Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   79   80   81   82   83   84   85   86   ...   113

265 
 
İ m a m y a r. Qurtarmışıq, qardaşoğlu... 
Y a ş a r. Hələ bağçadan gəldim, yorulmuşdum, dedim bir az da bu dikin 
üstündə oturum. 
İ m a m y a r. Pambıqdan nə xəbər var, baş verir? 
Y a ş a r. Yox dayı, hələ ki, bir əsər yoxdur. Görək üç-dörd günə nə olar. 
İ m a m y a r. Uzağa getmə a... bu saat qonaqlıq var. Kənd soveti qoyun kəsib 
qonaqlıq eləyir. 
Y a ş a r. Yox, hələ stansiyaya baxım, bəlkə bir şey yaddan çıxmışdır, sonra o 
dikin üstündəyəm. Ancaq, bu bir-iki günü barılara yaxşı baxmaq lazımdır. Sədd 
hələ möhkəmləşməmişdir. Partlasa, bütün stansiyanı dağıdar. 
İ m a m y a r. Hava da bir az bulaşıqdır. Səhərdən göy guruldayır. Deyəsən 
yağış olacaq. 
Y a ş a r. Bu saat çayın  ən quduz vaxtıdır. Mənə kağız yazıblar ki, bu gün 
kağızları çıxartmasam, sabah yazacaqlar prokurora. Ancaq bilirsən, dayı, deyirəm 
bəlkə kağızlar stolun üstündən düşüb, mən də fikir verməmişəm, hələ götürüb 
atmışam oda. 
İ m a m y a r. Mən hələ sənə dedim ki, yaxşı bax, birdən gərəkli kağız-zad olar. 
Y a ş a r. Yox, dayı, yəqin proyekti Toğrul özü aparmışdır. Üzünü yazdırmaq 
istəyir. Özü də məni qorxudur ki, danışmayım. 
 
Uzaqdan çalğı səsi gəlir. 
 
İ m a m y a r. Odur, başladılar həngaməni. 
Y a ş a r. Barı, bu gün dayansa, daha qorxusu yoxdur. Daşqın vaxtında qabaq 
başlanmışdır (Barıya tərəf gedir). 
İ m a m y a r (onun ardınca). Uzağa getmə a, qardaşoğlu, çılpaqsan, soyuq olar. 
 
Yaşar gedir. T ü r b ə t gəlir. 
 
İ m a m y a r. Evdə yoxdur. Get, qaş qaralan kimi götür gəl. 
T ü r b ə t. Bu saat... 
 
Türbət gedir. Y a q u t görünür. O biri tərəfdə çalıb, oxuyub oynayırlar

 
İ m a m y a r (Yaquta). Nə var, kirkirə kimi nə  fırlanırsan? Məxluq çalıb 
oynayır, get sən də qaxıl, otur bir yanda da. Gör bəlkə yenə də başımı cəncələ sala 
bilərsən? 


266 
 
Y a q u t. Mən atamı axtarıram (Gedir). 
 
Şəkil dəyişir. T o ğ r u l, T a n y a, Y a q u t , N i y a z , Ə m i r q u l u 
və başqaları oturmuşlar. Bir yanda kabab bişir, qablara ayran tökülmüşdür. 
Çalır, oynayırlar. Xanəndə oxuyur. 
 
O x u y a n 
Dağ başından aşan bir çobandan
Yar elin sevdiyin sordum, gəldim; 
Min nəfər gözlərin arasında 
Öz yarımı gördüm, gəldim. 
Qara gözlərə, şirin sözlərə, 
Gülər üzlərə uymaq olmaz. 
Qara gözlərdən, şirin sözlərdən, 
Gülər üzlərdən doymaq olmaz. 
 
Sonuncu bənd hamı tərəfindən təkrar olunur. 
 
T o ğ r u l. Biz bu gün Azərbaycan  əməkçilərinə, Zaqafqaziya və bütün 
Sovetlər Ittifaqı  əməkçilərinə birinci rayon elektrik stansiyası veririk. Yoldaş 
Imamyar, barıda adam var? 
İ m a m y a r. Həri ya, həri ya... qardaşoğlu, bəs necə? 
T o ğ r u l. Mən bütün mənimlə işləyən işçi və kəndlilərə, inşaatçı, injener və 
texniklərə, bizi təbrik edən təşkilatların nümayəndələrinə təşəkkür edirəm. 
H a m ı. Ura... Ura... 
N ü s r ə t. Yoldaşlar! Rəsmi hissəmiz qurtardı. Bizim sözümüz işimizdir. 
Hərçənd mən özüm də  əvvəl günlər quruluşumuzdan qorxurdum, sonradan 
mərkəzə çağırıb anlatdılar, lakin bu günkü qələbəmiz sübut eləyir ki, bizim üçün 
mümkün olmayan şey yoxdur. Biz bir itirmişik, yüz qazanmışıq... Hələ bu günkü 
məclisimizə baxın: Dünən kişilərin təpiyi altında yaşayan qadınlar, bu gün bizimlə 
azad bir qadın kimi çiyin-çiyinə işləyir, çalışır, oxuyur, oynayır, gülürlər... 
Ş ə r ə b a n ı. Bəs nədəndir bu qolçomaq oğlu qolçomaq məni işlədir, dəstimar 
eləyir, harama gəldi vurur, heç kəs danışmır? 
Ə m i r q u l u. Qolçomaq sənin atandır. Yekə qolçomağı burada qoyub, mənim 
yaxama yapışmısan. 
N ü s r ə t. Toğrul demişkən o, sinfi mübarizəni bir az saxla, sonar apararsan. 
Demək sabahdan yeni stansiyamız köhnə  çıraqlı  kəndimizi elektrik işığı ilə 
bəzəyəcəkdir. Bu bizim işimiz və sözümüzdür. Mən 


267 
 
raykom adından bütün burada çalışan işçilərə, xüsusilə böyük əmək çəkən Toğrul 
yoldaşa və kəndimizin aktiv kolxozçusu olan İmamyar yoldaşa təşəkkür edirəm. 
T ü r b ə t, T o ğ r u l. Imamyar hamıdan çox işləmişdir. 
Ə m i r q u l u. Vay, ürəyim yandı, mənə bir kasa ayran verin! 
İ m a m y a r. Mən öz hökumətimiz üçün, öz partiyamız üçün, hərçənd mən 
partiyaçı deyiləm... 
Ə m i r q u l u. Sən harada aş, orada başsan də. 
İ m a m y a r. Öz partiyamız üçün kolxoz yolunda, hər bir işdə candan-başdan 
keçməyə hazıram. Qoy mən ac olum, yalavac olum, təki işimiz yerisin. 
N ü s r ə t. Sağ ol! Yoldaşlar, mən o biri yoldaşların yanına gedirəm, daha 
Həsən yoldaş buradadır. 
H ə s ə n. Binaən-əleyh və məmafi, bir kənd soveti katibi kimi, bəndəniz idarə 
edəcəkdir. 
Ə m i r q u l u. Bircə mən bunun mafiyəsini başa düşmədim axı. 
H ə s ə n. Arqardaş, siz həmişə mənim sözlərimi sui təfəhhümə uğradırsınız və 
sizin sui-təfəhhümünüz məni sui-təzənnümə düşürür. 
Ə m i r q u l u. Itəm, əgər bir kəlmə başa duşdümsə... Belə qırıldat ki, bu xalq 
da bir şey başa düşsün də... 
H ə s ə n. Məmafi... çalan çalsın, oynayan oynasın, əlbəttə ki, ayrıayrı... 
T o ğ r u l. Mən təklif edirəm: yastıbalaban çalsın, Əmirqulu dayı da bir-iki ağız 
oxusun. 
Ə m i r q u l u (oxuyur). 
İşıq çıxardaram çayın selindən, 
Pambıq əkərəm, ipək çıxar telindən. 
Ancaq qurtarın məni bu zındıq qızının əlindən, 
Əl verirsən, təpik atır, 
Can deyirsən, yan deyir... 
 
Minnətim yox bəydən, sultandan, xandan, 
Zalım qızı əl çəkməyir yaxamdan, 
Gündə bir yorğanlıq yırtır çuxamdan. 
Dindirirsən, tuman deyir
Dindirmirsən qan deyir... 
Oxlov qapdın, dinmədim, 
Kösöv qapdın, dinmədim... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə