Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə14/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

Aydın  Dadaşov 
 
 
44 
sına  şərait yaratsa da V.Yurçenkonun tərtibat haqqında 
yazdığı: “O, nəinki ifaçılara və    Cənnət Səlimovaya yar-
dım etdi, hətta maneçilik törətdi. Məsələ təkcə Ostrovski-
yə yad olan “modern” üslubunda deyil. Məsələ ondadır ki, 
bu “modern” öz-özlüyündə maraqlı deyil, sünidir. Onu 
unutmaq, yan keçməklə birgə ansambl yaratmağa cəhd 
edən aktyorlar yazıqlaşırlar”
37
 fikirləri isə ya ifaçıların de-
korlara yetərincə öyrəşmədiyini üzə  çıxarır, ya da ki, 
əyalət tənqidinin yeniliyi qəbul etmək iqtidarında 
olmadığını isbatlayır. 
                               
*** 
İmran Qasımovun “Teatr” jurnalında çap olunmuş 
faşizm üzərində qələbənin 30 illiyinə həsr edilən “Dairəni 
genişləndirin” pyesinə  Cənnət Səlimovanın 1975-ci ildə 
verdiyi quruluş da  əslində dövrün diktəsi ilə müəllifin pe-
şəkar üslubu hesabına yaranan dramaturji modelin reallaş-
ması idi. Əsgər paltarı geyinib şəfqət bacısı kimi vətəni 
qorumağa gedən Aliyənin (D.İ.Tumarkina) həyatının bü-
töv bir mərhələsini, bəlkə də ehtiyac olmadan əks etdirən 
bu tamaşa  da birmənalı qarşılanmadı.  
6 aprel 1975-ci ilin “Kommunist” qəzetindəki “Dai-
rəni genişləndirin” məqaləsində: “Xəstə Aliyə öz otağında 
kürsüdə oturmuşdur. Xəyalında Raufla görüşdüyü səhnə-
lər canlanır.  Əsgər geyimində olan Raufla Aliyəni görü-
rük, onların səslərini, söhbətlərini eşidirik. Lakin rejissor 
bizə onların siluetlərini göstərir və biz inanırıq ki, o iki nə-
fərin biri məhz cavan Aliyə, digəri cavan Raufdur. Böyük 
gerçəklik səviyyəsinə ucalan sənətkarlıqla verilmiş bu səh-
nələr bizi düşündürür, tamaşaya həyəcansız baxmaq, biga-
                                                 
37
 В.Юрченко. Белугин и другие. г. Вечерний Донецк. 07-07-1973. 


Rejissorluğun üslub problemləri 
 
 
45 
nə qalmaq olmur” fikirləri Cənnət Səlimovanın quruluşun-
da bədii səviyyəsinin təsdiqinə çevrilir. Və eyni zamanda 
mövzu xatirə üzərində qurulmaqla xətti inkişafdan məh-
rum olan pyesin qüsurunu da üzə çıxarır. 
  Əslində  pyes    kimi  tamaşa da sosializm dövründə 
ideoloji cəhətdən becərilən, dostluğa sədaqət ideyasını əks 
etdirirdi. Cəbhədə birgə vuruşan Sergey Uqolnikovla Ali-
yənin önə çəkilən dostluğu istər-istəməz dolaşıq ziddiyyət 
yaradır. Belə ki, sevdiyi həkim Rauf Şabanovla ünsiyyət-
dən Bakıya hamilə qayıtmış Aliyə ilə nigah kəsdirərək 
körpənin gələcəyini düşünən Sergey Uqolnikovun  dostlu-
ğun rəmzinə çevrilməsi özünü zahiri əlamətlərdə biruzə 
verir. Aliyəni Dina İosifovna Tumarkina, Sergey Uqolni-
kovu V.P.Şerbakov, onun cəbhədə fədakarlıq edən arvadı 
Loranı İrina Perlova, Rauf Şabanovu isə Konstantin Ada-
mov kimi aktyorlar oynasalar da, səhnə hadisələrinin sxe-
matikliyi nəzərə çarpırdı. Aliyənin həqiqətlərdən bixəbər 
olan qızı Nərminənin ata hesab etdiyi Sergey Uqolnikov-
dan evə qayıtmasını xahiş etməsi, sən demə cəbhədən sa-
lamat qayıdan Raufun peyda olması dolaşıq ziddiyyəti da-
vam etdirirdi.  
25 aprel 1975-ci ilin “Bakı” qəzetində professor 
Mehdi Məmmədovun “Dairəni genişləndirin” məqaləsin-
dəki: “Bizim təəssüratımızı, fikrimizi haçalayan yeganə 
bir nöqtə pyesin və tamaşanın finalıdır. Aliyənin ölümü... 
biz onun müharibə vaxtından yaralandığını, xəstə olduğu-
nu bilsək də bu ölüm səhnəsində  bədii məntiq görməkdə 
çətinlik çəkirik. Bu səhnənin peşəkar həlli də naqis və na-
tamam görünür. Tamaşa boyu gördüyümüz təbii – psixo-
loji epizodların hamısı  hətta bir sıra  şərtiliklər (rejissor, 
rəssam, bəstəkar priyomlarının hamısı) şərtsiz qəbul olun-
duğu halda onun sonu kifayət qədər təbii qəbul olunur. 


Aydın  Dadaşov 
 
 
46 
Bunun səbəbini görünür ki, müəllif hüququna müdaxilə et-
mədən, iddiasız tərzdə ehtiyatla, diqqətlə yoxlamaq lazım-
dır
38
 fikirləri finalın da gözlənilməzliyinin diqqətdən qaç-
madığının təsdiqidir.  
1975-cı ildə çıxan “Ulduz” jurnalının 5-ci sayındakı 
“Meydan açın...” məqaləsinin müəllifi,  şair – dramaturq 
Camal Yusifzadənin: “D.İ.Tumarkina Aliyə xanımın obra-
zına  əgər belə demək mümkünsə özünü qatıb. Yəni o, 
müəllifin yaratdığı  vəziyyətdə özünü oynayır. Özünü oy-
namaq isə nisbətən asandır və tamaşaçı ilə birbaşa dialoq-
dur. Bu aktyora daxili mənəvi sərbəstlik verib, aktyor oyu-
nunda – hərəkət və dialoqlarda gərginliyi azaldıb. Tumar-
kina obraza oynaqlıq, şuxluq gətirib. Aliyə xanım döyüş-
lərdə məhəbbətini, xoşbəxtliyini itirib gəlmiş, daxilən sar-
sılmış, bir az da yorğun adamdır. Vəziyyətin məntiqinə 
görə o, təmkinli, soyuqqanlı, kədərli görünməlidir. Bəs 
aktyor oyunundakı bu nikbinlik nədir? Bu, müəllif fikrinin 
sözaltı  mənasından doğan ümiddir, təsəllidir, nikbinlik 
şəklində təzahürünü tapır və aktyorun rola ən qiymətli əla-
vəsidir”
39
 fikirləri  əslində dolayı yolla quruluşçu rejisso-
run da üslubunun dəyərləndirilməsidir. Yeri gəlmişkən  
İmran Qasımovun münasibətlərinin genişliyi sayəsində 
Cənnət Səlimova  bu tamaşadan il yarım sonra  Qabriel 
Sundukyan adına Yerevan Dövlət Dram Teatrında “Dairə-
ni genişləndirin” pyesinə yenidən quruluş verdi.  
                                     
*** 
  Bertold  Brextin  XVII  əsrin otuz illik müharibəsini 
əks etdirən “Kuraj ana və  uşaqları” pyesinə  Cənnət Səli-
                                                 
38
 M.Я. Məmmədov. Dairəni genişləndirin  Bakı q. 25-04-1975.  
39
 C.Y.Yusifzadə. Meydan açın... Ulduz j. 1975 №5. c.28. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə