Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə112/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   105   106   107   108   109   110   111   112   113

356 
 
mın qızına ki, bulara etibar yoxdur, hələ dedi: mən zalım oluram. Vallah, o qədər 
tələsdiriblər ki, qorxudan durub qaçmışam. Yaxşı, bəs o biri nə oldu? 
X u r ş i d. Qaçmaz, qaçmaz, üzünə qrim dəydi, daha qaçmaz. 
Ə m r u l l a. Indi, mən köpək oğlu, camaata nə cavab verəcəyəm? 
Ə l a b b a s. Yoldaş Əmrulla, Narkomprosun lojasında olanlar deyirlər ki, əgər 
oyun olmayacaqsa, biz gedək. 
Ə m r u l l a. Allahü əkbər... 
Ş ö vq i. Odur gəldilər (Qabaqlarına qaçaraq). Hə, nə xəbər var? 
Ə m r u l l a. Başuvuza dönüm, bağrım çatladı, bir tez deyin görək nə oldu? 
S a p a n. Gəldi? 
Z a m a n. Gəlmədi. 
Ə m r u l l a. Gəlmədi? 
G ü l s a b a h (dərin bir sükutdan sonra). Yox gəlmədi. 
Ə m r u l l a. Ay Allah, indi mən bu xalqa nə cavab verəcəyəm?! O rolu dahı 
başqa bir adam bilmir? 
Z a m a n. Heç kəs. 
T u r a c. Gülsabah xanım, mən ikinci pərdədə onunla görüşməsəydim, onun da 
rolunu oynardım. Mən hamısını əzbər bilirəm. 
Ş ö v q i. Adə... gec gəldi, tez öyrəndi budur ha! 
X u r ş i d. Qudurasan, qurbağa, gəldi bizi udmağa!.. Özü üçün umac ova 
bilmir, özgə üçün əriştə kəsir. 
Ə l i m u r a d. Oyunu saxlamaq lazımdır. 
Ə m r u l l a. Necə? Mənim atamı yandırarlar. Səhərdən itin suyunu töküblər 
üstümə. Bir mənə deyən yoxdur: ay əbləh, qurumsaq, bu ağrımayan başuvu 
yaylıqla neçin bağlayırsan? Kadr, kadr, indi budur biabır olduq, o yaxşıdır? 
Z a m a n. Nə etmək? 
G ü l s a b a h. Nə etmək? O özü mənimlə yarışmaq istəyirdi. Ancaq o özündə
öz meşşan cəmiyyətinin cəsəd hasarlarını söküb atmaq üçün cəsarət tapmadı. O 
qorxdu, o qorxaqcasına gerilədi, döndü, qaçdı. 
 
Tam bu sırada G ü l ə r tələsik qaçaraq, səhnəyə atılır. 
 
G ü l ə r. Mən heç bir şeydən qorxmamışam və qaçmamışam. Mən buradayam, 
yoldaş Gülsabah! 


357 
 
Ş ö vq i. Adə... bu buradaymış ki. 
G ü l ə r. Mən o hasarı sökmüşəm, mən bu saat öz anamın cənazəsi üzərindən 
atılıb gəlmişəm. Mən səninlə vuruşmuram, yarışıram. Açın, pərdəni, mən hazıram! 
H a m ı: Urra... 
 
Bu aralıq səhnə ardında bir gurultu qopur

 
M i r z ə C a m a l. Hanı Gülsabah? Mən otuz ildir bu səhnə üçün can 
qoymuşam. Mən onu və onun üçün çalışanları  uşaq da olmuş olsa, darda 
qoymaram, bəri gəl! (Əli ilə bir arvadı dartıb səhnəyə çıxararaq) Bax, bu mənim 
arvadımdır. Mən onu yorğan-döşəkdən çıxardıb gətirmişəm. Ala, bəlkə bir şeyə 
yaradı. 
G ü l s a b a h (ruh yüksəkliyi ilə). Yarar. Yoldaş Mirzə Camal, o da yarar, hər 
şeyə yarar. Başlayın! Açın pərdəni!.. 
 
P ə r d ə 
 
ON BİRİNCİ ŞƏKİL 
 
Səhnədə oyun başlanmış. T u r a c kəndli qızı paltarında işləyərək oxuyur. 
Q ü d r ə t və Ə m r u l l a müdirin lojasında. Salonda tamaşaçılar. Suflyor, 
Ş ö v q i, Z a m a n, S a p a n və başqa aktyorlar səhnə ardından, Q ü d r ə t, 
Ə m r u l l a və D a ş d ə m i r lojadan, camaat salondan, G ü l s a b a h, 
G ü l ə r və T u r a c isə səhnədən danışırlar. Pərdə açılınca səhnədə 
T u r a c işləyərək, həzin bir səslə oxuyur. 
 
T u r a c. 
 
Hicrindən oldu, ey gözəl, viranə könlüm
Bağlandı eşqə bilmədən divanə könlüm. 
Sevda mənə nə verdi?.. 
Qovğa nədəndir bilmədim; 
Dünyada bir gün gülmədim, 
Sandı səadət görməyi əfsanə könlüm. 
Bağlandı eşqə bilmədən divanə könlüm. 
Könlüm səfa dilərdi, 
Hər dərdə köksün gərdi, 
Sevda mənə nə verdi? 
Hicrindən oldu, ey gözəl, viranə könlüm. 
Bağlandı eşqə bilmədən divanə könlüm... 


358 
 
Q ü d r ə t (lojadan). Bu səs Turacın səsidir. Mənim, deyəsən, beynim çalpaşıq 
vurur. 
Ə m r u l l a. Vicdanım haqqı, sənin əziz canınçın, qızımın ölmüşünə ki, onda 
bir səs vardır ki, nə bilim! Özü də elə akuratnıdır ki... Belə göydəndüşmə kimi oldu 
mənimçin. O saat süpürrədim, qoymadım canına yel dəysin. Uşaqsan, heç 
qoyaram. 
Q ü d r ə t. Bu səs onundur. Bu oxuyan Turacdır. 
Ə m r u l l a. Hə, odur də, sənin külfətindir də, sən bəs bilmirsən? 
G ü l s a b a h (rol paltarında içəri girir). Aha, xoş gördük, qız! 
T u r a c. Sağ olun! 
G ü l s a b a h. Atan haradadır? 
T u r a c. Atam başqa evdə olur, bu ərimin evidir. 
Ş ö v q i (səhnənin ardında sevincindən atılıb-düşərək). Sən öləsən, zalımın 
qızı hələ bil bülbüldür. 
S a p a n. Mən dedim tutular. 
G ü l s a b a h. Ərin haradadır? Sən ərizə vermişsənmi? 
T u r a c. Vermişəm! Bildirdən iki ərizə vermişəm. 
Ş ö v q i. Adə, bəs Gülər haradadır? Birdən yadından çıxara...  İndicə içəri 
girməlidir. 
G ü l s a b a h. Ərin haradadır? 
T u r a c. Kənd içindədir. 
Ş ö v q i. Adə, bu Gülər nə oldu? 
S a p a n. Gülər, odur ey, keçdi içəri. 
G ü l ə r içəri girir. 
Ş ö v q i. Əhsən! 
G ü l s a b a h. Siz kimsiniz? 
 
Gülər danışmır

 
Ş ö v q i. Adə, vaxsey, sözü yadından çıxdı. 
S u f l y o r. Mən prokuroram, şəhərdən gəlmişəm. 
Ş ö v q i. Adə, vaxsey, vaxsey... adə, suflyor, bərkdən de, sözü yadından 
çıxmışdır. 
S a p a n. Yadından çıxmamışdır, dili tutulmuşdur. 
G ü l s a b a h (sözünü başqa  şəkildə  təkrar edərək). Mən sizdən soruşuram: 
kimsiniz? Gülər susur, danışmaq üçün udqunur, ancaq danışa bilmir. 


359 
 
S u f l y o r. Ay qız, ay təzə gələn qız, mən prokuroram, şəhərdən gəlmişəm. 
Gülər susur. 
Ş ö v q i. Vaxsey, vaxsey, evimiz yıxıldı! 
G ü l s a b a h (onun yanından keçərək yavaşdan). Söz sənindir, Gülər! 
G ü l ə r. Mənim boğazım tutulub aça bilmirəm. 
X u r ş i d. Şövqi, başına dönüm, yeri köməyə, qoy o dayansın səhnədə, sən 
buradan sözlərini de. 
Z a m a n (səhnə ardından yavaşca). Gülər! 
S u f l y o r. Sözünü de, qız, “Mən prokuroram, şəhərdən gəlmişəm”. 
G ü l s a b a h (sərt və acıqlı bir səslə). Sizdən soruşuram: siz kimsiniz? Danış 
deyirəm sənə, cavab ver! 
G ü l ə r. Hiddət ancaq sizin boğazınızı  yırta bilər. Mən sizə bir soldat kimi 
cavab verməyə məcbur deyiləm. 
G ü l s a b a h. Mən acıqlanmıram, mən soruşuram, siz kimsiniz? 
G ü l ə r. Mən hələ bilmək istəyirəm ki, siz kimsiniz? 
G ü l s a b a h. Mən kənd sovetinin sədriyəm. 
G ü l ə r. Mən də prokuroram, şəhərdən gəlmişəm. 
Ş ö v q i. Ura... bravo... gördün necə çıxdı vəziyyətdən! 
Z a m a n. Yavaş, nə edirsən? 
G ü l s a b a h. Sizin məni görmədən heç bir iş görməyə ixtiyarınız yoxdur. Bu 
kənddə hakim mənəm. 
G ü l ə r. Mən hələ sizin özünüzü məsuliyyətə alacağam. 
G ü l s a b a h. Biz onu hələ görərik. Qanun kitabı yuxu deyil ki, istədiyiniz 
kimi yozasınız. 
G ü l ə r. Sənin adın nədir, qız? 
T u r a c. Mənim adım Lalədir. 
G ü l ə r. Neçə vaxtdır ərə getmişsən? 
T u r a c. Bir il iki aydır. 
G ü l ə r. Özün ərə getmişsən, ya zorla vermişlər? 
T u r a c. Mən məcbur olmuşam. Atam ərimə borclu idi, başqa çarəm yox idi. 
G ü l ə r. Kənd sovetinin sədri, bir ildir kəndinizdə canlı bir adamı satın alırlar, 
siz heç xəbər tutmağı da lazım bilmirsiniz. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə