Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə25/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

 
66
təcrübənin qoyulduğu, müşahidələrin aparıldığı tarixlər, istifadə edilən avadanlıq 
və təchizat, həmçinin müşahidələrin nəticələri qeyd olunur.  
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Əlaqələndirmə 
Zəif
 
Orta
 
Yüksək
 
Bitki orqanlarının yeraltı şə-
kildəyişmələrini  sadalayır, 
təsvir edə bilmir.  
Bitki orqanlarının yeraltı şə-
kildəyişmələrini  sadalayır,  
təsvir edərkən kiçik səhvlərə 
yol verir. 
Bitki orqanlarının yeraltı 
şəkildəyişmələrini 
nümunələrlə təsvir edir. 
Yeraltı şəkildəyişmələrin 
xüsusiyyətlərini ətraf mühit 
şəraitinin təsiri ilə əlaqələn-
dirməkdə çətinlik çəkir. 
 
Yeraltı şəkildəyişmələrin xü-
susiyyətlərinə ətraf mühit şə-
raitinin təsirini müəllimin 
köməyi ilə əlaqələndirir.
 
Yeraltı şəkildəyişmələrin xü-
susiyyətlərini ətraf mühit şə-
raitinə uyğunlaşma ilə nü-
munələr əsasında əlaqələndi-
rir.
 
 
 
 
Dərs 25 / Mövzu 23:
 BİTKİ ORQANLARININ YERÜSTÜ   
           ŞƏKİLDƏYİŞMƏLƏRİ 
 
 
 
 
 
 Şagirdlər dərslikdəki mətnlə tanış olduqdan sonra mətnaltı sualları müzakirə 
edə bilərlər. Müzakirə “Fəaliyyət” mərhələsinə keçidi təmin edir. 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Bitkilərin yerüstü orqanlarının şəkildəyişmələrini təsvir edir. 
  Bitkilərin yerüstü orqanlarının  şəkildəyişmələrinin müxtəlif-
liyinin səbəblərini təsvir edir.
 
 
 


 
67
 
Praktik işi yerinə yetirərkən  şagirdlər nəticəyə  gəlirlər ki, quraqlıq  şəraitində 
yaşayan kaktusun gövdəsində su ehtiyatı toplanır. Su itkisinin qabağını almaq üçün 
isə yarpaqların səthi azalaraq tikanlara çevrilmişdir. Deməli,  ətraf mühitin təsiri 
altında yerüstü orqanlarda şəkildəyişmələr müşahidə olunur. 
 Şəkillərə  əsasən  şagirdlər belə  nəticəyə  gəlirlər ki, yarpaqlar müxtəlif də-
yişikliklərə məruz qalır: ətləşir, tikan, iynə, bığcıq və tutucu orqanlara çevrilir. 
 Praktik işin nəticələrinin müzakirəsindən sonra 

  müəllim əyani vəsaitə 
(plakatlar, sxemlər, elektron prezentasiyalar, videomaterial və s.) istinad edərək 
nəzəri materialı izah edə və şəkildəyişmələrin bitkinin yaşadığı ətraf mühitin təsiri 
ilə bağlı olduğunu  şagirdlərin diqqətinə çatdıra bilər. İşin nəticəsi aşağıda təqdim 
olunan
 
sxemlər formasında göstərilə bilər.  Şagirdlər sxemi dəftərdə qeyd edirlər. 
Hər şəkildəyişmə nümunəsinin altında ona misal olan bitkinin adı yazılır. Məsələn,  
 
 
 
 
Dərsdə qurulmuş sxemlərdən istifadə edərək şagirdlər cədvəli doldurur, zoğun 
yerüstü şəkildəyişmələri haqqında öyrəndikləri materialı ümumiləşdirirlər.  
 
1. Dərsliyin mətnindən istifadə edərək şəkildəki şəkildəyişmələri adlandırırlar, 
onların nə ilə bağlı olduqlarını izah edirlər. 
2. Düzgün variantı seçin:  noxud, kaktus, nepentes. 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Bitkilərin yerüstü orqanları-
nın şəkildəyişmələrini təsvir 
edərkən səhvlərə yol verir.  
Bitkilərin yerüstü orqanları-
nın şəkildəyişmələrini əsasən 
düzgün təsvir edir. 
Bitkilərin yerüstü orqanları-
nın şəkildəyişmələrini nümu-
nələr əsasında düzgün təsvir 
edir. 
Bitkilərin yerüstü orqanları-
nın şəkildəyişmələrinin müx-
təlifliyinin səbəblərinin az 
bir qismini təsvir edir. 
Bitkilərin yerüstü orqanları-
nın şəkildəyişmələrinin müx-
təlifliyinin səbəblərinin əsas 
qismini təsvir edir. 
Bitkilərin yerüstü 
orqanlarının  şəkildəyişmələ-
rinin müxtəlifliyinin səbəblə-
rini nümunələrlə təsvir edir
 
 
Şirəli gövdə          Tikan                   Bığcıq   
Kaktus               Yemişan                    Üzüm
Gövdənin şəkildəyişmələri 
Yarpaqların şəkildəyişmələri 
    Tikan  
_________ 
    Bığcıq 
_________ 
 “Tutucu orqan” 
____________ 
İynə 
_________
Pulcuq 
_________


 
68
III FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
1. “Artıq” sözü tapın və seçiminizi izah edin. 
 
 
 
 
2. Düzgün fikirləri “+”, səhv fikirləri isə “–” ilə işarələyin. 
□  Əsas kök rüşeym kökcüyündən inkişaf edir. 
□  Soğan, sarımsaq və buğdada əsas kök yaxşı inkişaf etmişdir.   
□  Bitkinin torpaqda yerləşən bütün orqanları köklərdir. 
□  Əlavə köklər həm bitkinin gövdəsində, həm də yarpaqlarında yarana bilər. 
□  Buğda mil kök sisteminə malik olan bitkidir.  
 
3. Düzgün variantın altından xətt çəkin: 
1. Generativ tumurcuqdan çiçək/zoğ inkişaf edir.  
2. Tumurcuqlar xaricdən yarpaqcıqlarla/pulcuqlarla örtülmüşdür. 
3. Bitkinin generativ orqanı çiçəkdir/kökdür.  
4. Yarpağın gövdəyə birləşdiyi hissə buğum/buğumarası adlanır. 
 
 
4.  Gövdənin hissələrinin adlarını yazın. 
1. ________________ 
2. ________________ 
3. ________________ 
4. ________________ 
 
 
 
 
 
5.  Şəkildə göstərilən yarpaqlarda damarlanmanın növünü müəyyən edin. Şəkillərin 
altında müvafiq hərfləri qeyd edin. 
 
 
 
 
 
 
 
 
 
А – paralel;  В – qövsvari; С – torvari 
Yarpaq 
Kök 
Toxum 
Gövdə 
4

2



Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə