Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə105/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   100   101   102   103   104   105   106   107   108

 
324
şovinist, millətçi şah rejimi son dərəcə qəddarcasına, amansızcasına 
neçə-neçə igid azərbaycanlıları İranın bütün vilayətlərində, xüsusən, 
Zəncanda başlarını kəsməklə qətlə yetirdikdən sonra Əli Tudə də bir 
çox həmkarları kimi Şimali Azərbaycana −öz qan qardaşlarına pənah 
gətirərək Bakıya müraciət edir. O, bir müddət «Ədəbiyyat qəzeti» 
redaksiyasında  ədəbi işçi vəzifəsində çalışır. Bu zamanlar vaxtilə 
yarımçıq qoyduğu təhsilini davam etdirmək üçün də müvafiq imkan 
yaranır və o, sənədlərini respublikanın ali məktəblərinin bayraqdarı 
olan bizim universitetə  −BDU-nun filologiya fakültəsinə verərək, 
oranı fərqlənmə diplomu ilə bitirir (1947-1952). 
Sonralar bir neçə  mətbu orqanlarında çalışmaqla  şeir sahəsində 
fəaliyyətini davam etdirmişdir.  Əli Tudəni  şəxsən tanıyanlar,  ədəbi 
irsini, həyatını, mühitini gözəl bilənlər onu bir qəhrəman kimi, vətən 
və yurd mücahidi kimi, diriliyində belə şəhidlik zirvəsinə yüksələn bir 
Azadlıq aşiqi kimi qiymətləndirir və onu XX əsrin söz və  əməl 
qəhrəmanları ilə müqayisə edirlər. Şairi çox haqlı olaraq Şandor Pe-
feti, Pavlo Neruda, Nazim Hikmət, Musa Cəlil ilə bir sırada görürlər. 
Onun varlığında, qanında-canında, həm də xalqımızın böyük şəx-
siyyətlərinin  −Səttarxan, S.C.Pişəvəri, S.M.Xiyabaninin Azadlıq və 
İstiqlal ruhu çırpınırdı.  
Ə.Tudənin dünyanın rəngləri haqqında ümumiyyətlə, rənglər ba-
rədə, onların leksik məna və yozumları xüsusunda da özünəməxsus 
deyimləri vardır: 
 
Zənn etmə rəngləri sayır qələmim,  
Bu, nə niyyətimdir, nə də adətim. 
Yaşıl ilhamımdır, qara matəmim
 Qırmızı nifrətim, sarı həsrətim. 
 
Ə.Tudənin  şeir-sənət gülzarında  şair,  şeir, sənətkar haqqında da 
maraqlı  əsərləri vardır. Bu qəbildən olan poetik nümunələrdə  şairin 
sözə, sənətə,  şeirə  nə  dərəcədə  məsuliyyətlə yanaşdığı, onu Allahın 
insanlara bəxş etdiyi ülvi bir nemət kimi qiymətləndirdiyi hiss olunur. 
Bunu həm də bizim şair xalqımızın şeirə-musiqiyə münasibəti, zövqü, 
duyğu və düşüncələri ilə  də  əlaqələndirir, çünki xalq, cəmiyyət, 
oxucular şeiri sevməsələr, onu dinləməsələr, şair sözünü kimə söyləyə 
bilər. Bu məram və məqamlar öz bədii ifadəsini şairin «Şairlər», «Şeir 
təəssübü» və digər şeirlərində çox gözəl şəkildə tapmışdır: 
 


 
325
Bu millət laylanı da  
Şeirlə yaradıbdır.  
Yatan körpələrdə də. 
Bu millət ağını da  
Şeirlə yoğurubdur. 
Bu millət qafiyəylə  
Yazıb tapmacanı da. 
 
Bu millət məsəli də  
Müdrik şeirlə deyib. 
 
Çörək tapılmayanda  
Qüssə yox, şeir yeyib. 
 
Lakin böyük şair şeirin hüsnünü korlayan şeir dəllallarına qarşı da 
amansız olmuşdur. 
Ancaq çox-çox şeirdə, 
Nə sənət var, nə hikmət. 
Nə sevinc var, nə kədər,  
Nə qeyrət var, nə heyrət.  
Nə yağış var, nə külək,  
Nə ürək var, nə dilək, 
Dilək olmayan yerdə
Əlbəttə heç nə olmaz. 
 
Bu misralardakı müasirlik və aktuallıq göz qabağındadır. 
Müəllifin «Şairlər» adlı şeirində həqiqi poeziyanın necə çətinliklə 
yarandığından, şairliyin ən əzablı, necə iztirablı bir sənət yolu oldu-
ğundan söhbət açılır. Belə ki, şair olan kəs öz qəlbində dünyanın 
kədərini, nisgilini, dərd və ələmini gəzdirməli olur: 
 
Bir gözəli sevsə öz ürəyində,  
Yanar, günəşləşər göz ürəyində.  
Alışmasın deyə, köz ürəyində  
Üst-üstə ocaqlar qalar şairlər. 
 
Möminlər unutmaz öz namazını,  
Zülmətdə də arar göz namazını.  
Bir gündə neçə yol söz namazını,  
Varaqlar üstündə qılar şairlər. 
 


 
326
Qaya heykəl olmaz çapılmayanda,  
Kündə çörək olmaz yapılmayanda.  
Müqtədir bir rəhbər tapılmayanda  
Millətə bayraqdar olar şairlər. 
 
Ə.Tudə sözün həqiqi mənasında müasir şairdir, dövrün ən ümdə 
problemləri, çağdaş  məsələlər, aktuallığını heç zaman itirməyəcək 
mətləblər onun şeir rübabının şah pərdəsində vüqarla səslənirdi. Şair 
hətta, tarixdən, keçmiş  əfsanələrdən yazanda da onu bu günlə, 
müasirliklə üzvi şəkildə  əlaqələndirməyi bacarır, onlara məhz bu 
günün nəzəri ilə baxırdı. Fikrimizin sübutu üçün biz şairin «Kərəm 
faciəsi» adlı bir şeirinə ötəri də olsa nəzər salmağı vacib bilirik. 
Həmin  şeirin sərlövhəsi altında  şairin nəsrlə yazılmış  aşağıdakı 
sözlərinə diqqət yetirin:«Erməni din xadimlərindən biri öləndə ermə-
nilərə məsləhət görüb ki, qızlarını türk oğlanlarına ərə versinlər. Ona 
görə ki, gələcəkdə ermənilər türklərin üzərinə hücum edəndə erməni 
qızlarından olan döyüşçülər dayılarına güllə atmazlar». Şeirdə bu 
məqam poetik sözün gücü ilə kristallaşmışdır: 
 
Sanma başdan-başa xiffətlə dolu,  
Hər çalğı aləti yandırdı məni.  
Yox! Yox! Ədalətin həsrətlə dolu,  
Öz «Yanıq Kərəmi» yandırdı məni.  
 
Şeirdə daha sonra oxuyuruq: 
 
Kərəm «Əsli» deyə yandıqca yandı, 
Alovu qarışdı çovğunlara da, 
Qara keşiş yanan Kərəmi dandı  
Ürəyində güldü Məcnunlara da. 
 
Əlbəttə, bu dediklərimiz heç də böyük şairin yaradıcılığının əsas 
və aparıcı konturlarının,  əsas komponentlərinin hamısını  əhatə et-
məkdən çox-çox uzaqdır.Çünki onun onlarca şeir kitablarında 
toplanan silsilə  şeirlərinin başlıqlarını sadalasaq belə, onun maraq, 
dairəsi, tematikası, zövqü, duyum və deyim tərzi dünyagörüşü, psi-
xologiyası,  şəxsiyyəti haqqında müəyyən təsəvvür yaratmaq mü-
mkündür.Onun güclü, aydın məramlı, siyasi-ictimai lirikası, məhəb-
bət lirikası, Vətən, təbiət, dünya haqqında böyük ümmanları xatır-
ladan zəngin poetik xəzinəsindən yalnız bir zərrəni, bir damlanı, çox 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə