilər:  
Saman məhlulu hazırlamaq üçün bir ovuc samanı xırdalayıb üzərinə həcminə görə 
2 dəfə çox su əlavə edib 30 dəqiqə qaynadırıq. Məhlulu pambıq filtrdən keçirib 
kolbaya süzürük. Ağzını möhkəm bağlayıb qaranlıq yerdə, 30

C-yə  qədər 
temperaturda
 
saxlayırıq. Bir neçə gündən sonra məhlulun üzərində ot çöpü 
bakteriyalarından  əmələ  gəlmiş  ağtəhər rəngli pərdə  əmələ  gəlir. Bundan başqa 
bir həftə qapalı qabda saxlanmış qatıq və ya xiyar turşusunun üzərində əmələ gələn 
pərdədən istifadə etmək olar. Öyrənilən bakteriyalar rəngsiz olduğu üçün pərdəni 
əşya  şüşəsi üzərinə yerləşdirən zaman ona  xüsusi rəngləyici maddə  və ya bir 
damcı mürəkkəb əlavə etmək lazımdır. 
Mikroskopdan istifadə imkanı olmadıqda müəllim tapşırığı hazır fotoşəkillər, 
elektron təqdimatlar üzərində də qura bilər.  
 
Müəllim şagirdləri bakteriyaların təbiətdə maddələr dövranında, faydalı qazıntı 
yataqlarının yaranmasında rolu, qida məhsullarının istehsalında istifadəsi haqqında 
məlumatla tanış edir. Sonra şagirdlərlə birlikdə qida məhsullarının saxlanılması və 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.  
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir. 
 4.1.1. Canlıların ətraf mühitlə və bir-biri ilə əlaqəsini izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
 Xəstəliktörədən bakteriyaların quruluşunu təsvir edir. 
 Bakteriyaların təbiətdə və insan həyatında rolunu izah edir. 
 Hüceyrəsiz həyat formaları olan virusların canlı orqanizmlərə 
təsirini izah edir.
 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə