Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə40/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   36   37   38   39   40   41   42   43   ...   110

 

119


ilkin səs verdi 

Azərbaycan! 

 

Leninizm bayrağının bütün Şərqdə, ilk dəfə Azərbaycanda dalğa-



lanması o demək idi ki, inqilab azəri xalqının ruhundan doğmuşdur; 

onun həyati tələbatından, maddi-mənəvi ehtiyaclarından yaranmışdır. 

Ona görə  də azəri  şairlərinin Leninə, sosialist inqilabına külli miq-

darda əsər həsr etmələri təbiidir.  

Xalqımız inqilabdan sonra özünü daha da yaxşı dərk etdi, nəyə qa-

dir olduğunu anlamağa başladı. M.Hadinin vaxtilə köks ötürərək 

yazdığı:  

 

Qoymuş miləl imzasını əvraqi-həyata, 



Yox millətimin xətti bu imzalar içində.  

 

misralarının əksinə olaraq S.Vurğun inamla deyir:  



 

O böyük dastanın hər varağında, 

Onun hər fəslinin yazılmağında  

Mənim yurdumun da öz imzası var.  

 

Əlbəttə, Oktyabr inqilabını azəri şairlərinin yaşlı nəsli birdən-birə 



dərk edə bilməzdi. Lakin çox keçmədən onlar da tədricən anladılar ki, 

bəşəriyyətin qurtuluş yolu inqilabdadır.Hüseyn Cavid kimi bir sənət-

karın inqilabdan sonra yeni, inqilabi məzmunda  əsərini – «Azər» 

dastanını yazması fikrimizi sübut edə bilər.Dastanın qəhrəmanla-

rından birinin dili ilə şair, inqilabdan əvvəl və sonra azəri həyatının 

müqayisəli təsvirini gözəl, poetik detallarla verir.  

İnqilabı öz bədii yaradıcılığının  ən yetkin dövrundə qarşılayan 

şairlərin əksəriyyəti belə olmuşdur. Onların hamısı təxminən bu yolla 

getmişdir. Doğrudan da, yaşlı şairlərin əksəriyyəti Oktyabr inqilabının 

dünya əhəmiyyətini gec-tez dərk etmişlər.    

İnqilabi mövzunun poeziyamızda işlənməsində C.Cabbarlının, 

A.Şaiqin, Ə.Nəzminin böyük xidmətləri olmuşdur. Kommunist yazıçı 

M.S.Ordubadi üçün inqilab daha əziz idi. Çunki o özü fəal inqilabçı 

olmuşdur. M.S.Ordubadi sosialist inqilabı haqqında, onun böyük rəh-

bəri Lenin haqqında o zaman ən yaxşı  şeirlərin müəllifi kimi ta-

nınmışdı. Onun «Leninə», «Bahar çiçəkləri» və s. şeirləri indi də 




 

120


təravətini itirməmişdir: 

 

Səd şükr, bahar oldu, ötüb fəsli-zimistan,  



Şuralar ilə ziynət alır səhni-gülüstan.  

… Azadə vətən, hürr süxən, biz də mühəyya,  

Hər qülbədə, hər göydə açılsın yeni şura!  

 

İnqilab və azadlıq haqqında gözəl niyyətlər, xoş arzu və diləklər 



Oktyabr ərəfəsində yaranan şeirlərdə, o zamankı bolşevik və demok-

ratik mətbuatda dərc olunan bədii nümunələrdə çoxdan səslənməkdə 

idi. O vaxt «Yoldaş» jurnalında inqilabi romantika ilə dolu olan, 

zəngin mündərəcəli şeirlər çap olunurdu. Bu tipli əsərlərdə inqilabın 

gələcəyinə möhkəm inam, sağlam, romantik ruh hakim idi.  

Sovet hakimiyyətinin ilk illərində poeziyada inqilab mövzusu 

şübhəsiz, hərtərfli poetik lövhələrlə, tablolalarla işlənə bilməzdi. O 

zaman inqilab gah pəriyə, gah dan ulduzuna, gah da günəşə  bən-

zədilirdi. Başqa sözlə desək, inqilabi mövzularda yazılan şeirlərdə bir 

səthilik nəzərə çarpırdı, inqilabın dərin ictimai mahiyyəti, fəlsəfi əsası 

hələ  sənət dili ilə verilmirdi. Buna görə  də  şairlərin çoxu təsvir et-

dikləri hadisələrin bilavasitə  iştirakçısından daha çox seyrçi, müşa-

hidəçi mövqeyində dururdular. Bu, həyatın, əsrin inkişaf istiqamətini, 

onun hərəkətverici qüvvələrini yaxşı görməməkdən, ictimai-siyasi 

hadisələrin mahiyyətini aydın dərk etməməkdən irəli gəlirdi. Dövrün 

qabaqcıl inqilabi ideologiyası olan marksizmlə tanışlığın kifayət 

səviyyədə olmaması da bu ziddiyyətləri görməyə əngəl törədirdi.  

Qeyd etmək lazımdır ki, inqilabi poeziya dedikdə yalnız bilavasitə 

Oktyabr mövzusunda yazılan əsərlər nəzərdə tutulmamalıdır. Məlum 

olduğu kimi inqilab mövzusu geniş  və çoxcəhətli anlyışdır. Buraya 

əməyin tərənnümü, azadlıq uğrunda mübarizə və s. motivlər daxildir. 

Ona görə də bu tematik əlvanlıq inqilab mövzusunda yazılan əsərlərin 

müxtəlifliyini, rəngarəngliyini təmin edirdi.  

İnqilabın ilk illərində yazıb-yaradan A.Şaiq, H.Cavid, Ə.Cavad, 

M.S.Ordubadi, C.Cabbarlı kimi şairlərin bu mövzuda yazdıqları əsər-

lərdə bir qayda olaraq həmişə müasir hadisələr keçmişlə müqayisəli 

şəkildə təsvir edilir. Bu tipli əsərlərdə başlıca olaraq köhnə, istismarçı 

dünyaya nifrət və yeni, azad dünyaya rəğbət; birincini tənqid, ikincini 

tərənnüm hissi hakim idi.  

A.Şaiqin «Əmək pərisinə», «Zərbəçi», «Üç lövhə», «Bizimdir», 




 

121


«Hər şey var» və s. şeirləri bu səpgidədir. Müəllif «Hər şey var» şei-

rində vətəninin gözəlliyini, xalqının qabiliyyətini görmək istəməyən 

bəzi kosmopolitlərə cavab verərək, iftixarla yazırdı:  

 

Bu ölkədə nələr yoxdur görənə?  



Hər yan, hər şey bir-birindən gözəldir.  

 

Bunları şairə diktə edən, onun şeir rübabını mücərrəd anlayışlar-



dan, romantik, görünməz  əfsanələrdən, boş  və  əsassız xəyallardan 

uzaqlaşdıran Oktyabr inqilabı idi. Yalnız Oktyabr işıqları şairə düz-

gün yol göstərdi, onun diqqətini – «Həpimiz bir günəşin zərrəsiyiz» - 

tezisindən ayırdı, ona sinfi bərabərsizlik həqiqətini öyrətdi, dost və 

düşmənini tanıtdı. 

İnqilabın bədii tərənnümü M.Müşfiqin yaradıcılığında daha geniş 

yer tutur.  

Mən kiməm, o böyük Leninin oğlu, 

Bir insan tutamaz keçdiyim yolu.  

Hərbin göylərində yarın qorxulu 

İldırımlar kimi çaxacağam mən.  

 

Müşfiq Oktyabr inqilabının atəşin təbliğatçılarından biri idi.  



Birinci dərsimiz – internasional,  

İkinci dərsimiz – burjuya siqnal, 

Üçüncü dərsimiz – ölür kapital.  

 

 Azərbaycan sovet poeziyasının yaradıcılarından olan S.Rüstəmin 



ədəbi fəaliyyətində  də inqilabi mövzular üstünlük təşkil edir. O, 

poeziyaya gəldiyi vaxt Azərbaycan  ədəbiyyatında kəskin ideoloji 

mübarizələr gedirdi. Burjua şairlərinə, dekadent ədəbiyyatının nüma-

yəndələrinə qarşı  sənət meydanında duruş  gətirmək asan deyildi. 

İnqilabın yetişdirdiyi  şairlər o zaman hələ  gənc idilər; sənətkarlıq 

cəhətdən kamilləşməmişdilər.Bütün bu çətinliklərə baxmayaraq, 

sovet  şairləri məfkurəcə sağlam, ideyaca möhkəm idilər və onlar 

düşmənlərə qarşı mübarizədə bu silahdan bacarıqla istifadə edirdilər. 

S.Rüstəm ilk ədəbi təcrübələrindən başlayaraq inqilabi ideyaların 

ardıcıl, dönməz carçılarından biri kimi çıxış etməyə başladı. O, ədə-

biyyatımızda siyasi lirikanın gözəl nümunələrini yaradan bir şair kimi 

diqqəti cəlb etmişdir. Şairin «Komsomol», «Ələmdən nəşəyə», «Üs-




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə