Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   2   3   4   5   6   7   8   9   ...   113

16 
 
kürlər; axı bu hal ilə mən səni ortaya çıxara bilmərəm; mən də utanıram, deyərlər 
bu ayını meşədən kim ürküdüb çıxarmışdır? Hələ öz atamı, bu çuxa ilə hara çıxara 
bilərəm? Deməzlər ki, özünə bax, atasına bax? 
S e v i l. Balaş, on üç yaşında mən bu evə gəlmişəm, altı ilə yarıac, yarıtox quru 
çörək ilə keçirmişik: bir gün, bir düyün görməmişəm; indi Allah bizim üzümüzə 
baxıb bir parça çörək yetirmişdir; amma indi də  sən məni bir yerə  çıxarmırsan. 
Hərgah sən məni özünlə aparsan, adam arasına çıxarmış olsan, bir yol bilmərəm, 
iki yol bilmərəm, sonra mən də başqalarına baxıb öyrənərəm. O biriləri, hələ bu 
şəkildəki arvad, bildiklərini anasının qarnından gətirməmişlər ki! 
B a l a ş. O arvad oxumuşdur, özü də böyük, zəngin bir ailədəndir, keçmişdə 
atası qubernator olmuşdur; yerin altını da bilir, üstünü də. Parisdə manikürçülük 
kursunu bitirmişdir. Ruscanı rusdan, fransızcanı fransızdan yaxşı danışır, fəlsəfəni 
beş barmağı kimi bilir. Sən nə bilirsən, heç bilirsən ki, fəlsəfə nədir? 
S e v i l. Fəlsəfət... Fəlsəfət... 
B a l a ş. Sən hələ heç adını da düz deyə bilmirsən. 
S e v i l. Nə üçün bilmirəm? Səflət bükməkdirsə,  İvanın arvadından 
öyrənmişəm, lap altı barmağım kimi bilirəm. 
B a l a ş. Heyhat, bu zəhərli həyat içində yaşamaq, bu cəhalət bucağında can 
çürütmək – bir cəhənnəm əzabıdır, cəhənnəm! 
S e v i l. Dayan, dayan, bəlkə sən hələ yer-yemiş üçün səbət toxumağı deyirsən. 
B a l a ş. Yox, şit fətir bişirməyi deyirəm! 
S e v i l. Balaş! Sən mənə de görüm fəlsəfət deyirsən,  şalpit deyirsən? 
Yeməlidir, içməlidir, geyməlidir, bir yol görüm fəlsəfəti necə eləyirlər, sonra o 
arvaddan yaxşı bacarmasam, əllərimi kəsərəm. 
B a l a ş. Nə isə, keçmiş ola, daha mənim üçün hüquq məcəlləsini açma. Sənə 
deyirəm o biri evdə otur, ortadan qapını bağla, bu yana çıxma, vəssalam, qurtardı 
getdi. 
S e v i l. Yaxşı, Balaş, deyirsən çıxmaram (Ağlayır). 
B a l a ş. Di indi də yasxana açma! Stəkanımız varmı? 
S e v i l. Stəkanımıza nə gəlib, əlli adama çatar. 
B a l a ş. Onlardan yox, xırda araq stəkanı. 
S e v i l. Araq da içəcəklər? 
B a l a ş. Yox, daha gəlib sizin üçün bikəyallah namazı qılmayacaqlar ki! 


17 
 
S e v i l. Balaş! O arvad da araq içir? Qapı döyülür. 
B a l a ş. Gəldilər, tez, tez, sən o biri evə keç, ortadan qapını bağla, bu yanlara 
çıxma! 
S e v i l. Yaxşı, Balaş, deyirsən mən onların gözlərinə görünmərəm, birdən 
arvad özu o biri evə keçdi... 
B a l a ş. Keçməz, keçməz. Kişinin yerini sal, həyətə-zada çıxmasın. Birdən 
Gülüş gəlsə, məbada bu evə keçsin ha, yoxsa, o dəlidir, birdən bu evə keçib bir söz 
deyər, mənim üçün ölümdən bədtərdir. Eşitdinmi? 
S e v i l. Balaş, vallah, mən Gülüşə bir söz deyə bilmərəm. Qorxuram. Onsuz 
da bayaq deyirdi ki, təşti-tabağı sındıracağam. 
B a l a ş. Necə yəni, təşti-tabağı sındıracağam? 
S e v i l. Mən nə bilim, deyirdi ki, bütün pərdə-mərdəni yırtacağam; özü də, 
deyir zəlzələ olacaq, ev də uçulacaq. 
B a l a ş. Necə yəni, pərdə-mərdəni yırtacağam? 
S e v i l. Mən nə bilim, özü deyirdi. 
B a l a ş. Yaxşı, yaxşı, sən keç, mən özüm gəlib deyərəm. Qırılmışın hərəsi bir 
cür dəlidir; bilmirəm Allah məni haçan bu dəlixanadan qurtaracaqdır. 
 
Balaşı çağırırlar. 
 
B a l a ş. Gəldim, gəldim. 
A t a k i ş i (o biri otaqdan çıxır). Ay gədə, qapını döyən, kimsən hey... 
S e v i l. Ay əmi, ay əmi, getmə, bəri gəl, bu biri evə keçmə, tez, tez, Balaşın 
qonağı var, dedi, həyətə-zada çıxmasın. 
A t a k i ş i. Həyətə-zada çıxmasın? Hansı evə keçim! 
S e v i l. Bu evə, bu evə, tez bu evə keç! 
A t a k i ş i. Yaxşı, deyirsən, keçim də. 
 
Sevil ilə Atakişi gedir. B a l a ş q o n a q l a r l a gəlir. 
 
B a l a ş. Buyurun, buyurun, rica edirəm, xoş gəlibsiniz! Edilya, gəlişinizdən nə 
qədər məmnun olduğumu bilsəydiniz, məsud olardım. 
D i l b ə r. Ancaq mən bir az da heyrət edirəm, evinizdə adam qarşılayacaq 
başqa bir kimsə yoxdurmu? 
B a l a ş. Doğrusu, Edilya, sizin qulluğunuzda bulunmaq şərəfini bir kimsə ilə 
bölüşdürmək istəməzdim. 


18 
 
D i l b ə r. O öz yerində; ancaq onsuz da sizi hər gün evimizdə görürəm; siz 
gəlişimin səbəbini çox gözəl bilirsiniz; mən bütün ailənizi görmək istəyirəm. 
B a l a ş. Dilbər! 
D i l b ə r. Həm də bu, tərbiyəli bir külfətdə qonağa qarşı  ən azı, bir 
hörmətsizlikdir. 
B a l a ş. Mən layiq bilmədim ki... 
D i l b ə r. Sizin arvadınızda araya çıxacaq bir ləyaqət yoxsa, deyirlər bacınız 
vardır. Dayım da demişdir gələcəyəm. Hər halda atanız buraya gəlməlidir, yoxsa, 
bu nədir? 
B a l a ş. Edilya! Mənim bacım bir cürdür, atam da ki, belə... 
D i l b ə r. Mən qəti deyirəm, yoxsa bu saat geyinib gedəcəyəm. Olmaz ki, 
dayım gəlsin, atanı burada görməsin. Eviniz çox gözəldir, ancaq fu... Kak 
bezvkusno ubrano! Po moyemu, bu stolu buraya, bu şeyləri də buraya yığsaydınız, 
daha gözəl olardı. Deyilmi, Əbdüləli bəy? 
Ə b d ü l ə l i b ə y. Doğrudur, elədir ki var, mən də onu düşünürdüm. 
M ə m m ə d ə l i. Nədir? O nədir? 
Ə b d ü l ə l i b ə y. Elə mühüm bir hadisə yoxdur, biz ancaq orasını fərz edirik 
ki, piyano, qarderob kimi alat və  əsbabi-qərbiyyə ilə taxça və  kasa  kimi  alati-
şərqiyyə bir-birinə taraz gəlmir, ərz olsun, üslubu xələldar edir. 
M ə m m ə d ə l i. Kim deyir onu? 
Ə b d ü l ə l i b ə y. Dilbər xanım buyurdular, biz də onu düşünürdük. 
M ə m m ə d ə l i. Heç yox, biz elə düşünmürdük. Beləcə çox gözəldir, belə də 
lazımdır. Bu üslubsuzluq özü də bir üslubdur. 
Ə b d ü l ə l i b ə y. O da doğrudur, indicə mən də onu düşünürdüm... 
D i l b ə r. Siz ki, bəhsə başladınız, iş bitdi. 
M ə m m ə d ə l i. Yaxşı, mən sizə sübut edə bilərəm. 
D i l b ə r. İstəməz, istəməz, bu o qədər də mühüm məsələ deyildir, deyişməsinə 
dəyməz. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, elədir ki var, elə  mən də bu saat onu 
düşünürdüm. 
M ə m m ə d ə l i. Doğru deyil, bu əsas bir məsələdir. Bu bizim gələcək mədəni 
gedişimizin  ən canlı, döyüşkən bir məsələsidir. Bununla biz, Şərqin Avropa 
mədəniyyətinə qarşı münasibətini aydınlaşdırmalıyıq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə