Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   85   86   87   88   89   90   91   92   ...   113

285 
 
X o s m ə m m ə d. Hələ bu baş-qulaqnan artistliyə gəlmişsiniz, danışanda da 
heç kəsi bəyənmirsiniz... Sup, yəni bozbaş, rematizm də yəni yel düşmək, adamın 
ombasına yel düşmür? 
Ş ö v q i. Yaxşı, bir bilmək olar ki, bu bozbaşnan ombaya yel düşməyin 
Gülsabah xanıma nə dəxli vardır? 
A r i f H i k m ə t. Yoldaşlar, siz başa düşmürsünüz, ona görə də ələ salırsınız. 
Bura təzə aktrisa gəlib, rejissorumuz da təzədir, yəqin işlərdə bir spesifikasiya 
olacaq, ona görə  də biz öz ekspozisiyamızı  təyin etməliyik ki, gələcəkdə 
superdinasiya aparılanda hər kəsin sentr tyajesti bilinsin. Ona görə də mən yoldaş 
Gülsabah xanımın bizim teatrımıza gəlməsinə səmimi qəlbdən təşəkkür edirəm... 
Ş ö v q i. Bax, bax bu axırıncı cümləni başa düşdüm. 
Ə m r u l l a. Yoldaşlar, yerinizdən danışmayın! Yaxşı deyil axı.  İndi ikicə 
kəlmə də bizim gənc rejissorumuz Bayrama söz verək, çünki hamı onun barəsində 
danışır. Hanı o?.. Ondan sonra da son sözü Gülsabah xanıma verək. 
M i r z ə C a m a l. Tapsan onu, verərsən. 
S a p a n. Başına elə bir oyun gətirməmişsiniz ki, bir də tapılsın. 
Z a m a n. O, söz adamı deyil, iş adamıdır. O yazıq teatrda bir yenilik 
düzəltmək istəyirdi, hamınız yerbəyerdən düşdünüz üstünə. 
Ə l i m u x t a r. Əlbəttə... sən gələrsən otuzillik pyesi alt-üst elərsən, padşahı 
vurub çobana döndərərsən ki, nə var mən proletar ideolojisi düzəldirəm, onda, 
əlbəttə, hamısı danışar da... Bu məxluq onların üstündə  zəhmət çəkib, kişi neçə 
ildir rol oynayır, tip yaradıb, indi də başına bir dirabı papaq keçirib ki, nə var, mən 
sosyalni obraz yaradıram. Əlbəttə, o da oynamaz da... 
Z a m a n. Oynamaz, mən oynaram. 
M i r z ə C a m a l. Mən axı razı olmaram ki, sən mənim tipimi vurub 
korlayasan. 
Ə l i m u x t a r. Yazıq onun üstündə 20 il can çürüdüb. 
Z a m a n. Nə etmək, yoldaşlar, mübarizədir: köhnə ev uçulurkən kərpic 
bənnanın qabırğasına dəyir. Biz bundan qorxmuruq. 
Ə m r u l l a. Yoldaş Mirzə Camal... bəsdir deyirəm... Söz Gülsabah xanıma 
verilir. 
Ə l i m u x t a r. Yoldaş müdir, qabaqca qoy o sizin rejissorunuzun advakatı 
desin görək o, mübarizəni kiminlə aparmaq istəyir? 


286 
 
M i r z ə C a m a l. Yox axı... ayıbdır onunçun. Bir qarış boyu var, gəlib ki, 
döyərik, burada böyük var, kiçik var, adamı elə sıxarlar ki, əzilib suyu çıxar... 
G ü l s a b a h. Yoldaşlar, mən buradan oxumağa gedərkən səhnəmizin 
vəziyyətini bildiyim üçün, qayıdırkən mübarizə olacağını gözləyirdim. Ancaq çox 
sevinirəm ki, o mübarizə çoxdan başlanmış və bir yerə çatmışdır ki, adamı sıxırlar, 
əzilir, suyu çıxır. Bunsuz olmaz, yoldaşlar. Bu, mübarizədir; bu həyatın 
dialektikasıdır. Fikirlər, metodlar üz-üzə  gəlirkən, adamı  sıxarlar,  əzilər, suyu 
çıxar. Ancaq görək kim kimi? 
Z a m a n. Biz hələ pambıq deyilik ki, isladıb sıxasan suyu çıxsın. 
M i r z ə C a m a l. Aha... 
X o s m ə m m ə d. Bunun atını haraya bağlayaq? 
X u r ş i d. Heç evə girməmiş başlayıb ki, tüfəngimi haradan asım? 
G ü l s a b a h. Mən heç işə başlamamış hər gün gəlib oturub, sizing işlərinizlə 
tanış olmaq istəyirdim. Oldum da. İndi meydan açıqdır. Silahlar çiyinlərdən əllərə 
və qəti döyüşə! 
Ə l i m u x t a r. Kim kimə qarşı? 
G ü l s a b a h. Hamı hamıya qarşı. 
Ə l i m u x t a r. Nə üçün? 
G ü l s a b a h. Yeni teatr yaratmaq üçün, yeni metod, yeni nəzəriyyə, yeni temp 
və yeni sürət üçün. Bütün bacaranlar, dəyərlilər, yaradıcılar irəliyə,  əl-ayağa 
dolaşanlar isə geriyə, tarixin amansız təkəri altına! 
Ə l i m u x t a r. Pəh-pəh-pəh.... əz Badkubə tacir amədə. 
M i r z ə C a m a l. Bizim teatrımızın bir yolu var, yoldaş Gülsabah, o yolnan da 
gedir. Sən də  gəlmişsən, Azərbaycan qızısan, xoş  gəlmişsən, səfa gətirmişsən, 
gözümüz üstə yerin var, dahı bu hədələmək lazım deyil ki... 
A r i f H i k m ə t. Yoldaşlar, mən də hələ bayaq bunun üçün deyirdim də... Qoy 
hər kəs indidən öz ekspozisiyasını təyin etsin ki, sonradan spesifikasiya aparanda 
supermatizm əmələ gəlməsin... 
S a p a n. Ay Arif Hikmət, mən ölüm, sən o bozbaş qazanını bir az saxla. 
G ü l s a b a h. Bu saat “Rote-Fane” qəzetinin idarəsi bütün sovet teatrlarına bir 
yarış bayrağı göndərmişdir. Yarış  şərti: repertuarı  və oyunları keyfiyyətcə 
yaxşılaşdırmaqdır. Kim bu yarışda birincilik qazansa, bayraq ona veriləcəkdir. 
Ə m r u l l a. Qulaq asın, yoldaşlar, bu vacibli məsələdir. 


287 
 
A r i f H i k m ə t. MXAT
1
 kimi əjdaha orada dayana-dayana bizim 
Xosməmməd bayraq ala bilər... 
X o s m ə m m ə d. E... e... Xosməmməd sən özünsən... 
A r i f  H i k m ə t. Balam, acığın neçin gəlir, öz adındır də... 
S a p a n. Adı deyil, adə, ləqəbidir. 
Ş ö v q i. Ləqəbi deyil, adə, təxəllüsüdür. 
Ə m r u l l a. Yoldaşlar... 
G ü l s a b a h. Ola bilər, yoldaşlar. Bunun üçün bizə nə lazımdır? İşlərimizi 
yenidən qurmaq, teatrın sifətini dəyişdirmək. 
Ə l i m u r a d. Yoldaşlar, mən kak bir predsedatel mestkom, deyirəm ki, 
əlbəttə, yarış  məsələsi lazımdır. Ancaq yeri gəlmişkən bu müdiriyyətdən bir şey 
soruşmaq istəyirəm... 
S a p a n. Ay Əlimurad, dayan bir də, kişi söz danışır axı. 
Ə l i m u r a d. Yoldaşlar... sonra mən bu qədər adamı haradan yığacağam. 
Danışacaqsınız, sonra da dağılışıb gedəcəksiniz... amma mənim məsələm lap 
vacibli məsələdir. 
Ə m r u l l a. Nə istəyirsiniz, yoldaş Əlimurad? 
Ə l i m u r a d. Yoldaşlar, mən necə ki, mestkom, onu soruşmaq istəyirəm ki, 
bu müdiriyyət bu məvacibləri haçan verəcəkdir? Və  nə üçün bu vaxtadək 
verməmişdir? 
Z a m a n. Ay Əlimurad, sən yarış  məsələsini qoydun, məvacibə getdin. Heç 
yeridir? 
Ə l i m u r a d. Hələ əsl yeridir. Bu hamısından vacibli məsələdir. Deyəndə də 
qoymursunuz, sonra da deyirsiniz mestkom işləmir. Hələ bu ağız-burunnan da 
yarışa çıxmaq istəyirik. 
S a p a n. Ay Əlimurad, məvacib yaxşı şeydir, ancaq bura dəxli yoxdur axı... 
Ə l i m u r a d. Çox dəxli vardır, yoldaşlar. Burada belə deyirsiniz, sonra da 
gəlib yapışırsınız mənim hülqumumdan... Sən mənim məvacibimi ver, sonra 
istəyirsən yarışaq, istəyirsən barışaq. Hər kim olur olsun, biz bir saatda onun 
atasını yandıraq, qoyaq ora. 
A r i f  H i k m ə t. A kişilər, MXAT kimi əjdahalar dayana-dayana siz ondan 
bayraq ala bilərsiniz? 
Ə m r u l l a. Yoldaşlar, qulaq asın! Bu vacibli məsələdir. Belə olmasın ki, 
böyük fillərlə döyüşək, axırda da biabır olaq. 
                                                            
1
 
MXAT – Moskva Bədaye Akademik Teatrı
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə