Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə13/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
41 
sından istifadədən əlavə,  Nailə Nəzirovanın qurduğu plas-
tik rəqslərdən, qılıncoynatmalardan istifadə, uzun illər 
səhnədə qalan tamaşanın bədii – estetik  səviyyəsinin yük-
səldilməsində müstəsna rol oynadı.  
9 dekabr 1973-cü ildə çıxan “Bakinski raboçi” qəze-
tində, “bütün gücünü Kavalerə yönəldən Mirandalinanı 
oynayan  İrina Perlovanın teatrallığa uyması  nəticəsində, 
yalnız zahiri tapşırıqları yerinə yetirən Fabrisio rolundakı 
Boris Lukinski ilə münasibətini düzxətli aparmasını, digər 
aktyorların səhnədəki daxili azadlıq kasadlığını”, K.S.Sta-
nislavskinin üç dəfə müraciət etdiyi tamaşada hər dəfə 
özünün oynadığı “Kavaler Ripofratt rolundakı Vladimir 
Paseçninin müstəqilliyini qorumaq naminə  əl atdığı, ko-
budluğunun daxili aləmi ilə mübarizəsinin yarımçıq qaldı-
ğını” göstərən  “Qaldoni ilə görüş” məqaləsində: “Əgər 
əvvəlki işlərində  Cənnət Səlimovanı (“Vanya dayı”, “Ci-
nayət və cəza” və başqaları) əsərin daxili strukturu narahat 
edirdisə, “Mehmanxana sahibəsi”də tamaşaçını hadisələ-
rin gedişinə qoşmaq istəyi həmən görünür”
34
 yazan L.Ba-
binskaya  əslində quruluşçu rejissorun komediya janrının 
təqdimatında səhnənin dördüncü divarına yönələn zahiri 
əlaqənin önə çəkilməsini duymuşdu. Məqalənin “Şən, zə-
rif komediya tamaşa salonunda canlı cavab tapır. İnsan zə-
kasının, gözəlliyinin təntənəsinə inam yaradan zarafatlar 
dünyasının rəngarəngliyi  şəfəq saçır”  kimi cümləsi ali 
məqsədin yerinə yetirildiyini səciyyələndirir.      
        
                          
*** 
                                                 
34
 Л..Г.Бабинская. Новая встреча с Гальдони. г. Бакинский рабочий. 09-12-1973. 


Aydın  Dadaşov 
 
 
42 
Teatrın demokratikləşdirilməsi, auditoriyasının ge-
nişləndirilməsi, bədii səviyyəsinin yüksəldilməsi uğrunda 
daim mübarizə aparan Aleksandr Nikolayeviç Ostrovski-
nin ziddiyyət ustası Nikolay Yakovleviç Solovyovla birgə 
yazdığı əsərlərdən biri olan “Belugininin evlənməsi” pye-
sinə  Cənnət Səlimovanın 1973-cü ildə verdiyi quruluş 
klassikanın müasirləşdirilməsi baxımından maraqlı və bə-
zən hətta maraqsız göründü. Yeri gəlmişkən hələ ötən əs-
rin 30-cu illərində, dramaturqun 100 illik yubileyi ərəfə-
sində A.V. Lunaçarskinin “Geriyə Ostrovskiyə!” çağırışı-
na səs verən dramaturqun pyeslərini səhnəyə gətirdi. 40-cı 
illərin sonlarında, Azərbaycan Dövlət Rus Dram Teatrının 
səhnəsində isə “Belugininin evlənməsi” pyesinə rejissor 
Y.Yaroslavskinin verdiyi quruluş uzun müddət repertuar-
da qalmışdı.
 
XlX əsr Rusiyasının tacir zümrəsinə müəlliflərin rəğ-
bətinin gizlədilmədiyi bu pyesin  mərkəzi fiquru milyonla-
rı olsa da, ətrafdakı yırtıcılarla mübarizədə meydanda, az 
qala sona qədər təklənən Andrey Qavrilıç Belugindir. Nə-
hayət ki, ürəkdən vurulduğu həssas qəlbli Yelenanın 
(İ.A.Perlova), satqınlığının şahidi olduğu Nikolay Yeqoro-
viç Aqişindən (H.A.Yagizarov) üz döndərib, atası Qavrila 
Panteleyeviçin (B.G.Çukmasov), anası Nastasya Petrovna-
nın (M.Stepanova) əl uzada bilmədikləri Andrey Qavrilıç 
Beluginə (V.Q.Paseçnı) vurulması  mənəvi qələbəni 
maddiləşdirir. Və bu dəyərləndirmənin tamaşaçı salonuna 
sirayət etməsi ölkə üzrə, adətən rejissor yozumları bir-bir-
lərini təkrarlayan çoxsaylı tamaşalar arasında, Cənnət Sə-
limovanın əsərə fərqli münasibətini səciyyələndirir. 
7 iyul 1973-cü ilin “Veçerniy Donetski” qəzetindəki 
“Andrey Belugin və başqaları” məqaləsində Ukrayna 
qastrolları zamanı baxdığı tamaşada “Meydanda təklənsə 


Rejissorluğun üslub problemləri 
 
 
43 
belə qorxmaz döyüçü kimi qarşılaşdığımız” Andrey Belu-
gini yeni rakursdan təqdimatını nəzərdən qaçırmayan tən-
qidçi V.Yurçenkonun: “Hər halda bu mübarizədə Belugi-
nin bir dostu, müttəfiqi var idi ki, o da aktyor  Vladimir 
Paseçnı idi. Onsuz belə parlaq qələbə əldə edilə bilməzdi. 
Belugin - Paseçnı özünün səhnə  həyatı – oyunu ilə yox, 
məhz həyatı ilə tamaşaçını məftun etdi”
35
 dəyərləndirməsi 
rejissor Cənnət Səlimovanın peşəkar üslubunun yaratdığı 
informasiya gerçəkliyini təsdiqləyir.  
1986-cı ildə  çıxan “Teatr” jurnalının 5-ci sayındakı 
“İrina Perlova” məqaləsində:  ““Belugininin evlənməsi”də 
Perlova gəncliyin özü və xoşbəxtliklə doludur. Yelenanı 
oynayır. Onun qəhrəmanı tamaşanın  əvvəlində zadəgan 
cəmiyyətinin bayağılığından xiffət çəkib darıxan ərköyün, 
şıltaq, özünə inanan bir qızdır. O, sevgini xilas yolu kimi 
tapdığından və  təcrübəsizliyindən öz seçimində Aqişina-
nın üzərində dayanır. Sanki Yelenanın varlığı  gənclik və 
xoşbəxtliklə doludur. O, nazlanmaq, şənlənmək, parılda-
yan gözləri, fransızca zərif danışığı ilə sevginin nə olduğu-
nu bilməyən qəlbini həyəcanlandıran kəsin xoşuna gəlmək 
istəyir”
36
 yazan L. Dervenskaya ifasının incə məqamlarına 
toxunduğu aktrisanın fransızca danışa bilmək imkanından 
yararlanan (əsərdə olmasa belə) rejissor Cənnət Səlimova-
nın peşəkar üslubundakı cəsarətli məqamı da səciyyələndirir. 
Tamaşanın quruluşçu  rəssamı Feliks Filiştinskinin 
modern üslubunda, süni plastmas şüşə parçalarından isti-
fadə etməklə yaratdığı, mavi gölün ortasındakı adaya bən-
zər məişət məkanları bütövlükdə isə səhnənin maili məka-
nı cərəyan edən hadisələrin diqqət mərkəzində saxlanma-
                                                 
35
 В.Юрченко. Белугин и другие. г. Вечерний Донецк. 07-07-1973.  
36
 Л.С.Деревенская. Ирина Перлова. ж. Театр. 1986. №5. с.105. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə