Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə41/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   37   38   39   40   41   42   43   44   ...   110

 

122


yan yarat», «Oktyabr nəğməsi», «Uzaqlarda» və onlarca başqa şeirləri 

inqilabi poeziyanın gözəl nümunələri kimi diqqət mərkəzində durur. 

Sosializmə möhkəm inam, inqilabi işə  sədaqət, Lenin partiyasına 

qəlbən bağlılıq bu şeirlərin əsas ruhunu, canını təşkil edir.  

S.Rüstəmin poeziyası partiyalı şeirin ən parlaq nümunələridir, – 

desək səhv etmərik:  

 

Bəli, biz kommunistik, həqiqətdir yolumuz,  



Zəfərlər inqilabında var imzamız, qolumuz,  

Günəş bizə əl edib, gülür istiqbal kimi,  

Möhtəşəm himnimiz var «İnternasional» kimi! 

 

Oktyabr inqilabının nailiyyətlərinin bədii tərənnümünə  həsr 



olunmuş şeirlərlə yanaşı, şairlərimiz bu mövzuda epik, monumental 

əsərlər də yaratmışlar. Bunlardan S.Vurğunun «Komsomol» poeması, 

«26-lar», «Leninin kitabı», «Zamanın bayraqdarı», «20 bahar», 

R.Rzanın «Lenin», M.Müşfiqin «Azadlıq dastanı», «Sındırılan saz», 

«Səhər» və b. əsərlərini göstərə bilərik. Bu əsərlərin hər birində 

Oktyabr inqilabı və onun şanlı rəhbəri Lenin haqqında şairlərimizin 

ürək sözlərini oxuyuruq. 

S.Vurğunun səsi ədəbiyyata gəldiyi ilk vaxtlardan inqilabi möv-

zuda aydın və vüqarla səslənirdi.  Şair 1927-ci ldə yazdığı eyni adlı 

şeirində Oktyabrı dilsiz qərinələrin burulğanlarından işıqlı bir sabaha 

yol açan məşəl kimi təsvir edirdi.  

 

Yaxın bir keçmişin ağır daşını  



Çırpdın öz başına, tökdüyün qanla. 

Qardaşa tanıtdın öz qardaşını,  

Nə günlər keçirdin əhdi-peymanla. 

  

Poetik təfəkkür, obrazlı düşüncə şairin ilk qələm təcrübələrində də 



özünü göstərirdi. Burada Oktyabrın keçmişin ağır daşını zülmətlər 

əsrinin başına çırpması  hərarətli inqilabi pafosla ifadə olunmuşdur. 

Eyni ruhu şairin «Qızıl xatirələr» şeirində də görə bilərik. Burada da 

inqilabın nemətləri deklorativ şəkildə sadalanmır, yüksək poetik sə-

viyyədə tərənnüm olunur. 

Xalq şairi Rəsul Rzanın «Lenin» poeması inqilab dahisinə azəri 

xalqının məhəbbətindən yoğrulmuş böyük sənət  əsəridir. Poemada 



 

123


Lenin bu gün də bizimlə yanaşı addımlayan, yeni quruculuq işlərində 

yol göstərən bir rəhbər kimi verilmiş, indiki qələbələrimizdə onun 

fəaliyyəti, bilavasitə iştirakı göstərilmişdir.  

Xalq şairi Məmməd Rahim Oktyabr inqilabının yetişdirdiyi, bo-

ya-başa çatdırdığı müasir ədəbi nəsrə mənsub olan şairlərdəndir. Yeni 

dövrə, inqilaba, doğma xalqa, Lenin partiyasına məhəbbət onun 

poeziyasında güclüdür.  

 

Vüqarım ucadır Qoşqar dağından,  



Gül-dəstə tutmuşam əməl bağından, 

Antey yerdən aldı gücünü, mənsə  

Leninin möhtəşəm al bayrağından.  

 

M.Rahimin inqilabın tərənnümünə  həsr olunmuş onlarca şeiri 



vardır ki, onlar şairin partiyaya səmimi hisslərini çox yaxşı ifadə edir.  

Oktyabr inqilabı Osman Sarıvəlli yaradıcılığında da geniş tərən-

nüm etdirilmişdir. «Lenin XX qurultayda», «Atamın oğlu», «Bənöv-

şə», «Komsomolçu Sona» və başqa şeirlər bu cəhətdən xarakterikdir. 

Bu şeirlərdə şair ömrün mənasını Vətənə, xalqa xidmətdə görür:  

 

 



Sənətim ölkənin, elin olmasa,  

Toplayın, nə varsa yazıb-pozduğum.   

Məzarım üstündə od vurun, yansın;  

Xəyalım odlansın, şeirim odlansın.  

 

Azərbaycanda elə  şair yoxdur ki, bəhs etdiyimiz mövzuda heç 



olmasa bir neçə  şeir yazmamış olsun. Bu mövzuda onlarca gözəl 

əsərlər yaradılmışdır. İnqilab və poeziya mövzusu tədqiqini gözləyən 

təxirəsalınmaz problemlərdən biri kimi azəri  ədəbiyyatşünaslarının 

qarşısında durmaqdadır. Biz bu məqalədə  həmin mövzunun yalnız 

bəzi cəhətlərini qeyd etməklə kifayətləndik.  

 

«Ədəbiyyat və incəsənət» qəzeti,  



16 sentyabr 1967 

 

 



 

124


VURĞUN ONDAN DANIŞANDA 

 

Vaqif, sən yenə də yadıma düşdün,  



Titrədi qəlbimin incə telləri. 

 Sənin salamını göndərir һər gün  

Bəxtiyar yurdumun azad yelləri!  

 

Bəli, o, Vaqifdən danışanda qəlbinin telləri titrər, nəfəsi od-alov 



saçar, sinəsi iftixarla qabarar, ilһamı qaynayıb coşar, şeir təbi məcra-

sına şığışmazdı... 

 

Deyərdi: Sən ey şeirimizin ana şairi, 



O tərlan xəyallı sona şairi! 

 

Səməd Vurğun Vaqifdən danışanda qocaman Azərbaycan poezi-



yası, onun milli korifeyləri, bu poeziyanın bədii ifadəyə qadir poetik 

bir dili yada düşərdi... 

 

Deyərdi:  



O, gərdi köksünü farsın dilinə, 

Söylədi öz dilim, öz şeirim gərək! 

 

Vurğun Vaqifdən danışanda səsində Azərbaycan ədəbi dilinin bu 



misilsiz islaһatçısına bir һeyrət duyulardı. Çünki Vaqif ərəb-fars ifa-

dələrinin dilimizdə qarşısıalınmaz  һücumu zamanı Azərbaycan  şei-

rində azəri dili yaratdı... 

 

Deyərdi: 



   Kür qırağının əcəb seyrangaһı var, 

Yaşılbaş sonası һayıf ki, yoxdur!  

Uca tər cığalı siyah tellərin 

Hərdən tamaşası һayıf ki, yoxdur! 

               

               *** 

Bizim bu dağların oğluyam mən də  

Az-az uydururam yeri gələndə! 

 

Vurğun Vaqifdən söz açanda Azərbaycan şeirinin böyük bir usta-



dından, bizim poeziyamızı mübһəm, dumanlı göylərin kəsif girda-

bından çıxarıb onu torpağa endirən, laləzarlı dağlara gətirən qüdrətli 




 

125


bir şairdən, realist bir sənətkardan danışardı... 

 

Deyərdi: 



   Ümid bağlamadın göydə mələyə, 

Dedin ki, yer qızı ondan gözəldir. 

Hurilər, pərilər çatmaz köməyə, 

 Mənasız arzular ömür gödəldir,  

Dedin ki, yer qızı ondan gözəldir.  

 

Vurğun Vaqifdən danışanda mütəfəkkir bir şairdən, dərin fəlsəfi 



fikirləri sadə, aydın bir dil ilə ifadə etməyi bacaran incə bir lirikdən, öz 

dövründə estetik fikrin zirvəsinə qalxan, һəyat - gözəllikdir idealını 

təbliğ edən böyük bir söz baһadırından söһbət açardı...  

 

Deyərdi: 



   Xumar-xumar baxmaq göz qaydasıdır, 

 Lalətək qızarmaq üz qaydasıdır, 

 Pərişanlıq zülfün öz qaydasıdır,  

Nə badi-səbadan, nə şanədəndir. 

 

 Vurğun Vaqifdən danışanda üzünü görmədiyi gözəllərin һüsnünü 



tərif edən Don-Kixot şairlərin «məһəbbət lirikasındakı» boşbağazlığı, 

saxtakarlığı amansız tənqid edərdi, Vaqifin böyük, һəyati, real eşqini 

onlara qarşı qoyardı... 

 

Deyərdi: 



  Ardınca bir şair deyindi dünən;  

«Vaqif zövq alarmış qız yanağından».  

Bilirəm vaxtilə bu şairlərdən  

Bir dəstə qovmusan öz otağından.  

 

Vurğun Vaqifdən söһbət açanda qələmlə qılıncın, idrakla qüvvətin 



ülfətindən danışardı... 

 

Deyərdi: 



  Aldıq məktubunu! Məһəmməd Qacar,  

Tərlan oylağında sar ola bilməz!  

Bu dünya qalmamış ulu şaһlara 

 Zülm də, zalım da var ola bilməz! 

 

 Vurğun Vaqifdən danışanda poetik sözün gücü, həyati məzmunu-



nun dərinliyi və bunların hər ikisinin üzvi sintezi, vəhdəti məsələsini 


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə