Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə110/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   105   106   107   108   109   110   111   112   113

350 
 
DOQQUZUNCU ŞƏKİL 
 
Qəmər xanımın evində. Gülərin otağı. 
 
G ü l ə r (otaqda əsəbi bir halda gəzinərək). 
 
Gülsün günəş, ziyasını saçsın səmalərə! 
Gülsün də, kainatı batırsın ziyalərə. 
Keç, keç sən ey uzaq qayalıqdan qopan duman, 
Artıq sonun gəlir sənin, artıq gəlir zaman. 
Parlar üfüqdə telləri tezdən doğan günün. 
Sarsıb sökər qaranlığı, artıq gələr sonun... 
 
Q ə m ə r. Gülər, sən nə oxuyursan qızım? 
G ü l ə r. Mən öz rolumu oxuyuram. 
Q  ə m ə r.. Rol hansıdır? Kimin rolu, rol nədir? Sən, qızım, çaşmısan nədir? 
Axır vaxtlarda baş-ayaq vurursan. Görünür, Gülsabahla bir saat görüşün sənə təsir 
etmişdir. 
G ü l ə r. Etmişdir, ana, çox təsir etmişdir. Mən onunla görüşməyə gedirəm. 
Q  ə m ə r. Onunla görüşməyə?  Ə tebe zaprehəö qovoritğ so mnoy takim 
tonom?
1
  Sənə kim ixtiyar vermişdir ki, onunla görüşürsən? Sən bilirsənmi ki, 
onunçun nələr deyirlər? 
G ü l ə r. Yalan sözdür. Onu ancaq alçaq adamlar deyə bilərlər. O, onların 
hamısından yüksəkdir. O, güclü bir qadındır. O, qüvvətdir, o həyatdır! 
Q ə m ə r. Sənin onunla nə işin vardır? 
G ü l ə r. Mən onunla döyüşməyə gedirəm, çarpışmağa gedirəm. 
Q ə m ə r. Sən, qız, nə altıbeş vurursan? Sənin ağlın başındadırmı? Əlini bəri 
ver görüm, qızdırman yoxdur ki? 
G ü l ə r. Mənim qızdırmam yoxdur, ağlım da başımdadır. 
Q ə m ə r. O kimdir ki, sən ona baş qoşasan. 
G ü l ə r. Mən sənə deyirəm ki, o bir qüvvətdir. Onunla baş-başa gəlmək asan 
deyildir. Onun kəlləsi dəmirdir. Onun beyni poladdır. 
Q ə m ə r. Sən, Gülər, lap açarını itirmişsən. 
G ü l ə r. O məni səhnədə gözləyir. 
Q ə m ə r. Sən hələ səhnə ardına gedəcəksən? 
                                                            
1
 Mənimlə bu cür danışmağı sənə qadağan edirəm. 
 


351 
 
G ü l ə r. Səhnə ardına yox, səhnəyə! 
Q ə m ə r. Kak, prəmo na süenu, birbaş səhnəyə? 
G ü l ə r. Birbaş səhnəyə! O mənə gülür, o məni bir heç sanır, Sən, ana, mənim 
əl-qolumu bağlayıb, bu dörd divar arasında boğursan, mən boğuluram. Mən həyata 
çıxmaq, vuruşmaq, döyüşmək istəyirəm. O məni öz sevdiyimdən ayırır. 
Q  ə m ə  r.  Kak  to  yest  sevdiyimdən? Tı ehe smeeşğ bez moeqo razreşeniə 
löbitğ? Marş v temnuö komnatu!..
1
 
G ü l ə  r.  Yox,  ana!  Məni öldür, ancaq mən artıq o qaranlıq otağa 
getməyəcəyəm! Mən işıq istəyirəm. İşıq, səhnə, meydan! 
Q ə m ə r. Vot kak, odur ki, sən kitab oxuyarkən qapıları da bağlayırsan. Bunlar 
nə kitabdır? Aktyor və rejissor, sovetski teatr, hamısı teatr, aktyor... Hələ o 
çatmırdı ki, gedib bir aktrisa da olasan! 
G ü l ə r. Mən artıq gizlətmək istəmirəm, ana. Mən aktrisa olacağam, mən 
səhnəyə gedəcəyəm. 
Q ə m ə r. Çox gözəl işdir! Gedərsən səhnəyə, aktyorlardan da birini sevərsən. 
G ü l ə r. Mən onsuz da sevirəm. 
Q ə m ə r. Uje sevirsən? Kimi? 
G ü l ə r. Aktyorlardan birini. 
Q  ə m ə r. Oy kakoy pozor!
2
 Bunlar hamısı onun təsiridir. Turacgilin evini 
yıxmışdır, indi də bizə  əl uzatmışdır. Sən səhnəyə gedib nə edəcəksən? Sən nə 
bilirsən? 
G ü l ə r. Mən hər şeyi bilirəm, mən öyrənmişəm, gecə-gündüz yatmamışam. 
Bu kitabların hamısını oxumuşam. Mən ona boyun əyməyəcəyəm. Mən onunla bir 
qüvvət kimi çarpışacağam. Zaman güclüləri sevir. Zaman güclülərindir. Mən ona 
göstərəcəyəm ki, mən onun mərhəmətinə sığınacaq qədər aciz deyiləm. Mən Turac 
deyiləm. 
Q  ə m ə r. Sən haraya getmək istəyirsən, Gülər? Hansı  səhnəyə, kimin 
səhnəsinə, Gülsabahın səhnəsinə? 
G ü l ə r. Mən öz səhnəmizə gedirəm (Bu aralıq arxadan musiqi və marş səsləri 
eşidilir. Gülər pəncərəyə qaçaraq). Bax, ana! Dəstədəstə  qızlar, pələng kimi 
sağlam və qüvvətli, çiyinlərində tüfəng, mü- 
 
                                                            
1
 
Necə yəni sevdiyimdən? Sən hələ məndən icazə almamış sevirsən də? Keç 
qaranlıq otağa!
 
2
 Ah nə biabırçılıq! 
 


352 
 
bariz bir əsgər kimi keçirlər. Mən məktəbdə onlardan yaxşı oxuyuram. Evə gəlincə, 
əlim-qolum bağlanır, qorxaq bir dovşan kimi bir küncə sıxılıb qalıram. Mən artıq 
bu həyatı istəmirəm. Mən yaşamaq istəyirəm, yaşamaq, vuruşmaq, çarpışmaq! 
Q ə m ə r. Vuruşmaq? Kiminlə? 
G ü l ə r. Bilmirəm. Hamısı ilə... mənim yolumu kəsmək istəyənlərlə. Bəlkə də, 
sizin özünüzlə. Mən artıq bu ölü tozunu üzərimdən silmək, bu məzar daşını 
üstümdən qaldırmaq istəyirəm. 
Q ə m ə r. Bəsdir, Gülər. Mən səni atasız saxlamaq üçün əldən düşmüşəm. Sən 
indi bütün dünyanı mənə güldürmək istəyirsən. 
G ü l ə r (qalxaraq). Artıq vaxtdır, ana! Qorxan gözə çöp düşər. Qoy kim nə 
deyirsə, desin. Yarışdır. Ellər yarışır. Kütlə mənə əl uzadır. Mən kütlənin qızıyam. 
Mən boynuma vəzifə götürmüşəm. İndi qəti bir gecədə meydandan qaçmaq... yox, 
ana, yalvarıram sənə... (Getmək istəyir). 
Q  ə m ə r. Mən sağ ikən, sən heç bir yana gedə bilməzsən. Dayan, deyirəm 
sənə, dayan! Qayıt! 
G ü l ə r. Ana, artıq gecdir. Mən getməliyəm, ana! 
Q  ə m ə r. Sən heç bir yana getməyəcəksən. Mən səni səhnəyə,  əxlaqsızlıq 
yurduna, Gülsabah kimi məşhur bir arvadın olduğu yerə buraxmaram. Mən 
qoymaram! 
G ü l ə r. Mən özümü öldürərəm, ana! 
Q  ə m ə r. Səhnəyə getməkdənsə, qəbrə getmək daha yaxşıdır. Heç olmazsa 
təmiz bir adla gedərsən. 
G ü l ə r. Sən məni məğlub etdirirsən, ana! 
Q  ə m ə r. And içirəm ki, Gülər, ayağını kandardan bayıra bassan, qayıdıb 
cənazəmi görəcəksən. Indi gedə bilərsən. 
 
Gülər qayıdır, kitabları bir yana atır və ağlayaraq, stol üzərinə düşür. 
 
Sən gedib öz bədənini satacaq, öz gözəlliyini satacaq, çörək qazanacaqsan, yox, 
mən istəmirəm! 
G ü l ə r. Bu, satış deyil, ana... bu sənətdir, bacarıqdır. Bu yarışdır. Hər kəs öz 
biliyini, öz qüvvətini yarış  səhnəsinə atır. Mən isə öz bacarığımı, öz qüvvətimi 
kütləmdən gizlədirəm. Gülsabah doğru deyir: bu oğurluqdur. Mənim buna 
ixtiyarım yoxdur, yoxdur, ana, yoxdur! 
Q ə m ə r. Sən indi ondan sitat gətirirsən? Özün bil, Gülər, kandardan bayıra 
çıxsan, qayıdıb mənim ölümümü görəcəksən! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə