Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə102/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   98   99   100   101   102   103   104   105   ...   113

326 
 
X u r ş i d. Vallah... Bu durur ayağa, Qüdrət də durur Turaca bir stul, iki stul, o 
yandan da Qəmərin qızı  gəlir yapışır Gülsabahın saçlarından. Gülsabah da qapır 
qaynar çayniki, bir dənə  qızın təpəsinə. Su tökülür qızın sinəsinə, başından 
dırnağına kimi yandırır. Turac da götürür pilətəni Gülsabahın başına nöyüt dağılır, 
az qalır ev alışsın, yansın. Axırda qonşular yığışır, evi söndürürlər. 
Ə l i m u x t a r. Daha deyinən qiyamət olub ki... 
X u r ş i d. Hə... axırda skoripomoş çağırırlar, qızı aparır balnitsəyə... Neçə 
gündür oradadır. Deyirlər, ölər, bunu da aparırlar rayona, indi də zamindədir. 
Ə m r u l l a (səhnəyə girir). Meşq qurtardı? 
Ə l i m u x t a r. Haradan? Həzərat tənəffüsə çıxıb, bir saatdır yığışmırlar. 
X u r ş i d. Sən meşqi başla, mən bu saat gəlirəm. 
Ə l i m u x t a r. Yoldaş Əmrulla! Bəs bu zalımın qızının işi necə oldu? Vallah, 
işləmək mümkün deyil. Sən söz verdin ki, heç bir işə qarışmayacaq, amma daha da 
üst eləyibdir. Kəlməbaşı bir hoqqa çıxardır. Bu nə üçün belə oldu? Filankəs nə 
üçün belə dayandı? Onlar da başlayırlar donquldanmağa... düşür yekə bir cəncəl. 
Ə m r u l l a. Bilmirəm, vallah, partiyanın sözünə qulaq asım, hökumətin 
sözünə qulaq asım, ya sizin. Gördünüz ki? Dediniz, çıxartdım, sabahısı əlində bir 
rözətüş-şühəda qayıtdı gəldi, dalınca da bir komissiya. 
G ü l s a b a h (Ötgünlə gələrək). Yoldaş Əmrulla, bu yoldaş bir əsər yazmışdır, 
neçə vaxtdır çalışır, nə bir baxan var, nə də bir yol göstərən. 
Ə m r u l l a. Yazıb, gətirsin gəlsin, baxarıq, cavabını deyərik. 
Ö t g ü n. Mən gətirdim verdim sizə, siz də verdiniz siyasi-bədaye  şurasına, 
onlar da dedilər yaramaz. 
Ə m r u l l a. Yaramaz, znaçit, yaramaz da... Daha mən nə eləyə bilərəm. 
Ö t g ü n. Mənə elə gəlir ki, onlar heç oxumamış dedilər yaramaz. 
Ə m r u l l a. Elə şey ola bilməz, yoldaş. Nə ki kitab gəlir, oxuyurlar, baxırlar, 
ölçüb-biçirlər, ondan sonra “hə, yox” cavabını deyirlər. 
G ü l s a b a h. Yoldaş Əmrulla, o gəncdir, təzə başlayır, hə, yox onunçun kafi 
deyildir. Ona nöqsanlarını bildirmək və gələcək üçün bir yol göstərmək lazımdır. 
Bunlar gələcəyin yiyəsidirlər. Sabahkı günümüz onlardan asılıdır. 


327 
 
Ə m r u l l a. Sən allah, Gülsabah xanım! Sən olasan o ölənlərüvün goru, bir 
yoldaş kimi xahiş edirik səndən: sən hər işə qarışma, nəyüvə gərək axı! Sonra da 
hərə bir söz desin (Ötgünə) Sən get, yoldaş, sabahda-zadda gələrsən, pyesi 
gətirərsən, cavabını deyərik. 
Ö t g ü n. Gülsabah xanım, bir də sizi görmək olarmı? 
G ü l s a b a h. Mən evdə oluram. İstədiyiniz vaxt gələ bilərsiniz. Kitabınızı da 
gətirin. Bir də oxuyarıq. 
Ö t g ü n. Yaxşı, sağ olun (gedir). 
Ə m r u l l a. Bu da sizi xamlayıbdır, siz də hələ deyirsiniz ki, belə. Mən axı 
tanıyıram bu donuz oğlunu. Deyirlər gicbəsərin biridir ey. Dörd pyesin var, birini 
də Qüdrət yazır, bu beş... 
G ü l s a b a h. Qüdrət öz yerində, bu öz yerində... Bəlkə bu, sabah Qüdrətdən 
qüvvətli olacaqdır. 
Ə m r u l l a. Ey, ölmə eşşəyim, yaz gələr, yonca bitər. Kül o teatrın başına ki, 
bu gicbəsərə möhtac olacaqdır. 
G ü l s a b a h. O, gic deyil, yoldaş Əmrulla. Mən onunla çox danışmışam. Çox 
alıcı və idraklı uşaqdır. Yazısı da heç yaman deyildir. Mən bir ötəri oxumuşam. 
Ə m r u l l a. Bilirsiniz, Gülsabah xanım, sən allah, dahı sənin uşağın yoxdur, – 
sən olasan mənim qızımın canı, sən bu tatar cəncəlini at bir yana. Sən deyirsən, 
onlar da donquldanırlar. Məni də buraya göndəriblər işləməyə. Hamısı dağıldı, 
getdi. Sonra mənə  də söz gələr, deyərlər getdi, bir şey bacarmadı. Sənin hər nə 
sözün oldu, sən gəl, yavaşca mənə de, mən pişim-pişimnən qoyum boyunlarına. 
G ü l s a b a h. Pişim-pişimlə inqilab olmaz, yoldaş Əmrulla. Burada güclü bir 
təkan lazımdır. Dəmiri oda atmamış suya salsan, polad olmaz. 
Ə l i m u x t a r (gəlir). Bu həzəratın tənəffüsü dönüb acı bağırsağa, çəkməynən 
qurtarmır. 
Ə m r u l l a. Yoldaş  Əlimuxtar, tənəffüsün də müəyyən vaxtı olar, belə  iş 
olmaz ki. 
Ə l i m u x t a r. Kimə deyirsən, heç qulaq asan var, get özlərinə de də... 
G ü l s a b a h. Yoldaş Əlimuxtar, təqsir sizdədir. Siz özünüz onları yaradıcılıq 
odu ilə yandıra bilmirsiniz. Əvvələn, vaxtlarının çoxunu boş danışıqla keçirirlər. 
Ə l i m u x t a r. A kişi, bəsdir, siz Allah, siz də... hər işə qatışmayın. Səninlə 
danışan yoxdur ki. Hər nə oldu, bir qəpiklik qutab kimi 


328 
 
özünüzü salırsınız ortaya... Yandıra bilmirsən! Gəl sən rejissor ol, vur pilətəni 
başlarına, hamısını  Qəmər xanımın qızı kimi yandır... Eh, çox mənim hövsələm 
var! Açım gül ağzımı, dişimin dibindən çıxanı sadalayım... 
Ə m r u l l a. Bəsdir, yoldaşlar, bəsdir... Ayıbdır səninçin, adam aktrisa ilə belə 
danışmaz (Gedir). 
G ü l s a b a h. Dişinin çıxanı deyənlərin vurarlar dişləri qarnına tökülər. 
Ə l i m u x t a r. Oho! Xux! Qorxdum səndən... Bağışlarsan, mənim dişimi 
vuran hələ anasından olmamışdır. Gözlə, biləyin burxulub qırılmasın... 
G ü l s a b a h. Mənim biləyim kütlənin biləyidir, sənin çürük dişlərin onu qıra 
bilməz. Birini dişlərsən, yerində milyonlar vardır. 
Ə l i m u x t a r. Yaxşı da, get de, Zaman vursun dişlərimi qırsın. 
G ü l s a b a h. Zaman sənin dişlərini çoxdan qırmışdır. Sən indi damağınla 
dişləyirsən. Ancaq gözlə  cəhəngini də  cırmayasan!  (Əsəbi addımlarla səhnədən 
gedir). 
Ə l i m u x t a r. Gələ də... Hələ belə olur da.. Köpək oğlunun xarabasında çatan 
gəlib bir ağalıq eləyir... Eh... cəhənnəmə olsun hamısı. 
Z a m a n. Yoldaş  Əlimuxtar, onu sən gedib demişsən ki, Gülsabah pilətəni 
vurub Gülərin başına, alışıb yanıb, aparıblar rayona?.. 
Ə l i m u x t a r. Mən neçin deyirəm, gizlin şeydir? Kişinin qızını sabah 
basdırırlar ki... 
Z a m a n. Yoldaş  Əlimuxtar, siz bu uydurmaların  əvəzinə  işlə  məşğul 
olsaydınız, daha yaxşı olardı. Gedib yalandan söz yaymağın... 
Ə l i m u x t a r. Eh... yaxşı eləmişəm. Get əlindən gələni beş qaba çək. 
Ə l a b b a s. Gülsabah buradadır? Bayırda arvad onu çağırır. 
Z a m a n. Qoy gəlsin də... 
Ə l a b b a s. Yox, yoldaş, qanun var. Buraxa bilmərəm. Müdir desin, buraxım. 
Z a m a n. Gedək, görək kimdir? 
 
Gedirkən X u r ş i d əlində T u r a c ı n u ş a ğ ı səhnəyə qaçır. 
 
X u r ş i d (Əlimuxtara). Sən öləsən, Turac xanım gəlib, bu saat tamaşa var, 
dava qurşaqdandır. 
Ə l i m u x t a r. Eh, cəhənnəmə olsun hamısı, xarabanı döndəriblər 
karvansaraya. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə