Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə66/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   63   64   65   66   67   68   69   70   71

Rejissorluğun üslub problemləri 
 
 
211 
Əlbəttə ki, operada musiqinin diqtəsi öndə olsa da, 
pyesin strukturunu dərindən bilən Cənnət Səlimova var-
lanmaqla simasızlaşaraq manikürçü Dilbərlə eyş-işrət ke-
çirən Balaşın, hadisələrə sağlam münasibət göstərən Dil-
bərin günahsız qurbana çevrilən Sevilin münasibətindəki 
dramatizmə də meydan verə bilir. Balaşla Dilbər kimi mə-
nəviyyatsızların cəmiyyətdən kənarlaşdırılmasını, geriliyin 
simvoluna çevrilən çadrasını ataraq azadlığa çıxan, fab-
rikdə çalışmaqla halal zəhmətlə yaşayan qadınları  təmsil 
edən Sevilin qəhrəmanlaşdırılması özünün bədii həllini 
tapır.  İkinci pərdədəki tətil səhnəsi, Moskvadan qayıdan 
Sevilin qarşılanması kimi kütləvi səhnələr və  nəhayət 
finalda Balaşın iflası fonunda Sevilin mənəvi yüksəlişi ob-
razlı həllini tapır. 
                                
*** 
7 mart 1853-cü ildə Aleksandr Dümanın (oğul) 
“Kameliyalı qadın” romanı  əsasında F.Piavenin yazdığı 
libretto üzrə bəstələdiyi yeni əsərinin uğursuz premyerası 
barədə dostuna məktubunda: “Əzizim Emanuel. Dünən 
axşam “Traviata” alt-üst oldu. Günah məndədir, yoxsa 
müğənnilərdə? Zaman göstərər”
175
 yazan Cüzeppe Verdi 
unudulmaqda olan bir romandan  dünyəvi bir sənət incisi 
yaratdığını  ağlına belə  gətirməzdi. “Traviata” operasını 
Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsinə ilk 
dəfə olaraq ibtidai musiqi təhsili olub, 1927-31-ci illərdə 
Moskvadakı  Mərkəzi Teatr Sənəti Texnikumunda oxu-
yarkən Böyük Teatrda təcrübə keçmiş Soltan Dadaşov 
gətirdi. Bu teatrın səhnəsində Cüzeppe Verdinin “Tra-
viata” operasına Cənnət Səlimovanın 1996-cı ildə  yeni-
                                                 
175
 Джузеппе Верди. Избранные письма. М., 1959.с.3. 


Aydın  Dadaşov 
 
 
212 
dən verdiyi quruluş zəngin dekorlardan, rəngarəng geyim-
lərdən, müxtəlif  əlbəsələrdən daha çox dramaturji struk-
turun təqdimatının mükəmməlliyi ilə yadda qaldı.     
Nəzərə almaq gərəkdir ki, hələ 1982-ci ildə “Kame-
liyalı qadın” əsərini Rus Dram Teatrının səhnəsində tama-
şaya qoyan Cənnət Səlimova əsərin dramaturji strukturunu 
dərindən bildiyindən uğur asanlıqla  əldə edildi. Bununla 
belə musiqişünas Tatyana Nikolayevna Leontovskayanın 
yazdığı: “Bəzi rejissorların təcrübəsində musiqinin diqtə-
sinin  əksinə olaraq Jermon obrazına Alfredlı Violettanı 
şüurlu olaraq məhvə düçar edən  əcaib “əzazil” kimi 
göstərmək cəhdi duyulur. Bu təmayül tamamilə  səhv-
dir”
176
 xəbərdarlığı dramatizmi əldən verməyən Cənnət 
Səlimova yozumuna da aid oldu. Halbuki bir-birlərini se-
vən cavanların kiminsə deyil ədalətsiz cəmiyyət tərəfindən 
məhvi daha fundamental ziddiyyətləri üzə  çıxara bilərdi. 
Tamaşanın  əvvəlində  vərəmdən sağalması münasibəti ilə 
keçirdiyi təmtəraqlı məclisdə Violettaya - İnarə Babayeva 
(soprano), Qastonun - Muxtar Məlikov (bariton) təqdim 
etdiyi pərəstişkarı Alfredo Jermonu - Azər Zeynalov 
(tenor)  əyləncəli mahnı oxumağa vadar etməsi  əvvəlki 
münasibətin sevgiyə keçidini musiqidə, vokalda həll edir. 
Hamının rəqs etiyi məqamda yenidən əhvalı korlanan Vio-
lettaya “Həyat tərzin səni məhv edəcək” mətnli xəbərdar-
lığından sonra sevgisini bəyan etməsi, ona yalnız dostluq 
təklif edən qadından aldığı gül solduqda yanına qayıtmaq 
təklifini almaqla küçədə serenada oxuması ilə münasibət-
lər məhz musiqi, vokal dueti hesabına tənzimlənir.  
Üç aydan sonra baş verən hadisələrdə Violettanın 
qulluqçu Aninanı Parisə göndərib satdırdığı  əşyaları, 
                                                 
176
 Т.Н.Леонтовская. Травиата Дж. Верди. М., 1962. с.20. 


Rejissorluğun üslub problemləri 
 
 
213 
pulunu ödəməklə geri qaytarmaq istəyən Alfredin  atası 
Jermonun  - Əvəz Abdullayev (bariton), oğlunu müflisləş-
mədən, qızını ərə getməmək təhlükəsindən qorumaq üçün 
kövrək təməl üzərində qurulan “ailəni” dağıtması mövzunu 
həm  əbədi, həm də musiqi dramatizmi  hesabına artırır. 
Violettanın rəfiqəsi Floranın mənzilində keçirdiyi, onun dos-
tu Markiz de Obininin – Əli Əsgərov (bas) idarə etdiyi bal-
maskarada Baron Dyufolla – Nizami Bağırov (bariton) ilə 
gəlişi,  Jermonun qumarda udduğu pulları onun ayaqları altı-
na ataraq sevgisi ilə vidalaşması,  Jorjun oğlunun bu hərə-
kətini pisləməsi dramaturji düyünün açılışını musiqidə  də 
gücləndirir. “Məhəbbətimi anlamadın Alfredo” duel həvəsli 
Baron Dyufollanın vokal imkanları təəssüratı zənginləşdirir.  
13 may 2010-cu ilin “Paritet” qəzetində Günay Əsə-
dovanın “Aspirant olmaq üçün opera müğənnisi oldu” məqa-
ləsində “Traviata” operasını idarə etmək üçün dəvət olun-
muş dirijor Pyer Dominik Ponellinin: “Violetta partiyasının 
ifaçısı İnarə Babayeva öz ifası ilə məni yaxşı mənada heyrət-
ləndirdi və məftun etdi. Siz qızıl səsli sopranoya maliksiniz. 
Onun fenomenal vokal imkanları, gözəl səhnə görkəmi və 
yüksək aktyor ustalığı bir-birini tamamlayır”
177
 kimi peşəkar 
dəyərlədirmədən bu ifaçıya səhnə plastikası öyrədən Cənnət 
Səlimovaya da pay düşür. Unutmaq olmaz ki, hələ 1934-cü 
ildə “Traviata” operasına quruluş verən Vladimir İvanoviç 
Nemiroviç Dançenko əhalinin təcəssümünə çevrilən xoru 
Violettanın faciəvi sevgisinə qarşı qoya bilməklə operanın 
strukturundakı ziddiyyəti apogeyə qaldırmışdı.                                    
Rauf Abdullayev, Cavanşir Cəfərov, Pyer Dominik Po-
nelli kimi ustad dirijorların idarə etdiyi peşəkar orkestrin, 
Milena Hacıyevanın, Yulana Əlikişiyevanın xor, balet trup-
                                                 
177
 G.A.Əsədova. Aspirant olmaq üçün opera müğənnisi oldu. Paritet q. 13-05-2010. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə