Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

53 
 
burada, 

baza
 – baza dərəcəsi(risksiz və ya az riskli dərəcə);
 
dJ
i
 – 
i-nci düzəliş. 
Daşınmaz  əmlakın  inkişaf  etmiş  bazarının  növcudluğu 
zamanı  baza  dərəcəsinə  düzəlişlərin  müəyyən  edilməsinin  əsas 
metodu kimi ekspert qiymətləndirmə metodu istifadə olunur. 
Risklərin  qiymətləndirilməsi    bu  risklərə  görə  müvafiq 
mükafatların  müəyyən  edilməsinə  gətirib  çıxarmalıdır.  Ayrıca 
göstərilən  risklərə  görə  mükafat  Avropanın  inkişaf  etmiş 
ölkələrində  və  ABŞ  –da  ssuda  faizinin  nominal  risksiz 
dərəcəsininin 50-60 % -nə gəlib çatır. 
Ümumi  şəkildə  xüsusi  kapitala  diskont  dərəcəsi  (J
x

aşağıdakı kimi olacaqdır:  
   J

=J
risksiz 
+ J
qeyri –likvidlik 
+ J
uğursuzluq 
+ J
sair
 , 
burada, 
  J
risksiz 
– risksiz faiz dərəcəsi;
 J
qeyri–likvidlik 
– qeyri-
likvidlik  riskinə  görə  mükafatın  dərəcəsi;
  J
uğursuzluq 
– 
investisiya menecmentində uğursuzluğa görə mükafatın dərəcəsi;
 
J
sair
  
- sair (əlavə) risklərə görə mükafatın dərəcəsi. 
Kumulyativ  düzülüş  metodu  inkişaf  etmiş  bazar  şəraitində 
yaxşı nəticələr verir. 
Postproqnoz  dövründə  dəyərin  müəyyən  edilməsi  biznesin 
hətta  proqnoz  dövrünün  sonuna  qədər  gəlir  gətirməyə  qabil 
olması  anlamına  əsaslanır.  Ehtimal  olunur  ki,  proqnoz  dövrü 
qurtardıqdan sonra biznesin gəlirləri sabitləşir və qalıq dövründə 
də uzunmüddətli artım templərinə və ya sonsuz bərabər gəlirlərə 
yer  olacaqdır.  Postproqnoz  dövründə  biznesin  inkişaf 
perspektivindən asılı olaraq diskont dərəcəsinin hesablanmasının 
aşağıdakı metodlarından istifadə olunur: 
1)
  Ləğvetmə  dəyəri  üzrə  hesablama  metodu.  Bu  metod 
postproqnoz dövründə şirkətin malik olduğu aktivlərin sonrakı 
satışı  ilə  onun  iflasa  uğramasının  gözlənildiyi  halda  tətbiq 
olunur.  Mənfəət  gətirən,  eləcə  də  artım  fazasında  yerləşən 
mövcud  müəssisənin  qiymətləndirilməsi  üçün  bu  yanaşmadan 
istifadə olunur. 


54 
 
2)
  Xalis  aktivlərin  dəyəri  üzrə  hesablama  metodu. 
Hesablama  texnikası  ləğvetmə  dəyərinin  hesablamalarına 
oxşardır, lakin burada ləğvetmə xərcləri və şirkətin aktivlərinin 
təcili  satışına  görə  güzəşt  nəzərə  alınmır.  Metodun  başlıca 
xarakteristikası  xeyli  material  aktivləri  sayılan  stabil  biznes 
üçün istifadə oluna bilər. 
3)
  Ehtimal  edilən  satış  metodu.  Müqayisə  edilən  şirkətlərin 
satışı  üzrə  retrospektiv  məlumatların  təhlilindən  alınan  xüsusi 
ə
msalların  köməyi  ilə  dəyər  göstəricilərində  pul  axınlarının 
yenidən hesablanmasından ibarətdir. Nə qədər ki, Azərbaycan 
bazarında  şirkətlərin  satışı  praktikası  son  dərəcə  zəifdir,bu 
metodun  son  dəyərin  müəyyən  edilməsinə  tətbiqi  kifayət 
dərəcədə problemli olacaqdır. 
4)
  Qordon  modeli.  Proqnozdan  sonrakı  dövrün  illik  gəliri 
diskont dərəcəsi və uzunmüddətli artım templəri arasında fərq 
kimi  hesablamaq  kapitallaşdırma  əmsalının  köməyi  ilə  dəyər 
göstəricisində  kapitallaşdırılır.  Kapitallaşdırma  əmsalı  artım 
templəri  olmadıqda  diskont  dərəcəsinə  bərabər  olacaqdır. 
Qordon  modeli  qalıq  dövründə  stabil  gəlirlərin  alınması 
proqnozuna 
ə
saslanır,aşınma 
və 
kapital 
qoyuluşları 
kəmiyyətlərinin  bərabər  olduğunu  nəzərdə  tutur.  Qordon 
modelinə  uyğun  olaraq  son  dəyərin  hesablanması  aşağıdakı 
düsturla aparılır: 
                                
V= CF
(t+1)
 / (K –g), 
burada,  V-  postproqnoz  dövründə  dəyər; 
CF
(t+1)
  – 
postproqnoz (qalıq ) dövrünün birinci ilində gəlirlərin pul axını; 
K  –diskont  dərəcəsi  ; 

–pul  axınının  uzunmüddətli  artım 
templəri. 
Son  dəyərin  (V)  Qordon  modeli  üzrə  müəyyən  edilməsi 
proqnoz dövrünün son anına görə aparılır. 
Biznesin  dəyərinin  ilkin  kəmiyyəti  aşağıdakı  tərkibə 
malikdir: 
1)
  proqnoz dövrü ərzində pul axınlarının cari dəyəri ; 


55 
 
2)
  proqnozdan sonrakı dövrdə dəyərin cari kəmiyyəti. 
Müəssisənin  dəyərinin  son  kəmiyyətinin  alınması  üçün  bir 
sıra düzəlişlər aparılmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


56 
 
Mövzu 8. 
Biznesin (müəssisənin)qiymətləndirilməsində 
gəlirlərin kapitallaşdırılması metodu. 
Plan: 
1.Kapitallaşdırma metodunun bazası. 
2.Müxtəlif 
obyektlər 
üçün 
kapitallaşdırma 
dərəcəsinin müəyyən edilməsi. 
3.Rekapitallaşdırma metodları. 
 
Gəlirlərin  kapitallaşdırılması  metodu  (GK)  retrospektiv 
məlumatlara  əsaslanır  və  kapitallaşdırma  əmsalının  köməyilə 
obyektin  istifadəsindən  alınan  gələcək  gəlirlərin  cari  dəyərinin 
hesablanmasından ibarətdir : 
                              
  
D = V/ R 
burada, D –dəyər ;V –dövri gəlir; R –kapitallaşdırma əmsalı. 
Riyazi cəhətdən kapitallaşdırma əmsalı dövr ərzində mənfəət 
və  ya  pul  axınının    kəmiyyətinin  dəyər  göstəricisinə  çevrilməsi 
üçün  tətbiq  olunan  böləndir.  Kapitallaşdırma  əmsalının 
(dərəcəsinin) müəyyən edilməsinin bir neçə metodu mövcuddur. 
Gəlirlərin  kapitallaşdırılması  (GK)  metodu  pul  gəlirləri 
axınları  metodundan  (PGA)  fərqli  olaraq  pul  gəlirlərinin 
proqnozunu  tələb  etmir.  Onun  üstünlüyü  (sadəliyi,  hesablama 
səhvlərinin  istinası)  və  çatışmazlığı  da  (perspektivdə  pul  axını 
retrospektivdən xeyli fərqlənə bilər) məhz bundan ibarətdir. 
Birbaşa  kapitallaşdırma  (BK)  metodu  o  hallarda  istifadə 
olunur  ki,  gəlirlərin  qiymətləndirilməsi  üçün  kifayət  qədər 
məlumatlar  mövcuddur,daşınmaz  əmlakdan  gəlir  ya  sabit 
sayılır,ya da cari pul gəlirlərinin təxminən gələcək pul gəlirlərinə 
bərabər olması,  yaxud da onların artım termplərinin orta olması 
gözlənilir.  Bu,  xüsusilə  də  icarə  haqqı  bir  çox  illər  dəqiq  
müəyyən  obyektlərə  aiddir.  Cari  dəyərin  əmsal  dəyişmələrinə 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə