Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   81   82   83   84   85   86   87   88   ...   113

272 
 
P r o k u r o r. Rica edirəm, müttəhimin sözləri yazılsın! 
Y a ş a r. Mən ancaq onları hələ-belə demişəm. 
S ə d r. Necə hələ-belə? 
Y a ş a r. Bilmirəm, mənim onda ağlım başımda deyildi. Yaxşı yadımda 
yoxdur, bilmirəm nə oldu ki, dedim, gərək ki, acıqdan dedim. 
P r o k u r o r. Əlbəttə, sakit vaxtda siz öz işiniz haqqında onlara doklad 
verməzdiniz... Toğrul sizin işinizi apardığı üçün ondan xoşunuz gəlmədiyindən 
acıqlanıb demişsiniz. Rica edirəm bunu da yazasınız. 
S ə d r. Siz hadisədən bir az qabaq evdə kağız yandırmışsınızmı? 
Y a ş a r. Yandırmışam. Ancaq mən ayrı kağızları yandırmışam. 
S ə d r. Bəlkə acıqlı olmuşsunuz, bilmədən o kağızları da qatışıq oda atmışsınız. 
Y a ş a r. Güman etmirəm... Doğrudur, mən acıqlı idim, ancaq yadıma gəlir, 
İmamyar yoldaş mənə dedi ki, yaxşı bax, gərəkli kağız olmasın. Bu söz hər halda 
məni diqqətli baxmağa məcbur edə bilərdi... 
P r o k u r o r. Siz onda nə üçün acıqlı idiniz? 
Y a ş a r. Bir çox səbəblər var idi. 
P r o k u r o r. Məsələn? 
Y a ş a r. Biri odur ki, məni səbəbsiz və təqsirsiz olaraq işdən çıxartmışdılar, 
mən öz başladığım işə qıraqdan baxmağa məcbur olmuşdum... 
P r o k u r o r. Rica edirəm bu sözləri yazasınız oraya! 
Y a ş a r. Çoxusu da səbəbi bu deyildi. Mən onda öz təcrübə tarlamdan 
qayıtmışdım. Mənim hesabıma görə, pambıq çoxdan baş verməli idi. Ancaq bir 
əsər yox idi. Çoxusu da ona görə acıqlı idim. 
P r o k u r o r. Rica edirəm bunu da yazasınız oraya! 
Y a ş a r. Yəni axtarsanız, acıqlı deyildim, ancaq ovqatım təlx idi, həm də onlar 
mənimlə çox acıqlı danışırdılar... Mən də acıqlandım... 
P r o k u r o r. Onun fərqi yoxdur. 
S ə d r. Vətəndaş Yaşar, dinamit partlayan gecəsi hamı qonaqlıqda ikən, siz tək 
barı üstündə nə edirdiniz? 
Y a ş a r. Mən işləri gözdən keçirmək, həm də bir az dincəlmək istəyirdim. 
S ə d r. Siz qonaqlığa nə üçün getməmişdiniz? 
P r o k u r o r . Bəlkə buradakı işiniz ondan vacibli imiş? 
Y a ş a r. Yox... bir elə işim yoxdu... ancaq ürəyim incikdi... Mən o iş üstündə 
can qoymuşdum. Qurtarandan sonra günahım da olsa, onlar məni çağıra bilərdilər. 


273 
 
P r o k u r o r. Deməli, bu sizə toxunmuşdu? 
Y a ş a r. Bir az... 
P r o k u r o r. Rica edirəm bunu da yazasınız oraya... Demək onu 
çağırmamışdılar, ona toxunmuşdur. 
Y a ş a r. Mənə bir qədər toxunmamışdı... belə azacıq. 
P r o k u r o r. Qədəri vacib deyil. 
H ə s ə n. Məmafi. Biz heç kəsi tək-tək çağırmamışıq. 
S  ə d r. Sonra siz evdən çıxarkən dinamit evdə idi. Qapını açarladınızmı  və 
dinamit harada idi? 
Y a ş a r. Mən evdən çıxarkən dinamit evdə idi. Qapını açarladım, açar axıra 
kimi cibimdə idi. 
S  ə d r. Buna baxmayaraq siz dinamit partlatmış olduğunuzu inkar edirsiniz? 
Siz deyilsiniz, kim ola bilərdi? 
Y a ş a r. Çünki mən partladanı görə bilmədim. 
P r o k u r o r. Şahidə sorğu vermək olarmı? 
S ə d r. Soruşa bilərsiniz. 
P r o k u r o r. Şahid İmamyar Rəhim oğlunun sizə qarşı bir ədavəti, ya sizinlə 
bir düşmənçiliyi varmı, varsa, nədir? 
Y a ş a r. Onun mənə qarşı heç bir düşmənçiliyi yoxdur. 
T o ğ r u l. Proyekt haqqında da bizim təklifimizə birinci səs verən yoldaş 
Imamyar olmuşdur. Sonra da, bütün işlərdə hamıdan artıq çalışmış  və bizə 
hamıdan artıq kömək etmişdir. 
Ə m i r q u l u. Zatuva bərəkallah, Imamyar, özgə sözüm yoxdur. 
P r o k u r o r. Vətəndaş Imamyar, siz neçin hadisə yerinə  gələn kimi Yaşar 
Süleyman oğlunu tutdunuz? 
İ m a m y a r. Çünki özgəsi yox idi. Birdən mən onu tanımadım. Olar ki, mən 
öz gördüyümü yerbəyer danışım? 
P r o k u r o r. Olar, olar danışın. 
İ m a m y a r. Mən hələ qonaqlıqda idim, bir də gördüm bir şey partladı. Tez 
atıldım bayıra. Gördüm biri sürünə-sürünə qaçır, hələ çatdım girişdim ona, 
əlbəyaxa oldum...o məni, mən onu... Gördüm yox, gücüm çatmayacaq, uşaqları 
səslədim. Uşaqlar gəldilər, fənəri tutdular, gördüm bu... Deyirəm yaxşı ki, Allah 
üzümə baxıb, uşağı vurub yıxmamışam çaya... 
P r o k u r o r. Vətəndaş Yaşar, siz nə üçün sürünə-sürünə qaçırdınız? 
Y a ş a r. Mən dinamitin gücündən yıxılmışdım. Qaranlıqda, ayağım ilişdi, yerə 
yıxıldım. Bu halda o məni tutdu. 


274 
 
P r o k u r o r. Çox gözəl. Rica edirəm müttəhimin sürünərək qaçdığını qeyd 
edəsiniz. Vətəndaş İmamyar, deyin görək: o, axır vaxtlar nə üçün acıqlı idi? 
İ m a m y a r. Vallah, yoldaş, dahı onu ərz eləyim. Axtarsanız, bunlarda da az 
yoxdur. Hələ bu təqsirin bir ucu da bax, bu Toğrulun boynundadır...nəyə ki... Mən 
gördüm ki, deyir belə yandırram, belə  kəsərəm. Mən gəldim Toğrula dedim. O, 
istəsəydi hələ  mən deyəndə kağızları ondan xoşluqla alardı. Bu, hələ özü də bir 
başısoyuqluqdur. 
T o ğ r u l. Yoldaş  İmamyar doğru deyir, o mənə demişdi... xəbərdarlıq 
vermişdi. Ancaq elə yumşaq bir şəkildə dedi ki, mən fikir vermədim. Bir də mən 
inana bilmirdim, yəni indi də inana bilmirəm ki, Yaşar belə iş eləsin... Axı mən bu 
zalım oğlunu tanıyıram: bir yerdə oxumuşuq, dost olmuşuq. 
İ m a m y a r. İndi o biri tərəfinə gələk. Hələ sən Toğrul bilirsən ki, bu uşaq, 
yalan-doğru, o qızın üstündə  cəncələ düşübdır. Ondan sonra götürüb o qızı 
avtomobilə mindirmək, atasıynan dost olmaq, pencək vermək, papaq vermək, 
yəni?.. Hər kəs olsa, bir az toxunar ona da... Atası  mənim qardaşımdır ki, ancaq 
itməcazdır. 
N i y a z. Eh... yenə ağzımı açır a... 
S ə d r. Yavaş, səs salmayın, yoldaşlar! 
P r o k u r o r. Vətəndaş Toğrul! Siz vətəndaş Yaqut Niyaz qızını maşına 
mindirmişsiniz və əgər mindirmişsiniz, nə üçün? 
T o ğ r u l. Mən o qızı tovlamaq istəyirdim, mən onları ata-bala şefliyə 
götürmüşdüm. Onun atası yoxsuldur, bir az cini boğazındadır. Ancaq yaxşı 
adamdır. Mən istəyirdim ki, qızın da, atasının da, ürəyini alım, Yaşarın yaxasından 
əl çəksinlər. 
P r o k u r o r. Sizcə, o sizi qısqana bilməzdimi? 
T o ğ r u l. Ola bilər. Ancaq bu mənim ağlıma gəlməmişdi. Mənə qalırsa, bu 
işin əsası daha dərin ola bilər. 
P r o k u r o r. Məsələn? 
T o ğ r u l. Məsələ belə ola bilər. Biz onun proyekti ilə stansiya tikdik, sədd 
çəkdik, milyonlarla pul tökdük. Həmən proyekt ilə Yaşar təcrübə tarlası salmışdı, 
pambıq bitmədi. Laboratoriyadakı təcrübədə duz puç olurdu, açıq havada olmadı. 
Professor Belokurovun dedikləri doğru çıxdı. Yaşar öz işlərinin üstünü örtmək 
üçün bu işi görmüş olar. Beləliklə iş səssiz-səmirsiz ötüb gedə bilərdi. 
P r o k u r o r. Rica edirəm bunu da yazasınız. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə