Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə106/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   102   103   104   105   106   107   108   109   ...   113

338 
 
yarış komissiyasına göndərilmişdir. Hər kəs bu kitab haqqında danışmaq istəyir, 
xahiş edirəm, qısa və aydın danışsın ki, müxtəsər və müfid olsun. 
H i k m ə t K a m a l. Yoldaşlar, biz görürük ki, bu günkü metodoloji üzrə bu 
əsərlər bizə və proletar ideolojisinə daban-dabana ziddir. Bu onu göstərir ki, yoldaş 
Qüdrət Arslan hələ  də öz dünyagörüşünü yabançı  təsirdən qurtara bilməmişdir. 
Yoldaş Qüdrət dəzgah dalında olmadığı üçün, yazıları da xırda-burjua 
individualizmi üzrə  əsaslanmış  və  əsərə subyektiv nəzəriyyat ilə yanaşıldığından 
obyektiv analiz nəzərdən qaçırılmışdır. 
F i k r ə t K a m a l. Heç elə  şey yoxdur. Yoldaşlar, yoldaş Hikmət Kamal 
Azap
1
 üzvü olsa da, tutduğu pozisiya Rappın
2
  əsas xəttinə ziddir. Mən Azapın 
adından Hikmət Kamalın bu pozisiyasına qarşı protest edirəm. Proletar olmayan, 
proletar  şairi də ola bilməz. Hikmət Kamal da subyektiv bir surətdə Rapp 
arqumentini irəli sürsə də, obyektiv bir surətdə düşmən nəzəriyyəsinə yuvarlanır. 
Ə m r u l l a. Yoldaşlar, belə şey olmaz axı, belə danışın ki, biz də bir nəticə 
çıxara bilək də... 
S a p a n. Deyin görək bu kitablar haqqında fikriniz nədir? 
F i k r ə t K a m a l. Bu kitablar metodoloji cəhətcə idealizm məktəbi üzərində 
qurulmuşdur. 
H i k m ə t K a m a l. Yoldaşlar, bir əsəri tənqid etmək asan deyildir. Bu 
teoretik, fəlsəfi bir mübahisədir. Biz görürük ki, yoldaş  Əmrulla bolşevik 
tənqidindən qorxur və metodoloji cəhətcə yabançı olan bir əsəri keçirmək istəyir. 
Belə olan təqdirdə biz məsələni partiya təşkilatlarına və mətbuata keçirməliyik. 
Ə m r u l l a. Ay atam, bəs tənqid eləyin də.Vicdanım haqqı, bircə  qızımın 
ölmüşünə ki, sözlərinizi başa düşmürəm, yaxşı-yaxşı tənqid eləyin, göndərim sizin 
üçün bir tort da aldırım. 
K a m a l F i k r i. Yoldaşlar, mən bir münəqqid olmaq hesabilə onu qeyd edə 
bilərəm ki, bu əsərlərdə, gərək ki, iki əsər oxunmuşdur? Hər ikisində müsavat və 
ittihad nəzəriyyəsi, bir az sol əyinti, bir az da sağ sapıntı vardır. 
G ü l s a b a h. Məsələn, fakt göstərin. 
                                                            
1
 
Azərbaycan proletar yazıçılar cəmiyyəti
 
2
 
Rusiya proletar yazıçılar cəmiyyəti (1932-ci ildə ləğv edilmişdir). 
 


339 
 
K a m a l F i k r i. Mən, yoldaşlar, çox təəssüf ki, əsər oxunanda burada 
deyildim, gecikmişdim, ancaq mübahisələrə yetişə bildim. Yalnız orası var ki, mən 
1920-ci ildən bəri münəqqid kimi çalışıram, yoldaş Qüdrətin keçmiş  əsərləri ilə 
tanışam və bu barədə 1914-cü ildə bir məqalə yazmışam, o məqaləni də “Pti-
Parizyen” qəzetəsi Parijdə  nəşr etmiş, sətir hesabını da poçta vasitəsi ilə 
göndərmişdir. Ona görə  də  mən hərçənd bu əsərləri oxumamışam, ancaq yəqin 
bilirəm ki, hər halda pantürkizm və panislamizm nəzəriyyəsindən xali deyildir. 
Buna görə də, məndən fakt istəmək – açıq qapını zorlamaq deməkdir. 
G ü l s a b a h. Yoldaş münəqqid, bu əsərlərin biri Qüdrətindir, biri də 
başqasının – Ötgün Zamanbəylinin! 
K a m a l F i k r i. Aha... hər ikisi Qüdrətin deyilmiş! Onda əfv edərsiniz, mən 
ancaq Qüdrət yoldaşın  əsəri haqqında danışıram. Hərçənd bilirəm yoldaş Qüdrət 
bunları şəxsi-qərəz hesab edəcəkdir. Çünki bədbəxtanə, bir yol, bir yol deyəndə ki
1923-cü ildə iyul ayında, gərək ki, Ağdamda onun arvadı ilə  mənim yoldaşım 
sözləşmişlər və indiyə  qədər yoldaş Qüdrət mənim arvadıma salam vermir və 
həmişə  də, oyan-buyanda deyir ki, Kamal Fikri keyfli ikən yazdığı resenziyaları 
ayıqlıqda özü oxuya bilmir. Amma bununla bərabər, bu mənim vicdani 
qənaətimdir və bunu mən hər dəqiqədə sübut etməyə hazıram. 
M i r z ə C a m a l. Yoldaşlar, bizə də danışmaq olar? 
Ə m r u l l a. Olar, yoldaş buyurun! 
M i r z ə C a m a l. Mən oyan-buyan bilmirəm. O pyes ki mollalar, qolçomaqlar 
haqqındadır, yoldaş Qüdrətin pyesi, o yaxşıdır. Ancaq o pyes ki artistlər 
haqqındadır, teatr haqqındadır, o gedənin pyesi, bir qəpiyə  dəyməz. Başdan-başa 
yalan-palandır. Nə bizim teatrımızda o cür artistlər var, nə də o cür işlər. O gedə, 
hələ özündən goplayıb oraya, özünün də bir vinti bir az çatmır. 
X u r ş i d. O gedənin kitabı bəzi adamların xatirəsi üçün yazılmışdır. Zakaznan 
yazılmışdır. Biz özümüz çox yaxşı bilirik. 
A r i f H i k m ə t. Yoldaşlar, bu vaxta qədər heç bir teatrda belə iş olmamışdır. 
Yoldaş Qüdrət hələ bizim hörmətli yazıçımızdır. Yaxşı da yazmışdır. Ancaq o biri 
yoldaş, o balaca, siyasi savadı yoxdur... Bu vaxta qədər  əsərində ekspozisiyası 
eksplikasiyasına düz gəlmir. Əsər imperessiyonizm qaydası ilə yazılmış, sonra da 
ekspressiyonizmə keçmişdir. Axırda da gəlib çıxır supermatizmə. Odur ki, 
sentrtyajesti 


340 
 
sentrvnimaniyesi ilə tutmur. Əlbəttə, bizim partiyamız bu kimi əsərləri, hərçənd 
mən partiyaçı deyiləm, yenə  də deyirəm, partiyamız bu kimi əsərləri qəbul edə 
bilməz. Çünki bizim teatrımızda belə adamlar qətiyyən yoxdur. Bu, başdan-başa 
bizə böhtandır. 
X u r ş i d. Biz bilirik ki, bu kimin zakazıdır. 
S a p a n. Mən bilmirəm, bu məxluq soğan yeməyib, içi nə üçün göynəyir? 
X u r ş i d. Ona görə ki, səni tərif eləyir. Sənin üçün də  ağzından çıxanı 
yazsaydı, başqa cür danışardın. 
Z a m a n. Sənin ki, adını çəkən yoxdur. 
Ə l i m u x t a r. Necə yoxdur? Orada yazır ki, rejissor iş vaxtı koopbürodan 
düyü alır. O gün Gülsabah xanım meşq eləyəndə düyü alan kim idi, mən idim də. 
Bu xalq çörəyi burnuna yemir ki... Yox, bilməmişdik, gərək gəlib xanımın 
qabağında isluşi dayanaydıq. 
A r i f H i k m ə t. Çox da adı yazılmayıb, bu teatrda şüşəni sındıran kimdir? 
Mən sındırmışam da... bu xalq meşədən çıxmayıb ki. 
M i r z ə C a m a l. Görmürsən!.. Deyir: rejissora malçişka deyib. Belə 
demişəm, canını da çıxartmışam. Mən otuz ildir Fərhad kimi külüng vururam, indi 
hər nə teatrda çırt oldu, pırt oldu, yaz, tök camaatın qabağına... Siz öz bildiyinizi 
eləyin, mən də öz bildiyimi. O gedə özü dörd kərəm dəlixanadan qaçıbdır. Özü də 
atası öləndən sonra anadan olubdur. Mənim əlimdə faktlar vardır. 
Ə m r u l l a. Ay yoldaşlar, ay başuvuza dönüm, axı məsələ qaldı kənarda, siz, 
heç bilmirəm, nədən danışırsınız? 
X u r ş i d. Biz çox yaxşı bilirik nədən danışırıq. Sənin də ağzını malalayıblar... 
həlbəttə... cavan qız, mən də olsam, ləbbeyk deyərəm də... Qabaq özün teatrdan 
çıxartmışdın, indi başına and içirsən. 
Ə m r u l l a. Yoldaşlar, qulaq asın: kim əyri işlər, mən də onunla əyri olaram, 
kim düz işlər, mən də düz. 
E l d a r. Yoldaşlar, mən sadə bir işçiyəm. Bayaqdan diqqətlə qulaq asıram. 
Burada gənc bir yoldaş teatr həyatından bir əsər yazmışdır. O əsər teatrın 
həyatından deyil, bizim quruluşumuzun nə kimi sürətlə irəlilədiyini göstərir. Bu 
sürətə qarşı şairlərin belə fikri aciz qalmışdır. O sürətə çata bilmir, bu heç yaman 
metod deyil, bu bir təcrübədir. Ancaq əsərdə bir pərdə çatmır. O da bu günkü 
iclasdır. Mən təklif edirəm bu iclas da əsərə  əlavə edilsin. Mən  ədəbiyyatçı 
deyiləm, ancaq orasını bilirəm ki, bu əsərdə bir çox nöqsanlar vardır. Onu, əlbəttə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə