Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə33/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   29   30   31   32   33   34   35   36   ...   108

 
102
dən heç də müəyyən bir səhnə verməmiş, üz-üzə  gələn düşmən 
ordularını təsvir etməmiş, tək məzarın timsalında müharibə dövrünün 
fəlsəfəsini ümumiləşdirmişdir. Qoca rus qarısının, şəhidin millyyətini 
bilmədən məzara xitabən xaç çevirməsi  şeirin  ən mənalı  və  təsirli 
yerlərindəndir.Adətdir, kimliyindən asılı olmayaraq ölüyə ehtiram 
edərlər. Lakin ucsuz-bucaqsız bir düzdə qarının gördüyü tənha məzar 
başqalarına bənzəməz; bu, hərbin dəhşətli nişanələrindən, onun 
törətdiyi faciələrdən biridir. O tənha məzarda yatan kəs Vətən uğrunda 
şəhid olanlardandır. Bir vaxt əldə silah düşmənə qarşı mübarizəyə 
gedən bu azərbaycanlı əsgər indi öz döyüşçü dostlarından ayrı düşərək 
torpaqlarda uyuyur:  
 
Ordu çapıb getmiş axar su kimi,  
Köçdən ayrı düşmüş bir quzu kimi  
O, qalmış arxada, yoldan iraqda. 
 
 Kitaba  şairin «Natəvan» poeması da daxil olunmuşdur. Bu əsər 
gözəl qəzəllər müəllifi məşhur Azərbaycan şairi Xurşud Banu Natə-
vana həsr edilmişdir.  Əsərin nikbin ruhlu müqəddimə ilə başlan-
masına baxmayaraq, bütün fəsil və hissələri şairin həyatında baş verən 
ayrı-ayrı faciəvi hadisə  və detalların təsviri üzərində qurulmuşdur. 
Başqa sözlə desək,  şair, Natəvanın həyatındakı xoşbəxt, fərəhli 
anlardan daha çox, faciəli momentləri ön plana çəkərək onların bədii 
təsvirini vermişdir. Oxucu, Natəvanı  həmişə hüznlü, qəmli və mü-
kəddər, xəyalı pəjmürdə, fikirlər, düşüncələr aləmində görür. Əlbəttə, 
bu meylin özü qələmə alınan mövzunun mahiyyəti ilə, şairin şəxsi və 
ailə ləyatındakı bədbəxtliklərlə əlaqədardır. 
Poema Natəvanın  əməli fəaliyyətlərindən birinin –Şuşaya bulaq 
çəkdirməsinin bayram edilməsi təntənəsi ilə başlanır. Hamı  şadlıq 
edir, cəngi havasının coşqun sədaları altında, adamlar şənlik edir, 
çalıb oynayırlar. Natəvan özü isə  xəstə olduğundan bu mərasimdə 
iştirak edə bilmir. Müəllif bizi şənlikdəki adamlardan biri ilə tanış edir 
ki, bu da Qarabağın məşhur mülkədarı Hacı  Səfərdir. Bu səhnədən 
etibarən oxucu baş qəhrəmana qarşı qoyulmuş qəddar bir şəxslə tanış 
olur. Bir az sonra həmin mənfi cəbhənin başqa bir güclü nümayən-
dəsini–Axund Səfanı görürük. Bu iki fitnəkar demək olar ki, bütün 
əsər boyu Natəvana qarşı mübarizə aparır: biri pulu, malı, digəri isə 
dini, ruhani fitvaları, dedi-qoduları,  şair haqqında yaydığı yalançı, 


 
103
murdar şayiələri ilə. Poemanın əsas konflikt xətlərindən birini şair ilə 
bu mənfi tiplər arasında gedən mübarizələr təşkil edir. Bu konfliktin 
özü də başqa və daha əsas bir ziddiyyətdən–
 
açıq fikirli, mədəni, 
inkişaf etmiş, incə zövqlü, zərif qəlbli şair-rəssam Natəvanla dövran 
arasındakı kəskin münaqişələrdən doğur. 
Natəvanın ailəsində bir-birinin ardınca baş verən bədbəxtliklər
faciələr də onun mənəvi quvvəsini az sarsıtmamışdır. Ərinin getməsi, 
sevimli övladlarının ölümü, mühitin, adamların tənəsi böyük şairin 
hər an, hər saat şam kimi əriməsinə səbəb olur, onun günləri ah-zar 
içərisində keçir. Məmməd Rahim də öz poemasında məhz bu niskilli 
cəhətlərə daha artıq yer vermiş, daha çox fəlakətdən və dərdli Natə-
vandan bəhs etmişdir. Şair açıqca deyir: 
 
Yazıb yana-yana Xurşud Banunun 
 Bəzi keşməkeşli nəs illərini,  
Ürək ağrısıyla təsvir elədim  
Həyatının ağır fəsillərini. 
Köçdü övladları dünyadan nakam,  
Ana yorulmadı yas saxlamaqdan.  
İnsanlardan uzaq geyindi qara, 
 Kor oldu gözləri hey ağlamaqdan. 
 
Əsərdə Natəvanı, özünün xan qızı olmasına baxmayaraq, yoxsul-
ların dostu, sirdaşı kimi verməkdə şair doğru hərəkət etmişdir. Burada 
tarixi Natəvan təhrif olunmur. Böyük şairin həyatına dair faktları 
yaxşı öyrənən Məmməd Rahim, eyni zamanda təkcə bu faktların 
qeydçisi kimi qalmır, onlarda gizlənən fikir və ideyanı sənətin köməyi 
ilə tapır və göstərir. Biz xan qızının yoxsullara köməyinin poemada 
poetik təcəssümünü Natəvanın bir sıra xidmətlərinin təsvirindən görə 
bilirik: bulaq çəkdirmək, arx qazdırmaq, kəndlilər ac qalarkən öz 
xüsusi atlarını, Daşaltı bağını və Muğandakı torpaqlarını yoxsulların 
mənafeyi üçün satdırmaq və  s.  kimi  təşəbbüslər oxucuda Natəvana 
hüsn-rəğbət oyadır. Əsərdən alınan bu təsir bir də ona görə güclüdür 
ki, müəllif öz qəhrəmanının müsbət keyfiyyətlərini ona qarşı qoyulan 
qüvvələrlə mübarizədə  təsvir etmişdir. Natəvanın xeyirxahlıq arzu-
larının müqabilində onu başa düşən az olur; o öz hərəkətləri uçün 
təhsin, alqış deyil, zərbələr, tənələrlə qarşılanır. Bu zərbələrə zərif bir 
qadının dözməsi o qədər də asan deyildir. Ona görə də onun qəlbindən 


 
104
qopan bu yanıqlı ahlar son dərəcə təsirlidir: 
 
De, azmı həyatın qasırğasında  
Düşdü burulğana, tufana könlüm?  
Azmı düçar oldu məhrumiyyətə  
Uçulub dağılan virana könlum? 
 
 Lakin  ölüm  amansızdır, o heç nə ilə hesablaşmaq istəmir.  Şair 
həyatın bu əbədi düşməninin viranəlik ehtirasını pisləyir, onun his-
siz-duyğusuz xilqətini lənətləyir; ölüm nə bilir ki:  
 
Bülbülün bağçadan səsi gəlməsə,  
Yaşıl budaqlarda yarpaq ağlayar;  
Çöllərə dəyməsə insan ayağı, 
 Yas tutub, dil deyər, torpaq ağlayar. 
 
 Natəvanın bütün Qarabağ  şairlərini «Məclisi-üns»ün  ətrafında 
toplayıb onlara rəhbərlik etməsi, Bakı  və  Şamaxıdakı  ədəbi məclis-
lərlə  əlaqə yaratması haqqındakı  səyləri, Füzuliyə  həmişə bir ustad 
kimi pərəstiş etməsi, xüsusilə Bakıya səfər zamanı böyük fransız ədibi 
Aleksandr Düma ilə görüşməsi və duzlu qəzəlləri ilə onun tərifini qa-
zanması poemanın yaddaqalan təsirli səhnələridir. 
Ümumiyyətlə, M.Rahimin yaradıcılığında müvəffəqiyyət sayılan 
bu kitabda şairin bədii imkanlarından aşağı səviyyədə
 
yazılmış bəzi 
parçalara da təsadüf edilir. Lakin bunlar kitabdan bütünlükdə alınan 
gözəl təəssüratı heç də azaltmır. 
Biz şairimizdən yeni poemalar və lirik şeirlər gözləyirik. 
 
 «Ədəbiyyat və incəsənət» qəzeti,  
31 iyul 1965 
 
 
 
SADƏLİK– GÖZƏLLİKDİR 
 
Sadəlik sənətin dəyər vaһididir; o, poeziyanın da canıdır. Öz təbiəti 
etibarı ilə daһa çox ixtiraçı olan şair bədii təfəkkür prosesində yalnız 
dərin fəlsəfi mənalar, pak və ülvi duyğular, yüksək bəşəri  һisslər, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə