Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   83   84   85   86   87   88   89   90   ...   113

278 
 
Mən bir azad, şən ölkənin oğluyam, 
Başdan-başa əməkçi bir elim var. 
Daşqın-daşqın Arazları, Kürləri 
Poladlarla qapaqlayan əlim var. 
Şoranları bağçalara döndərər əməyim... 
Dəmirlərə həyat verib işlədər biləyim... 
Yer üzünü alarıq, 
Şən bir bağça salarıq. 
Yerdən uçar, 
Aydan keçər, 
Ulduzlara varmaqçın 
Göyün geniş qəlbinə 
Dəmir qanad çalarıq. 
Əsgəriyəm mən bu polad ordunun, gücüm çox, 
Bizim üçün yer üzündə alınmaz bir qala yox! 
 
P ə r d ə 


279 
 
DÖNÜŞ 
 
Pyes 11 şəkildə 
 
İ Ş T İ R A K E D İ R L Ə R 
 
G ü l s a b a h – Moskva teatr məktəbini bitirib Bakıya gələn gənc aktrisa 
Z a m a n, S a p a n – Bakı teatr aktyorları. 
Ə m r u l l a – teatrın müdiri, irəli çəkilən. 
Ə l i m u r a d – aktyor və yerli komitə sədri. 
İ l y a s – siyasi rəhbər. 
X u r ş i d, A s y a – aktrisalar 
Ə l i m u x t a r – özündən yetişmə rejissor. 
B a y r a m – məktəb bitirmiş gənc rejissor. 
Ş ö v q i – rejissor köməkçisi. 
A r i f H i k m ə t – Moskvada oxumuş aktyor. 
M i r z ə C a m a l, X o s m ə m m ə d – qoca aktyorlar. 
Q ü d r ə t A r s l a n – məşhur dramaturq. 
Ö t g ü n – gənc dramaturq, tələbə. 
Q ə m ə r – qoca şəriət müəlliməsi, hərdən rus dilindən də dərs verirmiş. 
G ü l ə r – onun gənc qızı, məktəbli. 
T u r a c – Qüdrət Arslanın arvadı, savadlı gənc qadın. 
M ü n ə v v ə r – gənc səhnə həvəskarı. 
Ə l a b b a s – teatrın kuryeri. 
D a ş d ə m i r – konkurs komissiyasının sədri. 
T u t u – Qüdrət Arslanın qızı 4 yaşında. 
S t a r o v e r o v – teatrın rəssamı. 
E l d a r – fəhlə. 
X u d a y a r, M o l l a R ə h m a n, Ə b d ü l – 11-ci şəkildəki səhnəcikdə iştirak 
edən kəndlilər. 
 
5-ci  şəkildə  iştirak edən Hikmət Kamal və Fikrət Kamal yazıçıdırlar. Kamal Fikri isə 
“münəqqiddir”. 
Kütləvi səhnədə iştirak edənlər: yazıçılar, münəqqidlər, aktyorlar və tamaşaçılar. 
Kütlədən başqa 25 nəfər aktyor da iştirak edir. 


280 
 
BİRİNCİ ŞƏKİL 
 
Teatrda bir otaq. Z a m a n Güzgünün qabağında durub əlindəki kağızdan 
deklomasiya əzbərləyirmiş kimi, müxtəlif hərəkətlər göstərərək oxuyur. 
 
Z a m a n. 
Sən ey meymun sürüsündən insanlığa yüksələn! 
Sən ey kühüllərdən çıxıb tunel üçün dağ dələn! 
Sən ey coşqun dalğaları beton töküb saxladan! 
Sən ey sudan od çıxaran, Arazları toxtadan! 
 
Siz ey paslı dəmirlərdən canlı motor yapanlar! 
Siz ey məftil və heçlikdən elektrik tapanlar! 
Siz ey yerin mərkəzinə uzun yollar salanlar! 
Siz ey sonsuz fəzalarda dəmir qanad çalanlar! 
Siz ey keçmiş yaşayışa ağır balta vuranlar! 
Siz ey dəmir qollar ilə yeni həyat quranlar! 
 
Hücum yerin mərkəzində misə, neftə, daş duza! 
Hücum göyün ortasında işıq saçan ulduza! 
Hücum bütün təbiətə, yerə, suya, irmağa! 
Hücum birgə vurğumuzla məğlub olan torpağa! 
 
X o s m ə m m ə d (səhnəyə çıxır). Adə, güzgü Zaman, yenə nə meymun kimi 
atdanıb-düşürsən? Uşaqlar haradadır? 
Z a m a n. Getdilər təzə rejissorun əlindən Həzrətabbasa ərizə verməyə. 
X o s m ə m m ə d. Eh, əclaf oğlu  əclaf, həmişə bir söz soruşanda gərək 
əclaflığını göstərəsən (Getmək istəyir). Adə, güzgü Zaman! Biri də gəlib ey... mən 
heç görməmişdim, hələ indicə gördüm, bayırdadır... 
Z a m a n. Kim? 
X o s m ə m m ə d. O təzə aktrisa da. Amma sən öləsən, zalımın qızı elə 
gözəldir ki, bir qələm üzünə baxmaq olmur. Elə bil üz-gözündən nur yağır. 
Z a m a n. Gözlə birdən imamdan-zaddan olmasın ha! 
X o s m ə m m ə d. Eh, əclaf oğlu əclaf, yenə də başladı. 
Z a m a n. Adə, Xosməmməd... səhərdən Təzəpirin azançısı səni axtarırdı. 


281 
 
X o s t ə m m ə d. Neyləyirdi məni? 
Z a m a n. Mən nə bilim? Deyir: Xosməmməd təzə rejissorun əlindən zəncir 
tərpədəndə, vurub mənbərin qıçın da çıxardıb. 
X o s m ə m m ə d. Yalançının hələ o mənbər sahibi belindən vursun. Heç 
Təzəpirin mənbərində  zəncir var?! Həzrətabbas haqqı, o qədər deyəcəksiniz ki, 
axırda meymun kimi ağız-burnunuz  əyiləcəkdir. Nə olsun, balam? Təzə rejissor 
sizin dostunuzdur da. Bizi ki pəsənd eləmir. İyirmi ildir səhnədə ya haqq vururam
indi bir qarış boyuynan gəlib ki, gərək sənə yerimək öyrədəm. 
Z a m a n. Öyrən də, nə olar?.. Belinə balta düşməyib ki... 
X o s m ə m m ə  d.  Get,  adə... mən sizin hamınıza ac qarına iyirmi il dərs 
verərəm. Artistliyim artistlik, şairliyim də üstəlik... 
Z a m a n. Adə, Xosməmməd, şalvar satıram. 
X o s m ə m m ə d. Get adə, əclaf oğlu əclaf, mən bəyəm dəllalzadam? Neçə 
dənə? 
Z a m a n. Neçə  dənə?.. Yüz dənə. Zalım oğlu, Baksayuz-zad deyiləm ki... 
məvacib almamışıq, pulum yoxdur, bir şalvarım var, satıram da... 
X o s m ə m m ə d. Canın çıxsın, pulun yoxdur, get sən də xalturaya, yüz dənə 
klub var, bu məxluq getmir... sən hələ yapışmışsan bir sınıq güzgünün qulağından, 
çəyirtkə kimi səhərdən axşama kimi atdanıb-düşürsən. 
Z a m a n. Adə, ay Xosməmməd... çıxış üçün material lazımdır. Belə material 
yoxdur ey... 
X o s m ə m m ə d. Bəs bu məxluq haradan tapır? Budur ey, mənim şerim var 
da, satıram. Sən öləsən, Həzrətabbas haqqı, hələ dünən gecə demişəm, özü də 
modnı  məsələ, qızların pudralanması haqqında. Srağagün Sapan on iki manat 
verdi, vermədim; sənə səkkiz manata verərəm. 
S a p a n (yandan çıxaraq). Yalan deyir, adə... Öləsən də üç manatdan artıq 
verməyəcəyəm. 
X o s m ə m m ə d. Get, adə... əclaf oğlu əclaf. Üç manata bir girvənkə kartof 
vermirlər. Bu gün-sabah bağdan qayıdandır, hər kimə versəm, on beş manat göydə 
götürər. 
S a p a n. Səni Allah döymüşdü. Ağzına gələni yığıb doldurmuşsan oraya, nə 
duzu var, nə  mənası, nə  vəzni var, nə qafiyəsi. Verirsən xalqın xurduna, baxan 
kimdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə