Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə102/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   98   99   100   101   102   103   104   105   ...   108

Ədəbiyyat söhbətləri 
 
359
birdən-birə nə isə yeni, müasir bir şey yaradılmasını nəzərdə 
tutmuruq. Burada söhbət dünənin, keçmişin, yəni mövcud 
olanların müasirləşdirilməsindən gedir. Baxın, insan yaranandan 
milyon illərdir özünə yuva tikir. Lap qədimlərdə yerin altında, 
sonra üstündə, indi isə göydələnlər tiksə də, mahiyyət eynidir. 
Aşıq sənətində də eynidir və tarixdə yaxşı nə varsa hamısını 
saxlamaqla bugünkü tələblərə cavab vermək lazımdır. Bu tələb-
lərdən biri də – biz onu hər sahədə: musiqidə də, rəssamlıqda da, 
şairlikdə də görürük – estradaçılığı mənimsəməkdir. Məsələn, 
bu gün şairlər öz şeirlərini səhnədən oxuyanda adama daha xoş 
gəlir. Aşıqlığın içərisində bu estradaçılıq güclü olub, amma o 
dövrün səviyyəsində olub. Primitivləşmək, yüngül bir hadisəyə 
çevrilmək səviyyəsində yox, sözün geniş mənasında o zəngin, 
müdrik peşəkarlığı saxlamaqla estrada təmayülü, xalqla birbaşa 
təmas təmayülü, xalqın sevimlisi olmaq təmayülü qazanmalıdır 
aşıq. Həqiqətən, məsələn, Aşıq Ədalət başdan-ayağa estradadır. 
Aşıq neyləyə bilərsə, gücü nədirsə, o səviyyədə məclisdə özünü 
təqdim eləyir. Hamıya da xoş gəlir. Görünür, bu, onunla bağlıdır 
ki, bütün sənətlərdə olduğu kimi, aşıqlıq sənətində də aşıq gəlir 
gətirməyi, pul qazanmağı, öz mətahını bazara çıxarmağı bacar-
malıdır. Bununla bağlı biz yeni qanun qəbul edirik və burda 
prodüser anlayışına geniş ehtiyac olacaq. Çünki aşıq özü gəlib 
birdən-birə nəyisə ifa edə bilməz, özünü göstərə bilməz. Zaman, 
şərait, harada, necə və s. bütün bunları prodüser müəyyənləş-
dirir. Bu dünyada yalnız mənəvi qazancla yaşamaq mümkün 
deyil, mütləq maddi təminat olmalıdır. 
 
–  Bu gün aşıqlarımıza dövlət qayğısı var. Onlara fəxri 
adlar verilir, prezident təqaüdü alan aşıqlarımız da var. Ancaq 
bilirsiniz ki, bu sənətlə məşğul olanların əksəriyyəti başqa heç 
bir yerdə işləmirlər. Sizcə, onların sosial müdafiəsi üçün nə 
kimi tədbirlər görülməlidir?  
– Ümummilli liderimiz Heydər Əliyevin hələ sovet döv-
ründə hakimiyyətə gələndən
 
xüsusi mədəniyyət siyasəti olub. 


Nizami Cəfərov 
 
360
Sovet hakimiyyətində yaşamış xalqların təcrübəsində yoxdur ki
sənət adamına bu qədər qayğı göstərilsin. Hətta o dövrdə sənət 
adamına Sosialist Əməyi Qəhrəmanı adı da verirdilər. Hər halda 
bunun o dövrlə əlaqədar müəyyən bir diplomatiyası da var idi. 
Bu, azərbaycanlı bir şairə, söz adamına, ziyalıya ittifaq miqya-
sında nüfuz qazandırırdı. Heydər Əliyev bunu bilirdi və ziyalıya 
nüfuz qazandırırdı. Bu, sonra da davam etdirildi. Bunlar bizim 
dövlətimizin mədəniyyət siyasətinə çevrildi və təbiidir ki, keçid 
dövründə mürəkkəblik əmələ gəldi. Hər bir dövlət, xüsusilə yeni 
qurulan dövlət sənət adamına – o, dövlətin mənəviyyatıdır, ideo-
logiyasıdır, – xüsusi qayğı göstərməlidir, ancaq bununla yanaşı, 
imkan məhdudiyyəti də var. Odur ki, həm o tərəf nəzərə alınma-
lıdır, həm bu tərəf. İndi biz Mədəniyyət haqqında qanunda təbii-
dir ki, bu ənənəni saxlayırıq, çünki bu, ümummilli liderin böyük 
dövlət quruculuğu prinsipləridir. Odur ki, dövlət qayğısı bütün 
sənət adamlarına, o cümlədən aşıqlara həmişə olub, bundan 
sonra da get-gedə güclənəcək. Dövlətin maddi imkanı artıqca, 
beynəlxalq əlaqələri gücləndikcə, istər-istəməz onun nəzarəti 
altında olan hər şeydə güclənmə, möhkəmlənmə prosesi gedə-
cək, o cümlədən də aşıq sənətində. İkinci bir tərəfdən, təbiidir ki, 
xüsusilə keçid dövründə Azərbaycan dövləti kimi milli dövlətlər 
həmişə çalışırlar ki, gələcək üçün, onların müstəqilliyi üçün bir 
baza yaransın ki, müstəqil fəaliyyət göstərə bilsinlər. Bunun 
üçün də müxtəlif yollar var: Dövlət sifarişləri, dövlət konsertləri 
ola bilər, gənc aşıqlara xüsusi qayğı göstərilə bilər, məktəb-
təhsil səviyyəsinə qayğı ola bilər. Burada fərdi təşəbbüslər də 
ola bilər. Və bunlar olacaq. O ki qaldı, bu birliklərin fəaliyyəti 
səviyyəsində nələr etmək olar? Əgər Azərbaycan Yazıçılar Birli-
yi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı varsa, Aşıqlar Birliyi 
də bu səviyyədə qurumdursa, bu qurumun funksiyaları güclən-
dirilməlidir. Bunun üçün maddi imkanlar yaradılmalı, xüsusilə 
də idarə aparatı gücləndirilməlidir ki, bu, işləsin, problemlər 
barədə ardıcıl məlumat verilsin. İndi bu birliklər həm maddi, 
həm də mənəvi baxımdan daha çox Mədəniyyət və Turizm 


Ədəbiyyat söhbətləri 
 
361
Nazirliyinə bağlıdır və çalışmaq lazımdır ki, qaldırılan məsələlər 
nazirliyin gücü, imkanı daxilində həll olunsun. Qaldı, aşıqların 
təqaüd məsələsinə, bu, mənim üçün də maraqlıdır və əgər hər 
hansı bir aşıq Aşıqlar Birliyinin üzvüdürsə, yaşlaşdıqdan sonra 
onlara təqaüd verilməlidir. Bizdə bu ənənə olub. Məsələn, Yazı-
çılar İttifaqının üzvü heç yerdə işləməyibsə, o, yaşlaşanda 
təqaüd alırdı, indi bilmirəm orda vəziyyət necədir (doğrudur, 
onların çox hissəsi işləyir və belə bir problemləri də yoxdur), 
eləcə də Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqının. Ancaq aşıqlar 
işləmir axı. Onların cüzi bir hissəsi işləyir. Bunlar nəzərə alın-
malı, onlara təqaüd verilməlidir. Nə qədər dövlət qayğısı imkanı 
varsa, o, dövlətdən gözlənilməlidir. Amma bununla yanaşı, fərdi 
yaradıcılığı da həvəsləndirmək lazımdır. 19-cu əsrdə, 20-ci əsrin 
əvvəllərində Azərbaycanda təbiidir ki, çoxlu sayda aşıqlar olub, 
amma yaddaşımızda daha çox Aşıq Ələsgər qalıb. Niyə? Çünki 
burada yaradıcılıq, istedad fərdi hadisədir. Biz nə qədər onları 
ümumiləşdirsək də, birinci növbədə nəzərə almaq lazımdır ki, 
sənəti, mədəniyyəti, incəsənəti fərd yaradır. Çoxlu bəstəkarlar 
ola bilər, amma hər dəfə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət 
Əmirov olmayacaq. Bu ümumini, əlbəttə, maraqlandırmaq la-
zımdır, amma bu da Heydər Əliyevin mədəniyyət siyasətində 
çox mühüm hadisədir: xüsusi istedada xüsusi qayğı lazımdır. 
Aşıqların hamısına qayğı lazımdır, amma bu da Aşıqlar Birliyi-
nin funksiyasına daxildir ki, kim xüsusi istedaddırsa, ona xüsusi 
qayğı göstərilməlidir. Hamı Ədalət Nəsibov, Kamandar Əfəndi-
yev, Dərya Məhəmməd ola bilməz. Bu da ola bilər ki, aşıq 
olsun, böyük istedadı olsun, amma üzə çıxmasın. Ona görə də 
yeri gələndə onların nazlarıyla da oynamaq lazımdır. Əlbəttə ki, 
o informasiyanı, təklifi də həmişə Aşıqlar Birliyi verməlidir. 
Yeri gəlmişkən, bir hadisəni xatırlatmaq istəyirəm. Respublika 
günü münasibətiylə “Buta” sarayında keçirilən tədbirdə Xalq 
şairi Zəlimxan Yaqubla birlikdə cənab prezidenti təbrik edərkən 
onun ilk sözü bu oldu ki, Zəlimxan müəllim, Gədəbəydə Aşıqlar 
evinin əsasını qoyduq. Yəni dövlət başçısı səviyyəsində bu sənə-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə