Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə101/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   97   98   99   100   101   102   103   104   ...   108

Nizami Cəfərov 
 
356
oxumağa məcbur edilsələr də, o dövrdə keçirilən qurultaylar bü-
tövlükdə Azərbaycan musiqisinə, böyük sənətkarların yaradıcılı-
ğına müəyyən qədər təsir də elədi. Məsələn, Üzeyir Hacıbəyli 
aşıqların qurultaylarında bir təşkilatçı kimi fəaliyyət göstərərək 
bu sənətlə daha yaxından tanış oldu və nəticə etibarilə “Koroğ-
lu” operasını yaratdı. Onun xatirələrində də var ki, mən aşıq sə-
nəti ilə o qədər əlaqəli deyildim və onun mahiyyətini də o qədər 
bilmirdim. Amma bütünlükdə düşüncəsi, yaradıcılıq xüsusiy-
yətləri muğam, Avropa texnologiyası üzərində qurulan Üzeyir 
Hacıbəyli aşıq sənətini görəndən sonra ən möhtəşəm əsərini 
yazdı və bu gün biz görürük ki, “Koroğlu” uvertürasında aşıq 
musiqisinin nə qədər təsiri var. Və onda nə qədər müasir olmaq 
imkanı, nə qədər vətənpərvərlik var.  
Aşıq sənətinin potensialı həddindən artıq güclüdür və elə 
bilirəm ki, aşıq sənətindən bu cür, yəni onu siyasiləşdirmədən, 
idealojiləşdirmədən istifadə etmək lazımdır. Yəni demək istəyi-
rəm ki, əgər ötən yüzilliyin 20-30-cu illərində bizim ictimai 
şüurumuz aşıqlara lazımi köməyi göstərərək sənət meydanına 
çıxardıb, amma nə demək, nə etmək lazım olduğunu onların öz 
öhdəsinə buraxsaydı, onlar sosializmin yaxşı cəhətlərini, insan-
ların biliklənməsini, savadlanmasını – sosializmin üstün cəhət-
ləri də var axı, – dəqiq təhlillər edib daha gözəl sənət əsərləri 
yarada bilərdilər. Biz bunun təcrübəsini Şah İsmayıl Xətai döv-
ründə görmüşük. Mən inanmıram ki, Şah İsmayıl Xətai xüsusi 
proqram verirdi ki, aşıqlar onunla hərəkət etsinlər, sadəcə olaraq 
onlara meydan açırdı. Əslində Şah İsmayıl Xətai aşıqlara təsir 
eləmirdi, aşıqlar Şah İsmayıl Xətaiyə təsir edirdi ki, o da öz 
gözəl şeirlərini aşıq üslubunda yazırdı. Yəni bir daha qeyd et-
mək istəyirəm ki, çox güclü potensialı var aşıq sənətinin. Bizim 
görə bildiyimiz, görə bilmədiyimiz çoxlu potensial var. Sadəcə 
olaraq aşıqlara kömək etməklə, onların təşkilatı işlərini görmək-
lə yanaşı, nəyi necə yaratmağı onların öz öhdəsinə buraxmaq 
lazımdır. Çünki biz hamımız əminik ki, tarixdən gələn potensial 
bu gün kifayət qədər güclüdür.  


Ədəbiyyat söhbətləri 
 
357
Uzun müddət aşıqlar sıxışdırılıb, xeyli dərəcədə kənarda 
qoyulubdur. Deyək ki, ümumi yaradıcılıq, sənət yaradıcılığı 
missiyasına görə uzun müddət aşıqlara elmi-professional baxım-
dan və eləcə də dövlət idarəçiliyi, mədəniyyət siyasəti baxımın-
dan folklor hadisəsi kimi yanaşılırdı. Bununla da razılaşmaq 
mümkün deyil, aşıq sənəti yaradıcılığının yarıya qədəri folklor-
dur. Biz folklor, şifahi xalq ədəbiyyatı deyəndə ona bir az aşağı-
layıcı təyinat vermişik və təsadüfi deyildir ki, keçən əsrin 30-cu, 
50-ci illərində Azərbaycanın ən böyük şairi olan Səməd Vurğu-
nu bəyənməyənlər, tənqid etmək istəyənlər ona aşıqdı deyirdilər. 
Yəni görürsüz ki, nəticə etibarilə aşıq sənəti sıxışdırılanda gəlir 
harada təzahür edir? Səməd Vurğunda! O mənada bizim həm də 
yazılı poeziyamızın ən mühüm qaynağıdır bu sənət. Ən mühüm. 
Yəni ondan mühüm qaynağı yoxdur. Biz onu Şah İsmayıl Xətai 
yaradıcılığında da görmüşük, yeni Azərbaycan ədəbiyyatının 
banisi Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, Qasım bəy 
Zakirin yaradıcılığında da görmüşük. Yəni ən proqressiv, ən mü-
kəmməl və ən milli poeziyanın əsasında aşıq poeziyası dayanır.  
 
–  Bu gün biz istəsək də, istəməsək də ənənəvi ustad-
şəyird münasibətləri aradan çıxmaq üzrədir. Buna münasi-
bətiniz?  
– Mən belə fikirləşirəm ki, buna da təbii baxmaq lazımdır. 
Əvvəllər dəmirçi dəmirçinin, dülgər dülgərin yanında yetişirdi, 
yəni bu sahədə ayrıca məktəblər yox idi. Eləcə də Türk dünya-
sının hər yerində manas manasçının, aşıq da ustad aşığın yanın-
da yetişirdi. Çünki kitab və başqa cür imkanlar yox idi. İndiki 
dövrdə isə təhsil var, məktəb var. Texnologiya sürətlə inkişaf 
edir, informasiya sahələri genişlənib və bu gün nəyisə öyrənmək 
üçün çox uzun illər tələb olunmur. Bu gün cəmiyyət daha aktiv-
dir, qloballaşma dövrüdür. İnsanlar vaxtilə on ilə öyrəndiklərini 
indi iki-üç ildə öyrənə bilirlər. Və bu gün muğamı necə öyrənir-
lərsə, aşıq sənəti də elə öyrənilməlidir. Amma mürəkkəblik 
nədədir? Aşıq sənəti təkcə musiqi, saz çalmaq, yalnız oxumaq 


Nizami Cəfərov 
 
358
deyil. Aşıq sənəti eyni zamanda yaradıcılıqdır. Burada şairlik, 
mütəfəkkirlik, dünyanı dərk eləmək var. Biz bu gün də bəzi 
aşıqlarda, Sarı Aşıq, Qurbani, Aşıq Ələsgər səviyyəsində olmasa 
da, hər halda o mükəmməllik iddiasını görürük. Yəni aşıq 
məclisə gələndə, söz deyəndə özündən gələn təbiətlə onun özü 
də hiss edir ki, bu məclisdə ən müdrik adam odur və biz də o 
aşıqdan nə qədər məlumatlı, nə qədər ədəbiyyatı, sənəti, musi-
qini bilən olsaq da, bizdə də həmişə elə təsəvvür yaranır ki, aşıq 
bizdən yuxarıdadır, bizdən müdrikdir. Bunun özü bir göstəricidir 
və hələlik aşıq onu itirməyib. Nə qədər aşığa yuxarıdan aşağı 
münasibət ünsürləri, elementləri, təzahürləri olsa da, amma o 
biri tərəf daha güclüdür. Mən düşünürəm ki, məktəb lazımdır, 
özü də burada tək musiqi yox, başqa sahələr də öyrədilməlidir. 
Əlbəttə, bizim dövlətimiz buna da çalışacaq və artıq müəyyən 
mülahizələr, söhbətlər var. Aşıqlar Birliyinin yaradılması artıq 
xüsusi hadisədir və bunun metodikası da Aşıqlar Birliyindən 
gəlməlidir. Bu gün bizim nə qədər istedadlı saz çalan, hətta das-
tan danışmaq, yaxud yarı dastan fəlsəfi söhbət eləmək imkanları 
olan gənclərimiz var. Bu, xalqın yaradıcılığında var və təbiətən 
gedir. İstəyirsən lap bu gün aşıqlığı qadağan elə, bu, yenə də 
olacaq. Amma bütün bunları tətbiq etmək, daha yaxşı öyrətmək 
üçün metodika hazırlanmalıdır. Yəni peşəkar təhsil olmayan 
yerdə sadəcə təbii gedişlə sənəti yüksək səviyyəyə qaldırmaq və 
bugünkü dünyanın mədəniyyət, incəsənət, sənət aktları sistemin-
də üstünlük qazanmasına nail olmaq çox çətindir. Mütləq o
məktəb, universitet səviyyəsində öyrənilməlidir.  
Və burada ustad-şəyird ənənəsinin müəyyən elementlərini 
mütləq onların öz ixtiyarına buraxmaq lazımdır ki, sənətə yeni 
gələnlərin ustadlarla əlaqələri olsun. 
 
– Sizcə, bugünkü aşıq necə olmalıdır?  
– Mən düşünürəm ki, geyimindən, görkəmindən başlamış, 
danışığına, ədasına, sənət imkanlarına qədər aşıq həm tarixini 
saxlamalı, həm də müasirləşməlidir. Müasirləşməlidir deyəndə 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə