Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə2/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   2   3   4   5   6   7   8   9   ...   71

Rejissorluğun üslub problemləri 
 
 

mula  şəklində meydana çıxdıqda ilkin müəllifin adı ilə 
bağlı məktəb yaranır ki, (təəssüf ki, pozitivizmə, məddah-
lığa meyilli tənqid əsassız halda bir çox rejissorları məktəb 
yaradıcısı kimi təqdim edir) mövcud teatrımızın da varlığı 
əsasən sonrakı nəslə örnək olmuş M.F.Axundov və yaşantı 
prinsipini önə çəkən K.S.Stanislavski təməlinə söykənir.  
Yaradıcı təxəyyüldən keçən gerçəklik, məhdudiyyətə 
məruz qalmadan bədii ifadəsini tapdıqda fərdi üslubunu 
əks etdirdiyi müəllifin psixoloji portretini də yarada bilir. 
Fərdi üslubu üzə çıxmayan müəllifin yaradıcılığı isə həyat 
hadisələrinin və yaxud başqa bir əsərin strukturunun kor-
koranə təkrarına çevrilir. Digər tərəfdən isə bədii ifadəsini 
tapmayan “əsərdə” fərdi üslubu  qabartmaq cəhdi müəlli-
fin intellektual deyil, fizioloji portretini    üzə  çıxarır. De-
məli, reallığın bədii yozumunda həlledici rol oynayan fər-
di üslub yaradıcılığın fövqündə durmaqla, müəllifin daxil-
dən təsvir edilən hadisələrə belə qarışmamağa imkan verir. 
Bu məqamda müəllif gözə görünməyəni böyütməklə, həd-
siz miqyaslını kiçiltməklə tədqiqata cəlb edilməyə yarayan 
modeli sanki ovcunda saxlamaqla onu kənardan idarə edir. 
Fərdi üsluba malik olmayan müəllif isə hadisələrin labirin-
tində  nəinki mövzu – problem əlaqələrini, süjet – fabula 
əlaqəsini, hətta ideyanı, ali məqsədi belə itirə bilir. Mövzu, 
janr müxtəlifliyi fərdi üslubdan məhrum olan əsərə ilkinlik 
çaları versə də, struktur elementlərinin, basmaqəlibə çevri-
lən peşə  cəbbəxanasının təkrarını gizlətmək olmur. Belə-
liklə, bədiiliyin təməlini informasiya gerçəkliyi zəminində 
yaradan fərdi üslub müəllifin  ətraf aləmə münasibətinin 
meyarına çevrilir. 
Məlumdur ki, yaranışından mövcud nəzəri qanunla-
rın tətbiqini önə  çəkən klassisizmi formalaşdıran qədim 
yunan dramaturgiyasının prinsipləri, demokratizm təməlli 


Aydın  Dadaşov 
 
 

renessans dövründən başlayaraq ictimai üslub müxtəlifli-
yini qəbul etdi. Beləliklə, cəmiyyət quruculuğuna xidmət 
göstərən digər cərəyanların paralel mövcudluğunu qəbul 
edən intibah realizmi yalnız əyalət təfəkkürünə, hissiyyata 
söykənən sentimentalizmdən, romantizmdən uzaqlaşmaqla 
informasiya gerçəkliyinə yaxınlaşdı. Nəticədə  məfkurəcə 
bir-birinə yaxın olan müəlliflərin mədhiyyədən, təbliğat-
dan uzaqlaşmaqla  əhalinin, kütlənin və  nəhayət yaranan 
cəmiyyətin sosial marağına, sifarişinə xidmət göstərə bil-
dilər. 
                                   *** 
1957-ci ildə filologiya fakültəsinə daxil olduğu BDU 
– nun teatr studiyasında A.P.Çexovun “Qağayı” pyesi əsa-
sında hazırladığı  tamaşada Konstantin Qavriloviç Trepli-
yovun dilindən səslənən: “Yeni forma gərəkdir. Yeni for-
ma vacibdir”
5
 fikirlərini yaddaşına ömürlük həkk edən 
Cənnət Səlimova sonrakı yaradıcılıq dövründə ideyanın 
maddiləşmə forması sayılan üslubu biçimdə  həll etməyə 
çalışır. Ömründə ilk dəfə səhnəyə çıxan Nina Mixaylovna 
Zareçnayanın: “Atamla arvadı məni buraya buraxmırdılar. 
Buranı çirkab saydıqlarından, mənim aktyorluğa getmə-
yimdən qorxurlar. Ancaq bu göl məni cəzb etdiyindən 
özümü qağayı sanıram”
6
 cümlələrini isə göz yaşına qərq 
olmadan eşidə bilmir.  
Qeyd etmək lazımdır ki, 1898-ci ildə A.P.Çexovun 
“Qağayı” əsərinə quruluş verən K.S.Stanislavski dünyada 
ilk dəfə olaraq nəzəri təhlilə  əsaslanan yazılı rejissor 
eksplikasiyasını, tamaşanın eskizini yaratdı. Və bununla 
da peşəkar rejissor sənətinin  əsasını qoydu. İndi həmin 
                                                 
5
 А.П.Чехов. Сочинения. т. 11. М., 1986. т.12. с.226. 
6
 Yenə orada. с.227. 


Rejissorluğun üslub problemləri 
 
 

eksplikasiyada məhz o tamaşaya müxtəlif teatrlarda quru-
luş vermək olar. Nəzəri təhlilə əsaslanan eksplikasiyalı ta-
maşa möhkəm, təməli güclü sütunlar üzərində ucalan bi-
naya bənzəyir. Hadisəli və əməli təhlil prinsipi keçməyən 
tamaşanın isə əlvan pərdəli pəncərələri, parlaq boyalı damı 
olsa da, o qum üzərində tikilən evə bənzədiyindən həmən 
uçmalıdır. Təəssüf ki, bizim  indiki rejissorların əksəriyyə-
ti elmi-nəzəri eksplikasiya yazmağı bacarmadıqlarından 
onların tamaşaları özfəaliyyətə çevrilir. 
 Cənnət Səlimovanın BDU–nun teatr studiyasında 
hazırladığı “Qağayı” tamaşası Leninqradda keçirilən tələ-
bə teatrı festivalına dəvət alır. Leninqrad Dövlət  Universi-
tetinin səhnəsində oynanılan, sonralar uzun illər “Litera-
turnaya Azerbaydjan” jurnalının baş redaktoru, mərhum 
Mansur Vəkilov Treplyov - Rita Davtyan isə Nina Mixay-
lovna Zareçnaya rollarında  çıxış etdikləri bu tamaşa sü-
rəkli alqışlar qazandı.  
Tələbə dostlarını Bakıya yola saldıqdan sonra özü 
Leninqradda qalan Cənnət Səlimova Böyük Dramatik 
Teatrda Georgi Aleksandroviç Tovstonoqovun 1957-ci il-
də quruluş verdiyi F.M.Dostoyevskinin “Əbləh”  əsərinin  
tamaşasına baxıb dərindən təsirlənir. Axşam saat səkkizdə 
başlayıb gecə saat birdə bitən tamaşadan sonra Cənnət Sə-
limova qarlı - şaxtalı bir gecədə xalasının yaşadığı Vasili 
Ostrovskayaya qədər piyada gedir. Uzun müddət sonra be-
lə bu tamaşanın təsirindən çıxa bilmir. “Vaxtaşırı tutmalar 
məni  əbləhə çevirdi” deyən  İnnokenti Smoktunovskinin  
arıq, uca boyu, armud saplağı tək nazik boynu, qəmli göz-
ləri, uzun əlləri və xüsusən sanki pıçıltı ilə danışan nüfuz-
edici səsi əbədi olaraq yaddaşına həkk olunur. Həmin şax-
talı gecədə    nəyin bahasına olursa olsun mütləq peşəkar 
rejissor təhsili alacağına  söz verir. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə