Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   78   79   80   81   82   83   84   85   ...   113

262 
 
İ m a m y a r. Başuva dönüm, siz qışqırığa saldınız, ara yerdə kağızları itir-batır 
elərlər. Bir belə xərc hədər gedər. 
Y a ş a r. Proyekt olardadır. Mənimlə ancaq pozuluşmaq üçün bəhanə axtarırlar. 
İ m a m y a r. Sən get, qardaşoğlu, bu işi bir yerə  məlum elə. Elə deyil 
qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram? 
Y a ş a r. Eh, cəhənnəmə olsun hamısı... 
 
P ə r d ə 
 
YEDDİNCİ GÖRÜŞ 
 
Çay qırağında. Sədd çəkilmişdir, stansiya tikilmişdir. 
Səhnədə T o ğ r u l, T a n y a və İ m a m y a r. 
 
T o ğ r u l. Tanya, bu saat işçilər gətirib karastıları təhvil verməlidirlər. Özün də 
orada ol! Yaxşı-yaxşı düz ki, itən-batan olmasın. Qoy hələ İmamyar dayı da orada 
olsun ki, basabasa salmasınlar. Həm də, o, hesabını yaxşı bilir. 
İ m a m y a r. Gedərəm, gedərəm, qardaşoğlu!  İşimin adı  nədir? Sən hələ 
deməsəydin də mən gedəcək idim. 
T o ğ r u l. Vay... axır ki, stansiya qurtardı. Barı da qurtardı. Sabah da bütün 
kəndin daxmalarını işığa qonaq eləyəcəyəm. Eh, yandırdım Edissonun atasını. 
T a n y a. İndi qaldı pambıq məsələsi. Ürəyim çox narahatdır, Tokay! 
T o ğ r u l. Mənə elə gəlir ki, proyekt onun özündədir, gizlədib vermək istəmir. 
T a n y a. Mən ona dünən kağız göndərdim ki, bu gün proyekti gətirsin. Çox 
güman ki, işdən qıraqda qaldığına darıxıb, proyekti gizlətmişdir. Tez-gec 
çıxaracaqdır. 
T o ğ r u l. Hə, Imamyar dayı... yaxşı yadıma düşdü, barılar yaşdır, sement hələ 
bərkiməmişdir. Uşaqlar bir dəqiqə göz ayırmasınlar. Sən özün də üstlərində ol... 
Bir yerdən yarıntı versə, o saat stansiyanı su basar, hər şey dağılıb gedər. 
T a n y a. Dünəndən çayın suyu yaman qalxmışdır. 
T o ğ r u l. Getdikcə də artır. 
İ m a m y a r. Bahardır, qardaşoğlu, çayın daşan vaxtıdır. Hər il bu vaxt bütün 
ara başdan-başa dəniz olurdu. 


263 
 
T a n y a. Daşqın neçə vaxt davam edir? 
İ m a m y a r. Bu gün-sabah ən şiddətli vaxtıdır. Bizlərdə deyərlər: çay quduz 
olub, sonra yavaş-yavaş çəkilər öz arxının içinə. 
T o ğ r u l. Tanya, bu iki günü ehtiyat üçün işçiləri saxlamaq lazımdır. Birdən 
sonra sədd yarıntı verər, suyun qabağını saxlamaq olmaz. Bu saat çay doğrudan da 
quduz it kimidir. Divarları çeynəyir. 
T a n y a. Su barının üstündən aşa bilməz ki? 
İ m a m y a r. Yox, barı hündürdür, üstündən aşa bilməz. Ancaq divarları sökə 
bilər. 
T o ğ r u l. Yadından çıxmasın, İmamyar dayı, gözün uşaqların üstündə olsun. 
Yoxsa balaca bir yarıntı olsa, stansiya da, Yaşarın təcrübə əkini də – hamısı alt-üst 
olar. 
İ m a m y a r. Arxayın ol, qardaşoğlu! 
T o ğ r u l. Su yatan kimi sənin üçün bu boyda bir təşəkkürnamə yazacağam. 
İ m a m y a r. A kişi, mənə nə təşəkkür, bunu özümüz üçün eləyirik də... Elə 
deyil, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram? 
T a n y a. Elədir, yoldaş Imamyar. 
T o ğ r u l. Daha gəl, Tanya, axşam olur, bu saat işçilər gələrlər. 
İ m a m y a r. Mən də uşaqları yığım, göndərim qarovula, bu saat gələrəm. 
H  ə s ə n. Yoldaş, Toğrul bu böyük inşaatın intihayə varması münasibəti ilə 
kənd ispalkomu altı qoyun kəsib, məhəlli-hadisədə bütün işçilər və  kəndlilərə bu 
axşam qonaqlıq verəcəkdir. Binaən-əleyh burada səddin üstündə, məmafi... 
T o ğ r u l. Aha... çox yaxşı  işdir. Çoxdandır can rahatlığı ilə kabab 
yeməmişəm. 
H  ə s ə n. Məmafi, bütün kəndlilər, klubumuzdakı  qızlar, qadınlar da iştirak 
edəcəkdir, binaən-əleyh... 
T o ğ r u l. Onu indi özünüz bilərsiniz, onsuz da bu gecə qorxuludur. Heç kəs 
yatmasa yaxşıdır. Gedək, Tanya! 
H ə s ə n. Məmafi... mən də mürəxxəs olum. 
 
Gedir. T ü r b ə t gəlir

 
İ m a m y a r (Türbətə). Uşaqların hamısı tüfəngləri götürsünlər, bu gecə səhərə 
kimi barı üstündə  gəzişsinlər, heç kəs gözünü yummasın, bütün çatlaqlara, 
söküklərə fikir versinlər. 


264 
 
T o ğ r u l. Hə, hə, başına dönüm, hər yerə baxsınlar. 
İ m a m y a r. Arxayın ol, mən özüm də orada olacağam. 
N i y a z . Yoldaş Toğrul, burdasan? Qızı təzədən yazdırdım kluba. 
T o ğ r u l. Ay sağ ol, Niyaz! Aktivist belə olar. 
N i y a z . Dahı sənin sözün yerə düşüncə, düşmənin beli sınsın. 
İ m a m y a r. Adamın gərək dərrakəsi olsun. Indi bu nədir, o vurhavur nəydi? 
Ara yerdə uşaqciyəzi saldınız cəncələ. 
N i y a z . Eh, yenə də ağzımı açır a... 
İ m a m y a r. Yaxşı, yaxşı, adamın gərək dərrakəsi olsun! 
T o ğ r u l. Gedək, Niyaz, yolda danışarıq. 
 
Gedirlər. 
 
İ m a m y a r (Türbətə). Bəri gəl, görüm! Dinamitin piltəsini ki, gördün?.. 
Adamların başı burda qatışıq olanda, özünü basdırarsan divarların dibinə, piltəsini 
o uzaqda yandırarsan, qaçarsan... 
T ü r b ə t. Bəs deməzlər, bu qarovulçular harada idi? 
İ m a m y a r. Adə, nə dərrakəsizsən! Barının nə  qədər uzunluğu var? Harda 
idi? Barının o başında. 
T ü r b ə t. Yaxşı, mən deyirəm, bu gecə qonaqlıqdır, adamlar hamısı oyaq 
olacaq, olmaz ki, bunu bir başqa gecəyə qoyaq? 
İ m a m y a r. Olmaz, hələ bu gecə olmalıdır. Bizə lazımdır ki, çay daşsın, bir 
yandan bu maşınları darmadağın eləsin, bir yandan da Yaşarın o bostanını dağıtsın, 
bir yandan da düzə yayılsın ki, sabah toxum səpə bilək. Sabah ki, çay yatdı, sonra 
sənə nə xeyri var. Ancaq piltəni elə vaxtda yandırmaq lazımdır ki, özü barı üstündə 
olsun. Mən onu elə basım bu ləpələrin içinə ki... 
T ü r b ə t. Onda nə olar, bəs deməzlər kim elədi? 
İ m a m y a r. Adə, ay... kim elədi? Yoldaşıynan savaşıb, acıqdan ya paxıllıqdan 
hamısını partladıb, özünü də atıb çaya... Dahı sən get, özü gəlir. Səni görməsin. 
 
Türbət gedir, İmamyar lapatkaları sayır. Y a ş a r gəlir. 
 
Qapını bağladın, qardaşoğlu? 
Y a ş a r. Gərək ki, bağladım, açarı cibimdədir. 
İ m a m y a r. Evdə adam yoxdur, oğul-uşaq girər, min dənə şey var... Haraya 
belə Allah qoysa? 
Y a ş a r. Heç, elə gəldim bu barını-zadı gözdən keçirim. Bu gün gərək ki, işlər 
qurtarır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə