Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə104/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   100   101   102   103   104   105   106   107   ...   113

332 
 
X o s m ə m m ə d. Savadın yoxdur, dahı  mən neyləyim səninçin? Bilirsən, 
dialektika hərəkətdir, hərəkət də bir hələ belə yerimək, bir də ki, atdanmaq. 
Məsələn: adamın belinə ki güc yığışdı, görürsən atdandı, bax, bu olur inqilab. 
Inqilab, yəni atdanmaq. Başa düşdün? Sən indi tezissən, yəni varsan, yox 
olacaqsan. Gülsabah xanım da antitezisdir, yəni yox idi, var olacaq. Mən də ki, 
hələ var oğlu varam ki, varam. 
Ə l i m u x t a r. Səhnədən çıx, adə... Tezis, antitezis... Bu vaxta qədər ki xoruz 
yoxdu, sabah açılmırdı?.. 
X o s m ə m m ə d. Sən hələ özün də tezissən (Səhnədən qaçır). 
Ə l i m u x t a r. Hə, başlayın, yoldaşlar, üçüncü pərdənin ikinci şəkli. 
G ü l s a b a h (rolda). Səhər başladıqda üfüqlər bir lalə kimi qızarır, yer 
üzündən gecənin qara örtüsü qalxır, bütün kainat sanki bir sevinclə gülümsəyirdi. 
M i r z ə C a m a l (rolda). Bəs sən onu tanımırsan, bəs sən onu tanımırsan?.. 
Doğru cavab ver... sən onu gördün, görmədin? 
G ü l s a b a h (öz səsi ilə). Kimi? 
M i r z ə C a m a l (öz səsi ilə). Necə yəni kimi? 
G ü l s a b a h. Bilmirəm. Siz soruşursunuz onu, mən də soruşuram ki, kimi? 
M i r z ə C a m a l. Mən nə bilim kimi? Budur, mənim rolumda yazılıbdır “onu 
görmədin?”, replikam da “gülümsəyirdi”. 
G ü l s a b a h. Siz onu məndən soruşmursunuz, Durnadan soruşursunuz. 
M i r z ə C a m a l. Bəs Durna kimdir? 
G ü l s a b a h. Durna, Xurşid xanım. 
M i r z ə C a m a l. Bəs hanı Xurşid xanım? 
G ü l s a b a h. Mən nə bilim hanı. Siz onu rejissordan soruşun. 
M i r z ə C a m a l. Yoldaş Əlimuxtar əfəndi! Bəs bu Xurşid xanım haradadır? 
Ə l i m u x t a r. Bu saat... (Gedir). 
G ü l s a b a h. Sizin sözünüz heç bu pərdədə deyil, bundan sonrakı pərdədədir, 
yoldaş Mirzə Camal! 
M i r z ə C a m a l (aşağı düşərək). Hə... deyirəm axı, düz gəlmir, ancaq 
replikam “gülümsəyirdi”. 
G ü l s a b a h (Zamana). Gerisini özümüz keçək (Rolda). Mən bütün gecəni 
göz qapmadan səni gözləyirdim. 
Z a m a n. Mən tez gələrdim, Çinar... ancaq onlardan baş qaçıra bilmirdim. 
Onlar məni izləyirdi (Öz səsi ilə). Bəs nə oldu bu? 


333 
 
Ə l i m u x t a r (səhnəyə qaçaraq çağırır). Adə... adə... yoldaş Arif Hikmət... 
orada qiyamətdir!.. 
Z a m a n. Yoldaş Əlimuxtar, biz burada işləyirik axı... 
Ə l i m u x t a r. Sən öləsən, Arif Hikmətnən Bayram sözləşdilər. Arif Hikmət 
elə vurdu yumruğu stolun üstə ki, stolun şüşəsi parçaparça oldu. Parçası birbaş 
Bayramın gözünə... Gördüm iş  şuluqdur, mən yavaşcadan sürüşquluya dəm 
verdim. Nə lazım, axı, kasıb adamam, vurdular başımı partlatdılar, əhl-əyalımı kim 
saxlayacaqdır? 
Z a m a n. Yoldaş Əlimuxtar! 
Ə l i m u x t a r. Bu saat, bu saat, siz sözünüzü deyin, qulağım sizdədir. 
Ə m r u l l a (səhnəyə çıxaraq). Yoldaşlar, belə olmaz ki... Neçin vaxtında işə 
gəlmirsiniz? 
Z a m a n. Biz gəlmişik, yoldaş müdir, ancaq rejissor hələ düyü alış-verişi 
eləyir. Arif Hikmət də, deyirlər, orada vuruşur. 
Ə m r u l l a. Necə yəni vuruşur yoldaş Əlimuxtar?! 
Ə l i m u x t a r. Bu saat, bu saat. Adə, kilosu bir manat on dörd şahıdan, bu 
səkkiz manat, yaxşı, on dörd şahı da yol xərci. 
Ş ö v q i. Yoldaş  Əmrulla, orada məsələ ciddidir. Arif Hikmət vurub stolun 
şüşəsini sındırıb, indi Bayram gözünə yod tökür, Arif Hikmət də şüşəni quraşdırır. 
A r i f Hi k m ə t (səhnəyə qaçaraq, həyəcanla). Yoldaş müdir, bax, sən də 
buradasan, mən hamısının yanında öz ekspozisiyamı  sənə deyirəm. Belə olmasın 
ki, sentrtyajesti mənim boynuma düşsün, sentrvnimanie özgənin. 
Ə m r u l l a. Necə  yəni ekspozisiya? Sən işini burada qoymuşsan,  şüşə-
pəncərəni neçin sındırırsan? 
A r i f H i k m ə t. Yoldaş Əmrulla, mənim spesifikasiyam hamıya məlumdur. 
Otuz iki manat şüşənin pulunu verərəm, ancaq mən atritsatelni rollar 
oynamayacağam. 
Ə m r u l l a. Necə yəni atritsatelni rol oynamayacağam. Mən heç bilmirəm sən 
nə danışırsan? 
Ş ö v q i. Yəni, Həzrət Abbas rolu olsa, oynayacaq, Şümür rolu olsa, yox. 
X o s m ə m m ə d. Həzrət Abbas tezisdir. Şümür antitezis. Mən də ki, sintez. 
A r i f H i k m ə t. Əlbəttə ki, bütün palajitelni rolları verir öz dostlarına ki, 
qızların onlardan xoşu gəlsin. Mən də dəli deyiləm ki, atritsatelni rolları oynayım. 
Mən öz rolumu ondan alaram. 


334 
 
G ü l s a b a h. Bu bir metod deyil, yoldaş Arif Hikmət! 
A r i f H i k m ə t. Dahı o sənin borcun deyildir. Biz inqilab dövründə yaşayırıq. 
Daha  əvvəlkilər keçdi ki, hər kəs öz bildiyini eləsin. Mən Məskoda olanda
Stanislavski özü mənə dedi ki: “Düşmən təslim olmayanda, vurarlar başı partlar”. 
Z a m a n. Sən, ey meymun sürüsündən insanlığa yüksələn! Sən, ey beyni 
kütləşəndə yumruq ilən baş dələn... 
A r i f H i k m ə t. Həlbəttə ki, siz istəyirsiniz burada supermatizm əvəzinə 
superfosfat metodu yeridəsiniz, halbuki... 
G ü l s a b a h. Siz sözləri əzbərləmək əvəzinə, mənasını əzbərləsəydiniz, daha 
yaxşı olardı. Superfosfat metod deyil, gübrədir, küldür, bostana səpirlər. 
A r i f H i k m ə t. Necə, necə küldür, superfosfat küldür? 
Ş ö v q i. Odur ki, binəvanın başını vurub superfosfata döndərmişsən də. 
G ü l s a b a h. Biz sizi gözləyirik, yoldaş rejissor. 
Ə l i m u x t a r. Daha məni neçin gözləyirsiniz, söz kimindir? Arif, sözünü de 
də. 
A r i f H i k m ə t. Söylə, Çinar, bu bir təzadmıdır? 
G ü l s a b a h (öz səsi ilə). Necə təzad, təzad nədir? 
A r i f H i k m ə t. Mən nə bilim, nədir? Budur, rolumda yazılıb də, özümdən 
demirəm ki... 
G ü l s a b a h. Təzad ola bilməz, təsadüfi ola bilər. 
Ə l i m u x t a r. Sözünü de adə! Təzad, təsadüf nə təfavütü var? İkisi də bir 
zibildir də. Şairdir, keyfli-keyfli ağzına gəlib, görəsən nə yazıb. Çox qurtdalasan
içindən qənbərqulu çıxar. Sən sözünü de, başa düşən özü başa düşər. Keç orasını, 
dalını de! 
A r i f H i k m ə t. Yoldaş  Əlimuxtar, doğrusu, indi mənim nastroyeniyəm 
yoxdur. 
Ə l i m u x t a r. Yaxşı. Sonra kimdir? 
X o s m ə m m ə d. Sonra, mən! 
Ə l i m u x t a r. Sözünü de də. 
X o s m ə m m ə d. Yoldaş rejissor, mən bir bilmək istəyirəm ki, mən hansı 
sinifdənəm? 
Ə l i m u x t a r. Necə  yəni hansı sinifdənəm? Özünüzdən təzə hoqqa 
çıxartmayın. Mən hansı sinifdənəm?.. Kəndlisən də... 
G ü l s a b a h. Kəndlilik bir sinif deyil, yoldaş rejissor. Görək yoxsuldur, 
muzdurdur, ortababdır, qolçomaqdır.... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə