Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   77   78   79   80   81   82   83   84   ...   113

259 
 
Y a ş a r. Özüm düzəltmişəm, ancaq beş il çalışmışam üstündə. Min cür hesab 
vardır: orada kislota nə qədər, su nə qədər, hamısının hesabı var. Birini çox tökdün, 
heç bir şey çıxmaz, hələ-belə kimin yadında qalacaq. 
İ m a m y a r. Bəs Toğrul deyir: pambıq bitmir, professoru çağırmaq lazımdır. 
Y a ş a r. Eh... Cəhənnəmə olsun hamısı. Yaman yorulmuşam, dayı. Bilirsən, 
ruhum qırılmışdır. 
İ m a m y a r. Yəni axtarsan o olsaydı heç gərək əvvəlindən sənin işüvi boynuna 
götürməyəydi. 
Y a ş a r. Yox, onun təqsiri mənim özümdədir. Daha işi yarımçıq qoya bilməzdi 
ki. 
İ m a m y a r. Bilirsən, qardaşoğlu, deyir: loğma ki var, boğmadır. Onda ki, 
başında idin, gündə hamısı yanında idi. Bu dünyanın işi belədir. Biri hələ mənim 
öz doğma qardaşım... Indi yəni qızı gizlənir? Səhərdən axşamacan hələ o Toğrulun 
yanında deyil? Nə dinir, nə danışır. Nə var Toğrul ona pencək verib, papaq verib. 
Hər  şey verməyin başı altındadır. Deyir: bağda  ərik var idi, salaməleyk var idi, 
bağdan ərik qurtardı, salaməleyk qurtardı. 
Y a ş a r. Yaqut yəni Toğrulgilə gedir? 
İ m a m y a r. Həri ya... səhərdən axşamacan Toğrulun yanındadır. Kağız-
mağızlarını  işi üstünə aparmaq, çay vermək, Toğrul onu avtomobildə  gəzdirmək, 
başqa aləmdir! Özü də deyir: dünyada Niyaz kimi adam yoxdur. 
 
Y a q u t qapıdan girir, baxır. 
 
Hə, nə var? İçəri gəl də, gizlənqaç nə üçün oynayırsan? Xalqı əgər pəsənd 
eləmirdin neçin gəlirdin? 
 
Y a q u t (başını aşağı salır). Toğrul məni göndərdi ki, Yaşar evdədir. Sonra 
səni də çağırar. 
İ m a m y a r. Sən Toğrulun yanında idin? (Yaqut dinməz keçir o biri evə). 
Küçüyün biri, cavab da vermək istəmir. Atası  nədir ki, balası  nə olsun... (Yaşar 
dinmir, uzaqdan çalıb-oxumaq səsi gəlir). Bu ağcaqanad şoğərib də lap ağ eləyib. 
Y a ş a r. Gecə lap adamı dalayır, göz yummaq olmur. 
İ m a m y a r. Durum bir az çör-çöpdən, kağız-mağızdan yandırım, tüstü olsun, 
dağılsınlar, yoxsa gecə qoymazlar səni yatmağa (Durub 


260 
 
ocağı yandırır). Zəhrimar kağız da tapılmır ki... (Yaşar stol üstündən bəzi kağızları 
götürüb ocağa atır).  Nədir onlar? Yaxşı bax a... Ovqatın təlxdir, birdən gərəkli 
kağız-zad olar, fikir verməzsən. 
Y a ş a r. Eh... cəhənnəmə ki, qoy yansın hamısı... 
İ m a m y a r. Vay, zəhrimara qalsın, gözlərim çıxdı, nə acı tüstüsü var, 
şoqəribin, adə... 
Y a ş a r. Mən bir çıxım bayıra, tüstü keçsin, sonra gələrəm, tüstü gözümü 
çıxartdı. 
İ m a m y a r. Hələ mən də çıxıram, başım ağrıdı. 
Y a ş a r. Ancaq belə elə ki, od olmasın, orda dinamit var, birdən od qaçar, 
partlar zəhrimar. 
İ m a m y a r. Ancaq başuva dönüm, qayıdanda onu bir yana qoy ki, evə min 
adam girir, çıxır. 
 
Hər ikisi çıxır, bir azdan Y a q u t qapıdan çağırır

 
Y a q u t. Əmi!.. Əmi!.. 
 
Cavab almayınca, içəri gəlib stol üstünə baxır gedir. İ m a m y a r gəlir, pəncərəni 
örtür, papağını, proyekti götürüb oda atır, sonra pəncərələri açır və özü o biri 
qapıdan çıxır.
 
 
T o ğ r u l (içəri girir). Nə oldu, Yaşar, İmamyar dayı? 
İ m a m y a r o biri evdən gəlir. 
İ m a m y a r. Bilmirəm, qardaşoğlu, gərək ki, çay qırağına getdi. Bayaq burada 
kağız-mağız yandırdı. Hələ bir yerdə çıxdıq, mən də indi qayıdıram. 
T o ğ r u l. Nə kağız? Hansı kağız? Hansı kağızı yandırdı? 
İ m a m y a r. Bilmirəm, vallah, öz kağız-mağızını. 
T o ğ r u l. Nə danışırsan, dayı? Birdən gic oğlu gic proyekti-zadı yandırar a. 
Hanı onun kağızları? 
İ m a m y a r. Bilmirəm, hər nəyi var, orda olar da... 
T o ğ r u l (stol üstünü axtarır, stolun üstünə baxır, bir şey görmür). Yoxdur, 
proyekt yoxdur. Bayaq burada idi, indi yoxdur, haraya getdi bu? 
İ m a m y a r. Çaya tərəf endi. Yəni hər gecə gedir oraya, deyirəm birdən yazıq 
özünə bir sədəmə-zad toxundurmasın... 
T o ğ r u l. Ay dad-bidad, kağızları yandırmışdır. 
 
Bayıra qaçır. İmamyar çay gətirir, içməyə başlayır. Y a ş a r gəlir. 
İ m a m y a r. Bəs sən çaya tərəf enmədin? 


261 
 
Y a ş a r. Yox, yadıma düşdü ki, Toğrul gələcək, yoldan qayıtdım. 
İ m a m y a r. Mən qayıtdım, gördüm Toğrul burdadır. 
Y a ş a r. Nə oldu bəs? 
İ m a m y a r. Bilmirəm, stolun üstünü, yeşik-meşiyini axtarırdı, sonra da çıxdı 
getdi. 
Y a ş a r. Stolun yeşiyini? (Baxır və gülümsünür). Proyekti aparıb. Görünür, işi 
özü aparmaq istəyir. Guya məndən istəsə idi, verməzdim. 
İ m a m y a r. Həlbət qorxur da... 
Y a ş a r. Fərqi yoxdur: oradan baş aça bilməyəcəkdir, yenə axırda mənim 
yanıma gələcək. 
İ m a m y a r. Kimdir? Odur, özü də gəlir. 
T o ğ r u l və T a n y a gəlirlər. 
T o ğ r u l. Haradasan, adə? 
Y a ş a r (gülümsəyərək). Getmişdim özümü çaya atmağa. 
T o ğ r u l. Özün cəhənnəmə, de görüm proyekt hanı? 
Y a ş a r. Bilmirəm özünüzü ələ salmışsınız, ya məni? Siz bilirsiniz hanı, 
zarafatın da yeri var. 
T a n y a. Zarafat hansıdır, Yaşar? Doğrusunu de, proyekt hanı? 
Y a ş a r. Buraxın siz allah! Proyekt hanı? Proyekti yandırdım. 
T o ğ r u l. Necə  yəni yandırdım, sən çaşmısan nədir? Proyekti bəri ver 
deyirəm. 
Y a ş a r. Proyekt sizin özünüzdədir. Onsuz da proyekt mənim özümündür. 
T o ğ r u l. Proyekt sənin deyil, proyekt el malıdır. 
İ m a m y a r. A balam, neçin qışqırırsınız, bunu yavaş-yavaş danışın da, adam 
da boş yerə bir-biriynən ədavət aparmaz ki... 
T o ğ r u l. Proyekti ver bəri, deyirəm, sonra yaxşı olmaz. 
Y a ş a r. Məni qorxutma, deyirəm sənə, proyekt mənimdir. 
T o ğ r u l. Proyekt sənin deyil, deyirəm sənə, proyekt el malıdır. 
T a n y a. Onsuz stansiya nəyə lazımdır? 
Y a ş a r. Cəhənnəmə olsun stansiya da... 
T o ğ r u l. Proyekti bəri ver, deyirəm. Hələ sabah yazaram prokurora... 
Y a ş a r. Prokurora sizin özünüzü vermək lazımdır. 
T o ğ r u l. Yaxşı, görərik... 
Y a ş a r. Görərik... 
 
T a n y a və T o ğ r u l gedirlər



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə