148
Zərrin bir kaşanə elədi abad.
Səadət sübhüydü səfalı bağı,
Arzu xəznəsiydi hər bir otağı.
Fərşi dəhlizlərin mərmərdən idi.
Qapılar şəvədən, ya zərdən idi.
Yeddi otaq idi onun xəlvəti,
Hər biri dünyanın gözəl cənnəti.
Hərəsinin daşı başqa rəng idi,
Safdı, hamar idi, həmahəng idi.
Səkkizinci göy tək yeddinci otaq,
Tapdı şəkillərlə başqa bir rəvaq
1
.
Sənətkar ustanın coşdu ilhamı,
Qırx sütun dikəltdi, qızıldan hamı.
Vəhşi heyvanların şəklini çəkdi,
Evin hər tərəfi güldü, çiçəkdi.
Qızıl tavuslarla bağçası doldu,
Sütunlar minalı ceyrandan oldu.
Ortada dünyanın gözü görməmiş,
Bəzəkli bir ağac göyə yüksəlmiş.
Budaqları qızıl, gövdəsi gümüş,
Başını firuzə yarpaqlar örtmüş.
Düzmüş hər budağa o yaradan əl,
Zümrüdqanadlı quş dimdiyində ləl.
Ağac yamyaşıldı çiçək içində,
Solmazdı xəzanda külək içində.
Quşları olmuşdu insanlara ram,
Bir yerdə dayanır hər səhər-axşam.
Rəssam hər tərəfə gül-çiçək əkdi,
Yusiflə Züleyxa şəklini çəkdi.
Qolboyun oturmuş sevgililər tək,
Eşqlə döyünür bir can, bir ürək.
Bir yerdə o əmir bunun dilini,
Bir yerdə bu qucmuş onun belini.
1
Ряваг – таъ.
149
Tamaşa etməkçin evə gələnin,
Həsrətindən ağzı sulanar, yəqin.
Səqfində fələyin əksi olub nəqş,
Orada parlayır Ay ilə Günəş.
Sevgililər kimi Günəş də, Ay da
Qol-boyun olmuşdur haman sarayda.
Evin hər yanına baxanlar görər,
Bahar fəsli kimi açmışdır güllər.
Güllər qoşa-qoşa qucaqlaşaraq
Sarılmış bir-birə hey budaq-budaq.
Sarayın fərşində hər yerə baxsan,
İki gül görərdin qoşa, nazlanan,
Xülasə, o iki yarın timsalı,
Evdə qoymamışdı bir nöqtə xali.
Hər yana göz açıb baxasan əgər,
Onların surəti gözünə dəyər.
Ev belə tikildi cənnət bədili,
Artdı Züleyxanın Yusifə meyli.
Hər dəfə edərkən evə tamaşa,
Sel kimi, istərdi eşqdən coşa.
Şəklini görərsə aşiq cananın,
Hüdudu bilinməz şövqün, həycanın!
Qəlbində eşq odu yenidən yanar,
Sonsuz bir kədərlə qəlbi dağlanar.
150
ZÜLEYXA YUSİFİ YENİ SARAYA DƏVƏT
EDİR VƏ ONDAN VÜSAL İSTƏYİR
Evin tikilişi axıra çatdı,
İndi də Züleyxa işə əl atdı,
Fərşinə döşədi ipək xalçalar,
Taxtını bəzədi altunla nigar.
Səqfinə cavahir qəndillər asdı,
Xoş ətir qoxusu sarayı basdı.
Könül nə istərsə, düzdü oraya,
Şövq ilə min bəzək vurdu saraya.
Hər şeydən, hər kəsdən ziyadə, ancaq
Yusifə o dilbər göstərdi maraq.
Bəli, cənnət belə, olmazsa canan,
Sevənlər gözündə çirkindir, inan!
İstədi, Yusifi tutaraq dilə,
Gətirsin saraya cah-calal ilə.
Xəlvətdə könlünə, bəlkə yol tapsın,
Vüsal meydanında atını çapsın.
Ruh verən ləbindən öpüb, alsın kam,
Tutsun ürəyini zülfündə aram.
Əvvəlcə özünə bəzək verərək,
Dedi: – Qoy Yusifdə titrəsin ürək!
Bəzəyə yox idi bir ehtiyacı,
Lakin istəyirdi artsın rəvacı.
Gül özü nə qədər xoş görünərsə,
Daha xoş görünər, şəbnəm düşərsə.
Verdi gül üzünə ənniklə bəzək,
Oldu yanaqları daha da göyçək.
Qaşının vəsmədən artdı kamalı,
Qövs-qüzeh oldu bayram hilalı.
Zülfünə bağladı ipəkdən telbənd,
Qıldı Çin mişkini telbəndə peyvənd.
Düzdü kürəyinə saçı Züleyxa,
151
Verdi ərğəvana
1
ənbərdən arxa.
Nazlı gözlərinə sürmə çəkərək,
Qara qul göründü göz içrə bəbək.
İstədi canana desin ərzhal,
Ənbərdən üzünə düzdü qara xal.
Yəni ki, eşq odun canıma dolmuş,
Könlüm o atəşə üzərrik olmuş.
Çəkdi ay üzünə nil ilə bir mil,
Gözəllik Misrini süslədi o Nil.
O xətt nil deyildi ayın üzündə,
Bəlkə də, bir mildi düşmən gözündə.
Görsəydi gözündə bəzəkçi nili,
Əlindən salardı sürməkeş mili.
Boyadı əlini şəfəq rənginə
Ki, aşiq könlünü salsın cənginə.
Ovcuna vuraraq incə naxışlar,
Dedi: – Əsir olar bu əlimdə yar!
Tutub yanağına tər innab çəkdi,
Yəni ki, göz yaşım innabi rəngdi.
On hilal yaratdı on barmağında,
Bir şəfəq söküldü hər dırnağında.
Bəzənib düzəndi bir qönçə kimi,
Qoydu qarşısına təzə geyimi.
Bir köynək geyindi gül bədəninə,
Gülü yaraşdırdı yasəməninə.
Qızıl gül şaxında açdı yasəmən,
Qolunda qızıl gül, cibində səmən.
Baxan zənn edərdi, bədəni sudur,
O su lalə ilə, güllə doludur.
Qəribə bir su ki, biləklərindən
İki gümüş balıq görünür həmən!
Su kimi saf idi gümüşi qollar,
1
Ярьяван – ал (гырмызы) вя йа чящрайы рянэдя олан
чичяк ады.
152
Bir cüt balıq idi, sanasan, onlar!
Qollara bəzəkdi zər yaxalığı,
Zərlə həşyələmiş bir cüt balığı.
Üzüylə qolları deyir: – Bu nigar,
Aydan balığa tək fəth edib durar
1
.
Köynəyin üstündən o nazik bədən,
Zərli bir don geydi Çin ipəyindən.
Min işvə-naz ilə o çinli sona,
Çin qumaşı içrə gəldi cövlana.
Bir xırman mişk idi başındakı sac,
Mişkə bəzək verdi minalı bir tac.
Düzdü ətəyinə, döşünə gövhər,
Tavus tək həyətə çıxdı o dilbər.
Gəzişir, ayrılmır lakin aynadan,
Özü-öz hüsnünə olurdu heyran,
Üzünə-gözünə baxıb o afət,
Hüsnünə verirdi ən yüksək qiymət.
Matahını görüb coşdu, öyündü,
Alıcı şövqiylə qəlbi döyündü.
Axtarıb tapmaqçın öz dildarını,
Göndərdi bir neçə pərəstarını.
Bu zaman qapıda bir ay göründü,
Cəlalda günəşə bir tay göründü.
Sanki, yaranmayıb torpaqdan, sudan,
Nur içində nurdu, o mahi-taban.
Bir qətrə hüsnüylə cahan nurlanar,
Hüsnünün bir hərfi yüz dastan olar.
Ona Züleyxanın gözü sataşdı,
Sanki, quru qamış oda tutaşdı.
1
Дини яфсаняляря эюря, Ай фялякдя гярар тутур, йед-
ди йер тысбаьасы бир юкцзцн белиня йцклянмиш ки, о
да бир балыг цстя дайаныр. Мисрада дейилир: Эюйля-
рин цстцндян йерин тякиня гядяр ня варса, щамыны
Зцлейха эюзяллийи иля фятщ етмишди.
153
Əlini tutaraq dedi: – Ey cavan,
Bəsirət əhlinə nurlu çıraqsan!
Qulluqda, vallahı, əvəzin olmaz,
Sənə hər bəxşişi az bilirəm, az!
Sənin qulluğuna qiymət verərək,
Başını göylərə ucaldam gərək!
İstərəm haqqını ödəyim bu gün,
Təşəkkür etməkdir diləyim bu gün.
Gərək elə çıxam xəcalətindən
Ki, dünya danışsın səxavətimdən.
Onu dilə tutub, saldı qabağa,
Gətirib çıxardı ilkin otağa,
Elə ki, keçdilər qızıl qapıdan,
Züleyxa qıfıla verdi bir təkan.
Qapını bağladı, açdı dilini,
Başladı deməyə dərdi-dilini.
Dedi: – Arzum, eşqim, muradım sənsən,
Tak sənin eşqinlə yaşayıram mən.
Uşaqkən yuxuda gördüm camalın,
Yuxunu gözümdən aldı xəyalın.
Eşqinlə könlümü divanə etdin,
Məni dərdü-qəmlə həmxanə etdin.
Göz açıb üzünü görmədən bir an,
Düşdüm bu ölkəyə qərib, sərkərdən.
Çarəsizliyimdən düşdüm avara,
Yanıb qəm oduna, oldum biçara,
İndisə üzünü görməklə şadam,
Sən məndən qaçırsan, sevincə yadam.
At utancaqlığı, ülfətə alış,
Mənimlə bir kəlmə mehriban danış!
Yusif utanaraq dedi: – ol əmin,
Yüz şah mənim kimi qulundur sənin!
Məni qəm qeydindən gəl azad elə,
Lütfünlə könlümü bir an şad elə!
Dostları ilə paylaş: |