Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə103/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   99   100   101   102   103   104   105   106   ...   113

329 
 
X u r ş i d. Ağız, Asya, Asya, Asya! Zəhrimar, bura gəl, tamaşa var, sus... o 
tərəfə, o tərəfə... 
 
Bu aralıq Z a m a n və T u r a c səhnəyə çıxır. Xurşidgil gizlənirlər. 
 
Z a m a n. Gülsabah xanım, sizi çağırırlar. 
G ü l s a b a h (səhnəyə çıxaraq). Turac!.. 
 
Aktyor və aktrisalar oyan-buyanda gizlənib, 
hərdən başlarını çıxarır və baxınırlar. 
 
T u r a c. Mən, Gülsabah, səninlə bir də danışmaq istəyirdim. 
G ü l s a b a h. Siz gərək evə gələydiniz. Turac, yaxşı, nə istəyirsən? 
T u r a c. Mən sənin sözlərini sınamaq istəyirəm. Sən deyirsən ki, sən ancaq 
kütlə üçün çalışırsan. 
G ü l s a b a h. Mən doğru deyirəm, Turac. 
T u r a c. Sən deyirdin ki, onu almaq üçün çalışmaq, vuruşmaq lazımdır. 
G ü l s a b a h. Deyirdim. 
T u r a c. Sən deyirdin mənə kömək edərsən. 
G ü l s a b a h. Əlimdən gələn qədər edərəm, Turac. 
T u r a c. Öz düşməninə? 
G ü l s a b a h. Mən sənin düşmənin deyiləm. 
T u r a c. Mən sənin sözlərini sınamaq istəyirəm. Mən çalışmaq, vuruşmaq və 
sən deyən kimi mübarizəyə hazır bir adam olmaq istəyirəm. Mənə kömək et, yol 
göstər! Mən nə etməliyəm? 
G ü l s a b a h. Hər şeydən qabaq, qapandığın o meşşan cəmiyyətdən çıx, öz 
ərin üçün yüngül bir əyləncə olmaqdan qurtar, öz həyatını ələ al. 
T u r a c. Mən nə etməliyəm? Yol göstər! 
G ü l s a b a h. Get işləməyə! 
T u r a c. Nə işə? 
G ü l s a b a h. Sən nə bacarırsan? 
T u r a c. İndilikdə mən heç bir şey bacarmıram. Mən həmişə onu əyləndirmək 
üçün çalmaq, oxumaq və bu kimi şeylər öyrənməyə çalışırdım. 
G ü l s a b a h. Vuruşmaq, yaşamaq istəyənlər üçün bacarmıram sözü yoxdur, 
Turac, mən öyrənərəm sözü vardır... 
T u r a c. Mən öyrənərəm. 
G ü l s a b a h. Sənin əlində gözəl bir sənət var, Turac! 


330 
 
T u r a c. Nədir? 
G ü l s a b a h. Çalmaq, oxumaq. Sən onu dörd divarın arasında gizlədib 
saxlamışsan. Bu, oğurluqdur, Turac. O kütlənin malıdır. Sən öz gözəl səsini, öz 
gözəl istedadını kütlədən gizlədirsən. 
T u r a c. Bəs nə edim? 
G ü l s a b a h. Çıxart onu səhnəyə... 
T u r a c. Səhnəyə... yox! Mən səhnəyə  çıxmaram. Sən bütün xalqı  mənə 
güldürmək istəyirsən. Eşidən nə deyər? 
G ü l s a b a h. Qoy kim nə deyir, desin. Gülər səndən qoçaqdır, Turac. Sən 
tüpür hamısına, tapda, keç, o həşərat yatağının üstündən keç! Atıl! Çıx səhnəyə! 
Çıx ortaya! Göstər öz bacarığını, göstər öz gücünü! Söylə öz xalqına ki, sən də 
onun vurucu bir qolusan... cəbhədəsən...İndi isə sən bilirsən nəsən, Turac?... Xərci-
naməlum. 
Ə m r u l l a (çıxır). Doğru deyir, bacı. Sənin  əziz canın üçün, qızımın 
ölmüşünə ki, səhərdən mən oradan eşidirdim. Lap ağlamağım gəlirdi. 
G ü l s a b a h. Yazın onu, yoldaş  Əmrulla. Mən onun səsini, çalmasını 
eşitmişəm, o, gözəl bir qüvvət ola bilər. 
Ə m r u l l a. Yazım da, yazmayanın atasına lənət, hələ bu saat yazım. 
T u r a c. Sən mənə kömək edərmisən? 
G ü l s a b a h. Edərəm, Turac, söz verirəm. 
T u r a c. Yox! Mən gələ bilmərəm. Bəlkə Qüdrətin xoşu gəlmədi. 
Ə m r u l l a. Hələ belə olur da. Sonra da deyirlər azərbaycankaları verbovat 
eləmirsiniz. Bacı, vicdanım haqqı, sən onu bil ki, bu il bizə dotasiyanı az veriblər. 
Smetamızı da urezat eləyiblər, mən yenə deyirəm, cəhənnəmə ki, beş-altı  dənə 
kadrımız olsun. 
T u r a c. Mən ancaq ondan çəkinirəm. 
G ü l s a b a h. O səni atıb gedirkən səndən razılıq aldımı? Hansı yaxşıdır? Onu 
dörd divar arasında gözüyaşlı aciz bir qadın kimi gözləyib, ondan mərhəmət və 
sədəqə ummaq, ya da bir fateh kimi səhnədə milyonlarla kütlələrin alqışı altında 
onun qabağına çıxıb: “Mən buyam” – demək? Gəl, Turac, gəl! Qorxma! İnan ki, 
sənin uzadılan əlin boş qalmaz, biz sənə kömək edərik. 
T u r a c. Yaxşı, gəlirəm, artıq mənimçin dönüş yolu yoxdur. Görünür, Qüdrət 
doğru deyirmiş. Kamandan çıxan ox geri qayıtmaz. 
Ə m r u l l a. Yaxşı da, rəhmət atova da... Vicdanım haqqı, mən də səhərdən 
hələ onu deyəcəkdim. Gülsabah xanım, bircə tez götür onu, 


331 
 
doqovor bağlayaq ki, sonra peşman olar... Həzrətabbas haqqı, sabah sizin üçün 
baksoyuzdan bu boydana bir tort alacağam... 
X u r ş i d (acıqlı səhnəyə çıxıb, uşağı Turacın qabağına ataraq). Al öz uşağını 
(Gedərkən öz-özünə). Az idi arıq-yırıq, bir də gəldi dabanı cırıq... 
Ə l i m u x t a r. Bircə səhnədən çıxın, meşqə başlayıram. 
 
Turac səhnədən çıxmaq istərkən Q ü d r ə t içəri girir 
və Turacı görüncə, donub qalır. 
 
Q ü d r ə t. Turac... 
 
Turac onun üzünə baxır və birdən ayrılmış kimi, onun yanından keçib gedir. 
 
X o s m ə m m ə d (səhnəyə  çıxır, bir şey  əzbərləyir kimi). Dialektika 
hərəkətdir, adi yürüş  və  təkan. Tezis vəziyyətdədir. Antitezis təzaddır – inkar... 
Sintez... sintez... adə, sintez zəhrimar yadımdan çıxdı. Yoldaş Zaman, Gülsabah 
xanım sintezi nə dedi? 
Z a m a n. Sintez... 
M i p z ə C a m a l. Sintez sənin babovun kəlləsi. Sən öləsən, bu vaxta qədər ki
dialektika yox idi, dahı bu xalq artist deyil idi. Hələ dialektikanı öyrəndin, artist 
oldun. 
X o s m ə m m ə d. Hələ əsl iş odur ki, biz anlamamışıq. Sən köhnə formasan, 
yeni tezissən, Gülsabah xanım da antitezis, antitezis, yəni inkar etmək. Başa 
düşdün? Yəni sən pinəçisən, yüz ildir çarıq tikirsən, deməli, tezissən. Indi o gəlib 
deyir ki, çarıq yaxşı deyil, gərək çəkmə tikək, o da oldu antitezis. Başa düşdün? 
Sintez də  mənəm... Yəni siz vuruşarsınız, nəticəsində  çıxan yeni forma mənəm. 
Yox, deyəsən, bu düz olmadı... Dayan, axşam dərsdə Gülsabah xanımdan soruşum, 
sonar başa sallam səni. 
M i r z ə C a m a l. Sən öləsən, bir sən dialektikasan, bir də sənin o şeirlərin ki, 
nə vəzni var, nə qafiyəsi. 
X o s m ə m m ə d. Sən heç bilmirsən qafiyə nədir. Amma mən indi bilirəm: 
mənim  şerimdə qafiyə varmış. Yoldaş, Zaman sən ölənlərüvün goru, bulvarnan 
şalvar qafiyədir ya yox? 
M i r z ə C a m a l. Mənə bax ey, baş götürmə! Camaat adamdan dialektika 
soruşmur ey, oynamaq soruşur. 
X o s m ə m m ə d. Oynamaq soruşur? Əlbəttə... ancaq sənin oynamağını yox, 
çarıqçılıq yox, lapçınçılıq yox, tufliçilik. Başa düşdün? 
M i r z ə C a m a l. Hələ birdən-birə, ya ayrı-ayrı? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə