Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə24/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

 
63
 Müəllim şagirdlərlə birlikdə dərslikdəki mətnlə tanış olur. Sonra sualları nəzərə 
alaraq müəllim  şagirdlərə  təqdim edilən sxemi doldurmağı tapşırır. Bu iş bütün 
siniflə yerinə yetirilə bilər. 
 
 
Şagirdlər  sxemlə  işləyərkən “Kökün növləri” və “Kökün quruluşu” haqqında 
kifayət qədər məlumatları olmadıqlarından sxemi tam doldura bilməyəcəklər. Bu  
nəticə “Fəaliyyət” mərhələsinə keçidi təmin edir. 

 Paraqrafdakı  hər iki praktik iş mövcud olan təbii obyektlərin müşahidəsi 
üzərində qurulub. Kökün quruluşunun mərhələli öyrənilməsi və  nəticələrin qeyd 
olunması  nəzəri materialın məhsuldar qavranmasını  təmin edir. İşin gedişi və 
müzakirəsi dərslikdəki alqoritm üzrə aparılır.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər: 
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim plakatlar, sxemlər, 
elektron təqdimatlar, videomaterial və digər  əyani vəsaitlərdən istifadə edərək 
nəzəri materialı izah edə bilər. İzahatın gedişində cədvələ qeydlər olunur. Məsələn: 
 
Kökün 
zonaları 
Toxumalar
Hüceyrələrin quruluş 
xüsusiyyətləri 
Funksiyaları 
1. Bölünmə 
zonası 
Törədici Nazik 
qılaflı kiçik 
hüceyrələr 
Məhv olmuş hüceyrələrin 
yenilənməsi 
 
2) Mətnlə tanışlıq kiçik qruplarda da aparıla bilər. Hər bir qrupa 
 hissəsinədək 
abzaslara bölünmüş mətn və cədvəlin müvafiq hissəsi verilir. Mətn və ya şəkillər 
müəllim tərəfindən də hazırlana bilər. 
Hazır cədvəl nəzərdən keçirilir, nəticələr müzakirə olunur. Cədvəl sonrakı tapşırıq-
ların müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edir.  
 
Şagirdlər müşahidələr  əsasında  əsas, yan və  əlavə kökləri aşkarlayaraq
müqayisə edirlər. Bu iş dərsin sonuncu nəzəri hissəyə keçidi təmin edir. 
Tətbiq zamanı kökün xarici quruluşuna aid olan anlayışlar arasında əlaqə yaratmaq 
tapşırılır.  
“Öyrəndiklərinizi yoxlayın” hissəsindəki sualların cavablarını şagirdlər dəftərlərin-
də yazırlar. 
Növləri 
KÖK 
Yerləşməsi 
Funksiyası 
Quruluşu 


 
64
3-cü tapşırıqda  şagirdlər təsnifat apararaq mil və saçaqlı kök sistemlərini 
müəyyənləşdirirlər.  
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Sadalama 
Zəif
 
Orta
 
Yüksək
 
Kökün quruluşunu təsvir 
etməkdə çətinlik çəkir. 
Kökün quruluşunu izahlı təs-
vir edərkən kiçik səhvlərə yol 
verir. 
Kökün quruluşunu düzgün 
izahlı təsvir edir. 
Kök zonalarının yerinə yetir-
diyi funksiyaları az bir qismi-
ni sadalayır. 
Kök zonalarının yerinə yetir-
diyi funksiyaların əsas qismi-
ni sadalayır. 
Kök zonalarının yerinə 
yetirdiyi funksiyaları tam 
olaraq sadalayır. 
 
 
 
Dərs 24 / Mövzu 22:
 BİTKİ ORQANLARININ YERALTI     
            ŞƏKİLDƏYİŞMƏLƏRİ 
 
 
 
 
 Şagirdlər dərslikdəki mətnlə tanış olub mətnaltı sualı müzakirə edə bilərlər. 
Müəllim  şagirdlərə istiqamətverici suallarla müraciət edə bilər. Məsələn, “Gövdə 
yumrusu, kökümsov, soğanağın köklərə, yaxud zoğlara aid olunduğunu necə 
müəyyən etmək olar?”  

 Praktik işi yerinə yetirərkən uşaqlar belə nəticəyə gəlirlər

Bitkinin yeraltı hissəsi olan kökümsov kökə  bənzəsə  də, onun üzərində yerüstü 
zoğlarda olduğu kimi tumurcuq, buğumlar, buğumarası sahə var. Kökümsovun 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Bitki orqanlarının yeraltı şəkildəyişmələrini təsvir edir. 
  Yeraltı şəkildəyişmələrin xüsusiyyətlərini ətraf mühit şəraitinə 
uyğunlaşma ilə əlaqələndirir.
 
 
 


 
65
şəklini dəyişmiş yarpaqları – tumurcuq pulcuqları da var. Kökümsovun üzərində 
əlavə köklər inkişaf edir. Deməli, kökümsov şəklini dəyişmiş  zoğdur, çünki onda 
zoğun bütün hissələri var

Soğanağın çox qısa gövdəsi var. Onun üzərində şirəli və quru yarpaqlar var. Quru 
yarpaqlar pulcuq şəklində olub müdafiə funksiyasını yerinə yetirir. Daxili pulcuq-
ların – şirəli yarpaqların qoltuğunda  əlavə köklər və tumurcuqlar olur. Deməli, 
soğanaq şəklini dəyişmiş zoğdur, ona görə ki, üzərində zoğun bütün hissələri var.   
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
 
1) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və  hər birinin məzmunu müzakirə 
olunur.  Fasilələr zamanı müəllim şagirdlərin təfəkkürünün  oyanmasına yönəlmiş 
müvafiq suallar verir (suallar qabaqcadan hazırlanır).  
Məsələn, “Gövdə yumrusunun zoğ olduğunu necə sübut etmək olar?”, “Gövdə 
yumrusunun hansı hissələrini gördünüz?”, “Gövdə yumrusunun tumurcuqları necə 
adlanır?”, “Soğanağı hansı xüsusiyyətlərinə görə zoğ hesab etmək olar?”, “Niyə 
kökümsov, gövdə yumrusu, soğanaq zoğ sayılır?”, “Onlar adi yerüstü zoğdan nə ilə 
fərqlənir?”, “Niyə onları şəklini dəyişmiş zoğ adlandırırlar?”  və s. 
2) “İNSERT” metodu. Şagirdlər mətnin kənarında ağ kağız zolağı qoyurlar və  
oxuduqca qeydlər ("", "+", "–", "?")
 
edirlər.  Şagirdlər mətni oxuduqdan sonra 
cədvəli doldururlar. Qeydlər cədvəlin uyğun sütunlarında yazılır.
  
 

 


 

Mən bunu 
bilirdim 
Mənim üçün 
yenilikdir 
Başqa cür 
düşünürdüm 
Başa düşmədim, aydınlaşdırmaq 
lazımdır 
 
3) Laboratoriya işlərini müzakirə etdikdən sonra müəllim  əyani vəsaitlərdən 
(plakatlar, sxemlər, elektron təqdimatlar, videomateriallar) istifadə edərək nəzəri 
materialı izah edir.  İşin nəticəsi sxem formasında olur və onu şagirdlər dəftərdə 
qeyd edirlər: 
 
 
Şagirdlər cədvəli dolduran zaman zoğların şəkildəyişmələri haqqında öyrənilmiş 
materialı ümumiləşdirir, yeraltı və yerüstü zoğlar arasında oxşar və fərqli əlamət-
ləri təyin edirlər.
 
“Öyrəndiklərinizi yoxlayın” hissəsindəki 1-ci tapşırığı yerinə yetirərkən  şagirdlər 
dərslikdəki mətndən və gündəlik həyati biliklərindən istifadə edərək cədvəli 
doldururlar. 
2-ci tapşırığın düzgün cavabları: Gövdənin şəkildəyişməsi. 1. Kökümsov. 2. Yerüstü 
gövdə;  3. Buğumarası; 4. Tumurcuğa malik buğum; 5. Əlavə köklər. 
3. Dərsdən kənar vaxtda sərbəst yerinə yetirilən təcrübələr  şagirdlərin fənnə 
marağını artırır, nəzəri bilikləri praktikada tətbiq etməyə imkan yaradır, gündəlik 
həyatda bioloji biliklərin  əhəmiyyətini aydınlaşdırır.  Şagirdə müşahidələrini qeyd 
etmək üçün ayrıca “Müşahidələr dəftərçəsi” tərtib etmək tövsiyə olunur. Orada 
Kökümsov         Gövdə yumrusu        Soğanaq    
Yeraltı zoğların şəkildəyişmələri 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə