Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə113/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   105   106   107   108   109   110   111   112   113

360 
 
G ü l s a b a h. Əfv edərsiniz, mən bu kəndə on gündür gəlmişəm, onun kağızını 
dünən tapmışam, bu gün də gəlmişəm. 
G ü l ə r. Axşam, qız, ərinə bildir, kənd sovetinə gəlsin. 
G ü l s a b a h. İstəməz... biz özümüz çağırtdırarıq (Pərdə enir). Sağ ol, Gülər! 
Sən danışmayanda, mən yaman qorxdum. 
G ü l ə r. Mənim dilim tutulmuşdu, hələ bilirdim ağzımı açan kimi hamı 
güləcəkdir. Sən çığırmasaydın, mən də hiddətlənməsəydim, danışmayacaqdım. 
T u r a c. Mənim qələtim çıxmadı ki? 
G ü l s a b a h. Yox, Turac çox yaxşı apardın. 
Q ü d r ə t. Bu sözlər mənim kitabımda yoxdur. 
Ə m r u l l a. Bunu bir az düzəldiblər də... 
Q ü d r ə t. Mənim kitabımda arvad prokuror, arvad kənd soveti yoxdur. Mənim 
kitabımda kökündən kənd soveti yoxdur. Məhkəmə yoxdur. 
Ə m r u l l a. Onun eybi yoxdur, onu balaca surətə salıblar də... 
Q ü d r ə  t.  Yox,  mənim bunlardan xəbərim yoxdur. Mən bütün camaat 
qabağında, bütün qəzetlərdə etiraz edəcəyəm. 
Ə m r u l l a. Başuva dönüm, komissiya-zad gəlib, biabır olarıq ki... Qoy oyun 
qurtarsın, sonra yığışarıq, danışarıq, hər nə əgər-əksiyi olsa, hamısını düzəldərik. 
Q ü d r ə t. Yox, bəlkə, belə daha yaxşıdır. Ancaq bu fikir mənim deyil, 
özgənindir (Düşünür). 
Ə m r u l l a (sevinəntək). İndi ki, yaxşıdır, daha yaxşı! 
Q ü d r ə t. Hələ Turac!.. O dilsiz-ağızsız qadın... iki adamın yanında oxuyunca, 
qıpqırmızı  qızarardı... iki sözü dalbadal deyə bilməzdi.  İndi bütün kütlənin 
qabağında bülbül kimi oxuyur, danışır. hələ Gülər! O üçüncü qız Gülər deyilmi? 
Ə m r u l l a. Hə, hə, Gülərdir, Gülər! O ki lap qiyamətdir, hələ bil od 
parçasıdır. Onu da təzə tapmışam. 
Q ü d r ə t. Odur, hələ dünənədək başında bantik gəzdirirdi.  İndi səsindəki 
qüvvət! Yox, bunların heç birindən mənim xəbərim yoxdur. 
Ə m r u l l a. Hamısını gənclər düzəldiblər. Bilirsən nə qədər çalışıblar. İllah ki, 
Gülsabah, yazıq səhərdən girib teatra bir də gecəyarısı  çıxıbdır. Bir əvvəl 
soruşdum, sonra gördüm yox, bu ayrı  şeydir.  İndi hələ ki, meşqə baxıram, sənin 
əziz canınçın, ürəyim açılır.  İstəyirəm lap tutum üzündən öpüm. Sonra deyirəm 
onu da bir söz elərlər. 


361 
 
Q ü d r ə t. Yox, mən özgənin fikrini istəmirəm. Bu fikirlər mənim deyildir. 
 
Səhnədə işıq yanır, kənd sovetinin dəftərxanası. T u r a c, X u d a y a r, 
M o l l a R ə h m a n və Ə b d ü l səhnədədirlər

 
Ə b d ü l. Qızım, Lalə, bu daha el adətidir. İşdir, olub keçibdir. İndi sən bizi 
padsuda vermək istəyirsən? Gözlərüvə qurban olum, qızım, ayaqlaruvun altında 
ölüm, bizi rüsvay eləmə! 
T u r a c. Məndən soruşdular, mən də dedim. 
M o l l a R ə h m a n. Pərvərdigara, səndən kömək və  kəlbühüm basitün 
ziraeyhi bilvəsit... 
X u d a y a r. Sən sözünü dəyişdir. Deginən ki, yalan demişəm. 
T u r a c. Mən kənd məktəbində oxuyurdum, mən klubda işləyirdim, mən adam 
olacaqdım, sən məni öz pulunla satın alıb, dörd divar arasına qoydun. 
M o l l a R ə h m a n. Və  kəlbühüm basitün ziraeyhi bilvəsit. qızım, qorx 
Allahdan, bari mənə yazığın gəlsin. Deginən yalan demişəm. Bizi zalımın 
çəngalına verməginən. Mənə deyirlər ki, zaqsdan kağız almamış neçin kəbin 
kəsmişsən? 
Ə b d ü l. Gör, qızım, birdən-birə neçə adam padsuda gedir. 
M o l l a R ə h m a n. Və kəlbühüm basitün ziraeyhi bilvəsit! 
T u r a c. Mən o qara dustaqda dayanmaq istəmirəm. Buraxın məni öz 
xoşunuzla! Mən işə getmək istəyirəm, mən işlərəm, onun da pulların verərəm. 
X u d a y a r. Sən  əgər özgəsinə getmək istəyirsənsə, ondan göz çək! Məni 
tutarlar, mən sənə talağ vermərəm, qiyamətə kimi altında çürüyərsən. 
T u r a c. Mən heç kəsə getmək istəmirəm. Mən ancaq o evə getmək istəmirəm. 
O da mənim üçün dustaqdır, dustaq! 
Ə b d ü l. Qızım, bu ağ saqqalımı ayaqlaruva sürtürəm, bu şələ papağımı 
ayaqlaruvun altına qoyuram. Sənə yalvarıram: bu yaşımda mənə yazığın gəlsin. 
T u r a c. Ata, neçin sən əvvəldən fikirləşmədin? Mən sənə nə qədər yalvardım, 
göz yaşıma baxmadın, kənd soveti baxmadı, bu çəpgöz mollanın özünə yalvardım, 
heç biriniz baxmadınız, çünki o hamınızı satın almışdı. Indi nə edim: sənin bu ağ 
saçlarına yazığım gəlsin, yainki bütün ömrümə? 


362 
 
Ə b d ü l. Bilməmişəm, qızım. Mən gedərəm sənin anovun qəbri üstə yıxılaram, 
onun da torpaqlarından öpərəm. 
T u r a c. Yaxşı, ata... Qoy mənim ömrüm çürüsün. Mən demərəm. 
M o l l a R ə h m a n. Odur, gəlirlər, gəlirlər və  kəlbühüm basitün ziraeyhi 
bilvəsit. 
 
G ü l ə r və G ü l s a b a h içəri girir və bir qədər onların üzünə baxdıqdan sonra. 
 
G ü l ə r. Hamısı buradadır. 
M o l l a R ə h m a n. Və kəlbühüm basitün ziraeyhi bilvəsit! 
G ü l ə r. Ancaq doğrusunu de. Bunlar sənin kəbinini gücnən kəsdirmişlər? 
Kəbini də zaqsdan iznsiz bu molla kəsmişdir? 
M o l l a R ə h m a n. Və kəlbühüm basitün ziraeyhi eyhi bilvəsit! 
T u r a c. Yox, mən özüm getmişəm (Üzülərək, gözlərini yerə dikir). 
G ü l ə r. Yox? Qorxma, qız, heç bir şeydən qorxma! Doğrusunu de. 
T u r a c. Mən özüm getmişəm. 
G ü l s a b a h. Sən özün deyirdin ki, səni güclə vermişlər. 
T u r a c. Mən yalan demişəm. 
X u d a y a r. Başuvuza dönüm, indiki vaxtda gücnən bir toyuğu tutmaq olmur. 
G ü l ə r. Axmaq qız... bunlar çox güman ki, bütün gecəni sənə yalvarmışlar. 
Sən indi həyatını, öz gənc ürəyini bunların yalvarışına qurban verirsən. Sən azad 
bir qadın kimi işləyib, cəmiyyətin sağlam və dəyərli bir üzvü ola bilərsən, verdiyin 
qurban çox böyükdür. O sənin həyatındır. Biz hamısını bilirik. Düşün, doğru cavab 
ver! Sən buna getmək istəmirdin? 
T u r a c. Qoy, nə olursa olsun, mən doğrusunu deyəcəyəm. Yox, mən getmək 
istəmirdim. 
Q ü d r ə t (lojada yerindən sıçrayaraq). Bəsdir, saxlayın! Örtün pərdəni, 
mənim kitabımda bu sözlər yoxdur. Mənim kitabımda qızı güclə verirlər və 
aparırlar. Örtün pərdəni! 
Ə m r u l l a. Başuva dönüm, dayan, bu saat qurtarır. 
Q ü d r ə t. Yox, mən istəmirəm. Mən özgəsinin fikrinə möhtac deyiləm. O 
onların qüvvətinə təslim olur. 
G ü l s a b a h (səhnədən üzü salona dayanaraq). O keçmişdi, yoldaş Qüdrət, 
indi zaman başqadır. Bəs qanun, bəs hökumət, bəs inqilab, bəs qadınlara verilən 
azadlıq, sizin gözləriniz bunları görmür? 


363 
 
Q ü d r ə t. Mən öz atasının ağ saçları üzərindən atılıb keçən bir Azərbaycan 
qızını tanımıram. Yoxdur. 
G ü l s a b a h. Vardır, siz onları görmürsünüz! 
Q ü d r ə t. Haradadır, kimdir? 
G ü l ə r (sərt bir hərəkətlə irəliyə keçərək). Budur mən! Mən hələ bu saat öz 
anamın cənazəsi üzərindən atılıb gəlmişəm. 
S ə s l ə r. Adə, o kimdir? Nə olmuşdur? Səs salmayın! Yavaş! Ne meşayte!
1
 
G ü l s a b a h. Çıxın səhnəyə, baxın salona! Bunlar hamısı dünən çadralarda 
çürüyən, günəşə  həsrət qalan gücsüz qadınlardır. Zaman dəyişmiş,  əsrlər 
toqquşmuş, iplər qırılmış, hamısı  həyata çıxmışdır. Həyat, hərəkət, sürət, temp, 
inqilab, sən bunları görmürsən. Sənin gördüyün və tanıdığın həyat isə keçmişdir. 
Q ü d r ə t. Onlar hamısı keçmiş isə, mənim yazdıqlarım da keçmişdir. 
G ü l s a b a h. Tarixin təkərini döndərmək olmaz, yoldaş Qüdrət Arslan, onlar 
keçmişdir. Açın gözlərinizi. Kamandan sıçrayan ox, geri qayıtmaz. 
S ə s l ə r. Çıxardın onu zaldan. 
G ü l s a b a h. Örtün pərdəni. 
P ə r d ə ö r t ü l ü r. 
Ə m r u l l a (salonda). Yoldaşlar, teatrların yarış komissiyasından gələn heyət 
sizə bir neçə söz demək istəyir. 
D a ş d ə m i r. Bu gün burada gördüyümüz vəziyyət təsadüfi bir şey deyildir, 
yoldaşlar. Zaman irəliləyir, dünənki dahilər kütlənin yeniləşmiş fikrinə  və 
quruluşuna qarşı dayana bilməyib, özlərini itirirlər. Bu vəziyyəti, diqqətlə baxanlar, 
hər yerdə görə bilərlər. Biz teatrın vəziyyətini yoxlamalı  və onun böyük yarışa 
qoşula biləcəyini təyin etməli idik. Biz bütün teatrları yoxlayıb ancaq beş teatrı 
yarışa qoşduq. Bu gün biz böyük bir sevinclə deyə bilərik ki... sizin teatrınız  ən 
birinci yer tutur. O qüvvət, o yaradıcılıq, xüsusən iki gənc aktrisada gördüyümüz 
istedad, temperament, ümumiyyətlə, o incəsənət döyüşü ki, burada gördük, 
doğrudan da oyunun sənətkar bir rejissor əlindən çıxdığını açıq göstərir. Sevinməli 
bir şey vardır. Teatr inqilab odu 
 
                                                            
1
 
Mane olmayın! 
 


364 
 
içində yanır. Yanğın var. Hücum var. Nəsillər döyüşür, sistemlər döyüşür, sonu isə, 
inandırıram ki, qələbədir... Bu axın davam edərsə,  şübhəsiz teatr yarış bayrağına 
ümid edə bilər. 
Ə m r u l l a. Hələ əsərimiz də birincilik qazanmışdır, yoldaş Daşdəmirov. 
D a ş d ə m i r. Əsəriniz birincilik qazanmışdır. Ancaq bu əsər deyildir. Mən bu 
əsərlə tanışam. Yarışda birincilik qazanan əsər isə Ötgün Zamanbəyli adlı bir 
nəfərindir. Əsərin adı “Əsrlərin toqquşması” dır. 
Ş ö v q i. Tələsməyin, yoldaşlar, bu saat pərdə açılacaq – oyunun son pərdəsi 
başlanacaqdır. 
Q ü d r ə t. Yox, açmayın pərdəni! Bu əsər köhnədir. O, əsrlərin toqquşmasında 
əzilib məhv olmuşdur. 
S ə s l ə r. Çıxardın onu zaldan, o keflidir!.. 
T u r a c ( yalvarıcı bir səslə). O xəstədir. 
Q ü d r ə t (dalğın baxışlarını Turaca doğru qaldıraraq, demək olar ki, inlər bir 
səslə). Mən xəstə deyiləm, Turac, xəstə deyiləm! Mən böyük bir faciənin 
qəhrəmanıyam. Dayanın, yoldaşlar! Açmayın pərdəni! Dayanın (Səhnə qarşısına 
atılıb, hərəkət etməkdə olan pərdəni tutaraq). Mənə  də qulaq asın! Mən bir 
zamanlar böyük Qüdrət idim. Basılmaz bir Arslan idim. Indi nəyəm: basılmış 
Arslan. Məni məğlub edən kimdir? Zaman, mənim saymadığım, hesablaşmadığım 
kütlə, temp, sürət, hərəkət. Ötgün Zamanbəyli, kimsənin saymadığı və tanımadığı 
bir tələbə, öz tələbəm... Deyirlər ki, mən kefliyəm. Yox, mən ancaq indi 
ayılmışam. Mən həyatı düşünməmişəm. Mən onun nəbzini, can damarını 
itirmişdim, ancaq indi tapıram... Gülsabah, Gülər, Turac, Ötgün, əsrlərin 
toqquşması... Mən bu döyüşün içində yelkənsiz bir gəmi,  əsgərsiz bir general 
idim... Mən bilmirdim ki, əsrlər, döyüşürkən, ortada qalanlar kəllələrin döyüşündən 
əzilir, suyu çıxır... Mən bir faciənin qəhrəmanıyam. Mən indi öz faciəmi 
yazacağam. O, köhnəlməz... çünki bu başlanmış axın dayanmayacaqdır. Onu heç 
bir qüvvət toxdada bilməz. 
G ü l s a b a h. Qoşul kütləyə, Qudrət Arslan, sənin nicatın oradadır. 
Q ü d r ə t. Mən yatmışdım, sən məni oyatdın. Gülsabah, məni yenidən həyata 
sən çıxartdın. Sən inqilabın qızısan: sənin əlin  əsrin dəmir pəncəsi, sənin nəfəsin 
inqilabın yaradıcı qüvvəsidir. 


365 
 
G ü l ə r. Məni də həyata o çıxartdı. 
T u r a c. Məni də həyata o çıxartdı. 
X o s m ə m m ə d. O olmasaydı, mən hələ xalis tezisdim ki, vardım. 
Q ü d r ə t. Artıq mən kütlədən ayrı bir vücud deyiləm. Kütlənin vurar bir 
qoluyam...  (İrəli gələrək, salondakı kütləyə) Yoldaşlar! Mən bu gündən sizinlə 
addım-addıma gedən və quruluş  cəbhəsində  qələmlə yarışan bir əsgərəm...  əlbir 
vuruşmaq, əlbir sökmək və tikmək! 
D a ş d ə m i r. Yarışın  şərti: repertuar və quruluşu keyfiyyətcə 
yaxşılaşdırmaqdır. 
Q ü d r ə t. Mən hazıram! 
G ü l s a b a h. Mən də hazıram! 
G ü l ə r. Mən də hazıram! 
T u r a c. Mən də hazıram! 
A k t y o r l a r. Biz hamımız hazırıq! 
G ü l s a b a h (üzünü salona çevirərək).  İşçilər,  əməkçilər, gənclər! Biz 
səhnəmizi yüksəltmək üçün qəti vuruşa başlayırıq. Bizə kömək etmək sizin 
borcunuzdur. 
S a l o n. Biz hazırıq! 
 
İşıqlar sönür. 
Yalnız Z a m a n səhnədəki oyun üçün doğan günəşin qızıl şəfəqləri altında... 
 
Z a m a n. 
 
Hücum bütün təbiətə, yerə, suya, irmağa! 
Hücum birgə vurğumuzla məğlub olan torpağa!.. 
 
P ə r d ə 


366 
 
QEYDLƏR VƏ ŞƏRHLƏR 
 
Sevil. Pyes 1928-ci il oktyabr ayının 29-da Aleksandar Tuqanovun rejissorluğu ilə ilk dəfə uğurla 
tamaşaya qoyulmuşdur. Yazıçı Seyid Hüseynin dediyinə görə (“Maarif və Mədəniyyət” jurnalı, 1927, 
№ 4-5) Cabbarlı  hələ 1925-ci ildən belə bir əsər yazmaq fikrində olmuş, görünür ki, “Od gəlini” 
üzərində işlədiyi üçün ədib bu əsəri ondan sonra tamamlaya bilmişdir. Müəllifin “Balaca hekayə” adı ilə 
1924-cü ildə “Qızıl tələbə” jurnalının 2-3-cü nömrəsində “Sancaq” imzası ilə cap etdirdiyi “Qara 
Qənbər” “Sevil”in hekayə variantıdır. 
“Sevil” pyesi ilk dəfə 1939-cu ildə “Azərnəşr” tərəfindən nəşr edilmişdir. 
 
Almaz. Pyes ilk dəfə 1931-ci il aprel ayının 13-də  Cəfər Cabbarlının və Aleksandr Tuqanovun 
rejissorluğu ilə D.Bünyadzadə adına Dövlət Türk Bədaye Teatrosunda uğurla tamaşaya qoyulmuşdur. 
Müəllif tərəfindən rus dilinə tərcümə olunmuş bu pyes ilk dəfə 1935-ci ildə Moskvada, “Qoslitizadat”da 
nəşr edilmişdir. 
Azərbaycanda ilk dəfə “Azərnəşr” tərəfindən C.Cabbarlı  “Əsərləri”nin 2-ci cildində 1939-cu ildə 
nəşr olunmuşdur. 
Əsərin bir neçə  əlyazma nüsxəsi vardır. Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına 
Əlyazmalar Insitutunun arxivində saxlanan bir əlyazma nüsxəsində (inv. № 6535) müəllif öz əli ilə bir 
sıra təshihlər, ixtisarlar etmişdir. 
 
1905-ci ildə. Pyes ilk dəfə 1931-ci il oktyabr ayının 1-də  Cəfər Cabbarlının və Leninqradlı 
Vladimir Lütsenin rejissorluğu ilə D.Bünyadzadə adına Dövlət Türk Bədaye Teatrosunda tamaşaya 
qoyulmuş, 1937-ci ildə “Azərnəşr” tərəfindən ayrıca kitabça şəklində çap olunmuşdur.  Əsər üzərində 
C.Cabbarlı çox işləmiş, onu dəfələrlə təshih etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli 
adına Əlyazmalar İnsitutunun arxivində saxlanan (inv. № 5632; inv. № 6599 əlyazmalarında pozulmuş 
bəzi yerlərə təsadüf edilir. 
* Əsərin əvvəlki nəşrlərindən fərqli olaraq müəllif əlyazmasında obrazın adı Gülsüm yox, Gülsün 
yazılmışdır. Bu nəşrdə əlyazma nüsxəsi əsas götürülmüşdür. 
 
Yaşar. Pyesin əlyazma nüsxələrindən birinin axırında C.Cabbarlının öz əli ilə yazdığı belə bir tarix 
vardır: “26 oktyabr 1932, gecə 2-35”. 
Variantlardan birində “Dağlarda” adlanan bu pyes müəllifin 1932-ci ildə “İnqilab və mədəniyyət” 
jurnalında (1932, № 10-12) çap olunan ilk irihəcmli əsəridir. Tiflisdə “Zakqiz” tərəfindən 1934-cü ildə 
rus dilində nəşr edilən “Yaşar” pyesi C.Cabbarlının sağlığında işıq üzü görmüş ilk kitabıdır (?). 
Əlyazmasında bəzi yerlər müəllif tərəfindən pozulmuşdur. 
 
Dönüş. Pyes ilk dəfə 1932-ci il oktyabr ayının 1-də Cəfər Cabbarlının və İsmayıl Hidayətzadənin 
rejissorluğu və aktyorlardan Ülvi Rəcəb, Sona Hacıyeva, Mərziyə Davudova, Rza Əfqanlı, Mustafa 
Mərdanov, İsmayıl Osmanlı, Mirzağa Əliyev, Kazım Ziya və b. iştirakı ilə tamaşaya qoyulmuşdur. Rus 
dilində 1940-cı ildə, Azərbaycan dilində isə 1948-ci ildə C.Cabbarlı  “Əsərləri”nin 3-cü cildində  nəşr 
edilmişdir. 


367 
 
MÜNDƏRİCAT 
 
Se
vil . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . …. .7 
 
Almaz . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . …... . 55 
 
1905-ci ildə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . …... 144 
 
Yaşar . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . …. 214 
 
Dönüş . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ….. .279 


368 
 
Buraxılışa məsul:    
 
Əziz Güləliyev 
Texniki redaktor:    
 
Rövşən Ağayev 
Tərtibatçı-rəssam:    
 
Nərgiz Əliyeva 
Kompyuter səhifələyicisi:    
Alianna Duxanina 
Korrektor: 
 
   Ceyran Abbasova 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir 07.12.2004. Çapa imzalanmışdır 20.06.2005. 
Formatı 60x90 
1
/
16.
 Fiziki çap vərəqi 23. Ofset çap üsulu. 
Tirajı 25000. Sifariş 162. 
 
 
 
 
 
 
Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə