Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   4   5   6   7   8   9   10   11   ...   113

28 
 
G ü l ü ş. Siz onun mövqeyini sevirsiniz. 
D i l b ə r. Orasını mən bilirəm. Siz bilirsiniz ki, həyat döyüşdür. 
G ü l ü ş. Görürsünüz ki, rəqibiniz nə qədər gücsüzdür. 
D i l b ə r. O mənim təqsirim və sizin borcunuz deyil. 
G ü l ü ş. Sizin təqsiriniz deyildir, ancaq mənim borcumdur. Onu yüksəltmək, 
ayaq üstə qaldırmaq və sizin ilə çarpışa biləcək bir hala vardırmaq mənim 
borcumdur. 
D i l b ə r. Siz onu bacarmazsınız, siz hələ çocuqsunuz. 
G ü l ü ş. Orasını gələcək göstərər. 
B a l a ş (onlara yanaşır). Zənn edirsəm, sözünüz çox xüsusidir. 
G ü l ü ş. Biz bitirdik. 
D i l b ə r. Balaş! Mən belə düşünmürdüm. 
B a l a ş. Yalvarıram, Edilya, məni bağışlayın! 
D i l b ə r. Sən bu gün mənim dediklərimi etməsən, bizimki həmişəlik bitmiş 
olur. 
B a l a ş. Edilya, yalnız əmr edin, bütün həyatım sizindir. 
D i l b ə r (qonaqlara). Siz, əfəndilər, deyəsən, bu gün danışıqdan oruc 
tutmuşsunuz. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, biz də hələ onu düşünürdük. 
M  ə m m ə d ə l i. Heç yox, biz onu düşünmürdük. Mən iftarımı kasa ilə 
açmışam, özüm də firqəmiz üçün iqtisadi proqram düzəldirəm. 
G ü l ü ş. Hansıdır o firqəniz? 
M ə m m ə d ə l i. Intizariyyuni-Mehdiyyun firqəsi. 
A t a k i ş i. Yaxşı, görəsən Mehdi sahibəzzaman bu tezliklə gələcək? 
M  ə m m ə d ə l i. Heç yox, mən özüm onun yanına gedib, o dünyada 
görüşəcəyəm. 
D i l b ə r. İçəlim! 
G ü l ü ş. Mən də hazıram. 
D i l b ə r. Sevilin stəkanı boşdur, ata da içmir. 
A t a k i ş i. Necə, mən də araq içim? 
G ü l ü ş. Sevilin stəkanı doludur. 
S e v i l. Axı mən heç içməmişəm? 
B a l a ş. Edilya, siz onu adam yerinə qoymayın, o bacarmaz. 
G ü l ü ş. O, çox şeyi çoxlarından yaxşı bacarır. 
M ə m m ə d ə l i. Kasa lazımdır, kasa! 
G ü l ü ş. Ura... Çalğıçılar! 


29 
 
D i l b ə r. Vals! 
B a b a k i ş i gəlir. 
B a l a ş. Hələ bu kimdir? 
B a b a k i ş i. Mənəm də, Balaş, hə... hə, türkün sözü, bir az kömür gətirmişəm. 
S e v i l. Ata! 
A t a k i ş i. Babakişi, sənsən? Adə, vay sənə nə deyim, sən hara, bura hara? A 
kişi, xoş gördük! Dayan bir səni qucaqlayım! A kişi, haçandır yoxsan! 
D i l b ə r. Bu nədir? 
B a l a ş. Bu gün dünyanın yolçuları və dilənçiləri mənim başıma yığılacaqdır. 
B a b a k i ş i. Gədə, Atakişi! Türkün sözü, bu nə sir-sifətdir, haçandan belə
türkün sözü, əfəndi olubsan? He... he... he... əkdiyim noxud, biçdiyim noxud, 
bazara girib, ləbləbi olub? Türkün sözü, bu paltarla dalına yükləyəsən səkkiz 
putluq kisəni, nə cırhacırnan cırıldarsan! 
B a l a ş. Nağıl açma, kişi, çıx o biri evə! 
B a b a k i ş i. Necə? 
A t a k i ş i. Oğlum! 
B a l a ş. Uzun danışmaq istəməz, çıx! 
A t a k i ş i. Dayan dəymə! Nankor övlad! Mən boğazımdan çörəyi kəsib sənin 
boğazına dürtmüşəm, səni oxutdurmuşam; mənim qapım saldat üzünə  də açıq 
olmuşdur, indi sən mənim qonağımı evdən qovursan? Daha bəsdir! (Paltarını 
çıxarıb atır). Al... al... al... al... istəmirəm, verin mənim kürk-çuxamı! 
G ü l ü ş. Ha... ha... ha... Al! (Paltarları ocağa atır). Bu sənin kürkün, bu da 
çuxan... Bu da bu, bu da bu, getdi. Həyat yolu uçurum üstündə  çəkilmiş dar bir 
körpüdən keçir. Geriyə yol yoxdur, qayıtmaq olmaz, yol ancaq irəliyədir! 
A t a k i ş i. Gülüş, qışın bu soyuğunda, çılpaq... 
G ü l ü ş. Çılpaq, bəli, çılpaq. Sən indi həyata qarşı çılpaqsan. Yazı yatdın, qış 
çatdı. Səni o soyundurmamışdır, səni həyat soyundurmuşdur, o özü də 
geyindirəcəkdir. Ancaq bu ölü paltarı sənə yaraşmır. Sənə yaxşı bir paltar lazımdır. 


30 
 
A t a k i ş i. Nankor övlad, nankor övlad! 
 
Babakişi ilə bərabər çıxır. 
 
B a l a ş. Bu gün bütün dünya mənə qarşı ayaqlanmışdır. 
G ü l ü ş. Ha... ha... ha... Dedim ki, dərindən mıxlamaq lazımdır, mıxlamaq! 
(Gedir). 
M ə m m ə d ə l i. Deyirlər gün var – doğru deyil, ay var – doğru deyil; deyirlər 
dünya var – doğru deyil, vəssalam. 
Ə b d ü l ə l i b ə y. Adə, bəs nə var? 
M ə m m ə d ə l i. Heç nə, heç nə! 
 
Gedirlər. 
 
D i l b ə r. Mən gedirəm. 
B a l a ş. Dilbər, məni bağışla. Sən görürsən ki, mən bir cəhənnəm  əzabı 
içindəyəm, öz ailəmizdə məni anlayan yoxdur. 
D i l b ə r. Görürəm, Balaş, sənin lal atan mükəmməl orator imiş! 
B a l a ş. Dilbər. 
D i l b ə r. Balaş, son sözümdür: bu evdə  səndən və  məndən başqa kimsə 
olmamalıdır! 
B a l a ş. Dilbər, qoy Sevil bir çuval kimi bir küncdə otursun, qalsın. O, 
qiyamətədək səsini çıxarda bilməz, mən isə daima səninlə olaram. 
D i l b ə r. Olmaz. Mən qəti deyirəm: istəməzsən, həmişəlik ayrılarıq, istəyirsən 
bu əlim, bu dodaqlarım; intixab et! 
B a l a ş. Mən hər əmrinizə hazıram... (Öpür). 
S e v i l (əlində su stəkanı içəri girir). Balaş... 
B a l a ş. Səni kim çağırdı, buraya gəldin? 
S e v i l. Vallah, Balaş, mən buraya gəlmirdim, məni Gülüş göndərdi ki, su 
istəyirsiniz. 
G ü l ü ş  (gəlir). Onu mən göndərdim. Bu evdə yaşayanlar bir-birinə 
yabançıdır, bu çaxçalar, bu ləmələr, bunlar, bu ər-arvad – hamısı bir-birinə 
yabançıdırlar. Budur, zavallı, sənə dediyim zəlzələ. Dedim ki, gec-tez bu ev 
dağılacaqdır, qoy biryolluq bitsin. 
D i l b ə r. Çto ona, s uma soşla çto li? 
G ü l ü ş. Xanım, siz deyəsən, valsın gerisini oynamaq istəyirsiniz. Bu saat. 
Çalğıçılar, vals! (Sevilə) Zavallı, donub qalma, gəl, həyat döyüşdür, qoç döyüşünə 
qoç dayanar, gəl! 
S e v i l. Burax, başım hərlənir! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə