Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   88   89   90   91   92   93   94   95   ...   113

294 
 
Q ə m ə r. Ne smey, Qölər!
1
 Bəs mənim şlyapam nə oldu? 
T u r a c. Qəmər xanım, axı Gülər demişkən, o bizi hop eləyib udmayacaqdır ki. 
Siz allah getməyin. 
Q ə m ə r. Net, net, milaya! Vallah üz vurma, qala bilmərəm. Deyirlər, o elə bir 
bəladır ki, haraya ayaq bassa, yəqin bir gurultu çıxartmalıdır. Bunu camaat eşitsə 
ki, mən onunla bir yerdə oturmuşam... da prosto samoy nepriətno!
2
 Gedək, Gülər! 
Q ü d r ə t (çıxaraq). Qəmər xanım, siz hara gedirsiniz? 
Q ə m ə r. Təşəkkür edirəm, əzizim, balaca işim vardır. 
T u r a c. Qəmər xanım Gülsabahla bir yerdə oturmaq istəmir. Səhərdən 
yalvarıram. 
Q ə m ə r. Mən öz uşağımın tərbiyəsini bütün dünyaya dəyişmərəm. 
G ü l ə r. Ana... 
Q ə m ə r. Ne smey Qölər, ne budğ komsomolkoy
3

T u r a c. Qəmər xanım, biz yeddi-səkkiz nəfər adam, onlar iki-üç nəfər, siz heç 
onlarla danışmayın! 
Q  ə m ə r. Daje iki-üç nəfər... Nu, Turac... sən istəyirsən ki, mən öz qızımı 
komsomolkanın yanında oturdum. Daje aktrisa somnitelğnoy reputaüiey...
4
 
Ö t g ü n (içəridən çıxır). Bağışlayın müəllim, mən sizə zəhmət verdim. 
Q ə m ə r. Bəs mənim redükülüm nə oldu? 
T u r a c. Bəlkə içəridə qaldı. 
 
İçəri keçirlər. 
 
Ö t g ü n. Bağışlayın, müəllim. Mənə heç bir şey lazım deyil, mən ancaq özümü 
yoxlamaq istəyirəm. 
Q ü d r ə t. Mən sizin kitabınızı  hələ oxuya bilməmişəm, hələ bu gün 
oxuyuram, əlimdən gələn köməyi əsirgəmərəm. 
Ö t g ü n. Kimə verirəmsə, bir əvvəl-əvvəl mənim sir-sifətimə baxır, sonra da 
kitabın bir o yanına, bir bu yanına baxıb deyir ki: iki gündən sonra gələrsən, cavab 
deyərik. Sonra da gedirəm, deyirlər: hələ bir qədər işləməlisən. Bilsəm ki, 
doğrudan yaramaz, başqa bir işə gedərdim. 
                                                            
1
 
Bəsdir, Gülər
 
2
 
Yox... mənim üçün yaxşı olmaz
 
3
 
Bəsdir, Gülər, komsomolka olma!
 
4
 
Hətta şübhəli bir ada malik olan aktrisa



295 
 
Q ü d r ə t. Siz arxayın olun. Budur, sizin kitabınız stol üstə, mənim 
qabağımdadır, oxuyan kimi sizi çağırtdıraram. 
T u r a c (içəridən qaçaraq). Qüdrət, mən onu saxlamışam, sən tez gəl oturdaq, 
yoxsa o qız üçün də yaxşı düşməz. Səs dağılar ki, filankəs filankəslə oturmaq 
istəməyib getmişdir. 
Q ü d r ə t. Bu saat... 
T u r a c. Budur, özləri də gəldilər. Buyurun, buyurun!.. 
G ü l s a b a h. Biz çağırılmamış qonağıq. Desəniz də gələcəyik, deməsəniz də. 
Xoş gördük, Turac! Tanış deyilsinizsə, tanış olun. Bu Zamandır, bu Bayram, bu 
aktyordur, bu da rejissor, mən də ki, ikisindən də avara (Qəmər və Gülər gəlirlər. 
Gülsabah Qüdrətə) Xoş gördük, yoldaş  ədib! Nə  səliqə ilə geyinmişsiniz... Mən 
heç sizi bu qədər frant
1
 bilməzdim. Siz əvvəl daha sadə idiniz. 
Q ü d r ə t. Nə etmək, mən gördüm ki, adamlar adamları paltarla qarşılayırlar. 
Ona görə də bəzənməyə başlamışam. 
G ü l s a b a h. O, köhnə məsəldir. Siz haçandan belə nimdaş fikirlərlə məşğul 
olursunuz?.. Biz həmişə adamları soyundurub baxırıq... 
Q ü d r ə t. Çılpaq? 
G ü l s a b a h. Çılpaq. 
Q ə m ə r. İzvolğte radovatğsə!
2
 
G ü l s a b a h. Bu qızcığaz kimdir? Nə yaxşı da səhnəlik boyu vardır! 
Bantikinə baxın! Təzə parçadan köhnə bantik. 
Q ə m ə r. Ona ehe ne komsomolka i ne aktrisa. Ona v staroy forme.
3
 
G ü l s a b a h. A soderjanie mozqa kakoe: novoe ili staroe?
4
 
Q ə m ə r. Bilmirəm, mən ki, doktor deyiləm. 
G ü l s a b a h. Eybi yoxdur, zaman özü yoxlar, düzəldər... 
G ü l ə r. Siz, pojalyusta, sancaq atmayın. O mənim öz işimdir. 
G ü l s a b a h. Nə? 
Q ə m ə r. Ne smey, Qölər, qovoritğ pri mne i svəzatğsə...
5
 
G ü l ə r. Mən ondan qorxmuram. İndi ki, belədir, mən getmirəm. mən onunla 
qalmaq və onunla toqquşmaq istəyirəm. 
 
                                                            
1
 
Şıq – modaçı
 
2
 
Buyurun, feyziyab olun!
 
3
 
O hələ komsomolka və aktrisa deyil. O, köhnə formadadır.
 
4
 
Bəs beyni necədir, köhnədir, ya təzə?
 
5
 
Mən olan yerdə sən danışma və baş qoşma... 
 


296 
 
G ü l s a b a h. Bravo, Gülər, bravo! Toqquşmaq güclü adamların işidir. Ancaq 
bu bantik ilə toqquşmaq olmaz. Əsrimiz dəmir  əsridir, toqquşarkən başı  dəmir 
olmayanların başı çatlayar. 
G ü l ə r. Mənim atam dəmirçi deyil, müəllimdir. 
G ü l s a b a h. Anan da çərçi. 
Q ə m ə r. Gedək, Gülər. 
G ü l s a b a h. Düşünmək olar ki, siz mənim gəlişimdən qorxub qaçırsınız. 
G ü l ə r. Mən qorxmuram və getmirəm. 
T u r a c. Qəmər xanım, siz allah getməyin! 
Q ü d r ə t. Qalın, Qəmər xanım... Mən də rica edirəm. 
T u r a c. Gəlin, gəlin! 
 
Onları dartaraq, içəri otağa aparır

 
Q  ə m ə r (içəriyə keçərək, Gülərə). Yaxşı, səninlə isə evdə danışaram, 
devçonka! 
G ü l s a b a h. Mən, deyəsən, dava frontuna düşmüşəm. 
T u r a c. Buyurun içəri hamınız... 
Ö t g ü n. Müsaidənizlə, müəllim, mən gedim. Sağ olun!.. 
Q ü d r ə t. Yaxşı, xoş gəldiniz. Mən sizi çağırtdıraram. 
G ü l s a b a h. Bu oğlan kimdir? Siz məni heç kəslə tanış etmədiniz, hamınızı 
bir-bir özüm soruşmalıyam? 
Q ü d r ə t. Siz içəri gəlirkən elə bir top-tüfənglə gəldiniz ki, hamımız özümüzü 
itirdik. 
G ü l s a b a h. Özünüzü itirdiniz? Eybi yoxdur. Yoldaş  ədib, indicə biz sizi 
taparıq. 
Q ü d r ə  t.  Bu  oğlan mənim tələbəmdir. Özü də  işçi müxbiridir. Bir kitab 
yazmışdır. Heç bir yerdə baxmırlar. Indi özünü yoxlamaq üçün mənim yanıma 
gətirmişdir. 
G ü l s a b a h. Siz onun gözlərinə baxmışsınızmı? Olduqca iti və canlı gözləri 
vardır. Üzündə də bir qüdrət, bir qüvvət hiss edilir. 
Q ü d r ə t. Onun hələ Qüdrət olmasına çox qalmışdır. 
G ü l s a b a h. İnqilab saatının əqrəbi sürünərək deyil, atdanaraq yeriyir, yoldaş 
ədib. 
T u r a c. Buyurun, Gülsabah xanım, içəridə sizi gözləyirlər. 
G ü l s a b a h. İçəridəkilər hamısı o bayaqkı xanım kimi isə, güman etmirəm 
orada məni gözləyən olsun. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə