101
6. ORQANİZMLӘRDӘ MADDӘLӘRİN DAŞINMASI,
İFRAZAT, ÇOXALMA VӘ İNKİŞAF
Dərs 41 / Mövzu 36:
BİTKİLƏRİN SU BUXARLANDIRMASI. XƏZAN
Paraqrafın əvvəlindəki mətnin müzakirəsinə keçməzdən qabaq şagirdlərlə
bitkilərin vegetativ orqanlarının funksiyalarını müzakirə etmək mümkündür. Bunu
yerinə yetirmək üçün orqanların funksiyalarını əks etdirən sxemi doldurmaq təklif
oluna bilər.
Artıq şagirdlər kökün, gövdənin, yarpağın quruluşu ilə tanışdırlar
və suyun bitkiyə
necə daxil olduğunu da öyrənmişlər. Bu dərs həmin biliklərin təkrar olunmasına və
möhkəmləndirilməsinə imkan verir. Yarpağın funksiyalarını xatırlamaq üçün belə
sual verilə bilər:
Yarpaq hansı funksiyaları yerinə yetirir? (
tənəffüs və fotosintez)
Su yarpağa haradan daxil olur? (
kökdən əvvəlcə gövdəyə, sonra yarpağa)
Niyə hətta isti günlərdə yarpaqların səthi sərin olur? (
buxarlanma prosesi gedir)
Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir.
Dərsə hazırlıq zamanı əsas yer şagirdlərin tədqiqat fəaliyyətinə verilir.
Təcrübə bütün siniflə birlikdə də aparıla bilər. Dərsə bir həftə qalmış şagirdlər
təcrübəni yerinə yetirir və dərs zamanı müşahidələrini danışır, nəticələr çıxarır
:
Alt
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar
aparır.
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
Dərsin
MƏQSƏDİ
Bitkilərdə buxarlanma prosesini təsvir edir.
Xəzanın əhəmiyyətini izah edir.
Bitkilərdə buxarlanma prosesinə dair sadə təcrübə aparır.
Funksiyaları:
Bitkinin vegetativ
orqanları
?
?
?
Funksiyaları:
Funksiyaları:
102
Bitkilərdə buxarlanma prosesinin getməsinin sübutu kolbanın divarlarında
əmələ gələn su damcıları və içərisində bitki olan sınaq şüşəsində suyun
azalmasıdır.
Suyun buxarlanması yarpaqlar vasitəsilə gedir.
Paraqrafın nəzəri materialı ilə tanışlıq müəllimin
seçdiyi forma və üsulla
aparıla bilər. Bunlar müəllimin izahatı, müstəqil təhlil, kiçik qruplarla iş formala-
rından biri ola bilər. Məlumatın öyrənilməsi və müzakirəsini aşağıdakı suallar əsa-
sında aparmaq olar:
Suyu bitkinin hansı orqanı buxarlandırır?
Bitkilərin buxarlandırdığı suyu görmək mümkündürmü?
Bitkilərin həyatında buxarlanmanın nə əhəmiyyəti var?
Müxtəlif bitkilər nə qədər su buxarlandırır? Bu, nədən asılı ola bilər?
Su yarpağın hansı səthindən buxarlanır?
Bitkilərin həyatında xəzan hadisəsinin əhəmiyyəti nədədir?
Tədqiqatın nəticələri cədvəl formasında təqdim oluna bilər.
Proses Bitkilərin su buxarlandırması
1
Prosesin
əhəmiyyəti
2 Prosesdə iştirak edən bitki orqanı
3 Prosesdə iştirak edən bitki toxuması
4 Prosesdə iştirak edən hüceyrələr
5 Prosesin
orqanizmə təsiri
6
Ətraf mühitin prosesə təsiri
Tapşırığın yerinə yetirilməsi zamanı şagirdlər
mətnin son hissəsindəki
məlumatları sxem şəklində tərtib edirlər.
Yerinə yetirilən tapşırıqların növbəti dərsdə müzakirəsi tövsiyə olunur.
Qiymətləndirmə meyarları:
Təsviretmə
İzahetmə
Təcrübə aparma
Zəif
Orta
Yüksək
Bitkilərdə buxarlanma
prosesini ətraflı təsvir edir.
Bitkilərdə buxarlanma pro-
sesini əsasən düzgün təsvir
edir.
Bitkilərdə buxarlanma
prosesini ətraflı təsvir edir.
Xəzanın əhəmiyyətini müəl-
limin və yoldaşlarının ver-
diyi sualların köməyi ilə
izah edir.
Xəzanın əhəmiyyətini izah
edərkən kiçik qeyri-dəqiqli-
yə yol verir.
Xəzanın əhəmiyyətini
düzgün izah edir.
Bitkilərdə buxarlanma prose-
sinə dair təcrübəni müəlli-
min köməyi ilə aparır.
Bitkilərdə buxarlanma prose-
sinə dair təcrübə apararkən
yardım üçün müəllimə çox
az müraciət edir.
Bitkilərdə buxarlanma prose-
sinə dair sadə təcrübələri
müstəqil aparır.
103
Dərs 42 / Mövzu 37:
HEYVANLARDA DAŞIYICI SİSTEM
Mətnlə tanış olmazdan qabaq şagirdlərin əvvəl
mənimsədikləri biliklərini
nəzərə alaraq
bitkilərdə maddələrin daşınması haqqında müzakirələr aparmaq olar.
Müəllim bunun üçün istiqamətləndirici suallar verə bilər. Məsələn,
Su, mineral və üzvi maddələr bitkilərdə necə hərəkət edir?
Heyvan orqanizmlərində maddələrin daşınması necə baş verir? Bu maddələr
hansılardır?
Bu maddələrin daşınmasında hansı orqanlar sistemi iştirak edir?
Bu orqanlar sistemi quruluşuna görə müxtəlif heyvanlarda necə fərqlənir?
Şagirdlər dərslikdəki mətnlə tanış olur. Bu, praktik işin yerinə yetirilməsinə zəmin
yaradır.
Tapşırığa aid sualların müzakirəsi zamanı şagirdlər aşağı siniflərdən “Həyat
bilgisi” fənnindən əldə etdikləri biliklərdən faydalanırlar.
1) Nəticələrin müzakirəsindən sonra müəllim əyani vəsaitlərə istinad edərək
nəzəri materialı şərh edir.
2) Dərslikdəki məlumat şagirdlər tərəfindən müstəqil
və ya kiçik qruplarda təhlil
olunur. Bu zaman əyaniliyi təmin etmək üçün mətnlə yanaşı, müvafiq şəkillərin
paylanması mümkündür.
Bu dərsin şərhi zamanı müəllimin əyani vəsaitlərdən – videomateriallardan və
təqdimatlardan fəal istifadə etməsi tövsiyə olunur.
Məlumatın öyrənilməsi və müzakirəsi aşağıdakı suallar əsasında aparıla bilər:
Onurğalı heyvanların qan-damar sistemini hansı orqanlar təşkil edir?
Qan-damar sisteminə hansı damarlar daxildir?
Hansı damarı arteriya (vena) adlandırırlar?
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
Dərsin
MƏQSƏDİ
Qan dövranının xüsusiyyətlərini təsvir edir.
Məməlilərdə qan-damar sisteminin quruluşunu
sadə şəkildə
təsvir edir.