Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə95/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   91   92   93   94   95   96   97   98   ...   113

303 
 
G ü l s a b a h (əsəbi bir gülüşlə). Ha-ha-ha... Gələrsiniz, görüşərik...Gedək, 
Zaman!.. 
 
Çıxmaq istərkən Q ü d r ə t yerindən qalxır. 
 
Q ü d r ə t. Getmə, Gülsabah. Mən yazaram, mən hələ ölməmişəm. Dayan, mən 
də gəlirəm. 
G ü l s a b a h. Mən səhnədəyəm. Gəl, gözləyirəm (Çıxır). 
Q ü d r ə t. Dayan, Gülsabah, mən də  səninlə gedirəm. Mən səni ötürmək 
istəyirəm. 
T u r a c. Yox, sən getməyəcəksən! 
Q ü d r ə t (duruxaraq). Turac!.. 
 
Qüdrət bir oddan çəkilirmiş kimi, addım-addım geriləyir. Səhnə arxasında kim isə 
oxuyur... Qüdrət yuxudan ayılırmış kimi, alnını ovuşdurur. 
 
Görün həyat haraya getmişdir! Hələ dünən mənim fikrimə qarşı diz çökən 
uşaqlar, mənim yazılarımla, şerimlə məktublaşan xırda qızlar, Gülsabah, Ötgün, bu 
gün mənim fikrimə meydan oxuyur və üstün gəlirlər. Görün kütlə haraya 
getmişdir! Mən harada qalmışam! Dayan, Gülsabah, dayan, getmə, mən də 
gəlirəm. 
T u r a c. Sən bizi atıb haraya gedirsən? 
Q ü d r ə t. Mən yenə də qayıdaram, Turac (Getmək istəyir). 
T u r a c (uşağını qabağında tutub, iki əlini açaraq, onu saxlamaq istəyir). 
Getmə, Qüdrət. Sən öz evini, öz uşağını atıb getmək istəyirsən? Mən sənin 
çağırışına can deyə cavab vermişəm. Yox, Qüdrət, sən getməzsən, sən 
getməyəcəksən, deyilmi? 
Q ü d r ə t. Mümkün deyil, Turac... O mənim bütün varlığımı altüst etdi... Mən 
boğuluram... Mən getməliyəm, Turac, getməliyəm  (Yüngül bir hərəkətlə onu 
itələyib, qapıdan çıxır). 
T u r a c (bayırdan). Getmə, Gülsabah, dayan, mən də gəlirəm. 
 
Turac öz uşağı ilə olduğu yerdə qalır. Uşaq heyrətlə anasının üzünə baxır. 
 
U ş a q. Ana, atam hara getdi? 
T u r a c (dərin bir sükutdan sonra göz yaşlarını boğaraq). Mən bilmirəm, 
bilmirəm (Hönkürtü ilə ağlamağa başlayır). 
 
P ə r d ə 


304 
 
ÜÇÜNCÜ ŞƏKİL 
 
Teatrda müdirin kabineti 
 
İ  l  y  a  s.  Budur,  mən hamısını yazmışam. Birbaş Sekaya. Maarif 
Komissarlığının ixtiyarı yoxdur ki, yedinonaçalyeni pozsun. 
Ə m r u l l a. Orasını da yaz ki, mən özüm partiya tərəfindən göndərilmişəm. 
İndi Maarif Komissarlığı götürüb bir bədər havanın birin də yapışdırıb mənim 
xirtdəyimə, yetənə yetir, yetməyənə bir daş atır. Mən qələt elədim, ölüm-dirimlə 
dedim ki, onu bizim teatrımıza verin?! 
X u r ş i d. Sənə o da azdır, əsl cəzandır. İndi çək! 
Ə m r u l l a. Mən bədbəxt oğlu nə bilim axı. Mən dedim nə var, Azərbaycan 
qızıdır, oxumuşdur, aktrisamız yoxdur, gələr başını salar aşağı, adam kimi işlər. 
Dah mən nə bilim ki, bu zontanın qızı həs-hüs bilmir. Indi qalmışam başıma döyə-
döyə... Gedirəm Narkomprosa ki, baba, canım, gözüm, anlamamışam, qələt 
eləmişəm, alın bunu, hara istəyirsiniz göndərin! Göndərin Naxçıvana, dahı  mən 
eləyə bilmərəm ki, bütün artistlər dağılsın, tək o qalsın. 
Ə l i m u x t a r. Ha... o yaxşı, qoy sonra getsin orada öz dialektikasını yeritsin. 
Ə m r u l l a. Mən burada bir dənə dikt tapa bilmirəm, o gəlib başlayıb ki, gərək 
Məsko teatrları ilə yarış aparam. 
Ə l i m u x t a r. O bu saat da deyir ki, dünyada mənim kimi artistka yox, 
Bayram kimi də rejissor. Sən öləsən, yaxşı tapışıblar. 
A s y a. Biri dəmirçi qızı, biri də xarrat oğlu, odur ki, bu xalqı taxta-şalban kimi 
rəndələmək istəyirlər. 
X u r ş i d. Əlbəttə, mənə də bütün qeroiniyaları versə, mən də deyərəm onun 
kimi rejissor yoxdur da. 
A s y a. Rolları o bölmür ki, Gülsabah bölür də... Desə ona öl, ölür, qal, qalır. 
Ə l i m u x t a r. Atam, bir bəlayi-nagəhani kimi keçib xirtdəyimizə. 
Muzıkantlar gəlir ki, bu Mürsəl gəncdir, sarsaq bir şey yazıb, çala bilmirik. O saat 
görürsən Gülsabah atdı özünü oraya ki, nə var, bəs bu milli formadır, onlar başa 
düşmürlər. Deyirəm: ay xanım, görüm sən müdirsən, rejissorsan, muzıkantsan, 
nəsən axı! Artistkasan, sal başını aşağı, işini işlə də... Xeyr, kimə deyirsən!.. 
İ l y a s. Budur, yarım saat keçir, hələ gəlib çıxmırlar. 


305 
 
X u r ş i d. Hə... hələ ondan xəbəriniz yoxdur. Bir neçə gün bundan qabaq 
durub bu gedib Qüdrətgilə. Qonaqlar bunu görən kimi hamısı bir-bir durub 
dağılışıblar, gediblər. Qüdrətin arvadı da gəlib görüb ki, bu o biri evdə Qüdrətlə 
öpüşür. Yapışıb bunun saçlarından. Qüdrət də öz arvadını xub əzişdirib. Hər ikisi 
çıxıb gediblər. Indi kişi o vaxtdan evə də gəlmir. 
Ə l i m u x t a r. Sonra da bunların hamısını yazırlar teatrın ayağına. 
X u r ş i d. Hələ o gün Qəmər xanımın da qızını söyüb. O da dünən deyirdi ki
biz bilirdik səhnəmizin dalı biabırçılıqdır, ancaq bu cürəsini bilmirdik. 
Ə m r u l l a. İşi hələ belə-belə adamlar korlayır da... İndi buyur, bundan sonra 
bir Azərbaycan qızını  səhnəyə çağır, görüm necə çağırırsan.  İlyas, sən hələ bu 
məsələni də yaz oraya. Ancaq bir az supermatizmdən, dialektikadan, marksizmdən 
də yapışdır oraya ki, tutarlı olsun! Yadına düşmürsə, Arif Hikmətdən soruş, o bu 
sözlərdən çox bilir. 
A r i f H i k m ə t (Sapanla girərək). Hansı sözlərdən? 
S a p a n. O bozbaşnan revmatizmdən də. 
X o s m ə m m ə d. Eh, əclaf oğlu əclaf, yenə başladı zatını büruzə verməyə. 
I l y a s. Onları yazmışam, o bir şey deyil. 
M i r z ə C a m a l (girərək). Təzə xəbərdən xəbəriniz yoxdur ki? 
Ə m r u l l a. Yenə nə var? 
M i r z ə C a m a l. Hə, təzə  xəbər var!.. Götürüb bu bizim cənab Gülsabah 
xanım Narkomprosa bir danos yazıb ki, teatrdakılar hamısı opportunistdir. 
Mestkom bürokratdır. Proletar kadrları yaradılmasına yol verilmir. Artistlər 
savadsızdır, müdir təcrübəsizdir. Xulasə, bir Quran... Narkompros da qərar çıxarıb 
ki, Gülsabah xanımı teatra müdir təyin eləsin. 
Ə m r u l l a. Müdir?.. Eləsin də... Sizin əziz canınız üçün, qızımın ölmüşünə ki, 
lap yaxam qurtarar. Hələ o gün bir yekə tort alıb hamınızı qonaq elərəm. 
M i r z ə C a m a l. Bilmirəm, müdir deyir, mestkom deyir, gərək çıxsın axır ki. 
Ə m r u l l a. Necə? Mestkom çıxsın? 
M i r z ə C a m a l. Bilmirəm, axır ki, belə olsun ki, o hamısının üstündə gözətçi 
olsun. Hə... instruktor... Narkompros da qərar çıxarıb ki, teatra xüsusi bir 
komissiya göndərilsin. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə