Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə4/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   2   3   4   5   6   7   8   9   ...   71

Aydın  Dadaşov 
 
 
12 
“Kreml saatı”,  Vladimir Mayakovskinin “Hamam”, Na-
zim Hikmətin “Domokl qılıncı”, Mixail Lermontovun 
“Maskarad”, Aleksey Arbuzovun “İrkutsk tarixçəsi”, Ber-
nard Şounun “Milyonçu qadın”, Edvard Radzinski “Kino 
çəkilir” əsərlərinə quruluş verməklə V.Şirye, R.Qinzburq,  
K.Adamov, M.Aduşev, L.Qruber, P.Jarikov, M.Lezqişvili, 
A.Falkoviç, A.Meşalkin, K.İrmiç, A.Suvirova kimi akt-
yorların üzə çıxmasında xidməti böyük olan, Ümumittifaq 
Dövlət Teatr Sənəti İnstitutunun məzunu, yaradıcılıq tale-
yini bağladığı bu teatrın 1948-51-ci illərdə direktoru, rejis-
soru, 1956-cı ildən baş rejissoru Məhərrəm Haşımovun 
müstəsna xidməti olur.  
Ümumittifaq Dövlət Teatr Sənəti  İnstitutunun rejis-
sorluq fakültəsinin digər məzunu, Ulyanovsk, Xabarovsk, 
Novosibirski teatrlarında rejissor, bədii rəhbər, Kazan, 
Rostov teatrlarında baş  rejissor işləmiş,  RSFSR xalq ar-
tisti Ənvər Behbudov 1969-cu ildən baş  rejissoru olduğu  
Azərbaycan Dövlət Rus Dram Teatrında Mixail Şatrovun 
“Altı iyul”, Mixail Dvoretskinin “Kənar adam”, Rüstəm 
İbrahimbəyovun “Öz yolunla”, Nəbi Xəzrinin “Sən yan-
masan”, Aleksandr Vampilovun “Ötən yay Çylimskidə”, 
Aleksandr Gelmanın “Bir iclasın protokolu” kimi əsərlərə 
quruluş verməklə repertuarı müasirləşdirir.   
Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq 
fakültəsində    Məhərrəm Haşımovun kursunu bitirməklə 
Fridrix Şillerin “Mariya Stüart”, Edmon Rostanın “Sirano 
de Berjerak”, İlyas  Əfəndiyevin “Sən həmişə  mənimlə-
sən”, Jan Anuyenin “Antiqona”, həmyerlimiz Leonid Zo-
rinin “Varşava melodiyası”,  Fransuaza Saqanın “Əldən 
düşmüş at”, Anarın “Şəhərin yay günləri”, Afanasiy Sa-
lınskinin “Barabançı qız”, İmran Qasımovla, Həsən Seyid-
bəylinin “Sən niyə yaşayırsan?”, Mirzə  İbrahimovun 


Rejissorluğun üslub problemləri 
 
 
13 
“Kəndçi qızı”, Gicyerme Fiqeyredonun “Ezop”, Edvard 
Razdinskinin “Sevgi haqqında yüz dörd səhifə”, Uilyam 
Gibbsonun “Yelləncəkdə iki nəfər”, Lev Slavinin 
“Müdaxilə” kimi tamaşalara quruluş vermiş rejissor 
Gülcahan Güləhmədova – Martınovanın yaradıcılığı da, 
Rus Dram Teatrının formalaşmasında bütöv bir mərhələ 
olur.   
                                   
*** 
Hələ tələbəlik dövründə, 1966-cı-ilin son günlərində 
Korney Çukovskinin uşaqlar üçün nəzmlə yazdığı “Moy-
dadır”, “Milçək-vizilcək”, “Barmaley”, “Telefon” nağılla-
rı  əsasında yeni il tamaşası hazırlayan Cənnət Səlimova 
Səməd Vurğun adına Rus Dram Teatrında rejissor kimi 
fəaliyyətə başlayır. 
Moskva və Qeydelberq universitetlərini bitirmiş riya-
ziyatçı, filosof Aleksandr Vasilyeviç Suxovo – Kobılinin 
janrını komediya – zarafat adlandırdığı “Tarelkinin ölü-
mü” pyesi əsasında 1967-ci ildə diplom tamaşasını hazır-
layan Cənnət Səlimova klassik rus ədəbiyyatının qrotesk-
şarj nümunəsini ilkin bədii dəyərlərini qoruyan ciddi ta-
maşaya qoyur. Beləliklə  də müəllifin  əlyazmasının  əvvə-
lində  gələcək rejissorlarına ünvanladığı: “Öz səciyyəsinə 
görə pyes, canlı,  şən,  şövqlə oynanılmalıdır. Xüsusən 
mətn qətiyyətlə öyrənilməli və apaydın, qabarıq tələffüz 
edilməlidir,  əks halda şəxslərin səhnədəki yetərincə mü-
rəkkəb hərəkətlərində sözlər, daha doğrusu işin mahiyyəti 
tamaşaçı üçün dərkolunmaz qala bilər, çünki gerçək həyat 
əvəzində onların qarşısındakı  məlum qarışıqlıqla rastla-
şar”
7
   tövsiyyəsi sonralar K.S.Stanislavskinin ömrünün 
                                                 
7
 А.В.Сухово – Кобылин. Пьесы. М., 2007. с.139. 


Aydın  Dadaşov 
 
 
14 
son illərində cilalayacağı  nəzəri müddəalar dəqiq yerinə 
yetirilir.      
Yırtıcı xislətli rəzil məmur Tarelkinin ölümü onun 
heç kəsə tabe olmamaq, hamını, hətta general Varravini də 
idarə etmək kimi heyvani arzularının gücləndirilməsi öl-
dürücü satira hesabına həyata keçirilir. Yalquzağa çevrilsə 
də, güclünün gücsüzü əzdiyi vəhşi mühitin qanunlarını 
unudan Tarielkinin daha yırtıcı general Varravini tərəfin-
dən yenidən məhv edilməsi şəri şər tərəfindən cəzalandır-
sa da müəllif mövqeyi həllini tapmış problemə gülən ta-
maşaçı reaksiyası hesabına tənzimlənir. Vətəndaş  cəmiy-
yətini formalaşdıra bilməmiş mühitin eybəcərliyi çıxış yo-
lunun axtarılmasını, liberal dövrə xas satira hesabına diqtə 
etməklə sosial mövzunu səciyyələndirir. 
 Tarelkinlə (K.Q.Adamov) Varravinin (P.B.Yudin) 
kəskin qarşıdurması fonunda Raspulyeyev (S.İ.Yakuşev), 
Brandaxlıstova (L.D.Aşrafova), Mavruşa kimi personajla-
rın kəskin komizmə meydan vermələri  ədəbi mənbənin 
janr təyinatını qoruyur.Yeri gəlmişkən Bakı sirkindən də-
vət olunmuş məşhur illüziyaçı Zinovi Krivitskinin gərgin 
məşqlərinin hesabına qarşısındakı iri boşqabdakı çoxsaylı 
perajkiləri guya yeyib, əslində isə siyirməyə atan, iridibli 
iri stəkandan fasiləsiz su içən S.İ.Yakuşev oynadığı Ras-
pulyeyevin acgözlüyünü göstərməklə coşqun gülüş qazana 
bilirdi.  
9 iyun 1967-ci ilin “Molodyoj Azerbaydjana” qəze-
tindəki “Tarelkinin ölümü” məqaləsində: “Tamaşanın ide-
yasının fəal, emosional və enerjili inkişafı rejissor Cənnət 
Səlimovanın xidmətinin  əsas göstəricisidir. Hərçənd ki, 
birinci hissədən sonra təzyiqə dözməyən tamaşa tədricən 
fəallığını itirərək güc və pafos baxımından yalnız pyesin 


Rejissorluğun üslub problemləri 
 
 
15 
satirik pafosunu qoruya bilir”
8
 yazan teatrşünas, hal-hazır-
da Moskvada incəsənətə dair iki möhtərəm jurnalın redak-
toru Adilə Səfərova da bu faktoru təqdir edir.  
 Halbuki “Səməd Vurğun adına Rus Dram Teatrı” ki-
tabında:  “Gənc diplomçu rejissor C.Səlimovanın A.Suxo-
vo-Kobılinin “Tarielkinin ölümü” tamaşasına verdiyi qu-
ruluşla teatr  rus klassikasına yenidən müraciət etdi.  Pye-
sin üslubunu, onun janr özünəməxsusluğundan baş çıxar-
mayan naşı rejissorun çiyinlərinə güc düşdüyündən son 
nəticədə üslub janr eklektikası yarandı.  Görünür açıq na-
turalizmdən sərt qroteskə qədər əks gedişlər yetərincə güc-
lü ifaçı heyətinin imkanlarının açılmasına mane oldu. Bu-
nunla belə  hərdənbir, rejissor və aktyor həlli, bədii üslub 
baxımından dəqiq ifadəli məqamlar da var idi”
9
 yazan Va-
lentin Boquslavski sadəcə müəllifin ağıllı tövsiyyələrinin  
yerinə yetirilməsini özü də bilmədən qəbul etmək istəmirdi.   
                                     
*** 
Teatrşünaslıq, aviasiya sahələrində təhsilini yarımçıq 
qoyub, müharibədə vuruşduqdan sonra, bir müddət kənd 
müəllimi işləmiş, nəhayət arzuladığı ÜDKİ - nin ssenari 
fakültəsini bitirməklə “Lennauçfilm”, “Lenfilm” kinostu-
diyalarında redaktor kimi çalışmış Aleksandr Moiseyeviç 
Volodinin (Lifşits) 1963-cü ildə ilıqlaşma dalğasında yaz-
dığı, dramaturq barədə: “Təəccüblüdür ki, bir neçə pyes 
yazmaqla Volodin yaxşı, məxsusi, eyni zamanda ciddi və 
ağıllı, sadə və mürəkkəb adamları yaratdığı obrazlı dünya-
ya sakin etdi”
10
 yazan Leninqradda  Böyük Dramatik 
                                                 
8
 А..Д. Сафарова. Смерть Тарелкина. г. Молодежь Азербайджана. 06-06-1967.  
9
 В.М.Богуславский. Русский драматический имени С. Вургуна. B. 1971. s. 115.  
10
 Г.А.Товстоногов. Зеркало сцены. М., 1980. т. 1. c. 51. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə