Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   93   94   95   96   97   98   99   100   ...   113

309 
 
Ə m r u l l a. Hansı köpək oğlu nəzir-niyaz verməz. Qızımın ölmüşünə ki, bu 
boydana bir tort alıb, hamınızı qonaq edərəm. 
G ü l s a b a h adi, lakin zərif tikilmiş iş paltarında gəlir. 
G ü l s a b a h. Siz məni çağırtdırmışdınız? 
Ə m r u l l a. İki saatdır bu adamlar gözləyir, belə iş olmaz ki, gəl görək də, 
bizim də dərdimiz var, çorumuz var. 
G ü l s a b a h. Nə var ki? 
Ə m r u l l a. Nə olacaq? Bu yoldaşlar hamısı səndən şikayət eləyirlər. 
M i r z ə C a m a l. Mən şikayət-filan eləməmişəm. 
X u r ş i d. O kimdir ki, mən ondan şikayət eləyim: müdir deyil, rejissor deyil. 
Ə m r u l l a. Bəs səhərdən nə vurhavur salmışdınız? Bircə oturun! Mən özüm 
çağırtdırmışam, belə  iş olmaz axı!.. Bunları burada dərbədər eləmişsən, 
muzıkantlar o yandan gəlib mənim üstümə, xudojnik bu yandan gəlib – Gah 
Qüdrət gəlir, gah o gicbəsər gəlir, belə iş olmaz axı!.. 
G ü l s a b a h. Yoldaş müdir, mən bu saat işdəyəm, işdən çıxandan sonra kim 
nə desə hazıram. 
Ə m r u l l a. Buyur, ağa... buyur da... bu da Azərbaycan qızı... Vallah, billah 
Həzrətabbas haqqı, gedib mərgümüş içərəm, öldürrəm özümü, özüm də yazıb 
qoyaram ki, mənim ölümümə təqsirkar Gülsabahdır. 
G ü l s a b a h. Sizin, əlbəttə, öz boğazınıza mərgümüş tökməyə ixtiyarınız var, 
ancaq teatrın boğazına tökmək istəsəniz, onda, əlbəttə, əlinizdən tutan tapılar. 
Ə m r u l l a. Kim tutar mənim əlimi? 
G ü l s a b a h. Kim? Mən! 
M i r z ə C a m a l. Sən kimsən axı? Bir qarış boyun var, özünü dünyanın 
hakimi bilirsən. Sən ki yoxdun, dialektika ki yox idi, iş getmirdi? Bu teatrı  mən 
yaratmışam. İndi sən hazırına gəlmişsən. 
X u r ş i d. Yəni kasa aşdan isti oldu? 
X o s m ə m m ə d. Sənin heç ədəbiyyatdan xəbərin yoxdur. Mənim  şerimi 
bəyənmirsən. Yoldaş  Əmrulla, sən olasan bircə balovun canı, bulvarnan şalvar 
qafiyədir, ya yox? 
Ə l i m u x t a r. Yoldaş Gülsabah xanım, mən, necə ki, bir predsedatel 
mestkom, Rabisə demişəm, sizə də deyirəm: siz burada sol ge- 


310 
 
dirsiniz, hamının işinə qatışırsınız, mütəxəssisləri incidirsiniz, teatrın da gedişini 
pozursunuz. 
G ü l s a b a h. Mənim nənəm də mütəxəssisdir. Cəhrə qabağında oturanda 
cırıltısından qulaq tutulur. Biz onlara kaverkot toxutmaq istəyirik, onlar isə bizə 
ata-baba qaydası ilə yun corab geydirmək istəyirlər. Bu baş tutmayacaqdır, yoldaş 
predsedatel mestkom! 
Ə m r u l l a. Yaxşı, artist anlamadı, artistka anlamadı, muzıkant anlamadı, 
xudojnik anlamadı. Bu xudojnik ki, balam, Moskvadan gəlib, yəni bu da anlamır? 
G ü l s a b a h. Nə etmək ki, gənc bir rəssam, həyatı ondan daha canlı qavrayır. 
S t a r o v e r o v. Məndə bütün Moskva teatrlarının quruluşları vardır. Sən 
mənə belə bir kombinasiya göstər, gözümü çıxart. 
B a y r a m. Bu savadsızlıqdır. Müəllimin öyrətdiyi tələbə üçün pozulmaz bir 
qanun olursa, həyat irəliləməz. Bu, həyatın dialektikasıdır. Onların tapmadığını bu 
gənc uşaq tapmışdırsa, kimsə onun əlinə vurmaz və vura da bilməz. 
Ə l i m u x t a r. Vay atonnan. İndi deyər Moskvadakılar da heç bir şey anlamır, 
hələ mən tum düşmüşəm! 
Ə m r u l l a. Deməli, Moskvada da heç kəs bir şey anlamır, hələ  sən 
anlayırsan? 
M i r z ə C a m a l. Bilirsən, sən bu boyda boyunnan istəyirsən gəlib burada 
ağalıq sürəsən... axırda da onun-bunun yanına soxulmaqla müdirdən-zaddan 
olasan. Ondan göz çək! 
Ə m r u l l a. Səni göndəriblər buraya işləməyə, daha göndərməyiblər bu 
idarələri ayaqdan salmağa ki... 
Ə l i m u x t a r. Kəlməbaşı da bir inqilabdan, dialektikadan goplayırsan 
qabırğamıza. 
G ü l s a b a h. Mən heç bir idarəyə getməmişəm. 
M i r z ə C a m a l. Əgər getməmişsən, bu danosu Narkomprosa yazan kimdir? 
G ü l s a b a h. Mən danos yazmamışam. Mən oraya öz fikrimi yazmışam. 
İ l y a s. Biz dal qapıdan kabinetlərə soxulan ayaqları qırarıq. 
G ü l s a b a h . Zaman öz haqqını  tələb edir. Ona qarşı kimsə hasar çəkə 
bilməz. 


311 
 
İ l y a s. Deməli, sən burada özün üçün bir ayrı qruppa düzəltmişsən, 
qruppovşina aparırsan da? 
G ü l s a b a h. Mən Narkomprosa yazdığımı gizlin yazmamışam, sizə  də 
yazmışam. Budur, kağızınızın altındadır. 
Ə m r u l l a. Baba, canım, gözüm, mən qələt elədim ki. Gəlmişsən, 
gəlməmişsən, düşmüşsən bu qapılara, birini Azapda avara eləmişsən, Qüdrətgilin 
evinə o yandan vəlvələ salmışsan, teatrı burada çaxnaşdırmışsan bir-birinə, 
xudojnik bu yana acıq tutub, muzıkant o yana acıq tutub. 
X u r ş i d. Qəmər xanımın qızını o yanda sancırsan. 
Ə m r u l l a. Sonra da bunların hamısını yazırsan teatrın ayağına. 
A r i f H i k m ə  t.  Yox,  axı, bu da müdirdir. Onu da abstraqirovat eləmək 
olmaz. 
Ə m r u l l a. Neyləmək olmaz? 
A r i f H i k m ə t. Abstraqirovat. 
Ə m r u l l a. Yoldaş Ilyas, onu da yaz ora! 
Ə l i m u r a d. Mən, necə ki, predsedatel mestkom, deyirəm ki, bunlar burada 
qruppovşina aparırlar. 
B a y r a m. Qruppovşik siz özünüzsünüz. 
İ l y a s. Sən mestkomu tanımaq istəmirsən, özün də maska altında işləyirsən. 
Içərişəhərdə  də ikimərtəbəli eviniz vardır. Özün də çastni sobstvenniksən, xalis 
opportunistsən. 
S a p a n. Sən özün xalis opportunistsən. 
X o s m ə m m ə d. Opportunist sən özünsən. Mən qızların pudralanması 
haqqında  şeir yazıram, sən deyirsən: qafiyəsi yoxdur. Ay camaat, siz olasınız 
balalarınızın canı, bulvarnan şalvar qafiyədir, ya yox? 
Ə l i m u r a d. Yoldaşlar, bunlar hamısı sonrakı məsələdir. Ancaq mən də, necə 
ki, bir mestkom, bir bilmək istəyirəm, bu müdiriyyət bu məvacibləri haçan 
verəcəkdir? 
G ü l s a b a h. Yoldaş müdir, bizim boş danışıq üçün boş vaxtımız yoxdur. Biz 
işləyirik. 
Ə m r u l l a. Biz, yəni kim? 
X u r ş i d. Öz qruppaları. 
Z a m a n. Burada qruppa yoxdur. Burada teatrın yüksəlişinə çalışan bir qüvvə 
var. Siz isə bizi pıçıltılarla məşğul etmək istəyirsiniz. 
X u r ş i d. Görürük pıçıldayan kimdir. Biz, yekəbaşlının biriynən pıçıldamağa 
öyrənməmişik. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə