Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   89   90   91   92   93   94   95   96   ...   113

297 
 
T u r a c. Siz allah, fikir verməyin. Gülsabah xanım. O çox əsəbidir. 
G ü l s a b a h. O əsəbi deyil. Onu zaman əsəbiləşdirir. 
Z a m a n (səhnəyə çıxır). Bu nədir, Gülsabah xanım! Bizi gətirdiniz, özünüz 
qaçdınız... biz ki, orada heç kəsi tanımırıq. 
G ü l s a b a h. Bu saat... Buyurun, yoldaş ədib, donub qalmayın. 
T u r a c. Buyurun, Gülsabah xanım. O, çox güman ki, sevincindən donmuşdur. 
 
İçəri keçir. Onların ardınca Z a m a n getmək istərkən G ü l ə r qapıdan çıxır və 
onun əlindən bərk tutub saxlayır. 
 
G ü l ə r. Hara gedirsiniz? Siz məni aldatmışsınız. 
Z a m a n. Bağışlayın, Gülər, mən ananızın qorxusundan sizin üzünüzə baxa 
bilmirəm. 
G ü l ə r. Demək, biz bir daha görüşməyəcəyik? 
Z a m a n. Bilmirəm, Gülər... bizim aramızda keçilməz bir uçurum vardır. Beş 
ildir mən göz yummadan çalışıram. 
G ü l ə r. Artıq çalışmağa dəyməz. İndi səni əyləndirən vardır. 
Z a m a n. Mən nə edə bilərəm, Gülər? Sən bir Çin divarının ardında gizlənib 
qalmışsan. Mən o divarı sökərəm, ancaq daşları sənin öz üstünə tökülər. At hər bir 
şeyi, çıx gəl. Zaman səni həmişə bir can kimi qəbul edər. 
G ü l ə r. Mümkün deyil, Zaman. Mən anamı incidə bilmərəm. Mən hər gün 
canımı dişimə tutub, onunla açılışmaq, onun bu qara bantikini yırtmaq və dörd 
yanımda guruldayan bu həyata qoşulmaq, çarpışmaq, vuruşmaq istəyirəm. Mən hər 
gün küçədən keçən  əli bayraqlı, çiyni tüfəngli qızları görürkən, anamın bütün 
kitablarını cırıb tullamaq istəyirəm. Ancaq onun göz yaşlarına yazığım gəlir. 
Z a m a n. İndi nə etmək, Gülər, sən özün de? 
Q  ə m ə r (çıxır). Gülər, sən buradasan?.. Bu nə deməkdir? (Zaman gedir)
Adamlar hamısı o biri otaqda oturub, amma sən burada bir xəlvətə  çəkilib, 
danışırsan... özü də kiminlə? 
G ü l ə r. Mən onunla bir şey danışmırdım, ana. 
Q ə m ə r. Gülər... sən anla ki, sən qızsan. Mən istəmirəm ki, sənin adına güldən 
ağır bir söz deyilsin. Sən görürsən ki, o qız üçün nə qədər sözlər deyirlər? 
T u r a c. Qəmər xanım, siz buradasınız? Mən qorxdum ki, yenə də qaçdınız. 


298 
 
Q ə m ə r. Mən onunla bir yerdə otura bilmirəm. O heç bir nəzakət qaydası ilə 
hesablaşmır. 
T u r a c. O çox ötkəmdir. Ancaq mənə elə gəlir ki, olduqca ürəyiaçıqdır, nə 
varsa dilindədir. Ürəyində bir şey yoxdur. 
Q ə m ə r. Mən, Turac, səndən yaşlıyam. Preduprejdaö
1
, özünü gözlə! Sən öz 
başına bəla açarsan. 
T u r a c. Bilmirəm, Qəmər xanım. Mən onu əvvəl gündən başlamış sevmişəm 
və getdikcə də daha artıq sevirəm. 
 
Bu aralıq G ü l s a b a h səhnəyə çıxır. 
 
G ü l s a b a h (Qəmər xanıma). Siz deyəsən, uçub qaçmaq istəyirsiniz. 
Q ə m ə r. Nə sən ovçusan, nə mən turac... (Gülərə). İçəri gəl, qız (İçəri girir). 
G ü l s a b a h. Bu arvad kimdir? 
T u r a c. O bizim dostlarımızdan biridir. Özü də çox əsəbidir. Siz allah, fikir 
verməyin. 
Q ü d r ə t (qucağında kiçik bir qız səhnəyə çıxır). Turac, bir bura bax, qızdan 
xəbərin yoxdur ki! Gör özünü nə günə salmışdır. 
T u r a c. Nə olub ki? 
Q ü d r ə t. Gedib Qəmər xanımın pudrasını oğurlayıb, hamısını da üz-gözünə 
sürtüb. Sonra da gedib birbaş un kisəsinin üstünə. 
T u r a c. Şeytan, bu nədir? Sən un çuvalına neçin girmişsən? 
G ü l s a b a h. Sənin ki, atan dəyirmançı deyildir. 
T u r a c. De xalaya: beş kərəm beş neçə eləyər? 
G ü l s a b a h. Oho... O, riyaziyyat da bilir. De görüm, şeytan, beş kərəm beş 
neçə eləyər? 
T u t u. İçi... 
G ü l s a b a h. Ay bərəkallah, qiyamət qızdır! 
T u r a c. İndi gedək, mən də aparıb başını salacağam su çəlləyinə... (Gedir)
G ü l s a b a h. Indi, yoldaş ədib, mən sizinlə hesablaşmaq istəyirəm. Mən indi 
görürəm ki, siz neçin bir şey yazmaq istəmirsiniz. Qəmər xanımın pudrası  sənin 
gözlərinə elə  səpilmişdir ki, sən öz meşşan cəmiyyətini buraxıb bir şey yaza 
bilmirsən. 
 
                                                            
1
 Səni xəbərdar edirəm 


299 
 
Q ü d r ə t. Mənə bax, Gülsabah... Açıq de: neçin gəlmişsən? Məndən nə 
istəyirsən? Mən bu qədər ömrümü sənin yolunda itirdim. Artıq hər bir şey keçdi, 
getdi. Indi mənim evim, arvadım, uşağım, ailəm vardır. 
G ü l s a b a h. Mən səni bu hərəkətsiz bataqdan, bu dirilər məzarlığından 
qoparmaq və yeni həyatın od nəfəsli ocağına atmaq istəyirəm. 
Q ü d r ə t. Mən inqilabın odunu daima ürəyimdə  və bağrımda gəzdirən bir 
adamam. Ömrümün üçdəbirini mən çar dustaqxanalarında keçirmişəm. İndi isə... 
G ü l s a b a h. İndi isə... 
Q ü d r ə t. İndi isə  mən başqa bir cəbhədə çalışmaq istəyirəm...mən 
müəlliməm. 
G ü l s a b a h. Sən indi öz batareyanı buraxıb, mətbəxdə soğan doğrayan bir 
topçuya oxşayırsan. 
Q ü d r ə t. Bəsdir, Gülsabah, mən danışmaq istəmirəm, danışa bilmirəm. 
G ü l s a b a h. Sən indi vaxtın ağır vurğusundan yaralı düşmüş bir arslana 
bənzəyirsən. Gözlərində əvvəlki qüvvət və qüdrət yoxdur. Hanı sənin o günlərin ki, 
səhnədə  qızmış bir arslan kimi dayanır və qarşıya çıxanı  əzib parçalamağa hazır 
görünürdün. Gözlərin bir od parçası kimi yanırdı. O zaman mən onlardakı qüvvət 
və qüdrətə pərəstiş edirdim. İndi isə onlar sönük bir vulkan kimi donub qalmışdır. 
Q ü d r ə t. O zaman mən sənin xəyalınla yaşayırdım. Gülsabah, batan günəşin 
son görünüşündə  sənin çöhrəni xatırlayır, doğan günəşin ilk şüasında sənin 
gülüşünü axtarırdım. Sən isə məndən uzaq qaçırdın. 
G ü l s a b a h. İndi artıq bir xəyal deyiləm. Mən bir həqiqətəm və qarşında 
dayanmışam.  İndi artıq xəyal sənsən... Cəmiyyət üçün xəyal, sərab, adı var, özü 
yox. 
Q ü d r ə t. Məndən nə istəyirsən? 
G ü l s a b a h. Mən heç bir şey. Səndən bizim səhnəmiz istəyir. Bizi yarışa 
çağırırlar. Bizə  əsər lazımdır. Deyirlər ki, o sənin işindir. Ölkəmizin neft ordusu 
hələ heç bir yarışda, heç bir vuruşda basılmamışdır. Onun sənət cəbhəsi bizim 
əlimizdədir. Biz onunçun nə gətirməliyik? Ürək sevindirən zəfər bayrağı! 
Q ü d r ə t. Mən artıq yazmaq istəmirəm. 
G ü l s a b a h. Neçin? 
Q ü d r ə t. Bir zamanlar mən sevirdim. Mən  şöhrət qazanmaq, böyük yazıçı 
olmaq istəyirdim. Mən azadlıq uğrunda mübarizə aparır- 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə