Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   86   87   88   89   90   91   92   93   ...   113

288 
 
G ü l s a b a h. Yoldaşlar... qoy kimsə özünü qorxutmasın. Başqa teatrlarda 
adamyeyən yoxdur. Bizim bunun üçün qüvvətimiz vardır. Ancaq gedişimiz 
ölgündür. Bərk silkələnmək lazımdır. 
X o s m ə m m ə d. Silkələnək, görək də. 
S a p a n. Başına dönüm, Xosməmməd, sən silkələnmə, yoxsa şeirlərin 
qafiyələri dağılar. 
Ə m r u l l a. Yoldaşlar... Allahü əkbər... 
G ü l s a b a h. Bizim gedişimiz iki yolla olmalıdır: bir əllə sökmək, dağıtmaq, o 
biri  əllə tikmək, yaratmaq. İndiki repertuarla yarışa çıxmaq olmaz. Çoxunu 
çıxardıb atmaq lazımdır. Bizim bu günkü quruluşlarımızda müəyyən bir prinsip 
yoxdur. 
Ə l i m u x t a r. Sən beş-altı porsiya prinsip artırarsan... 
A r i f H i k m ə t. Doğru deyir də, acığın niyə  gəlir?! Mən onu çoxdan 
demişəm ki, quruluşun ekspozisiyası eksplikasiyasına düz gəlmir. 
G ü l s a b a h. Hər halda repertuar bu günün istədiyi əsərlərlə doldurulmalıdır 
və xüsusilə yarış üçün yeni qüvvətli bir əsər yazılmalıdır. 
M i r z ə C a m a l. Bilirsən, Gülsabah xanım, avazın yaxşı  gəlir, oxuduğun 
Quran olsa. Yeni əsər lazımdır, ancaq bacaran var, yazmır. Bacarmayan da yazır, 
bir şey çıxmır... Nə geroyu məlumdur, nə də lyubovniki. 
G ü l s a b a h. Kimdir bacaran və yazmayan? 
M i r z ə C a m a l. Bacaran və yazmayan odur, Qüdrət Arslan! 
G ü l s a b a h. Qüdrət Arslan! 
 
Gülsabah birdən-birə diksinir və bir şeyi xatırlayırmış kimi, bir saniyə düşünür

 
M i r z ə C a m a l. Özü də  həmişə qüvvəli  əsərlər, inqilabi əsərlər yazıbdır. 
Amma indi ağzına su alıb oturubdur: nə dinir, nə danışır. 
S a p a n. Özü də məktəbdə müəllimlik edir. 
M i r z ə C a m a l. Mən sizə deyim: bizlərdən yarışa ondan başqa girişə bilən 
olmaz. 
Z a m a n. O da ki, yazmayacaqdır. 
G ü l s a b a h. Mən, yoldaşlar, Qüdrətlə çoxdan tanışam. Müsaidə etsəniz, mən 
onunla danışaram. Sizə söz verirəm ki, o yazar. 
Ə m r u l l a. Danış, atam da. Kor nə istər iki göz, biri əyri, biri düz. 
M i r z ə C a m a l. Hə... onu eləyə bilsəniz, deməli, çaldıq. 
X o s m ə m m ə d. Nəyi çaldıq? 


289 
 
S a p a n. Sənin qafiyəsiz şerini Rast havasında. 
X o s m ə m m ə d. Əclaf oğlu əclaf. Yoldaş müdir! 
Ə m r u l l a. Yoldaşlar, Gülsabah xanıma tapşırılır ki, Qüdrətlə pyes haqqında 
danışsın. 
M i r z ə C a m a l. O yazmaz. Kişi bu saat neçə məktəbdə dərs deyir, bir aləm 
gəliri var, yazı nə qulağına girir. 
G ü l s a b a h. Yazar, yazar. Burada səhnəmizin taleyi həll olunur. Bütün 
qüvvət və vasitələr səfərbərlik altına... buradan kimsə geri qala bilməz! Siz 
kitabınızı məndən alın! 
X u r ş i d. Zalımın qızının hökmünə bax! Hələ bil dünya ona baxır. 
G ü l s a b a h. Sonra, yoldaşlar, biz ilk əvvəl gedişimizi kustarlıqdan 
çıxartmalıyıq. Gənclərimiz qüvvətlidir. Qadın qüvvəsi də yaman deyil. Material 
vardır, ancaq bacarıqlı bir əllə, bir metodla işlədilməlidir. 
Ə l i m u r a d. Sən gəlib düzəldərsən də. 
G ü l s a b a h. İndilik qadınlarımızın bir çoxusu özünə bir sənətkar deyə 
bilməz. 
X u r ş i d. Sən gəlib deyərsən də. 
G ü l s a b a h. Mən hər halda deyə bilmək üçün var qüvvətimlə çalışacağam. 
Ancaq qadınlarımız qırıq bir qanadla, könülsüz, diqqətsiz, odsuz və intizamsız 
çalışırlar. Məsələn: məşqi qoyub dərziyə gedirlər, aktrisa öz işinə yanmır, odur ki, 
oyun günü sözünü bilmir. 
X u r ş i d. Sən öz sözünü danış! Bir eşşəyə minib, əllisini döyəşdəmə. 
M ü n ə v v ə r. Sənə nə var, ay Xurşid xanım, sənə ki bir söz deyən yoxdur! 
X u r ş i d. Xeyr, mən öz fitimi çox yaxşı tanıyıram. 
M i r z ə C a m a l. O kişinin qızı heç sənin adını çəkmədi ki. 
X u r ş i d. Mən özüm çox yaxşı bilirəm o soncığı hansı tərəfə atır...Srağagün o, 
orada oturmuşdu, mən də, partnixa gələcəkdi, çıxdım getdim. Bu bunun sımsığına 
dəyib. Dahı neynəyək, bizim də paltarımız Moskvada tikilib gəlməyib ki... 
G ü l s a b a h. Mən, yoldaşlar, kimsəni incitmək istəmirəm. Təktək adamlar 
olsaydı, mən heç deməzdim də... Çox təəssüf ki, çoxusu belədir. 
A s y a. Sənə  nə var, sən məgər pürkürul-zadsan?.. Mən haçan məşqdən 
getmişəm? 


290 
 
M ü n ə v v ə r. Canım, sənə nə var, səni ki, dindirən yoxdur! 
A s y a. Yox, axı, yalan niyə danışır? 
M ü n ə v v ə r. Doğru deyir də. 
G ü l s a b a h. Mən artıq hamısını bilirəm, yoldaşlar. 
X u r ş i d. Cəhənnəmə ki, bilirsən, gora ki, bilirsən. Sən öz sözünü danış! 
Xalqda işin olmasın. Müdir deyilsən, rejissor deyilsən. Teatra hələ  gəldiyin bu 
gündür, aləmi çaxnaşdırmışsan bir-birinə. Görəsən beş gün qalsan, nə eylərsən. 
A s y a. Heç nə, beş gündən sonra çıxar gedər birinə, qurtardı getdi. 
M ü n ə v v ə r. Sən ki, Allaha şükür, bu vaxta qədər dördünə getmişsən. 
A r i f H i k m ə t. Yoldaşlar, dayanın, o kişi öz ekspozisiyasını desin, sonra da 
hər kəs istəsə, öz eksplikasiyasını açıb qoyar ortalığa. 
G ü l s a b a h. Mən, yoldaşlar, nə müdirəm, nə  də rejissor. Bu gündən bu 
kollektivin bir üzvüyəm.  Şüarım: sökmək, dağıtmaq, tikmək, yaratmaq... Mən 
bilirəm ki, açıq söz acı olar. Ancaq biz böyük bir yarışa girişirkən, tək-tək 
adamlardan utanıb susmaq – səhnəmizə, quruluşumuza qarşı bir xəyanət olmuş 
olar. 
M i r z ə C a m a l. Kişinin qızı doğru deyir də. Hələ sən Xurşid, həftə səkkiz, 
mən doqquz, gah hamama gedirsən, gah kooperativə... O da deyir işinə dürüst bax 
da. 
H a m ı. Doğrudur, doğrudur... 
G ü l s a b a h. Bir də, yoldaşlar, bizdə bir konservatizm vardır: yenilikdən 
qorxmaq, köhnəliyə  pərəstiş. Mən o gün gördüm, gənc rejissordur. Başında yeni 
fikirlər vardır. Aktyora deyir, aktyor isə öyrənmək  əvəzinə ona acıqlanır, uşaq, 
malçişka və daha bilməm nələr deyir... Buna da qəti zərbə... 
M i r z ə C a m a l. Rejissorun canı çıxsın danışdığını bilsin. Qundaqdan dünən 
çıxıb, mən bu səhnədə neçə ildir can çürüdürəm, xüsusi məktəb yaratmışam, indi 
gəlib nə deyir: belə dayanma, belə dayan, şunu götür, şunu qoy. 
G ü l s a b a h. O doğru deyirdi... Sizin göstərdiyiniz adamda ictimai bir sifət 
yox idi. Əsla yeni quruluşda o kimi rollar heç sizə verilməməlidir. 
M i r z ə C a m a l. Mən sənətkaram. Mən Yaqo oynayanda, Frans oynayanda
Otello oynayanda siz harada idiniz? Mən göz açmışam,  Əmrəstan bəyi o cür 
oynayıram. Tip yaratmışam. Mən razı olmaram 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə