Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   11   12   13   14   15   16   17   18   ...   113

49 
 
M ə m m ə d ə l i (çıxır). Deyirlər gün çıxır – doğru deyil; deyirlər gün batır – 
doğru deyil; deyirlər dünya var – doğru deyil; heç bir şey doğru deyil. 
D i l b ə r (çıxır). Bunlar kimdir? 
G ü l ü ş. Yaxşı, ata, bu nə işdir, bu nə görünüşdür, siz harada idiniz? 
A t a k i ş i. Mən, qızım, gəmidə işləyirəm. 
B a b a k i ş i. Deməli, Atakişi qazançıdır, mən də, türkün sözü, ocaqçı. 
M ə m m ə d ə l i. Siz hara, gəmi hara, bu paltar hara? 
A t a k i ş i. Məsələ çox uzundur. Bu, iş paltarıdır, yaxşı paltarımız da vardır. 
B a b a k i ş i. Biz o gecə bayıra çıxdıq. Gecə qaranlıq və şaxta idi... 
A t a k i ş i. Mən çılpaq idim... 
G ü l ü ş. Bilirəm. 
A t a k i ş i. Qaranlıqdan yol görünmürdü. Bütün gecəni birnəfəsə getdik. 
B a b a k i ş i. Türkün sözü, kəndə getmək istəyirdik. Yol çalaçuxur idi. 
A t a k i ş i. Bir yerdə xirtdəyədək tıxandıq murdova. 
B a b a k i ş i. Zığ çataldan yuxarı, soyuq, şaxta... 
A t a k i ş i. Qarın da ac, tanrı, gəl borcunu apar... 
B a b a k i ş i. Elə burada idik ki, gördük, türkün sözü, qabaqdan bir dəstə çıxdı. 
Dan yeri qızarırdı... 
A t a k i ş i. Adamın ucu-bucağı yox idi, izdiham sel kimi axırdı. Mən birini 
yanladım ki, hara? Fabrikə, dedi, çörək və yaşamaq dalınca... 
B a b a k i ş i. Bizə də türkün sözü, hələ bu lazımdı... 
A t a k i ş i. Ac qarın qılınca gələr, qoşulduq... 
B a b a k i ş i. Türkün sözü, o qoşulmaqla qoşulduq... 
A t a k i ş i. O fabrikdən bu fabrikə... 
B a b a k i ş i. O zavoddan bu zavoda... 
A t a k i ş i. O gəmidən bu gəmiyə, habelə. Indi mən qazançıyam... 
B a b a k i ş i. Türkün sözü, mən də ocaqçı. 
G ü l ü ş. Bəs əlin necədir? 
A t a k i ş i. Sağaltdılar... Gəmi həkimi baxdı. 
B a b a k i ş i. Türkün sözü, girəc qoydular, sarıdılar, bax belə. 
A t a k i ş i. Sağaldı. 
 
S e v i l və G ü n d ü z gəlir. 


50 
 
G ü l ü ş. Gündüz, dayan, Sevil qonaqlar ilə görüşsün. 
S e v i l. Ata! (Babakişilə qucaqlaşır). 
B a b a k i ş i. Qızım, bu nədir, dənizdə mayak kimi parlayırsan. 
A t a k i ş i. Mayak deyil, dan ulduzudur. 
S e v i l. Atakişi əmi, sənsən? (Atakişilə də qucaqlaşır). 
D i l b ə r. Hələ bir bu çatmırdı. 
G ü l ü ş. Gözlə, Sevil, bu dəfə də Əbdüləli bəyi öpməyəsən. 
S e v i l. Öpmək... Hə... Yadımdadır... Ha... ha... Artıq mənim üçün qorxma
Gülüş, indi ustalaşmışam: indi mən arvadlar ilə açıqda, kişilər ilə isə gizlində 
öpüşürəm. 
D i l b ə r. Vot kak! 
Ə b d ü l ə l i b ə y. Xoş gördük. Sevil xanım! 
S e v i l. Gün aydın, dostlar! 
B a l a ş  (gəlir). Qaytar, qaytar mənim ailəmi. Məhv oluram. Bu çiçəklərin 
öpüşməsi, bu ulduzların gülüşməsi, bu baharın ilıq nəfəsi, bütün bu qovuşan, 
oynayan təbiət məni boğur, məhv oluram. Gülüş, ver mənim ailəmi! 
G ü l ü ş. Balaş, yorulmadınmı? 
D i l b ə r. Bu nə oyundur? 
B a l a ş (Sevili görür). Sevil, Sevil! 
S e v i l. Balaş! Özünüzü itirməyin! Gülüş, mənim üçün bayramdır, mən bu gün 
çalmaq, oxumaq, oynamaq, əylənmək istəyirəm. Çalğı varmı? 
G ü l ü ş. Var, Sevil, var! Gəlin bağçaya! 
D i l b ə r. Yaxşı demişlər, qozbeli qəbir düzəldər. 
 
Hamı gedir. S e v i l getmək istərkən, B a l a ş onu saxlayır. 
 
B a l a ş. Sevil, getmə, bir az dayan! 
S e v i l. Nə istəyirsiniz? 
B a l a ş. İki söz! 
S e v i l. Söyləyin! 
B a l a ş. Yadındadırmı, bir zaman məni sevdiyini, mənsiz yaşaya 
bilməyəcəyini söyləyirdin? 
S e v i l. Yadımdadır. Mən ki, sözümdən qaçmadım. 
B a l a ş. Indi mənə qarşı bu soyuqluq nədir? 
S e v i l. Lakin, siz qaçdınız. 
B a l a ş. Mən müqəssirəm, Sevil. 
S e v i l. Olsun! 


51 
 
B a l a ş. Sevil, məni bağışla. 
S e v i l. Bağışlayıram! 
B a l a ş. Sən məni öldürürsən, Sevil. Mənə  rəhmin gəlsin, mən səndən belə 
cavab gözləmirdim. 
S e v i l. Məndən nə istəyirsən? 
B a l a ş. Təqsirimə qarşı töhmət, təhqir. Bu mənim üçün bir toxtaqlıq olar. 
S e v i l. Mən sizi müqəssir bilmirəm. Deyirlər ki, həyat mübarizədir. Mən 
mübarizəyə hazır deyildim, qoç döyüşünə qoç dayanarmış. Mən basıldım, 
səhnədən çıxdım. Həyatın istəyinə qarşı ancaq dahilər çıxa bilər. Sən ki, onsuz da, 
qısa ömrünü mənim üçün çürütməzdin. Beşgünlük həyat, sədəqə veriləcək qədər 
ucuz bir şey deyildir. Sən elə də istədin, elə də etdin, elə də olmalı idi və olmalıdır. 
B a l a ş. Yox, Sevil, yox. Mən elə istəmirdim. Mən səni sevirdim, fəqət, həyat, 
həyat məni  şaşırdı. Mühit bir məngənə kimi mənim varlığımı  sıxırdı, ayağımı 
istədiyim yana atmaq istərkən, görmədiyim qara bir qüvvə ayağımdan tutub, onun-
bunun bəyənəcəyi tərəfə atırdı. Mən də istər-istəməz gedirdim. Mən gücsüz qadını 
təkbaşına həyatın dəhşətləri içinə atdım. 
S e v i l. Mən tək deyildim, mənim yoldaşlarım çox idi. 
B a l a ş. Sevil, inan ki, bütün bu ayrılıq illərində, mən hər gün sənin taleyini 
düşünürdüm. 
S e v i l. Eləmi? İnanmıram... 
B a l a ş. O gücsüz halında sən nə edə bilərdin? 
S e v i l. Ehtiyac həyatın müəllimidir. Mən tez öyrəşdim. Mən gündüzlər ac-
acına oxuyur, gecələr isə sahilə çıxırdım. Göz altına aldığım bir kişinin yanından 
keçir, çiyninə toxunur, sonra da qarşı-qarşıya gəlib, sağ gözümü yavaşcadan 
qırpırdım: bax, belə... O görürdü... 
B a l a ş. Dəhşət... Dəhşət! 
S e v i l. Mən hər gecə bir parça çörək üçün, bir doyumluq çörək üçün öz 
könlümü satır, istəyimi, öz mənliyimi qurban verirdim. O kişi mənim ardımca 
düşürdü... 
B a l a ş. Dəhşət... Bəsdir! 
S e v i l. Qaranlıq bir küçədə biz qiymətləşirdik... 
B a l a ş. Bəsdir! Bəsdir, Sevil, bəsdir daha, daha danışma! 
G ü l ü ş  (otaqdan çıxıb, bir qədər onların söhbətinə qulaq asdıqdan sonra). 
Sevil, sən neçin özünə böhtan deyirsən? 
S e v i l. Sən, Gülüş, qatışma. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə