Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə34/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   30   31   32   33   34   35   36   37   ...   110

 

101


qələmə alır. 

Kitabdakı şeirlərin bəzisi şairin əvvəlki nəşrlərindən bizə tanışdır. 

Bu  əsərlər barədə vaxtilə  ədəbi tənqid tərəfindən müəyyən rəylər 

söylənildiyi üçün onlardan yalnız müharibə illərində yazılanları 

haqqında öz mülahizələrimizi demək istərdik. 

Vətən müharibəsi şairin yaradıcılığına yeni səhifələr yazdı. Hələ 

vətəndaş müharibəsi mövzusunda yaranan «Partizanın tüfəngi», «Sa-

hibin hanı?» kimi əsərlərində tərənnüm edilən qəhrəmanlıq motivləri 

Böyük Vətən müharibəsi dövründə daha güclü səslənməyə başladı. 

Həmin illərdə yazılan  şeirlər yeni qüvvət kəsb etdi, müəllifin dili, 

ifadələri daha aydın və sərrast olmağa başladı. «Urəyimi məşəl kimi 

qaldıraram göylərə», «O yaran da sağalar», «Müqəddəs kədər»,«Vur! 

Ölən faşistdir», «İkiqat cinayət», «Tək məzar», «Onu Don qucaqladı» 

və s. əsərlər şairin Vətən müharibəsi dövründə yazdığı gözəl poetik 

miniatürlərdir. Bu əsərlərin bəzilərində aşıb-daşan qəzəb, acı kinayə, 

bəzilərində müqəddəs hüzn, şairanə dalğınlıq, Vətən məhəbbəti, 

qələbəyə inam, insana ehtiram hissləri hakimdir. 

Şair,  şanlı döyüşçülərimizin qəhrəmanlığından ilham alaraq ye-

ni-yeni duyğular, poetik düşüncələr kəşf edir, azərbaycanlı  oğlunun 

düşmənə  əyilmədiyindən, vəfalı  qızlarımızın arxa cəbhədə namusla 

işləyərək Vətənə etdikləri köməkdən yazır. O, düşmənə əsir düşmək-

dənsə Don çayının sakit burulğanında məhv olmağı üstün tutan azəri 

balasının məğrur obrazını yaradır.M.Rahim sadəcə olaraq bu mərdanə 

ölümü təsvirlə kifayətlənmir, həm də bu müqəddəs ölümdən doğan 

əhval -ruhiyyəni realist qələmlə, ürək ağrısı ilə rəsm edir:  

 

O böyük təbiətə,  



O nakam məhəbbətə  

Qan çilənmiş göy otlar,  

Dərdli, qəmli buludlar,  

Həzin baxan ulduz, ay, 

 Yar sovqatı kalağay  

Dərin matəm saxladı.  

 

Burada yarın verdiyi nişanə–kalağay  şairin qələmi altında canlı 



varlığa çevrilərək qəhrəmanın yasını saxlayır. 

Şairin «Tək məzar»  şeiri də müharibə mövzusunda yazılmış 

muvəffəqiyyətli əsərlərdəndir. Müəllif, Vətən

 

müharibəsi döyüşlərin-




 

102


dən heç də müəyyən bir səhnə verməmiş, üz-üzə  gələn düşmən 

ordularını təsvir etməmiş, tək məzarın timsalında müharibə dövrünün 

fəlsəfəsini ümumiləşdirmişdir. Qoca rus qarısının, şəhidin millyyətini 

bilmədən məzara xitabən xaç çevirməsi  şeirin  ən mənalı  və  təsirli 

yerlərindəndir.Adətdir, kimliyindən asılı olmayaraq ölüyə ehtiram 

edərlər. Lakin ucsuz-bucaqsız bir düzdə qarının gördüyü tənha məzar 

başqalarına bənzəməz; bu, hərbin dəhşətli nişanələrindən, onun 

törətdiyi faciələrdən biridir. O tənha məzarda yatan kəs Vətən uğrunda 

şəhid olanlardandır. Bir vaxt əldə silah düşmənə qarşı mübarizəyə 

gedən bu azərbaycanlı əsgər indi öz döyüşçü dostlarından ayrı düşərək 

torpaqlarda uyuyur:  

 

Ordu çapıb getmiş axar su kimi,  



Köçdən ayrı düşmüş bir quzu kimi  

O, qalmış arxada, yoldan iraqda. 

 

 Kitaba  şairin «Natəvan» poeması da daxil olunmuşdur. Bu əsər 



gözəl qəzəllər müəllifi məşhur Azərbaycan şairi Xurşud Banu Natə-

vana həsr edilmişdir.  Əsərin nikbin ruhlu müqəddimə ilə başlan-

masına baxmayaraq, bütün fəsil və hissələri şairin həyatında baş verən 

ayrı-ayrı faciəvi hadisə  və detalların təsviri üzərində qurulmuşdur. 

Başqa sözlə desək,  şair, Natəvanın həyatındakı xoşbəxt, fərəhli 

anlardan daha çox, faciəli momentləri ön plana çəkərək onların bədii 

təsvirini vermişdir. Oxucu, Natəvanı  həmişə hüznlü, qəmli və mü-

kəddər, xəyalı pəjmürdə, fikirlər, düşüncələr aləmində görür. Əlbəttə, 

bu meylin özü qələmə alınan mövzunun mahiyyəti ilə, şairin şəxsi və 

ailə ləyatındakı bədbəxtliklərlə əlaqədardır. 

Poema Natəvanın  əməli fəaliyyətlərindən birinin –Şuşaya bulaq 

çəkdirməsinin bayram edilməsi təntənəsi ilə başlanır. Hamı  şadlıq 

edir, cəngi havasının coşqun sədaları altında, adamlar şənlik edir, 

çalıb oynayırlar. Natəvan özü isə  xəstə olduğundan bu mərasimdə 

iştirak edə bilmir. Müəllif bizi şənlikdəki adamlardan biri ilə tanış edir 

ki, bu da Qarabağın məşhur mülkədarı Hacı  Səfərdir. Bu səhnədən 

etibarən oxucu baş qəhrəmana qarşı qoyulmuş qəddar bir şəxslə tanış 

olur. Bir az sonra həmin mənfi cəbhənin başqa bir güclü nümayən-

dəsini–Axund Səfanı görürük. Bu iki fitnəkar demək olar ki, bütün 

əsər boyu Natəvana qarşı mübarizə aparır: biri pulu, malı, digəri isə 

dini, ruhani fitvaları, dedi-qoduları,  şair haqqında yaydığı yalançı, 



 

103


murdar şayiələri ilə. Poemanın əsas konflikt xətlərindən birini şair ilə 

bu mənfi tiplər arasında gedən mübarizələr təşkil edir. Bu konfliktin 

özü də başqa və daha əsas bir ziddiyyətdən–

 

açıq fikirli, mədəni, 



inkişaf etmiş, incə zövqlü, zərif qəlbli şair-rəssam Natəvanla dövran 

arasındakı kəskin münaqişələrdən doğur. 

Natəvanın ailəsində bir-birinin ardınca baş verən bədbəxtliklər, 

faciələr də onun mənəvi quvvəsini az sarsıtmamışdır. Ərinin getməsi, 

sevimli övladlarının ölümü, mühitin, adamların tənəsi böyük şairin 

hər an, hər saat şam kimi əriməsinə səbəb olur, onun günləri ah-zar 

içərisində keçir. Məmməd Rahim də öz poemasında məhz bu niskilli 

cəhətlərə daha artıq yer vermiş, daha çox fəlakətdən və dərdli Natə-

vandan bəhs etmişdir. Şair açıqca deyir: 

 

Yazıb yana-yana Xurşud Banunun 



 Bəzi keşməkeşli nəs illərini,  

Ürək ağrısıyla təsvir elədim  

Həyatının ağır fəsillərini. 

Köçdü övladları dünyadan nakam,  

Ana yorulmadı yas saxlamaqdan.  

İnsanlardan uzaq geyindi qara, 

 Kor oldu gözləri hey ağlamaqdan. 

 

Əsərdə Natəvanı, özünün xan qızı olmasına baxmayaraq, yoxsul-



ların dostu, sirdaşı kimi verməkdə şair doğru hərəkət etmişdir. Burada 

tarixi Natəvan təhrif olunmur. Böyük şairin həyatına dair faktları 

yaxşı öyrənən Məmməd Rahim, eyni zamanda təkcə bu faktların 

qeydçisi kimi qalmır, onlarda gizlənən fikir və ideyanı sənətin köməyi 

ilə tapır və göstərir. Biz xan qızının yoxsullara köməyinin poemada 

poetik təcəssümünü Natəvanın bir sıra xidmətlərinin təsvirindən görə 

bilirik: bulaq çəkdirmək, arx qazdırmaq, kəndlilər ac qalarkən öz 

xüsusi atlarını, Daşaltı bağını və Muğandakı torpaqlarını yoxsulların 

mənafeyi üçün satdırmaq və  s.  kimi  təşəbbüslər oxucuda Natəvana 

hüsn-rəğbət oyadır. Əsərdən alınan bu təsir bir də ona görə güclüdür 

ki, müəllif öz qəhrəmanının müsbət keyfiyyətlərini ona qarşı qoyulan 

qüvvələrlə mübarizədə  təsvir etmişdir. Natəvanın xeyirxahlıq arzu-

larının müqabilində onu başa düşən az olur; o öz hərəkətləri uçün 

təhsin, alqış deyil, zərbələr, tənələrlə qarşılanır. Bu zərbələrə zərif bir 

qadının dözməsi o qədər də asan deyildir. Ona görə də onun qəlbindən 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə