Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə20/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

 
51
Dərs 17 / Mövzu 15:
 HEYVANLARIN ORQANLARI VƏ 
         ORQANLAR SİSTEMİ 
 
 
 
 
 
 Mətn və suallar müzakirə olunduqdan sonra müəllim mövzuya keçməzdən 
əvvəl canlı aləmin quruluş sxemini yada salmağı  təklif edir. Şagirdlər müəllimin 
köməyi ilə lövhədəki sxemdə buraxılmış xanaları doldurur və hər birinə qısa izahat 
verirlər.
  
 
 
“Fəaliyyət” bölümünə keçidi təmin etmək üçün şagirdlərin keçilmiş mövzulardan 
biliklərini yada salmaq üçün müəllim müəyyən suallar verir. Məsələn, “Heyvanla-
rın hansı orqanları var?”, “Bu orqanlar hansı funksiyaları yerinə yetirir?”, “Onlar 
arasında hansı əlaqələr var?” kimi sualların müzakirə olunması məqsədəuyğundur.  
 
Praktik işin yerinə yetirilməsində  şagirdlər heyvanların orqanları  və onların 
funksiyaları haqqında ilkin biliklərin olmasına əsaslanır. Bu işi bütün siniflə yerinə 
yetirmək və cavabları lövhədə qeyd etmək tövsiyə olunur. 
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
 
1) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və hər birinin məzmunu müzakirə olu-
nur. Fasilələr zamanı müəllim şagirdlərin təfəkkürünün  oyanmasına yönəlmiş qa-
baqcadan hazırlanmış müvafiq suallar verir. Suallar həm sistemin quruluşunu, həm 
də onun funksiyalarını əhatə etməlidir. Məsələn, 

Müxtəlif qruplara aid olan hey-
vanların dayaq-hərəkət sisteminin quruluşu necədir və onlar hansı funksiyanı 
yerinə yetirirlər?”, “Hansı sistem orqanizmdə qazlar mübadiləsini təmin edir?”, 
“Həzm sisteminin quruluşu necədir və o, hansı funksiyanı yerinə yetirir? Hansı 
orqanlar həzm sisteminə aiddir?”, “İfrazat sistemi orqanizmdə hansı funksiyanı 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Heyvanların orqanlar sistemlərinin quruluşunu təsvir edir. 
  Heyvanların orqanlar sistemlərinin funksiyalarını sadalayır.
 
 
 

Toxuma 
       ? 
Orqanlar 
sistemi 



 
52
yerinə yetirir?”, “Hansı sistem bütün orqanların uzlaşmış fəaliyyətini təmin edir?”,   
“Orqanlar sisteminin quruluşu ilə yerinə yetirdikləri funksiyaları arasında qarşılıqlı 
əlaqə özünü nədə göstərir?” və s.  
2) “İNSERT” metodu. Şagirdlər mətnin kənarında ağ kağız zolağı qoyurlar və  
oxuduqca uyğun qeydlər edirlər.  
3) Mətnlə tanışlıq kiçik qruplarda da aparıla bilər. Hər bir qrupa abzaslara 
bölünmüş mətn verilir. Mətn və şəkillər müəllim tərəfindən də hazırlana bilər.  
Materialı öyrəndikcə “Heyvanların orqanlar sistemi” adlı yekunlaşdırıcı  cədvəlin 
doldurulması yeni biliklərin sistemləşdirilməsi üçün faydalı olardı.  
 
Orqanlar sistemi 
Aid olan orqanlar 
Yerinə yetirdikləri funksiya 
 
 
 
 
 Tapşırığı  şagirdlər müstəqil yerinə yetirir və cavabları  dəftərdə qeyd edirlər. 
Sonra nəticələr yoxlanılır, lazım olduqda cədvəldə  əlavələr və düzəlişlər qeyd 
olunur.  
Düzgün cavablar belədir: A – 4, 6;  B – 9, 11; C – 2, 7; D – 3, 8; E – 1, 5, 10. 
“Öyrəndiklərinizi yoxlayın” bölümündə verilmiş tapşırıqların cavabı belədir:   
1. a) böyrək – ifrazat sistemi, qalanları  həzm sistemi; b) ağciyərlər – tənəffüs 
sistemi, qalanları qan-damar sistemi; c) hormonlar – endokrin sistemi, qalanları 
sinir sistemi; d) traxeya – tənəffüs sistemi, qalanları ifrazat sistemi. 
2. Suda yaşayan orqanizmlərin qazlar mübadiləsini təmin edən orqandır 
(qəlsəmələr). Quru onurğalılarının tənəffüs orqanıdır (ağciyərlər). İçərisindən hava 
keçən şaxələnmiş nazik borucuqlardır (traxeyalar). 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Sadalama 
Zəif
 
Orta
 
Yüksək
 
Heyvanların orqanlar sistem-
lərinin az bir qismini  sadala-
yır, quruluşunu təsvir edə 
bilmir. 
Heyvanların orqanlar sistem-
lərini sadalayır, quruluşunu 
təsvir edərkən kiçik səhvlərə 
yol verir.  
Heyvanların orqanlar sistem-
lərini, quruluşunu ətraflı 
təsvir edir. 
 
Heyvanların orqanlar sistem-
lərinin funksiyalarını sadala-
maqda çətinlik çəkir. 
 
Heyvanların orqanlar sistem-
lərinin funksiyalarını əsasən 
düzgün sadalayır.
 
Heyvanların orqanlar sistem-
lərinin funksiyalarını düzgün 
sadalayır.
 
 
 


 
53
II FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
1. Uyğunluğu müəyyən edin.  
 
 
2. Düzgün fikirləri “+”, səhv fikirləri isə “–” ilə işarələyin.  
□  Bakteriyalar bizim planetin ən qədim sakinləridir. 
□  Bakteriyaların hüceyrə divarı heyvan hüceyrəsinin qılafı ilə oxşardır. 
□  Parazit bakteriyalar digər canlı orqanizmin bədənində yaşayırlar. 
□  Əlverişsiz şəraitdə bakteriyalar spor əmələ gətirir. 
□  Bütün bakteriya hüceyrələrinin nüvəsi var, yəni onlar eukariotlardır. 
 
3. Hüceyrənin bölünməsi zamanı  baş verən proseslərin ardıcıllığını  müəyyən edin: 
A) İkiləşmiş xromosomların hüceyrənin qütblərinə çəkilməsi 
B) Qız hüceyrələrin əmələ gəlməsi 
C) Sitoplazmanın bölünməsi 
D) Nüvənin formalaşması 
E) Xromosom sayının iki dəfə artması 
 
4. Nöqtələrin yerinə açar sözlərdən uyğun olanı yazın.  
1. Fotosintez nəticəsində əmələ gələn üzvi maddələr kökə ... vasitəsilə çatdırılır. 
2. Su və suda həll olmuş mineral maddələr kökdən gövdəyə və digər orqanlara 
... vasitəsilə ötürülür. 
3. Yarpağın üstünü örtən dəricik ...  toxumasından  təşkil olunub. 
4. Yarpağın lətini əsasən ... toxuma təşkil edir. 
     Açar sözlər: əsas toxuma, borular, ələyəbənzər borucuqlar, örtük.  
 
5. Düzgün variantın altından xətt çəkin: 
1. Birhüceyrəli heyvan infuzor-tərlik  kirpikciklərin/qamçıların köməyi ilə 
hərəkət edir. 
2. Volvoks çoxhüceyrəli/koloniya halında yaşayan orqanizmdir. 
3. Amyöbün hərəkəti  yalançı ayaqlar/kirpikciklər vasitəsilə baş verir. 
4. Birhüceyrəli heyvanlar oksigeni bütün bədən səthi ilə/ ifrazat vakuolu  ilə 
alırlar. 
 
6. Əgər okulyarın üzərindəki ədəd 20, obyektivin üzərindəki ədəd 25-dirsə, 
mikroskop əşyanın görüntüsünü neçə dəfə böyütmüş olar?  
 
A) 45 
  B) 50   
C) 500    
D) 5000  
1  
2  
3  
4  
5  
Hüceyrə divarı 
Sitoplazma 
Nüvə  
Vakuol  
Xloroplast  
Tərkibində xlorofil olan yaşıl plastid 
Möhkəmdir, hüceyrəyə müəyyən forma verir, 
möhtəviyyatını qoruyur 
İçərisində hüceyrə şirəsi olan sitoplazmada yerləşən boşluq
 
İçərisində hüceyrənin digər hissəcikləri yerləşən, rəngsiz, 
özlü maddə
Tərkibində hüceyrə haqqında məlumat saxlanılır 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə