Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə5/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   2   3   4   5   6   7   8   9   ...   71

Aydın  Dadaşov 
 
 
16 
Teatrı “könüllü yaradıcılıq diktaturası” sayan Georgi 
Tovstonoqovun imtina etdiyi, Moskvada səhər pyesi oxu-
ması, axşam məşqlərin başlanması ilə sensasiya yaradan 
Oleq Yefremovun 1964-cü ildə “Sovremennik” teatr-stu-
diyasında səhnəyə qoyduğu, özünün Aleksey Lyamin, Ye-
geni Yevsteqneyevin, Nikolay Kuropeyevin oynadığı “Tə-
yinat” tamaşasına, Azərbaycan Dövlət Rus Dram 
Teatrında 1968-ci ildə  verdiyi quruluş da Cənnət 
Səlimovanın yaradıcılığında mühüm səhifə oldu. 
Remarkada göstərildiyi kimi “istedadlıların, ortabab-
ların çalışdığı, iş planlarının tərtib edilib, izahatların yazıl-
dığı, məbləğlərin haqq-hesab edilib sayıldığı”, yolun o ta-
yındakı yeməkxanada nahar edildiyi “İdarəçilik orqanları-
nın strukturunun elmi təşkili” ilə məşğul olan bir idarədə 
baş verənlərin timsalında mənəvi iflas probleminin qaldı-
rılması o dövr üçün gözlənilməz idi. 
Ədəbiyyat, rəssamlıq sahəsində istedadı olub riyaziy-
yatı dərindən bilməklə işində mövqe qazanan ziyalı, müs-
təqil, sərt qərarlar qəbul etməyən  Aleksey Lyaminə 
(K.Q.Adamov) elmi məqalələr yazdıraraq “İzvestiya” qə-
zetində öz adına çap etdirən, şəxsi mənafeni daim önə çə-
kən rəis Nikolay Stepanoviç Kurepeyevin 
(M.E.Lezqişvili) qarşılaşdırılması yeniliklə köhnəliyin 
gözönü hadisələrdə müqayisəsinə şərait yaradır. Beləliklə 
pyes idarəçilik prinsiplərinin dəyişdirilməsini sübut 
etməklə daşlaşmış mövcud quruluşun dəyişdirilməsinə 
işarə vurur. Aleksey Lyaminin vəzifədə irəli gedən 
Nikolay Krupeyevin  yerinə  gəlişi ilə  ətrafdakıların 
mürəkkəbləşdirilmiş  şəxsi həyatlarında dönüş yaranır. 
Təbiətcə  rəhbərliyi deyil, tabe olmağı üstün tutan 
Lyaminin yeni vəzifədə kommunal mənzildə yaşayıb 
tənhalığı ilə barışan katibəsi, Nyutaya (R.İ.Kirillova) 


Rejissorluğun üslub problemləri 
 
 
17 
vurularaq valideynlərinin gözləmədiyi halda, hətta kənd-
dəki üç bacısının, anasının yanında yaşayan on dörd yaşlı 
qızının olduğu üzə  çıxmasına baxmayaraq onunla evlən-
məyə  qərar verməsi müəmmalı qaşılanır. Həmin  ərəfədə 
teatrda çalışan gəlmə rejissor Drozdovun həyat yoldaşı 
Raisa Kirillova zahirən uyğun gəldiyi personajının sadə-
lövhlüyünü, qayğıkeşliyini bir az da yüngüllüyünü önə 
çəksə də, onun dublyoru D.İ.Tumarkina özünün fərqli gör-
kəmindən, xanımlığından bəhrələnə bilirdi.    
Kurepeyevin işindən uzaqlaşdırmaq istədiyi, yaxınla-
rını müharibədə itirmiş, təqaüd vaxtına cəmi bir il qalan, iş 
vaxtı stomotoloji kilinikadan güzəştli protezlərini belə gö-
türməsinə icazə verilməyən altmış yaşlı  İvan Nikifiroviç 
Yeqorova (P.B.Yudin) hörmətlə yanaşaraq, nə zamansa 
cəbhədə birgə vuruşduğu məşhur  şair Semyon Qudzenko 
haqqında televerilişdə  iştirakına  şərait yaratması,  ərinin 
başqasına vurulması səbəbindən ailəsi dağılmaq üzrə olan 
Lyubaya (Q.B.Koltunova) sərbəstlik verməsi, bir il işləmiş 
qızın (L.S.Duxovnaya) ali məktəbə girməsi naminə onun 
idarədə iki il çalışdığını  təsdiqləyən arayışa imza atan 
Lyaminin insani keyfiyyətləri açılır. Ətrafında baş verən-
lərə zahirən laqeyd münasibət bəsləyən Lyamin əslində 
diqqətlə yanaşdığı, köməklik göstərdiyi, danışdıqlarını 
diqqətlə dinlədiyi hər kəsin daxili dərdini anlaya bilir. 
Tamaşanın strukturunda çalışdığı soyuducu anbarda-
kı  oğurluqdan dəhşətə  gələn birisi ilə, ağıllı görünmək 
üçün daim susmağa ustünlük verən professorla yaşamış, 
qızını  cəmisi on səkkiz yaşında kimdənsə doğmuş, indi 
Lyaminə üz tutub: “Mən hər an bu tapmaca barədə fikirlə-
şirəm; niyə  sən mənlə evləndin? Ona görə ki, intizamlı 
adamsan? Mənimlə bir gecə keçirməklə özünü borclu he-
sab elədin? Düşündün ki, heç kəs mənimlə gecələməyib? 


Aydın  Dadaşov 
 
 
18 
Ancaq mənlə evlənmək, nədənsə onlardan heç birinin ağlı-
na gəlməyib”
11
 deyən Nyuta, özünün bütün qadınlara xas, 
quş kimi yuva qurmaq istəyini dilə gətirməklə, baş qəhrə-
manın mənəvi zənginliyini, borc hissini də üzə çıxarır. Pa-
ralel həyat sürməyi bacarmayan Lyaminin ailəsini atıb 
onunla birləşməyən qadından üz çevirib, özünün dediyi ki-
mi çox da ağıllı, çox da mehriban, çox da gözəl olmayan 
Nyutanın qızını da şəhərə  gətirmək niyyəti mənəvi borc 
hissini təsdiqləyir. Lyaminin yaşlı valideynləri; ömrü boyu 
çalışdığı simfonik orkestrdə tərtib olunan aktlardan, proto-
kollardan cana gələn, bir dəfə  hətta Böyük Teatra dəvət 
olunduğunu düşünən arvadını, indi süfrədəki almanı yox 
etməklə vaxtilə gözübağlıca ilə məşğul olduğunu nümayiş 
etdirən Ananı (N.D.Sarnatskaya) kinoya aparmaqla ovun-
duran (Ədəbiyyatımıza köç etmiş tanış mövzu necə də xa-
tırlanır. A.D.) ifası hesabına ad qazananlar tərəfindən unu-
dulan Ata (V.V.Otradinski) avtoritarlığın qurbanı  təəssü-
ratını yaradır.   
Müdirin yumşaqlığını hiss edənlərin işdən tez getmə-
ləri, gözlənilməz məzuniyyət tələb etmələri ilə qarşılaşan 
Aleksey Lyaminin könüllü olaraq vəzifədən getməsi ilə 
əvvəlki rəhbər Krupeyevin özünə  bənzər,  Muraveyevin 
hakimiyyətə gəlmək şansı qəhrəmanı seçim qarşısında qo-
yur. Muraveyevin Lyaminə  məqalə yazdırmaq, Lyubanın 
ərini cəzalandıran, beş yaşından anasını itirən, atası baş-
qasına evlənən, onu himayəyə götürən iki qonşu kasıb ba-
cının evində korluq çəkən, daim az yeməyə çalışan, indi 
də psixoloji durumunu düzəldə bilməyən  Sonyaya (Lev 
Viqdorov) məhkəmə qurmaq, İvan Nikifiroviç Yeqorovu 
az maaşlı  işə keçirmək istəməsi Kuropeyevin avtoritar iş 
                                                 
11
 А.М.Володин. Пьсы, сценарии, рассказы. М., 203. с. 162. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə