Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə98/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   94   95   96   97   98   99   100   101   ...   113

312 
 
S a p a n. Gedək, yoldaşlar... haçan çağırarlar, biz də sözümüzü deyərik. 
Z a m a n. Mən bir bilmək istəyirəm ki, siz nə istəyirsiniz? 
M i r z ə C a m a l. Sən çox yaxşı bilirsən... Biz onu istəyirik ki, mən otuz ildir 
Əmirəstanbəyin rolunu oynayıram. Tip yaratmışam.  İndi siz gəlib mənim başıma 
bir dirabı papaq qoymaq, quyruğuma da bir dialektika bağlamaq istəyirsiniz. Özü 
də Gülsabah xanımın buyruğu ilə rejissor o cür tipi, mənim rolumu alıb sənə 
veribdir. 
B a y r a m. O, yeni metodla işləyir, yeni nəzəriyyə ilə işləyir. Sən isə o metodla 
işləmək istəmirsən, bacarmırsan. 
M i r z ə C a m a l. Neçin bu otuz ildə bacardıq. Hələ indi sən gəldin, Gülsabah 
xanım gəldi, bacarmadıq. Mən çox yaxşı bacarıram. Ancaq öz tipimi korlamaq 
istəmirəm. 
Z a m a n. Otuz il bundan qabaq mənim də nənəm qız idi. 
A r i f H i k m ə t. Bəs necə olur ki, mən həmişə palajitelni roller oynamışam, 
Moskvada Stanislavski özü də dedi. İndi nə ki atrisatelni rollar var mənə veriblər. 
Mən bu teatrdan gedəcəyəm. Atrisatelni rollar oynamayacağam. 
G ü l s a b a h. Yoldaş müdir, mən işə gedirəm. 
Ə m r u l l a. Bir bilmək olar ki, siz orada nə işləyirsiniz? 
S a p a n. Biz oxuyuruq. Gülsabah xanım və Bayram bizə dərs verirlər. 
Z a m a n. Biz yarışa hazırlaşırıq. 
Ə m r u l l a. Yaxşı, bunu kimə demişsiniz? 
S a p a n. Mestkoma demişik. 
Ə m r u l la. Qələt eləyir mestkom atasıynan, anasıynan. Mən öz çulumu sudan 
çıxara bilmərəm, gedib Məsko teatrı ilə kəlləbəkəllə gələcəyəm. 
M i r z ə C a m a l. Yox, Gülsabah xanım və Zaman döyüşəcəklər 
G ü l s a b a h. Zaman döyüşəcəkdir. Onun kəlləsi bərkdir. Döyüşməkdən, 
qoy kəlləsi laxlayanlar qorxsunlar. Biz döyüşəcəyik... və yarış bayrağı bizim 
olacaqdır. 
İ l y a s. Bircə durun ayağa! Mən gərək bu teatrı bağlatdıram, ya gərək 
sabahdan onun ayağı bu teatra dəyməsin... Vəssalam, şüd tamam. 
Bu saat gedirəm birbaş Seperabisə (Portfelini götürüb gedir). 
Birbaş Məskova kimi varam (Portfelini qoltuğuna vurub çıxır). 
 
P ə r d ə 


313 
 
DÖRDÜNCÜ ŞƏKİL 
 
G ü l s a b a h ı n otağı 
 
G ü l s a b a h (Zamanla gəlir və soyunaraq). Yoruldum, Zaman onlar məni çox 
incidirlər. 
Z a m a n. Sən çox sərtsən, Gülsabah. Sən bilirsən ki, Mirzə Camal teatrın 
allahıdır. Bu vaxtadək onun ağacının qabağında ağac uzaqdan olmamışdır. Hər 
yerdə adı,  şöhrəti var. İş  bərkə düşəndə hamı onun sözünə inanacaq və teatrı öz 
istəyinə təslim olmağa məcbur edəcəkdir. məsələni özəyə keçirmək və qəti qoymaq 
lazımdır. 
G ü l s a b a h. Onlar yeni iş metodunu qavraya bilmir və ona görə  də öz 
mövqelərini itirməkdən qorxurlar. Biz onlara anlatmalıyıq ki, bizə ancaq teatrın 
yüksəlişi lazımdır. 
Z a m a n. Onlara isə onların özü lazımdır. Gedirlər Narkomprosa, oyan-
buyana, Əmrulla yazığı da sıxışdırırlar. 
G ü l s a b a h. Əmrulla özünü itirmişdir. O təzədir, qorxur, elə bilir ki, bir-iki 
nəfər getməklə teatr dağılar. 
Z a m a n. Onu yaman sıxırlar. Bayram yazıq bir yol kefli gəldiyi üçün tez 
fürsətdən istifadə edib teatrdan çıxartdılar. İndi növbə sənindir, sonra da mənim. 
G ü l s a b a h. Burada iş keflilikdə deyil, iş, sistemlərin vuruşundadır. Nə 
etmək, mübarizədir. Təslim olmaq? Qaçmaq? 
Z a m a n. Məncə girişi bir az yumşaltmaq lazımdır. 
G ü l s a b a h. Yox, Zaman. Vuruşdan qaçmaq qorxaqların işidir. İgidin bıçaq 
kürəyinə deyil, köksünə sancılmalıdır. Bayramı qovdularsa, bu kimsəni 
qorxutmamalıdır. Inqilab qurbansız olmaz. Qoy hələ Qüdrət də pyesi yazsın, bu 
saat bərk işləyir. O gün deyirdi ki, götürdüyü mövzu son dərəcə gözəldir. 
Z a m a n. Qüdrət məsələsi işi daha da korlamışdır. Bütün şəhərə  səs 
yayılmışdır ki, Gülsabah Qüdrəti öz ev-eşiyindən avara edib, külfətini dağıtmışdır. 
G ü l s a b a h. Ancaq nə üçün? 
Z a m a n. Sən onu kimə sübut edəcəksən. Bir də tək o deyil ki. 
G ü l s a b a h. Sən doğru deyirsən, Zaman. Düşmən çoxdur. Mən hiss edirəm 
ki, adamlar, mənimlə  əvvəllər dostcasına danışan adamlar indi məndən yan 
keçirlər, məndən qaçırlar. Mən dünən Bayramın işinə görə Maarif Komissarlığına 
getmişdim. Katib məni qəbul etmədi. 


314 
 
Bütün gecəni səhərə kimi yatmamışam, düşünməkdən beynimçatlayır. 
Z a m a n. Biz indi buraya gəlirkən Gülər qapınızdan keçirdi. 
G ü l s a b a h. Gülər? Bizi gördümü? 
Z a m a n. Bilmirəm. 
G ü l s a b a h. Mən bilmirdim ki, o səni sevir... O mənimlə  kəllələşmək 
istəyir... Eh, Zaman, dünyanın işləri çox dolaşıqdır... O qız mənimlə vuruşarsa, sən 
kimin tərəfində olarsan, Zaman? 
Z a m a n. Mən? 
G ü l s a b a h. Yox, cavab vermə, Zaman, mən istəmirəm. 
Z a m a n. Mən sənə  hər  şeyi demək istəyirəm, Gülsabah, çoxdan demək 
istəyirdim. 
G ü l s a b a h. Yox, mən eşitmək istəmirəm. Bir kəlmə də danışma!.. Hər şey 
Qüdrətin yazacağı kitabdan asılıdır. Sən otur, Zaman, mən pilətəni yandırım, bir az 
çay qoyum. 
Z a m a n. Yox, Gülsabah, sən çox yorğunsan, çayı mən qoyaram, sən otur. O 
havanı bir də çal ki, yadımdan çıxmasın. 
 
Zaman o biri otağa gedir, Gülsabah pianino başına keçib 
çalmaq istərkən Q ü d r ə t içəri girir. 
 
G ü l s a b a h. Aha... sən gəlmişsən! 
Q ü d r ə t. Mən teatra gəlmişdim, Gülsabah, səni axtarırdım. Ancaq nədənsə 
mənə çox soyuq cavab verdilər. 
G ü l s a b a h. Nə var ki? 
Q ü d r ə t. Heç bir şey... Bu gün səni görməmişdim, darıxırdım. 
G ü l s a b a h. İşlərin necə gedir? 
Q ü d r ə t. Çox gözəl gedir, Gülsabah, pyesi yarıya yetirmişəm. Mövzunun 
möhkəmliyi çox kömək edir. 
G ü l s a b a h. Turacı gördünmü? 
Q ü d r ə t. Eh... yadıma salma, Gülsabah. Mən o gündən onu görməmişəm. 
Beynim duman kimidir, Gülsabah. Bütün kainat gözümün qabağında hərlənir. Elə 
bir sürətlə  də  hərlənir ki, heç bir hissəsini görə bilmirəm. Bu gün zavoda 
getmişdim. Baxıram, təkərlər fırlanır, motorlar işləyir, hər  şey hərəkət edir. Bu 
qədər, artıq heç bir şeyi görə bilmədim. Yalnız hərəkət. 
G ü l s a b a h. Bəli, hərəkət, sürət, temp... hərəkət həyatın birinci əsəridir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə